Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-886/2025 11.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(060)-2352/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 085/24 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə xx.xx.2025-ci il tarixli iclasda cavabdehin nümayəndəsi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında “maddi ziyanın tələbi”nə dair mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər hazırkı iş üzrə icraatın dayandırılması xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraatın Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-555/2025 nömrəli mülki iş üzrə baxılıb yekun qərar qəbul edilənədək dayandırılması qərara alınmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 qərardaddan şikayət verərək onun ləğv olunmasını xahiş etlmişdir. Şikayətdə göstərilir ki, məhkəməiş üzrə icraatın dayandırılmasını belə əsaslandırmışdır ki, onun barəsində işdən çıxarılma əmrinin verilməsi üçün əsas onun nizam intizam qaydalarını pozmağı və oğurluq hadisəsi törədərək işəgötürənə ziyan vurmağı olmuşdur ki, həmin ziyanın ödənilməsi tələbi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxıldığı üçün icraat dayandırılmalıdır. Bu mövqe tam əsassızdır və iddiaçının işçi kimi vəziyyətini kifayət qədər ağırlaşdırır. Çünki həmin mülki işin baxılması hələ birinci instansiya məhkəməsinin hazırlıq icraatındadır. Mülki mübahisə olduğu üçün istənilən qərardan narazı tərəf olacaqdır və şikayət də veriləcəkdir. Beləliklə bu işin baxılması hər üç məhkəmə instansiyasında olacaq və hətta yuxarı instansiya məhkəməsi tərəfindən geri qaytarma halını nəzərə almasalar ümumilikdə 3-cü, yəni kassasiya instansiyasından sonra bu iş üzrə yekun məhkəmə qərarının qüvvəyə minməsi ən azı 1 il vaxt aparacaq. Bu müddət iki və daha çox il də çəkə bilər. Yəni məhkəmənin mövqeyi budur ki, işə bərpa ilə bağlı mübahisəyə ən azı bir ildən sonra yenidən qayıdacaq. Bu isə mülki prosessual qanunvericiliyin tələbləri ilə birbaşa ziddiyyət təşkil edir. Çünki ən son dəyişikliklərlə qanunvericilik məhkəmələrə işə bərpa ilə bağlı işə 2 ay kimi qısa bir müddətdə baxılıb qərar verilməsini tələb edir. Təbii ki, burada əsas səbəb işçinin hüquqlarının müdafiə olunması və onun sosial vəziyyətinin nəzərə alınmasıdır. Sumqayıt Şəhər Məhkəməsinin bu qərardadı isə onun işdən çıxarıldığı tarixdən 2 il müddətədək nəticəni gözləməyini tələb edir. Qanunvericilikdən fərqli olaraq Sumqayıt Şəhər Məhkəməsi onun bu qədər uzun müddətə sosial vəziyyətini nəzərə almır. Hətta mübahisənin bu qədər uzanması gələcəkdə iddiası təmin olunacağı təqdirdə, cavabdehin özünə belə ziyandır. Çünki cavabdeh iddiası təmin olunacağı təqdirdə ona 2 illik əmək haqqını bu müddət ərzində onun əvəzinə başqa işçi işlədərək həm ona, həm də ona əmək haqqı verməli olacaq ki, bu da həmçinin işəgötürənin maraqlarına ziddir. Sumqayıt Şəhər Məhkəməsi bir növ mübahisəni özündən uzaq etmək üçün işi dayandırmışdır. Şikayətdə daha sonra göstərilir ki, iddiaçı işlədiyi müddətdə daim əmək funksiyalarını lazımınca yerinə yetirmiş, öhdəliklərini vaxtlı-vaxtında icra etmişdir, rəhbərliyin icazəsi olmadan özbaşına heç bir hərəkət etməmişdir. Cavabdeh təşkilat həm iddia ərizəsində, həm də onun barəsində işdən çıxartma əmrində onu şirkətə "məxsus" olan müştəri bazasından şirkətin müştərilərinə dair məlumatları oğurlamaqda, vəzifə səlahiyyətlərindən suiistifadədən və guya həmin müştərilərə satdığı biletlərdən əldə etdiyi pulu mənimsəməkdə ittiham etmişdir. Cavabdeh təşkilatın onu ittiham etdiyi əməllər cinayət məsuliyyətinə səbəb ola bilən hallardır. Həmçinin təqsirsizlik prezumpsiyasına əsasən barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kimi təqsirli bilib ittiham etmək olmaz. Cavabdeh təşkilat isə bütün sənədlərdə onu açıq-aşkar cinayət əməlləri törətmiş şəxs kimi qələmə vermiş və o bununla bağlı mənəvi iztirab keçirmişdir. Həmçinin onu işçi kimi işgüzar nüfuzuna da zərər vuraraq eyni fəaliyyəti həyata keçirən başqa şirkətlərlə əməkdaşlıq etməyinə mane olmuşdur. Hər iki məhkəmə işində cavabdeh təşkilat onu ittiham etdiyi əməllərlə bağlı hələki heç bir sübut təqdim etməmişdir. Hətta cavabdehin nümayəndəsi Sumqayıt Şəhər Məhkəməsində keçirilən sonuncu iclasda Qaradağ Rayon Məhkəməsinə xüsusi sübutlar (səs yazıları, kamera görüntüləri və s.) təqdim edəcəyini məhkəməyə vəd edərək işin dayandırılmasına nail olsa da, Qaradağ Rayon Məhkəməsində keçirilən xx.xx.2025-ci il tarixli iclasda yenidən heç bir sübut təqdim etməmişdir. Bir daha bildirir ki, cavabdehin onu işdən çıxartması tam qanunsuzdur və onu ittiham etdikləri əməllərlə bağlı heç bir sübutları yoxdur. Hətta xx.xx.2024-cü il tarixdə X3 Xidməti Abşeron Xızı Regional Şöbəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli 085/24 nömrəli xitam əmrinin ləğv edilməsinə göstəriş verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq şifahi məhkəmə baxışına təyin edilmiş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müəyyən olunmuş qaydada məlumatlandırılmışlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 şikayətin dəlillərinə uyğun çıxış edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin çıxışını dinləyərək hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin mübahisələndirilən xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 48000 manat maddi ziyanın və ödənilmiş 300 manat dövlət rüsumunun cavabdeh İddiaçı Cavabdeh MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilən iş hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatındadır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, işlər arasında sıx əlaqə mövcuddur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və hesab edir ki birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol vermiş, vəsatəti təmin etməklə iş üzrə icraatı dayandırmaqda haqlı olmamışdır. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-555/2025 nömrəli mülki işlə araşdırılan mülki iş arasında məhkəmə prosesinin davam etdirilməsini qeyri-mümkün edən hər hansı bağlıq mövcud deyildir. Kollegiya qeyd edir ki, MPM-nin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı və ya “sıx əlaqənin mövcudluğu” deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması-məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyrimümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Hazırkı halda isə iddiaçının tələbinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan işlə əlaqədar baxılmasını mümkünsüz edən hər-hansı hal müəyyən olunmur. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mülki iş üzrə icraatı dayandırmaqda haqlı olmamış, qeyd olunan məhkəmə mübahisələrinin bir-biri ilə bağlılığını, məhkəmə prosesinin davam etdirilməsinin qeyrimümkünlüyünü əsaslandırmamış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-555/2025 nömrəli mülki işin araşdırılan mülki işin nəticəsinə nə cür təsir edəcəyini dəqiqləşdirməmiş və nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Məhkəmə kolleyisanın qənaətincə şikayətin dəlilləri icraatın dayandırılması barədə qərardadln ləğv edilməsi üçün əsasdır. Odur ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(060)-2352/2025 nömrəli qərardadı ləğv olunaraq işə mahiyyəti üzrə baxılması davam etməlidir. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398.0.2, 399, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2(060)-2352/2025 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmağa görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-886/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-886/2025
11.06.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver