Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-890/2021 16.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, maraqlı şəxs AR ƏMDX DƏDRX-nin 2 saylı X7 nümayəndəsi X1 iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X6rşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5396/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X12 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhərinin “Corat bağları” ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 2485v nömrəli bağ torpaq sahəsinə əri mərhum X4 ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması və həmin torpaq sahəsi üzərində mərhum X2 mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi, həmin hüququn miras əmlak kimi Ərizəçi1 oğlu tərəfindən qəbul edilməsi faktının tanınması və çıxarılacaq məhkəmə qətnaməsinin faktiki istifadəsində olan göstərilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaZ əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilməsi üçün, Sumqayıt şəhərinin “Corat bağlan” ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 2485 nömrəli bağ torpaq sahəsinə dair Ərizəçi2 ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin xx xxxxxx 2004-cü il tarixdən bağlanmış hesab olunması, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi və çıxarılacaq məhkəmə qətnaməsinin faktiki istifadəsində olan yuxarıda göstərilən bağ torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatından keçirilməsi üçün əsas hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5396/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə iddia tələb təmin edilmiş, Sumqayıt şəhərinin “Corat bağları” ərazisində yerləşən 1200 kvadrat metrdən ibarət 2485v nömrəli bağ torpaq sahəsinə dair mərhum X4 ilə Sumqayıt şəhərinin “Corat bağlan” ərazisində yerləşən 1200 kvadrat metrdən ibarət 2485 nömrəli bağ torpaq sahəsinə dair Ərizəçi2 ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı müqaviləsinin 2005-ci ildən bağlanmış hesab edilməklə, üzərində onların mülkiyyət hüquqlarının yaranması və mərhum X2 Sumqayıt şəhərinin “Corat bağları” ərazisində yerləşən 1200 kvadrat metrdən ibarət 2485v nömrəli bağ torpaq sahəsinə dair hüququnun miras əmlak kimi Ərizəçi1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, qətnamənin Sumqayıt şəhərinin “Corat bağları” ərazisində yerləşən 1200 kv.metrdən ibarət 2485v nömrəli bağ torpaq sahəsinə dair Mütəllimova Nurlana Ziyəddin qızının, Sumqayıt şəhərinin “Corat bağları” ərazisində yerləşən 1200 kv.metrdən ibarət 2485 nömrəli bağ torpaq sahəsinə dair Ərizəçi2 Ziyəddin oğlunun mülkiyyət hüququnun ərazi üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas olması qət edilmişdir (hakim İlyas Mahmudov). Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5396/2014 saylı, xx xxxxxx 2015-ci il tarixli qərardadı ilə qətnamədə düzəliş edilərək Sumqayıt şəhəri, Corat bağları ərazisində yerləşən bağ torpaq sahəsinin nömrəsi 2485 əvəzinə, B-2485v kimi oxunması qərara alınmışdır.Qətnamədən maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X12 tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs AR ƏMDX DƏDRX-nin 2 saylı X7 nümayəndəsi X5 izahatında apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, ərizəçilərlə bələdiyyə arasında bağlanmış alqısatqı müqaviləsini n bağlanmış hesab edilməsi, qanunsuz əqdin və qeydiyyatın rəsmiləşdirilməsinə şərait yaradır. Belə ki, “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarına əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mənasına görə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir. Konkret olaraq həmin məsələ ilə əlaqədar öz qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, Mülki Məcəllənin 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Göründüyü kimi yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: yazılı formada bağlanması; notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi Mülki Məcəllənin 335.2-ci maddəsinin mənasına görə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir...” Həmin məsələ ilə əlaqədar verdiyi şərhində yuxarıda istinad edilən qərarında Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Ümumiyyətlə qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsində qeyd edilmişdir ki, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin İV hissəsinə görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1ci maddəsində nəzərdə tutulmuşdur ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Qanunverici sahiblik, istifadə və sərəncam hüququnun mahiyyətini açıqlayaraq, Mülki Məcəllənin 152.4-cü maddəsində qeyd etmişdir ki, sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Lakin iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, ərizəçilər mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X10 ümumiyyətlə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Belə olan halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinin tələbinə uyğun olaraq hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı idi. Belə ki, həmin maddənin məzmununa əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Lakin hazırki işdən göründüyü kimi iddia ərizəsi məhkəmə tərəfindən mümkün hesab edilmiş və icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı işin qabaqcadan məhkəmədən kənar (pretenziya) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, ərizə baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 261.0.9-cu maddəsinə əsasən məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə hakim iş üzrə icraata xitam verir. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallan başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayət qismən təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və ərizə baxılmamış saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2004-cü il tarixli EQĞ seriyalı 017605 saylı kassa mədaxil orderindən görünür ki, X4 bağ torpaq sahəsinin alqı-satqısı ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə ******* (üç milyon) manat pul ödəmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2004-cü il tarixli EQĞ seriyalı 017604 saylı kassa mədaxil orderindən görünür ki, Ərizəçi2 bağ torpaq sahəsinin alqı-satqısı ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə ******* (üç milyon) manat pul ödəmişdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X8 qızı xx.xx.2004-cü il tarixdə nikaha girmişlər. X4 xx.xx.2008-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2005-ci il tarixli (protokol 26) qərardadn görünür ki, Sumqayıt şəhər Bələdiyyəsinin həmin qərarı ilə Sumqayıt şəhəri Corat Bağları ərazisində yerləşən sahəsi 1200 kv.metr olan 2485V saylı bağ torpaq sahəsi X11 oğlunun mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi mübahisələndirilən torpaq sahələri ilə bağlı X2 və Ərizəçi2 xx xxxxxx 2004-cü il tarixdə Sumqayıt şəhər Bələdiyyəsinə ******* (üç milyon) manat pul ödəməsini, bələdiyyənin həmin pulu qəbul etməsini, həmin dövrdə bələdiyyə torpaqlarının torpaq hərracı, yaxud müsabiqəsi yolu ilə əldə olunmasının nəzərdə tutulmamasını müəyyən edərək ərizəni təmin etmiş, gəldiyi nəticəni də “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 5.2, Mülki Məcəllənin 7.1, 389.1, 405.1, Torpaq Məcəlləsinin 66.1, MPM-nin 307.1, 308, 311-ci maddələrinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə görə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırda maraqlı şəxs DƏDRX-nin 2 sayl X12 ərizəçilər X4 və Ərizəçi2 ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında torpaq sahələrinin alqı-satqı müqavilələrinin bağlanmış hesab edlməsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə hüquq haqqında mübahisə vardır. Belə ki, maraqlı şəxs ərizəçilərin alqı-satqı müqavilələrinin təsdiq edilməsi, torpaq sahələrinə mülkiyyət hüququnun tanınması üçün təşkilata müraciət etməməsini mübahisələndirmişdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. Lakin iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, ərizəçilər mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X10 ümumiyyətlə müraciət etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Bütün bunlar hazırki iş üzrə hüquq haqqında mübahisənin olduğunu göstərir və belə olan halda, ərizəçilərin ərizəsinə xüsusi icraat qaydasında baxıla bilməz. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, ərizəçilər hazırki mübahisə ilə bağlı öncə müvafiq orqana müraciət etməli, onun müraciətindən imtina edildikdə həmin imtinanı məhkəmə qaydasında mübahisələndiməlidir. Hazırda iş materiallarından görünür ki, ərizəçi belə bir müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və işdə iştirak edən ərizəçiyə, maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5396/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 306.4, 372.1, 372.6, 372.7, 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5396/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilsin. Apelyasiya şikayəti qismən təmin edilsin. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X6rşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması faktının müəyyən edilməsi tələbinə dair ərizə baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-890/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-890/2021
16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver