Məhkəmə qərarları › İş №2(105)-89/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-89/2021

09.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-89/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə,İddiaçı, cavabdeh X5 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh X6 qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mülkiyyətdə olan həyətyanı torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-561/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şabran Rayon Məhkəməsinin 2(031)-561/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, torpağa Mülkiyyət Hüququna Dair JN:1255 A kod 30401004 saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh çıxarılması, torpaq sahəsinin boşaldılması qət edilmişdir (hakim Çingiz İsgəndərov) Qətnamədən cavabdeh X10 apelyasiya şikayəti verərək Şabran Rayon Məhkəməsinin 2(031)-561/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: İddiaçı məhkəmədə iddia qaldıraraq Torpağa Mülkiyyət Hüququn Dair JN:1255 A kod 30401004 saylı şəhadətnaməyə əsasən onun mülkiyyətində olan torpaq sahəsindən Cavabdeh Mehbulah oğlunun çıxarılması və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iştirak edərkən cavabdeh X10 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin 2(031)561/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsində qeyd olunur ki, iş materiallarına əlavə olunmuş C-132 saylı xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyinə görə Torpağa Mülkiyyət Hüququna Dair JN 1255 A kod 30401004 saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsi X10 tərəfindən faktiki olaraq bütünlüklə istifadə olunur, məhkəmə tərəfindən tərəflərə təqdim edilməsi barədə təklif olunmasına baxmayaraq tərəflər məhkəməyə əlavə sübutlar təqdim etməmişdir. Məhkəmə araşdırmasında müəyyən olundu ki, torpağın mülkiyyətə verilməsinə dair JN 1255 A kod 30401004 saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsi X10 tərəfindən zəbt olunmuşdur. Bildirir ki, iddiaçının iddia ərizəsində göstərdikləri yalan və boş cəfəngiyatdır. Heç kimin torpağını zəbt etməmişdir. X1 Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi şəhəri üzrə nümayəndəliyinin xx xxxxxxxx 1992-ci il tarixli, 96 saylı sərəncamı ilə fərdi mənzil tikintisi üçün Dəvəçi (indiki Şabran) şəhəri 21-ci məhəlləsində (yerin nömrəsi 40) 0.05 ha torpaq sahəsi ayrılıb verilmişdir. X2 qeyd edilən torpaq sahəsini ona satmışdır. Lakin, torpağın alqı-satqı əqdi notarial qaydada rəsmiləşdirilməmiş, həmin torpaq sahəsi adına qeydə alınmamışdır. Həmin torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X2 həyat yoldaşı X4 etibarnamə vermişdir. İddiaçı qeyd edilən 0.05 ha torpaq sahəsinin şəhadətnamə əsasında ona məxsus olduğunu iddia edir. Hansı ki, həmin torpaq sahəsinin İddiaçı aidiyyatı yoxdur. İddiaçı məhkəməyə öz iddiasını əsaslandıra biləcək heç bir sənəd, sübut təqdim edə bilməmişdir. Məhkəmə mötəbər sübutlara istinad etmədən, mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan yalnız iddiaçının dediklərinə və mütəxəsss rəyinə əsaslanaraq iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmənin qətnaməsinin özündə belə qeyd olunur ki, təklif olunmasına baxmayaraq tərəflər məhkəməyə əlavə sübutlar təqdim etməmişdir. Hansı ki, göstərilən məsələ ilə əlaqədar məhkəmə tərəfindən ekspertiza təyin edilməli və ekspertin rəyi alınmalı idi. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş sayılmalıdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Şabran Rayon Məhkəməsinin 2(031)-561/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdeh X5 nümayəndəsi X7 izahatında apelyasiya şikayətinin təmin edilməsini, Şabran Rayon Məhkəməsinin 2(031)-561/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Şabran Rayon Məhkəməsinin 2(031)-561/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş Torpağa Mülkiyyət Hüququn Dair JN:1255 A kod 30401004 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu X12 xx xxxxxxxx 2000-ci il tarixli 06 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş Şabran rayon Polis Şöbəsi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli 200-30357-3219 saylı arayışdan görünür ki, Şabran şəhəri, İ.Qayıbov küçəsi ev 13də yaşayan İddiaçı xx.xx.2019-cu il tarixdə Şabran rayon polis şöbəsinə ünvanladığı müraciətinə əsasən təxminən 5 ay öncə JN-1255A (kod 30401004) nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməni Şabran rayonu ərazisində itirməsi ilə əlaqədar tərəflərindən axtarış elan edilmiş, lakin tapılmamışdır. İş materiallarına əlavə edilmiş C-132 saylı xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, Torpağın mülkiyyətə verilməsinə dair JN: 1255A kod 30401004 saylı Şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətinə verilmiş 0.05 ha həyətyanı torpaq sahəsi Cavabdeh Mehbulah oğlu tərəfindən faktiki olaraq bütünlüklə istifadə olunur. Birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına istinadən torpağa Mülkiyyət Hüququna Dair JN:1255 A kod 30401004 saylı şəhadətnaməyə əsasən İddiaçı mülkiyyətində olan torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmasını müəyyən edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdıraraq iddianı təmin etmişdir. İşdən görünür ki, iddiaçı cavabdehin ona məxsus torpağı zəbt etməsini göstərmiş, bu fakt iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və X13 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Müəyyən edilmişdir ki, Torpağa Mülkiyyət Hüququn Dair JN:1255 A kod 30401004 saylı şəhadətnamədən görünür ki, Dəvəçi rayonu X12 xx xxxxxxxx 2000-ci il tarixli 06 saylı qərarına əsasən İddiaçı mülkiyyətinə 0.05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilməsi iş materiallarında olan C-132 saylı xx xxxxxx 2019-cu il tarixli mütəxəssis rəyi ilə də təsdiq edilir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 3313 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının Əmlak Məsələlən Dövtət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xıidmətinin mütəxəssis rəyinə əsasan X1 verilmiş Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi şəhəri üzrə nümayəndəliyinin xx xxxxxxxx 1992-i il tarixli, 96 saylı sərəncamı ilə fərdi mənzil tikintisi üçün Dəvəçi (indiki Şabran) şəhəri 21-ci məhəllə (yerin nömrəsi 40) 0.05 ha torpaq sahəsinə dari heç bir sxem və koordinatlar olmadığından həmin torpaq sahəsinin X8 mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dari JN-1255A KOD 30401004 saylı şəhadətnaməyə əsasən 0.05 ha torpaq sahəsi və Cavabdeh faktiki istfiadəsində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün deyildir. Lakin vahid elektron baza məlumatlarında olan xəritə materiallarına əsasən İddiaçı mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair JN-1255A KOD 30401004 saylı şəhadətnaməyə əsasən 0.05 ha həyətyanı torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi üst-üstə düşür. Mütəxəssis rəyinə əsasən X1 verilmiş Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının Dəvəçi şəhəri üzrə nümayəndəliyinin xx xxxxxxxx 1992-i il tarixli, 96 saylı sərəncamı ilə fərdi mənzil tikintisi üçün Dəvəçi (indiki Şabran) şəhəri 21-ci məhəllə (yerin nömrəsi 40) 0.05 ha torpaq sahəsinə dair heç bir sxem və koordinatlar olmadığından həmin torpaq sahəsinin naturada sərhədlərini müəyyən etmək mümkün deyildir. Lakin İddiaçı mülkiyyətində olan torpağın mülkiyyətə verilməsinə dair JN-1255A KOD 30401004 saylı şəhadətnaməyə əsasən 0.05 ha həyətyanı torpaq sahəsinin və Cavabdeh faktiki istfiadəsində olan torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən vahid elektron baza məlumatlarında olan xəritə materiallarına əsasən JN-1255A KOD 30401004 saylı şəhadətnaməyə əsasən İddiaçı məxsus 0.05 ha həyətyanı torpaq sahəsi bütovlükdə cavabdeh tərəfindən istifadə edilir. Mütəxəssis rəyinə əsasən Dəvəçi (indiki Şabran) rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 2007-ci il tarixli, 58 saylı sərəncamı ilə N.Qasımov adına keçirilmiş torpaq sahəsinə dair heç bir sxem və koordinat olmadığından həmin torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə eyni olub-olmamasını müəyyən etmək mümkün deyildir. Göründüyü kimi, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehin faktiki istifadəsində olan torpaq sahəsi ilə eyni olması ekspert rəyi ilə də təsdiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. Belə ki, iş materiallarından görünür ki, cavabdeh qətnamənin ləğv olunmaqla iddianın təmin olunmamasını xahiş etmişdir. Lakin apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, cavabdeh iddiaçının torpaq sahəsini zəbt etməməsini, istfiadəsində olan torpaq sahəsinin özünə məxsus olmasını bildirsə də, bu dəlillər iş materialları ilə, o cümlədən iş üzrə keçirilmiş ekspert rəyi ilə təkzib olunur. Apelyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan cavabdeh Lətif Hüsyenova münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Şabran Rayon Məhkəməsinin 2(031)-561/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh X5 apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar