Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-897/2023 03.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının dəqiqləşdirilməsi barədə ərizəsinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(074)-249/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakim N.İsmayılov) Ərizəçi doğum faktının dəqiqləşdirilməsi barədə ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsi qərara alınmışdır. Ərizəçi qərardaddan şikayət vermişdir. Şamaxı Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli qərardadı ilə Şamaxı Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli, 2(074)-249/2023 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ Ərizəçi doğum faktının dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qızı X2 doğum akt qeydində doğum tarixinin 10 sentyabr 2012-ci il tarixinin dəqiqləşdirilərək, 20 noyabr 2005-ci il tarixdə doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Ərizəçi Şamaxı Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qeyd edilən qərardadı qəbul edərkən işi tam və hərtərəfli araşdırmadığından nəticədə əsassız, düzgün olmayan və ədalətsiz qərardad qəbul etmişdir. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barədə Şamaxı Rayon Məhkəməsinə müraciət etsə də, Şamaxı Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(074)-1090/2022-ci il nömrəli qərardadı ilə ərizənin məhkəmənin icraatına qəbulundan imtina olunmuşdur. İzah edilmişdir ki, doğum aktı qeydinin düzəldilməsi üçün əvvəlcə müvafiq qeydiyyat şöbəsinə (və ya onun struktur bölməsinə) müraciət etməli, həmin orqan onun müraciətindən imtina etdikdə isə onun hərəkət və ya hərəkətsizliyindən müvafiq inzibati məhkəməyə iddia ərizəsi ilə müraciət edilməlidir”. Bundan sonra Maraqlı şəxsnə “doğum akt qeydində doğum tarixinin yazılmış “10 sentyabr 2012-ci il tarixindən 20 noyabr 2005-ci il tarixinə dəyişiklik edilməsi ilə bağlı müraciət etmişdir. 01 noyabr 2022-ci il tarixli məktubla onun müraciətinin təmin edilməsindən imtina edilmişdir və məhkəməyə müraciət etməyi məsləhət olunmuşdur. Bundan sonra Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və Sumqayıt İnzibati Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2-1(118)-3828/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyildir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə iclasında iddiaçının qızı X4 da iştirak etmişdir. Məhkəmənin ilkin qənaətinə görə uşaq iddiada qeyd edildiyinə uyğun olaraq doğum akt qeydində aparılmış yaşdan daha böyük görsəndiyi ilk baxışda hiss edilir. Lakin bu halın qeyd edilməsi üçün fakt təsdiq edilməli və zəruri ekspertizalar keçirilməlidir ki, bu da mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, iddiaçıya izah edilməlidir ki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edərək müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Bütün bu xüsusatlara məhkəmə xx.xx.2023-cü il tarixli, 2(074)-249/2023 nömrəli qərardadında düzgün hüquqi qiymət verməmiş, hesab etmişdir ki, iddianın icraata qəbulundan imtina etməklə müvafiq inzibati məhkəməyə müraciət etməyi izah etmişdir. Şamaxı Rayon Məhkəməsi işin faktiki hallarına düzgün qiymət verməmiş, nəticədə aidiyyat qaydaları pozulmuşdur. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi ərizənin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsini ərizəyə məhkəmə qaydasında baxılmalı olmaması ilə əsaslandırmış və gəldiyi nəticənin əsası kimi “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmənin Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 1.2. və 14-cü bəndlərinə istinad etmişdir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Mülki Prosessual Məcəllənin 153.2.1. maddəsinə əsasən hakim ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı ərizədə göstərilən məsələyə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin 17 yanvar və 07 mart 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Ərizəçi şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 17 yanvar və 07 mart 2023-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-897/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-897/2023
03.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver