Məhkəmə qərarları › İş №2(105)-883/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-883/2021

03.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-883/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X5, İddiaçı Saleh oğlunun nümayəndəsi və vəkili X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-3056/2020 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-3056/2020 saylı qətnaməsi ilə (hakim A.İ.İsmayılov) İddiaçı Saleh oğlunun cavabdehlər Cavabdeh1, Verdiyev Fərid Nadir oğlu, X2 və Verdiyeva Könül Əvəz qızına qarşı mənzilə istifadə hüququna xitam verilməsi və evdən çıxarılmaları tələbinə dair iddiası təmin edilib, cavabdehlər Cavabdeh1, Verdiyev Fərid Nadir oğlu, X2 və Cavabdeh2, həmçinin azyaşlı xx.xx.2010-cu il təvəllüdlü Mehdiyeva Ayla Rüfət qızının Sumqayıt şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilmiş, cavabdehlər Cavabdeh1, Verdiyev Fərid Nadir oğlu və Cavabdeh2, həmçinin cavbadehlərin iki azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü Verdiyev Nadir Fərid oğlu Sumqayıt şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 saylı mənzildən özlərinə məxsus Künc divanı-1 ədəd, Stenka (qönçə)-1 ədəd, Komod-1 ədəd, Televizor-1 ədəd, Yataq taxtı-1 ədəd, Şifoner-1 ədəd, Tremo-1 ədəd, Tumba-1 ədəd, Tozsoran-1 ədəd, Elektik sobası-1 ədəd, Çılçıraq-2 ədəd, Pərdə-2 ədəd, Tül-2 ədəd, Döşək-3 ədəd, Yorğan-3 ədəd, Yastıq-4 ədəd, Xalça-2 ədəd, Stol- 1 ədəd, Stul-6 ədəd, Jurnalni stolu-1 ədəd, Müxtəlif ölçülərdə qab-qacaqdan ibarət əşyalarla birlikdə çıxarılmaları qət edilmişdir. Cavabdeh2 apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-3056/2020 saylı qətnaməsinin qismən – ona və övladlarına aid hissədə ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmaması xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Saleh oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhəri, 30-cu məhəllədə yerləşən 9/13 saylı binanın, 23 saylı mənzilini xx xxxxxx 2014-cü il tarixdə Sumqayıt şəhər 3 saylı notariat kontorunda təsdiqlənmiş alqı-satqı müqaviləsi əsasında 64.000 manata almışdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi notariat qaydada təsdiqləndikdən sonra həmin mənzilə mülkiyyət hüququnu rəsmi qaydada DƏDRX-də 8 nömrəli reyestr kitabının 82 nömrəli vərəqində qeydiyyata aldıraraq hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövdət reyestrindən müvafiq çıxarış almışdır. Cavabdehlərdən Adullayeva Ceyran Musa qızı onun xalası, Verdiyev Fərid Nadir oğlu xalasının oğlu, Cavabdeh2 xalası oğlunun arvadı, X2 xalasının qızı, Mevdiyeva Ayla Rüfət qızı xalasının nəvəsidir. Mənzilin mülkiyyətçisi C.M.Adullayeva alqı-satqıdan sonra ondan xahiş etmişdir ki, özlərinə həyət evi almaq istəyirlər, yeni mənzil alana kimi, bir müddət satılmış mənzildə qalmaqlarına möhlət verilmişdir. Özlərinə yeni mənzil aldıqdan sonra həm mənzildən pasport qeydiyyatından çıxacaqlarına, həmçinin də özlərinə məxsus əmlaklarla birlikdə mənzili boşaldacaqlarına söz vermişlər. o, da bir qohum olaraq onların vədlərini tutacaqlarına arxayın olub razılıq vermişdir. Lakin alqı-satqıdan xeyli müddət keçməsinə baxmayaraq hələ də onun mülkiyyətində olan mənzilə cavabdehlarin istifadə hüquqları qalmaqdadır və onlardan bəziləri bu mənzili hələ də tərk etməmişlər. Cavabdehlərdən X2 ailə həyatı qurub və əri ilə başqa mənzildə yaşayır, lakin onun qızı Mevdiyeva Ayla Rüfət qızının onun mülkiyyətində olan mənzilinə istifadə hüquqları qalmaqdadır. Ona görə də, cavabdehlər Cavabdeh1, Verdiyev Fərid Nadir oğlu, X2, Cavabdeh2 və Mehdiyeva Ayla Rüfət qızının Sumqayıt şəhəri, 30cu məhəllə, 9/13 saylı evin, 23 saylı mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və cavabdehlər Cavabdeh1, Verdiyev Fərid Nadir oğlu və Cavabdeh2, həmçinin cavabdehlərin iki azyaşlı övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü Verdiyev Nadir Fərid oğlunun Sumqayıt şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 saylı mənzildən onlara məxsus əşyalarla birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh2 verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiysının 33-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – ona və övladlarına aid hissədə ləğv edilməsini və həmin hissədə iddianın təmin olunmaması xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili X4 apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Verdiyev Fərid Nadir oğlu, X2 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, F.N.Verdiyev, N.N.Mehdiyeva və Cavabdeh2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Sumqayıt şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 nömrəli mənzilini İddiaçı Saleh oğluna satmışdır. DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 nömrəli mənzili İddiaçı Saleh oğlunun adına qeydiyyatdan keçmişdir. «Asan-Sumayıt» xidməti tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Verdiyev Fərid Nadir oğlu, X2 və Cavabdeh2, həmçinin cavbadehlərin azyaşlı övladı xx.xx.2010-cu il təvəllüdlü Mehdiyeva Ayla Rüfət qızı Sumqayıt şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 nömrəli mənzilində rəsmi olaraq qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İş materialları ilə müəyyən olunur ki, DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, 30-cu məhəllə, 9/13 saylı evin, 23 nömrəli mənzili İddiaçı Saleh oğlunun adına qeydiyyata alınmışdır. Hazırda iddiaçı cavabdehlərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması ilə bağlı iddia qaldırmışlar. Yuxarıda sadalanan hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi mülkiyyət hüququnun müdafiəsinə dair iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(060)-3056/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar