Məhkəmə qərarları › İş №2(105)-873/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-873/2022

02.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-873/2022 02.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı özgənin sahibliyindən əmlakın geri tələb edilməsi və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-169/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin yazılı icraat qaydasında baxılmasının mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yoxlayıb məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddianın təmin edilməsi, İddiaçı mülkiyyətinə verilmiş Dəvəçi (indiki Şabran) şəhərində yerləşən torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsi alınaraq İddiaçı verilməsi və Cavabdeh hesabına torpaq sahəsində olan tikililərin sökülməsi, Cavabdeh X1 ödənilmiş 450 (dörd yüz əlli) manat ekspertiza xərcinin alınıb İddiaçı verilməsi, Cavabdeh 341.32 (üç yüz qırx bir manat 32 qəpik) ekspertiza xərcinin tutularaq Benefisiarın Bankı: Kapital Bank ASC Xətai filialı, filialın kodu: 200071, VÖEN: **********, SWİFT kodu: AİİBAZ2X, mühbir hesab: AZ37NABZ********************, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı:AZ23AİİB********************, VÖEN********** hesaba ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı özgənin sahibliyindən əmlakın geri tələb edilməsi və tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)- 169/2021 saylı, 04 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılmasının qeyri-mümkün hesab edilməsi, mülki işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Cavabdeh yenidən qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur (Mülki Prosessual Məcəllənin 128.1. və 129.2. maddələri). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən 04.10.2021-ci il tarixli qətnamə cavabdehin yaşadığı ünvana göndərilmiş, cavabdeh tərəfindən mübahisələndirilən qətnamə 15 oktyabr 2021-ci il tarixdə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Cavabdeh qətnamədən 05 noyabr 2021-ci il tarixdə apellyasiya şikayəti vermiş, lakin apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən, Sumqayıt Apellyasiya Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli qərardadı ilə qeyrimümkün hesab edilərək geri qaytarılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən yenidən apellyasiya şikayəti verilmiş, şikayət 08 yanvar 2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş, lakin prosessual müddətin ötürülübötürülməməsi məsələsinə birinci instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Mülki Prosessual Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə geri qaytarılır. Mülki Prosessual Məcəllənin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 366.2. maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası mülki prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və qətnamədən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası MPM-nin 360, 362- 363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 366.2, 366.3. və 366.4. maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ Cavabdeh Şabran Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qətnaməsindən vermiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 362-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar