Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-892/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı daşınmaz əmlaka həbs qoyulması və sahibinə qaytarılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 2(031)-877/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlaka həbs qoyulması və sahibinə qaytarılması tələbi barədə iddia qaldıraraq, məhkəmə araşdırması başa çatana qədər ünvan 1 saylı ünvana həbs qoyulsun. Cavabdeh Xəlil Əhmədov küçəsi 77 saylı evə verilən sənədlərin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, Şabran şəhəri, Xəlil Əhmədov küçəsi 77 saylı evin öz sahibinə X1 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində məhkəmə araşdırması başa çatanadək ünvan 2 saylı ünvana həbs qoyulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının bu xahişini iddianın təmini tədbiri kimi qəbul edərək işə baxmışdır. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(031)-877/2020 saylı qərardadı ilə İddiaçı Şabran şəhəri, Xəlil Əhmədov küçəsi, 77 saylı ünvana həbs qoyulması barədə ərizəsi təmin edilməmişdir. İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Şabran rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(031)-877/2020 saylı qərardadının ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şabran Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(031)-877/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmetinin üzərinə həbs qoyulmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayətə etiraz edrək göstərdi ki, hazırda yaşadığı evdən başqa yaşayış yeri yoxdur. Həmin evi satmaq, bağışlamaq, kiməsə vermək fikrində deyil. Odur ki, şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, şikayəti araşdırıb, hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, məhkəmə mübahisə predmeti olan yaşayış evi və torpaq sahəsinin kiməsə satılması, bağışlanması, girov kimi banka qoyulması hallarının mövcud olmaması əsası ilə ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdırıb belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1 və 157.2-ci maddələrinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən məhkəmə cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak uzərinə həbs qoya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdən görünür ki, iddiaçı daşınmaz əmlaka həbs qoyulması və sahibinə qaytarılması tələbi barədə iddia qaldıraraq, məhkəmə araşdırması başa çatana qədər ünvan 1 saylı ünvana həbs qoyulsun. Cavabdeh Xəlil Əhmədov küçəsi ev 77 saylı evə verilən sənədlərin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi, ünvan 1 saylı ev torpaq sahəsinin öz sahibinə X1 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə olan halda daşınmaz əmlaka həbs qoyulması tələbi ilə bağlı iddia ərizəsi verdiyindən, iddianın təmini tədbiri olaraq həmin əmlakın üzərinə həbs qoyulması işi qabaqcadan mahiyyəti üzrə həll etmiş olacaqdır. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının yaşayış evi və torpaq sahəsi üzərinə həbs qoyulma barədə xahişini təmin etməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab edir. Məhkəmə kollegiyası şikayətin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəradadı prosessual hüquq normalarının tələblərinə uyğundur və onun ləğvi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.1, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şabran Rayon Məhkəməsinin 2(031)-877/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-892/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-892/2021
09.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver