Məhkəmə qərarları › İş №2(105)-876/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-876/2022

09.03.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-876/2022 09.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, "xxxx" ASC və “Kərimli” X2 arasında 17 noyabr 2008-ci il tarixdə bağlanılmış kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş onun mülkiyyətində olan Sumqayıt şəhəri, Saray Bağlar massivində 0,16 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 8 otaqlı, yaşayış sahəsi 173,34 kv.metr, köməkçi sahəsi 132 kv.metr olan 3054 saylı bağ evinin girovluqdan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə (A.İ.İsmayılov) İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verib, qərardadın ləğv edilərək iddia ərizəsinin icaata qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli, 2(105)-4025/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmanətlərin Sığortalanması Fonduna qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilib, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 09 fevral 2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından yenidən şikayət verib, qərardadın ləğv edilərək iddia ərizəsinin icaata qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2(105)-876/2022 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət mümkün hesab edilmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət Sumqayıt Şəhər Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(060)- 9337/2021 saylı qərardadı ilə təmin olunmadığı halda, Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından verilmiş şikayət Sumqayıt Şəhər Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadı ilə yenidən təmin olunmamışdır. Güründüyü kimi birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından verilmiş şikayətə iki müxtəlif tarixlərdə hüquqi münasibət bildirmişdir ki, bu da prosessual hüquq normasının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. İşin halları ilə müəyyən olur ki, apellyasiya şikayəti bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı şikayəti bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğuna görə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2(105)-876/2022 saylı qərardadı ləğv edilməli və iş apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apellyasiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(060)-9337/2021 saylı qərardadından İddiaçı verdiyi şikayətin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2(105)-876/2022 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı evin ipoteka müqaviləsi üzrə girovluqdan azad edilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9337/2021 saylı mülki iş apellyasiya baxışından çıxarılsın və birinci instansiyası məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar