Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-885/2023 07.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının, istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsi ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə (sonuncu məhkəmə iclasına gəlməmişdir) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X3 (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-631/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən, müraciəti əsasında Xidmətin Abşeron-Xızı ərazi şöbəsi tərəfindən aparılan araşdırma zamanı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə ərizə ilə müraciət etmədiyi və son haqq hesabları əmək müqaviləsinə xitam verildiyi gün tam və vaxtında ödənilmədiyindən Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 192.6cı maddələrinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.
2. xx.xx.2022-ci il tarixli Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişinə əsasən, İddiaçı ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Cavabdeh MMC-ti tərəfindən xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən xitam verilmişdir.
3. Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinə müvafiq olaraq Cavabdeh MMC-nin Gecə növbətçisi xidmətinə işə qəbul edilmişdir.
4. Cavabdeh MMC üzrə xx.xx.2022-ci il tarixli 01 nömrəli əmrin surətinə əsasən, İddiaçı xx.xx.2022-ci il tarixindən Cavabdeh MMC-də gecə növbətçisi qəbul edilmiş və işçinin əmək haqqı ştat cədvəlinə əsasən ödənilməsi nəzərdə tutulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh direktorunun 60 saylı 31 may 2022-ci il tarixli əmrinin ləğv olunması, iddiaçının Cavabdehndə əvvəlki işinə bərpa olunması, işlədiyi dövrdə 2018-2022-ci illərin istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi, maddi ziyan məbləği olaraq 31 may 2022-ci il tarixdən etibarən işə bərpa olunan günədək məcburi iş buraxma müddətində əmək haqqının və iddiaçıya vurulmuş mənəvi ziyan məbləği olaraq 3000 (üç min) manat məbləğində pul vəsaitinin, məhkəmə xərclərinin əvəzi olaraq ödədiyi 212 manat (iki yüz on iki) manat və mediasiya xərci olaraq ödədiyi 50 (əlli) manat pulun iddiaçıya ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunması qərara alınmışdır.
7. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 2018-ci ildən Cavabdeh mühafizə xidmətində gecə gözətçisi işində işləmişdir. Bu müddət ərzində intizamlı işçi kimi hər hansı pozuntuya yol vermədən çalışmışdır. Lakin 2022-ci ilin may ayında bəzi iş yoldaşlarımın əli ilə iddiaçıya əsassız şəkildə böhtan atılaraq onunla bağlanmış əmək müqaviləsinə müəssisə rəhbərliyi tərəfindən birtərəfli qaydada qanunsuz şəkildə xitam verilmişdir. Belə ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Cavabdeh MMC-nin direktorunun 60 saylı 31 may 2022-ci il tarixli Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a“ bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verilmişdir. Halbuki, əmək müqaviləsinə xitam verilməsi barədə iddiaçının müəssisə rəhbərliyinə hər hansı müraciəti olmamışdır. Lakin əmək qanunvericiliyinin ziddinə olaraq iddiaçının əmək müqaviləsinə Cavabdeh MMC-nin direktorunun 60 saylı 31 may 2022-ci il tarixli əmri ilə xitam verilmiş, həmin əmrin surəti və əmək kitabçası isə iddiaçıya bu günədək təqdim olunmamışdır. Eyni zamanda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən aparılmış son haqq-hesab zamanı iddiaçıya düşən pul vəsaiti əsassız şəkildə mənimsənilmiş, 2018-ci ildən 2022-ci ilin may ayınadək işlədiyi müddətdə istifadə etmədiyi iş illərinin əmək məzuniyyətinin pulları hesablanıb ona ödənilməmişdir. Qeyd edilən qanunsuz hərəkətləri ilə bağlı dəfələrlə cavabdehə müraciət etsə də, iddiaçıya ödənilməli olan pul vəsaitləri bugünədək ona ödənilmədən mənimsənilmiş və əmək kitabçasının da ona qaytarılmasından imtina olunmuşdur. Onu da bildirmək istəyir ki, iddiaçının müxtəlif instansiyalara etdiyi şikayətlər əsasında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsində aparılmış yoxlamalar zamanı iddiaçının Cavabdehndən qanunsuz şəkildə işdən çıxarılmağı və əmək hüquqlarının kobud şəkildə pozulduğu öz təsdiqini tapdığı üçün Cavabdeh MMC-nin direktoru barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin pozularaq xitam verilməsinə görə) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilmiş və yol verilmiş qanun pozuntusunun 20 gün müddətində aradan qaldırılması tələb olunmuşdur. Ancaq inzibati cərimənin tətbiq edilməsi barədə qərardan sonra da "xxxx" MMC-nin rəsmiləri bu pozuntunu aradan qaldırmamışlar. Təəssüf ki, X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsi araşdırmalar nəticəsində iddiaçının haqlı olduğunu və əmək hüququnun pozulduğunu müəyyən etsə də, hansısa səbəbdən Cavabdeh MMC-nin rəhbərliyi barədə qanunvericiliklə özlərinin səlahiyyətləri çərçivəsində olan müvafiq inzibati tədbirləri sonadək tətbiq etməkdən çəkinərək iddiaçıya onların səlahiyyətində olan tədbirlərin görüldüyünü bildirmiş və iddiaçıya məhkəməyə müraciət etməyi tövsiyə edimişdir. Aşkardır ki, Cavabdeh MMC-nin səlahiyyətliləri müxtəlif bəhanələr gətirərək həm onun işdən çıxarılmağı barədə əmrin surətini ona təqdim etməkdən yayınır, həm də iddiaçının əmək kitabçasını özünə qaytarmaqdan imtina edirlər. Çünki həmin sənədlər üzə çıxdıqda ona qarşı yol verilmiş qanunsuzluqlar və ona çatası pulların mənimsənildiyi tam müəyyən ediləcəkdir. Göründüyü kimi, Cavabdeh MMC-nin rəhbəriliyi sənədlərdə saxtakarlığa yol vermiş, vəzifə səlahiyyətlərini aşaraq iddiaçının əmək hüquqlarını pozmaqla bu sahədə qüvvədə olan ölkə qanunlarının və digər normativ-hüquqi aktların tələblərinin kobud pozuntusuna yol vermişdir. Əmək kitabçasının özünə qaytarılmaması səbəbindən o, başqa işə də girə bilmir və bununla da Cavabdeh MMCnin səlahiyyətli şəxsləri onunla işləmək hüququnu da əlindən almışlar. Göründüyü kimi, Cavabdeh MMC-nin direktoru iddiaçı ilə bağlanmış əmək müqaviləsinə birtərəfli qaydada xitam verməklə özbaşınalığa yol verərək və vəzifə səlahiyyətlərini aşaraq iddiaçının əmək hüquqlarını pozmaqla aşkar qanunsuzluğa yol vermişdir. Yaranmış əmək mübahisəsinin mediasiya qaydasında nizamlanması mümkün olmadığından, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək pozulmuş hüququnun müdafiə olunmasını xahiş etməyi zəruri sayır.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-631/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh direktorunun 60 saylı, 31 may 2022-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı Cavabdehnə əvvəlki iş yerinə bərpa edilmiş, İddiaçı işlədiyi dövrdə 2022-ci illərin istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi, Cavabdehndən məhkəmə xərclərinin əvəzi olaraq ödənilmiş 212 manat (iki yüz on iki) manat və mediasiya xərci olaraq ödədiyi 50 (əlli) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin mənəvi zərər hissəsində təmin edilməməsi qət edilmişdir. (hakim Gülnarə Tağızadə)
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən İddiaçı öz xahişi ilə işdən azad edilməsinə dair ərizəsini məhkəməyə təqdim edilə bilməmişdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMC-nə ƏM-nin 68.2-ci maddəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etməmiş və onun öz xahişi ilə işdən azad edərkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Qeyd edilənlərə əsaslanaraq, məhkəmə iddia tələblərini bu hissədə əsaslı hesab edir və təmin edilməsi qənaətinə gəlir. Eyni zamanda Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. İşin materiallarından da görünür ki, Cavabdeh MMC tərəfindən verilmiş 01 saylı, xx.xx.2022-ci il tarixli əmrə əsasən İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh MMC-də gecə növbətçisi vəzifəsinə qəbul edilmiş, həmin tarixdə də onun ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış, bununla da tərəflər arasında əmək münasibətləri yaranmışdır. İddiaçının faktiki olaraq 2018-ci il tarixdən cavabdeh El-Plastik” MMC-də gecə gözətçisi vəzifəsində əmək fəaliyyətinə başlaması və müəyyən səbəblərdən işəgötürən tərəfindən onunla müəssisə arasında əmək müqaviləsi uzun müddət rəsmiləşdirilməməsinə dair dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu halın təsdiqinə dair məhkəməyə heç bir sübut növü təqdim etməmiş və bu dəlil məhkəməyə təqdim edilmiş 05 yanvar 2022-ci il tarixdə El-Plastik” MMC ilə onun arasında bağlanmış əmək müqaviləsi ilə tam təkzib edilir. İddiaçı cavabdeh cəmiyyət ilə aralarında faktiki əmək münasibətlərinin yaranmasını 2018-ci ildən qeyd etsə də, həmin ildə bunu mübahisələndirməmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2,3, 68.1, 68.2, 69, 70a, 45, 68.2, 73.1, 83.1, 84.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 121.1, 220.5-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-631/2023 saylı 01 fevral 2023-cü il tarixli qətnaməsinin qismən - iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilməsi və İddiaçı iddia tələblərinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri:
12. İşə baxan birinci instansiyası məhkəməsində İddiaçı idda tələblərinin bir qismi təmin edilsə də, işlədiyi dövrdə 2018-2022-ci illərin istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin hesablanaraq birdəfəlik şəkildə ona ödənilməsi və vurulmuş mənəvi ziyan məbləği olaraq 3000 (üç min) manat məbləğində pul vəsaitinin ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsində iddia tələbləri təmin edilməmişdir. Bununla bağlı hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələb etdiyi 2018-2022-ci illərin istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pulun iddiaçıya ödənilib-ödənilmədiyini, iddiaçının ilkin olaraq hansı tarixdən cavabdehlə bağladığı əmək müqaviləsi əsasında işlədiyini müəyyən etməmiş, iş materiallarında olan aydın olmayan ziddiyyətli məqamları araşdırmamışdır.
13. Qanunvericiliyə əsasən işçinin hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququ vardır və işçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. Əgər işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Məhkəmə sözügedən maddi hüquq normalarına əsasən İddiaçı 2018-ci ildə Cavabdeh ilə birinci dəfə əmək müqaviləsi bağladığı vaxtdan yaranmış məzuniyyət hüququnun cavabdeh tərəfindən aşkar şəkildə pozulmasına qiymət verməmiş,müəyyən olunmuş hallara münasibətdə sadalanan qanun normalarını tətbiq etməmişdir. Məhkəmə cavabdeh tərəfindən hansı əsaslarla iddiaçının məzuniyyət hüququnun pozulduğunu, iddiaçının hansı iş illərinə görə yarandığı əmək məzuniyyətlərinin cavabdeh tərəfindən ona verilmədiyini aydınlaşdırmamış, verilməmiş məzuniyyətlərin pulunun iddiaçıya ödənilmədiyinə dair iş materiallarında olan və sübuta yetirilmiş hallara lazımi hüquqi qiymət verməli olduğu halda, nədənsə bunu etməmiş və ciddi qanun pozuntusuna yol vermişdir.
14. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi İddiaçı əmək kitabçasının guya müəssisədə olmadığını bildirmiş, onun hansı tarixdən cavabdeh müəssisədə işləməyə başlaması barədə həqiqətə uyğun olmayan məlumat verərək İddiaçı guya 2022-ci ilin yanvarın 5-i tarixində bağlanmış əmək müqaviləsi əsasında Cavabdehndə işləməyə başladığını iddia etmişdir. Halbuki İddiaçı cavabdeh müəssisədə 2018-ci ildən işləməyə başlamış, elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş xxxxxxx000100, xxxxxxx000101 və xxxxxxx000102 saylı əmək müqaviləsibildirişlərinə əsasən onunla Cavabdeh arasında xx.xx.2019-xx.xx.2021-ci tarixləri arasında qüvvədə olmuş bir neçə əmək müqaviləsi bağlanılmışdır ki, həmin müqavilələrə əsasən İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində gecə gözətçisi işində çalışmışdır. xx.xx.2021-ci il tarixdən sonra da İddiaçı həmin işdə çalışmış, xx.xx.2022-ci il tarixdə də onunla əvvəlki müqavilələrin davamı olaraq yeni əmək müqaviləsi bağlanılmışdır. Göründüyü kimi, İddiaçı 2019-cu ilin yanvar ayının 3-dən deyil, 2022-ci ilin yanvar ayının 5-i tarixindən Cavabdehndə gecə gözətçisi kimi işləməyə başlaması barədə gəldiyi nəticə elektron informasiya sisteminə daxil edilmiş əmək müqavilələri bildirişləri ilə tam təkzib olunur. Belə olan halda, məhkəmə İddiaçı xx.xx.2019-cu ildən başlayaraq işlədiyi əmək müqavilələri əsasında yaranmış olan əmək məzuniyyətlərinin verilməməsinə qiymət verməli olduğu halda, bunu etməmişdir. Elektron informasiya sistemində olan məlumatlara əsasən mübahisələndirilən iş illərinə görə iddiaçıya əmək məzuniyyətlərinin verilməsini və həmin məzuniyyətlərinin pulunun ödənilməsini təsdiq edən hər hansı mötəbər sübut, o cümlədən müvafiq iş illərinin məzuniyyətlərin verilməsi barədə işəgötürənin əmrləri,həmin məzuniyyət pullarının İddiaçı ödənilməsi barədə mühasibatlıq sənədləri cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamışdır. Bütün bu hallar iddiaçının tələblərinin əsaslı olduğunu və xx.xx.2019-xx.xx.2022-ci iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətlərinin pul əvəzinin iddiaçıya ödənilmədiyini sübuta yetirdiyi halda, məhkəmə bu hallara düzgün qiymət verə bilməmişdir.
15. Məhkəmə hər hansı hüquqi əsasa söykənmədən mənəvi zərərin ödənilməsi hissəsində İddiaçı iddia tələbini təmin etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya işəgötürənin qanunsuz əməlləri nəticəsində mənəvi ziyan dəyməmişdir. Halbuki 3 ildən artıq müddət ərzində öz vəzifə səlahiyyətlərini vicdanla yerinə yetirən, hər hansı şəkildə özünü ləkələməyən bir işçinin onun tərəfindən törədildiyi hər hansı şəkildə sübuta yetirilməmiş əməli törətməkdə günahlandırılaraq böhtan atılmaqla bilərəkdən açıq-aşkar qanun pozuntusu ilə müşayiət olunan əmr verməklə işdən azad edilməsi, əmək kitabçasının belə bugünədık ona qaytarılmaması,İddiaçı ilk növbədə işgüzar nüfuzuna xələl gətirilməsinə yönəlmiş addım olaraq qiymətləndirilməlidir.Bu səbəbdən hesab edirəm ki, məhkəmənin sözügedən qanunsuz əmrin verilməsi və iddiaçının cavabdeh tərəfindən qəsdən oğurluq əməlində ittiham ediməsi ilə iddiaçıya hər hansı şəkildə mənəvi ziyan vurulmaması barədə gəldiyi nəticə səhvdir və qanuni sayıla bilməz. Hesab edir ki, yuxarıda qeyd olunanlar məhkəmənin əmək qanunvericiliyinin müvafiq müddəalarının düzgün tətbiq edilməməsini göstərir ki,bu da məhkəmə tərəfindən yol verilmiş sadalanan maddi hüquq normasının pozuntusu aradan qaldırılmalıdır.
16. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adı çəkilən qərarıa istinad edərək İddiaçı əmək hüquqlarının pozulması nəticəsində onun hər hansı mənəvi sarsıntılar keçirməsinə dair sübutların olmaması nəticəsinə gəlmişdir. Birinci instansiyası məhkəməsinin cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi zərərin vurulmadığına dair gəldiyi nəticəni qanunazidd sayaraq həmin hissədə məhkəmə qətnaməsinin dəyişdirilməsini tələb etməyi zəruri sayır.
17. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verildiyi müəyyən edilsə də,bunun nəticəsində iddiaçının mənəvi zərərə uğramaması və xx.xx.2019-xx.xx.2022-ci illərin istifadə edilməmiş əmək məzuniyyətlərinin ödənilməli olmaması barədə məhkəmənin gəldiyi nəticə mötəbər sübutlarla sübuta yetirilməmişdir. Ən başlıcası isə İddiaçı 05 mart 2022-ci il tarixdən etibarən cavabdeh müəssisədə işləməyə başlaması barədə məhkəmənin mövqeyi tərəfimizdən təqdim olunan elektron informasiya sistemində qediyyatdan keçmiş əmək müqavilələri bildirilşləri ilə tam təkzib olunmaqdadır. Məhkəmə iş üçün əhəmiyyəti olan bütün halların müəyyən edilməsi üçün nə aidiyyəti üzrə müvafiq dövlət qurumlarına sorgu verərək zəruri məlumatları əldə etməmiş, nə də tərəfimizdən təqdim edilmiş dəlilləri lazımi şəkildə qiymətləndirməyərək iddia tələblərinin bir hissəsinin rədd edilməsi barədə əsassız nəticəyə gəlmişdir.
18. Birinci instansiya məhkəməsi mötəbər sübutlara istinad etmədən İddiaçı ilə Cavabdeh arasında əmək münasibətlərinin 05 yanvar 2022-ci il tarixdən başlayaraq yaranmasına dair əsassız nəticəyə gəlmişdir. Halbuki bu münasibətlər 2018-ci ildən yaranmış, tərəflər arasında ilk əmək müqaviləsi də 03 yanvar 2019-cu il tarixdə bağlanılaraq müqavilənin bildirişi elektron informasiya sistemində qeydiyyatdan keçirilmişdir. Məhkəmə bununla da tərəflər arasında yaranmış əmək münasibətlərinin tarixi üzrə səhv nəticəyə gəlmişdir ki, bu səhv məhkəmə qənaəti istifadə edilməmiş bütün əmək məzuniyyətlərinə görə iddiaçıya cavbdeh tərəfindən ödənilməmiş pul əvəzinin ödənilməsi hissəsində iddiaçının tələbinin rədd edilməsinə səbəb olmuşdur.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib izahat verərək bildirdi ki, Cavabdehndə 26 sentyabr 2018-ci il tarixdən 2022-ci il tarixdən işləmişdir. Hesabdan çıxarışı əldə etmiş, orada 2019-cu ilin aprel ayınadək qeyd olunmuşdur. Cavabdeh müəssisə onun 6-7 aylıq haqqını kəsmiş, əmək kitabçasını da vermirlər. İşdən çıxmağı ilə bağlı əsaslı səbəb də göstərə bilmirlər. Hazırda işinə bərpa olunmayıb, əmək haqqını kartla (müxtəlif bankların kartlarından) və əlbəəl almışdır. Axırıncı dəfə əmək haqqını "xxxx" ASCdən almışdır, 3 kart dəyişiblər. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətinin təmin olunmasını xahiş edirəm.
21. Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, iddiaçı 2018-ci il tarixdən Cavabdehndə işləmir. 2019-cu ilin oktyabr ayından işə qəbul olub, 2021-ci ilin iyul ayında işdən çıxıb. İddiaçı işə gəlməyini gözləyirlər. Gəlsə onu işinə bərpa edəcəklər. Əmək haqqı ilə bağlı 5 ay müraciət etməyib, indi müraciət etməsi düzgün deyil. Odur ki, göstərilənləri nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə qalmasını, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
22. Məhkəmə kollegiyasının əvvəlki iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, İddiaçı həmin orqana müraciət edib. Şikayət etdiyi zaman araşdırılma aparılıb və inzibati xəta əlamətləri aşkar edilmişdir. Cavabdeh İddiaçı əmək fəaliyətinə Əmək Məcəlləsinin 68.2.a) bəndinə əsasən xitam verilmişdir. Həmin bənddə işçinin işdən çıxması üçün tərəflərdən birinin təşəbbüsü olmalıdır. Lakin İddiaçı işdən çıxamaqla bağlı heç bir ərizəsi yoxdur. Həmçinin burada Əmək Məcəlləsinin 83.2-ci bəndinin tələbləri də pozulmuşdur. Tərəflərindən protokol tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddasinə əsasən qarşı tərəf şərti olaraq cərimələnmişdir. Cavabdehnə 20 gün müddət verilmişdir və pozuntu aradan qaldırılarsa həmin müddət ərzində cərimə qüvvəyə minmir. Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 192.4 və 192.6-cı maddələrində göstərilən pozuntulara yol vermiş və daha ağır olan İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimələmişdir. Göstərilənləri nəzərə alaraq apellyasiya şikayətininin təmin edib-edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdı.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi
23. Maddə 2.3. Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
24. Maddə 3.5. Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
25. Maddə 43.1. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
26. Maddə 43.2. Əmək müqaviləsində mütləq göstərilməli əsas şərtlər və məlumatlar biri də işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunmasıdır.
27. Maddə 110. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. İşçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz.
28. Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır.
29. Maddə 135.2. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
30. Maddə 143. Müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. İşçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
37. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
40. Verilmiş apellyasiya şikayətindən görünür ki, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-631/2023 saylı 01 fevral 2023-cü il tarixli qətnaməsinin qismən -iddia tələblərinin təmin edilmədiyi hissədə ləğv edilməsi və İddiaçı iddia tələblərinin tam şəkildə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
41. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-631/2023 saylı 01 fevral 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - İddiaçı işlədiyi dövrdə 2022-ci illərin istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.
43. İşdən görünür ki, İddiaçı apellyasiya şikayətində, birinci intansiya məhkəməsinin iddia tələbinin təmin edilməyən - işlədiyi dövrdə 2018-2022-ci illərin istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin hesablanaraq birdəfəlik şəkildə ona ödənilməsi və vurulmuş mənəvi ziyan məbləği olaraq 3000 (üç min) manat məbləğində pul vəsaitinin ödənilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması hissəsində mübahisələndirmişdir.
44. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə əlaqədar aşağıdakı qeyd etməyi zəruri hesab edir.
45. İstinad olunan maddi hüquq normalarından göründüyü kimi işçi ilə işəgötürən arasında hüquq münasibətlərini tənzimləyən əsas sənəd əmək müqaviləsidir və bu müqavilə tərəflərin sərbəst iradə ifadəsi olmaqla əsas şərtləri qarşılıqlı razılıq əsasında müəyyən edir.
46. Məhkəməyə təqdim edilmiş İddiaçı fərdi şəxsi hesabından çıxarışlardan görünür ki, Cavabdeh (VÖEN **********) ilə İddiaçı arasında xx.xx.2019-cu il, xx.xx.2021-ci il, xx.xx.2022ci il tarixli əmək müqavilələri bağlanmış və müvafiq olaraq 2019, 2020, 2021 və 2022-ci illər üçün iddiaçıya aylıq əmək haqları ödənilmişdir. Digər tərəfdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktuba əlavə edilmiş “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, xx.xx.2019-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022-ci il müddətlərində iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri olmuşdur. Göründüyü kimi həmin illər üzrə tərəflər arasında əmək münasibətləri mövcud olmuş, İddiaçı 2019-2022-ci illərdə Cavabdeh MMC-də gecə gözətçisi (gecə növbətçisi) vəzifələrində işləmişdir. Belə olan halda, İddiaçı işlədiyi 2019-2021-ci iillər ərzində istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin ödənilməsinə dair hissədə iddianı rədd etməklə məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir.
47. İddiaçı 2018-ci ildən cavabdeh müəssisədə işlədiyini iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İş üzrə İddiaçı fərdi şəxsi hesabından çıxarışlar üzrə də iddiaçının 2018-ci ildə Cavabdeh MMC-də işləməsi öz təsdiqini tapmır.
48. Ona görə də, məhkəmə kollegiyası tərəflər arasında olan əmək münasibətlərinin real və faktiki vəziyyətini nəzərə alaraq yuxarıda göstərilən nəticəyə gəlmişdir.
49. Mənəvi zərərin ödənilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə tələb əsassızdır.
50. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
51. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının 4-cü bəndində təsbit edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər və zərər vuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir.
52. Həmin qərarın 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarının və ya iş yerinin itirilməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi ailə və tibbi sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü biruzə verə bilər.
53. Yenə həmin qərarın 8-ci bəndində göstərilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirilməsi, bunların cavabdehlərin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
54. İş materiallarında cavabdehin hərəkətləri nəticəsində iddiaçının fiziki əzab çəkməsi və mənəvi sarsıntılar keçirməsi barədə mötəbər sübutlar yoxdur. Bu barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
55. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mənəvi zərərin əvəzi kimi 3000 manatın ödənilməsi barədə tələbinin əsasını iddiaçı sübuta yetirə bilməmişdir və həmin hissədə iddianın rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də qüvvədə olan maddi hüquq normalarına uyğundur.
56. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - İddiaçı işlədiyi dövrdə 2022-ci illərin istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin iddiaçıya ödənilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, İddiaçı işlədiyi 2019-2022-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzi iddiaçıya ödənilməlidir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(060)-631/2023 nömrəli qətnaməsi qismən - İddiaçı işlədiyi dövrdə 2022-ci illərin istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzinin iddiaçıya ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə çıxarılsın, iddia həmin hissədə qismən təmin edilsin. İddiaçı işlədiyi 2019-2022-ci illər üzrə istifadə edilməmiş əmək məzuniyyətlərinə görə pul əvəzi Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamə mənəvi zərərin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.