Məhkəmə qərarları › İş №2(105)-891/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-891/2024

25.06.2024 · Sair mülki iş - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-891/2024 25.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X10 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədova Rəxşəndə Elşad qızının katibliyi, cavabdeh X2 iştirakı ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-90/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qətnaməsindən cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh2 4040 manat məbləğində pul və 37,1 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi, iddia tələbi Cavabdeh1 aid hissədə rədd edilməsi, Cavabdeh2 Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli, 9/4667 nömrəli ekspert rəyi ilə 1400 manat qiymətləndirilmiş mətbəx mebelinin çərçivəsinin İddiaçı geri almaq hüququnun olması izah edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 oktyabr 2023-cü il tarixli, 9/4667 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməsi SAP (XİİS) hesabı-X3, kod-210005; VÖEN-**********; müxbir hesabAZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası MərkəziVÖEN **********; hesab AZ34CTRE********************. qət edilmişdir. Cavabdeh Rahman Mohammadi qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6 və Cavabdeh1 onun xeyrinə 5750 manat məbləğində pul vəsaitinin, o cümlədən məhkəməyə ödənilən 77,50 manat dövlət rüsumunun cavabdehlərdən məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil2 məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə verərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçının xeyrinə 5750 manat məbləğində pul vəsaitinin, o cümlədən məhkəməyə ödənilən 77,50 manat dövlət rüsumunun cavabdehlərdən məcburi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 yaşadığı mənzilində mətbəx mebeli yığmaq üçün 2022-ci ilin yanvar ayında sifariş vermiş, cavabdehlərlə iddiaçı arasında olan şifahi razılaşmalarına uyğun olaraq iddiaçı tərəindən cavabdehlərə 5750 manat məbləğində pul verilmişdir. Cavabdehlər iddiaçının sifarişinin formasına, ölçülərinə və materialına uyğun deyil, başqa formada mətbəx mebelinin çərçivəsini gətirib mənzildə quraşdırmışlar. Bir qədər sonra tərəflər arasında narazılıq yaranmış, iddiaçı cavabdehlərdən pulunu tələb etmiş, cavabdehlərdən quraşdırdıqları çərçivəni geri aparmağı, 5750 manat pulu geri qaytarmağı tələb etmiş, lakin cavabdehlər gətirdikləri çərçivəni geri aparmaqdan, sifarişə uyğun mebel yığmaqdan və iddiaçının onlara ödədiyi 5750 manat pulu geri qaytarmaqdan imtina etmişlər. Nəticədə, cavabdehlər iddiaçı ilə şifahi qaydada bağladıqları xidmət müqaviləsinin şərtlərinə əməl etməmiş, öhdələrinə götürdükləri öhdəliyi sifarişə uyğun icra etməyərək iddiaçıya xeyli miqdarda ziyan vurmuşlar. Sifariş verilmiş mətbəx mebelinin eskiz layihəsindən və mənzildə quraşdırılmış çərçivədən də görünür ki, sifarişlə icra olunmuş iş tam fərqlidir. Ödəniş sənədlərinin surətlərindən görünür ki, cavabdehlərə hissə-hissə 5750 manat pul vəsaiti verilmiş, onlar da həmin pulu almalarını etiraf etmişlər. Pulun bir hissəsi nağd şəkildə verilmişdir. Beləliklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı məxsus 5750 manat məbləğində pul vəsaiti məhkəmə qaydasında onlardan tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh X1 Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilib, cavabdeh Mohammadi Rahmandan 4040 manat məbləğində yox, cəmi 540 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı sexdə mebelə baxıb bəyənsə də, mebel evdə quraşdırılandan sonra 3500 manat və rənglənmiş 6 qapıya görə 1000 ödəmək əvəzinə iddia qaldırmışdır ki, ödədiyi pul geri qaytarılsın. Məhkəmə nəzərə almayıb ki, mebelin materialına və ustalara 3500 manat pul xərclənib, ona görə də cavabdeh iddiaçıya 4040 manat deyil, cəmi 540 manat pul qaytarmalıdır. Cavabdehin tərəfindən göstərilən faktlar protokola salınsa da məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçının hansı səbəbdən mebeli sexdə bəyənməsi, mebel evdə qurulandan sonra isə bəyənməməsi faktı məhkəmə tərəfindən araşdırılmamışdır, hansı ki, aydındır ki, bu bəhanə əlavə ödəniləcək məbləğin ödənilməsi məqsədini güdmüşdür. Şifahi müqavilənin mübahisəli olan şərtləri üzrə qərarlar qətnamədə göstərilməmişdir, iddiaçının əvvəl verdiyi sifarişdən sonra bir neçə dəfə fikrini dəyişməsi nəzərə alınmamışdır. Şifahi müqavilə üzrə mebel sifariş verilsə də, sonradan iddiaçı tərəfindən müqavilənin şərtlərinin bir neçə dəfə dəyişdirilməsi nəzərə alınmamışdır. İdiaçı ilkin şifahi qaydada razılaşdırdığı müqavilənin şərtlərini bir tərəfli qaydada dəfələrlə dəyişmişdir. Bağlanmış şifahi müqavilə üzrə iddiaçı verdiyi sifarişi qəbul etdikdən sonra müqavilənin şərtləri üzrə ödəniş etmək əvəzinə iddia qaldırır ki, verdiyi pul geri qaytarılsın, hansı ki, polisdə araşdırma zamanı da cavabdehin hərəkətində heç bir cinayət əməli olmadığı, iddiaçını aldatmamağı müəyyənləşdirilmişdir. İddiaçı tərəfindən verdiyi sifarişin sonradan bəyənilməməsi cuzi pozuntu sayılmalıdır. Cavabdehin tərəfindən göstərilən əhəmiyyətli faktlar araşdırılmamışdır. Cavabdeh məhkəməyə quraşdırılmış mebelin materialına və ustaların puluna 3500 manat pul xərcləməsi faktının araşdırılmasına vəsatətlə müraciət etsə də, məıhkəmə bunu təmin etməmişdir. Hesab edir ki, qətnamə iş üzrə müəyyən edilmiş hallara əsaslandırılmayıb. Qətnamənin nəticə hissəsində şifahi müqavilədə göstərilən şərtlərin nəyə görə sonradan bir neçə dəfə əsassız olaraq dəyişdirilməsini şərh edən qərar göstərilməmişdir. Məhkəmə ekspertin rəyini qiymətləndirərkən sübutlara obyekti, hərtərəfli və tam baxsa idi cavabdehin çəkdiyi xərcləri 1400 manat yox, 3500 manat qiymətləndirərdi və cavabdehdən 4040 manat yox, cəmi 540 manat tələb edilərdi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh X5 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi ilə bağlı gəldiyi nəticəni cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Rahman Mohammadi vermiş olduğu apellyasiya şikayətində qətnamənin qismən ləğv edilib, 4040 manat məbləğində deyil, 540 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdeh Rahman Mohammadinin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. Tərəflər arasında mənzilində mətbəx mebelinin quraşdırılması ilə bağlı razılaşmanın olması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia pul tələbi barədədir və iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 752.1-ci maddəsi təşkil edir. İşdən göründüyü kimi, iddiaçı yaşadığı mənzilində mətbəx mebelinin quraşdırılması ilə bağlı cavabdehlə razılaşdığına və bu razılaşma əsasında cavabdehlərə 5750 manat məbləğində pul verildiyinə, lakin sifarişinin forması, ölçüsü və materialına uyğun olmadığına, başqa formada mətbəx mebelinin çərçivəsini gətirib mənzildə quraşdırılmasını iddia edərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, cavabdeh Rahman Mohammadi həmin nəticəni apellyasiya qaydasında mübahisələndirmişdir. Məlum olduğu kimi Mülki Məcəllənin 752-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Bu normaya görə podratçı sifarişçinin tapşırığı ilə onun və ya özünün materiallarından istifadə etməklə müəyyən işi öz riski ilə görməyi və onun maddiləşdirilmiş nəticələrini ona verməyi sifarişçi isə həmin nəticələri qəbul edib, razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürürlər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3. və 425.1. maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtlərdirilmiş vaxtda və yerdə lazımı şəkildə icra etməlidir. Göründüyü kimi üzərinə öhdəlik götürmüş cavabdeh podratçı olaraq razılaşdırılmış işi görməmiş və onun maddiləşdirilmiş nəticəsini iddiaçıya verməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsilə qəbul edildiyindən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi mübahisələndirilən hissədə 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar