Məhkəmə qərarları › İş №2(105)-897/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-897/2025

03.06.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-897/2025 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X12 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı özbaşına tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Abşeron rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1 yaşayış otaqlı, sahəsi 12 kv.m., ümumi sahəsi 12 kv.m. olan *** nömrəli yaşayış evi Piriyev Müşfiq İdris oğlunun adına mülkiyyət hüququ əsasında qeydiyyatdan keçirilmişdir.

2. Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin yanvar 2000-ci il tarixli texniki pasportunun surətindən görünür ki, Piriyev Müşfiq İdris oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, *** nömrəli evin texniki pasportu tərtib edilmişdir.

3. ##.##.2018-ci il tarixli, AZ-İ seriyalı ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Piriyev Müşfiq İdris oğlu ##.##.2018-ci il tarixdə qaraciyərin ikincili bədxassəli yenitörəməsi xəstəliyindən Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında ##.##.2018-ci il tarixdə 44 nömrə ilə qeyd edilmişdir.

4. 2V-*** reyestr nömrəli, ##.##.2018-ci il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, ##.##.2018-ci il tarixdə ölmüş Piriyev Müşfiq İdris oğlunun vərəsəsi arvadı İddiaçıdır və o miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən ##.##.2002-ci il tarixdə Piriyev Müşfiq İdris oğluna verilmiş reyestr kitabı 2, səhifə 42, ****** qeydiyyat nömrəli şəhadətnaməyə əsasən Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 97 ünvanında yerləşən 148.8 kv.m qeyri yaşayış sahəsindən ibarətdir.

5. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2021-ci il tarixli alqı-satqı üçün beh müqaviləsinin surətindən görünür ki, İddiaçı Saray qəsəbəsində yerləşən ***** nömrəli qeydiyyat vəsiqəsi və 1021 inventar nömrəli texniki pasportda göstərilən (amma mövcud olmayan) ərazinin ümumi sahəsi 0.1732 ha təşkil edən həmin torpaq sahəsini Cavabdeh MMCnin direktoru X4 76.500 manata satmışdır. Sözləşməyə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında xxxx Xidmətindən torpağın mülkiyyət hüququ haqqında sənədin hazırlanması üçün avans olaraq 26.500 manat məbləğində ödənişi almışdır. Ümumi dəyəri 76.500 manatdan qalan qismini sənədləşmədən sonra notarial qaydada ödənilməsi razılaşdırımışdır.

6. İddiaçı tərəfindən verilmiş iltizamdan görünür ki, o, Saray qəsəbəsində istifadəsində olan 17 sot torpaq sahəsinə görə əvvəl aldığı 26.500 manatdan əlavə ##.##.2021-ci il tarixdə 25.000 manat almışdır. Həmin torpaq sahəsinin Cavabdeh şirkəti tərəfindən alınmasına görə cəmi 51.500 manat ona ödənilmişdir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında xxxx Xidmətinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2019-cu il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mərhum Piriyev Müşfiq İdris oğluna məxsus *** nömrəli fərdi yaşayış evi üzərində hüquqların xxxxndə qeydiyyata alınması ilə bağlı ##.##.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə baxılmışdır. Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş ***** nömrəli qeydiyyat vəsiqəsi və 1021 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmişdir. Tərəflərindən baxış keçirilmiş ərazinin ümumi sahəsinin 0.1732 ha təşkil etdiyi və həmin torpaq sahəsinin 0.1677 ha hissəsinin yüksək gərginlikli (220 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Habelə, sözügedən qeydiyyat vəsiqəsi və texniki pasportun baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Belə ki, həmin sənədlərdə eyniləşdirilmə aparılması üçün müvafiq məlumatlar (torpaq sahəsinin koordinatları, şərti istinad sxemi və ya qonşuluqlar) göstərilməmişdir. Göstərilən səbəblərdən ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd edilənlərin nəzərə alınaraq, “xxxx haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında xxxx Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,20 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh MMC-nin adına ************ reyestr nömrəsi, 1620022265 qeydiyyat nömrəsi ilə ##.##.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən *** nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsində cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, 0,15 ha torpaq sahəsinin boşaldılaraq onun sahiblik və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən *** nömrəli fərdi yaşayış evi iddiaçı İddiaçı mərhum X2 İdris oğlunun mülkiyyətindədir. Bu barədə əri M.İ.Piriyevin mülkiyyət hüququ ##.##.2000-ci il tarixdə qeydə alınaraq ona müvafiq qeydiyyat vəsiqəsi, həmçinin yanvar 2000-ci il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu verilmişdir. Sözügedən fərdi yaşayış evinin yerləşdiyi faktiki olaraq 0,15 ha torpaq sahəsi də mərhum ərinə məxsusdur. X2 İdris oğlu ##.##.2018-ci il tarixdə vəfat etmişdir. ##.##.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən iddiaçı mərhum X2 İdris oğlunun vərəsəsidir. Vərəsəsi olduğu ərinin mülkiyyətində olan sözügedən torpaq sahəsinə dair cavabdeh şirkətlə aralarında ilkin razılaşnma əldə edilsə də, cavabdeh tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Buna baxmayaraq bir müddət əvvəl iddiaçıya məlum olmuşdur ki, onlara məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən *** nömrəli fərdi yaşayış evi qanunsuz olaraq cavabdeh tərəfindən sökülərək yerində müəyyən tikililər inşa edilmişdir. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qanunsuz olaraq ona məxsus torpaq sahəsinin zəbt edilərək həmin torpaq sahəsində inşa etdiyi özbaşına tikililər onun mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır. İddiaçı tərəfindən müvafiq pretenziya ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilərək, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən *** nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsində inşa etdiyi özbaşına tikililərin öz hesablarına sökülərək, 0,15 ha torpaq sahəsinin 5 gün ərzində təhvil verilməsi xahiş edilmişdir. Lakin müraciətinə hər hansı bir cavab verilməmişdir. Göstərilənlərə əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən *** nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsində cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa edilmiş özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, 0,15 ha torpaq sahəsinin boşaldılaraq iddiaçının sahiblik və istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

11. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti razılaşmaya əsasən öz üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı İddiaçı tərəfindən müvafiq pretenziya ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilərək, ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən *** nömrəli fərdi yaşayış evinin yerləşdiyi 0,15 ha torpaq sahəsində inşa etdiyi özbaşına tikililərin öz hesablarına sökülərək, 0,15 ha torpaq sahəsinin 5 gün ərzində təhvil verilməsi xahiş edilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən müraciətinə hər hansı bir cavab verilməmişdir. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən *** nömrəli ünvanda iddiaçıya məxsus fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,15 ha torpaq sahəsi mövcud olmuşdur. Lakin cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən *** nömrəli fərdi yaşayış evi qanunsuz olaraq sökülmüş və həmin evin yerləşdiyi 0,15 ha torpaq sahəsi zəbt edilərək orda tikililər inşa edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi iddiaçının qeyd olunan fərdi yaşayış evi üzərində mülkiyyət hüququnu tanıyır. Lakin həmin idarənin mütəxəssisi isə rəyində əmlakın olmadığını göstərir. Bu səbəbdən də vəsatətləri təmin edilməklə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyi və işin materialları nəzərə alınmaqla, Abşeron rayon Dövlət texniki İnventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilən qeydiyyat vəsiqəsinə və fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportuna əsasən Piriyev Müşfiq İdris oğlunun şəxsi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1 (bir) yaşayış otaqlı, yaşayış sahəsi 12 kv.m., ümumi sahəsi 12 kv.m.-dən ibarət olan *** nömrəli yaşayış evinin yerləşdiyi 1560 kv.m. torpaq sahəsində cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qanunsuz tikililərin olub-olmaması, olduğu təqdirdə hansı hissədə və ölçüdə olması, torpaq sahəsinin zəbt edilibedilməməsi, zəbt varsa ölçüsü müəyyən edilməlidir. Bundan sonra isə 0,15 ha torpaq sahəsi cavabdeh tərəfindən boşaldılaraq iddiaçının sahiblik və istifadəsinə qaytarılmalıdır. Həmçinin * saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi ilk əvvəl iddiaçıya məxsus sözügedən evin və evin yerləşdiyi torpaq sahəsinin yerini müəyyən etməli idi. Lakin bunu etməmişdir. Onlar iddia ərizəsində də evin cavabdeh tərəfindən söküldüyünü qeyd etmişlər. Eləcə də bu tip mübahisələr ancaq mütəxəssis rəyi ilə həll olunur. Lakin mütəxəssis və daha sonra ekspert məhkəmə qərardadında qoyulan suala cavab verməmişdir. Həmçinin cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən sözügedən torpaq sahəsini zəbt etmədiyini və orda tikili inşa etmədiyini sübut etməlidir. Cavabdeh tərəf özünə məxsus 0,20 ha torpaq sahəsində inşa etdiyi tikili ilə bağlı sənədlər- sübutlar təqdim etməli idi. Həmçinin qarşı tərəf icarə müqaviləsini təqdim etməli idi, hansı ki, hər il həmin icarə müqaviləsi təzələnir. Lakin təqdim etməmişdir.

12. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili vəkil3 izahatında bildirmişdir ki, iddiaçı İddiaçı ##.##.2021-ci il tarixli alğı-satqı üçün beh müqaviləsində və daha sonra verdiyi iltizamda tərəfindən 0,17 ha torpaq sahəsinə görə ümumilikdə 51.500 manat aldığını etiraf edir. Belə ki, iddiaçı ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ilk əvvəl 0,17 ha torpaq sahəsinin qiyməti 76.500 manat müəyyən edilmiş və alğısatqısı üçün razılaşma bağlanmışdır. İddiaçı cavabdehdən qeyd olunan 0,17 ha torpaq sahəsinə dair mülkiyyət sənədinin hazırlanması üçün ilk əvvəl 26.500 manat alınmışdır. Daha sonra isə iddiaçı tərəfindən cavabdehdən torpaq sahəsinə görə əlavə olaraq 25.000 manat, ümumilikdə 51.500 manat alınmışdır. Lakin razılaşmaya əsasən pul alınsa da, iddiaçı tərəfindən torpaq sahəsinin mülkiyyət sənədləri hazırlanaraq cavabdehə təhvil verilməmişdir. İddiaçının cavabdehə satmaq istədiyi torpaq sahəsinin xxxxndən çıxarışı mövcud olmamışdır. İddiaçı qeyd edilən torpaq sahəsinə çıxarış alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında xxxx Xidmətinin * saylı Abşeron Ərazi İdarəsinə müraciət etsə də, torpaq sahəsinin yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşdiyi bildirilərək müraciətin təmin edilməsindən imtina edilmişdir. Göründüyü kimi iddiaçı cavabdehi aldadaraq 51.500 manat pulunu almışdır. Həmçinin göründüyü kimi cavabdeh iddiaçıdan torpaq sahəsi almaq istəmiş, lakin torpaq sahəsinə dair mülkiyyət sənədinin alınması qeyri-mümkün olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya məxsus hər hansı bir tikili sökülməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən sübutetmək yükü iddiaçının üzərinə düşür. Həmçinin iş üzrə ekspert rəyi mövcuddur. İddianın təmin edilməsi üçün torpaq sahəsinin zəbti və orda tikilinin inşa edilməsi ilə bağlı ekspert rəyi olmalıdır. Eyni zamanda torpaq sahəsində tikilinin olması və onun cavabdeh tərəfindən sökülməsi sübut edilməlidir. Cavabdeh təşkilat iddiaçıdan torpaq sahəsi almaq istəmiş, lakin iddiaçı qeyd edilən torpaq sahəsini mülkiyyət sənədləri ilə ona təqdim etməmişdir. Daha sonra cavabdeh təşkilat bələdiyyədən torpaq sahəsi icarəyə götürmüşdür. Eləcə də iddiaçının təqdim etdiyi texniki pasportda əksini tapan torpaq sahəsini də ekspert müəyyən edə bilməmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, iddiaçının satmaq istədiyi torpaq sahəsi ilə cavabdehin bələdiyyədən icarəyə aldığı torpaq sahələri fərqli torpaqlardır. Torpaq sahələri müxtəlif yerdə yerləşir və ölçüləri fərqlidir. Cavabdehin notarial qaydada aldığı 0,20 ha torpaq sahəsində isə tikili vardır. Həmçinin hər hansı bir şəxsin müxtəlif yerlərdə müxtəlif sayda torpaq sahəsi mövcud ola bilər. Tərəflər arasında 0,17 ha torpaq sahəsinin alqı-satqısı ilə bağlı müqavilə 2021-ci il tarixdə bağlanmışdır. Lakin iddiaçı torpaq sahəsinə dair mülkiyyət sənədi əldə edərək cavabdehə təhvil verə bilməmişdir.

13. Məhkəmə iclasında iştirak etmiş cavabdehin təsisçisi X1 Ahmed izahatında bildirmişdir ki, o, notarial qaydada 0,30 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin 0,10 ha hissəsini satmış, qalan 0,20 ha torpaq sahəsində isə ev tikmişdir. İddiaçı İddiaçı satmaq istədiyi 0,17 ha torpaq sahəsinin mülkiyyət sənədi olmamışdır. Qarşı tərəf ona torpaq sahəsinə mülkiyyət sənədi alaram demiş, o da buna görə iddiaçıya 51.500 manat məbləğində pul vermişdir. Sonradan isə həmin torpaq sahəsinin bələdiyyə torpağı olduğunu öyrənmişdir. Bələdiyyədən icarəyə götürmüş, həmin torpaq sahəsini hasara almış və orda yaxşılaşdırma işləri aparmışdır. İddiaçı isə ondan aldadaraq aldığı 51.500 manat məbləğində pulu geri qaytarmamışdır. O da qarşı tərəf qadın olduğuna görə ondan şikayət etməmişdir. O, haqlıdır. İddiaçı tərəf onu aldatmışdır.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən sözügedən ümumi sahəsi 12 kv.m olan bir otaqlı fərdi yaşayış evi aşkarlanmadığından Cavabdeh MMC-yə məxsus qanunsuz tikililərin olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsi tərəfindən ##.##.2024-cü il tarixli məktubla göndərilmiş mütəxəssis rəyindən görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallar elektron GPS aləti vasitəsi ilə yerölçmə işləri aparılmış və sözügedən torpaq sahələri barədə məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, məhkəmə tərəfindən təqdim edilmiş texniki pasportda göstərilən fye-i naturada aşkarlanmadığından sualın cavablandırılması mümkün olmamışdır.

16. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən ##.##.2024-cü il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*- *****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, qərardadda qoyulmuş suallar elektron GPS aləti vasitəsi ilə yerölçmə işləri aparılmış və sözügedən torpaq sahələri barədə məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, məhkəmə tərəfindən təqdim edilmiş texniki pasportda göstərilən fye-i naturada aşkarlanmadığından sualın cavablandırılması mümkün olmamışdır.

17. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia təmin edilməmiş, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza xərcinin tədqiqatının dəyəri olan 100 (yüz) manat iddiaçı İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

18. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində də qeyd etdiyi kimi cavabdehin mərhum ərinə məxsus olmuş torpaq sahəsinə hər hansı bir hüququnun olmamasına baxmayaraq, qanunsuz olaraq həmin torpaq sahəsində tikililər tikmişdir. Cavabdeh tərəf isə ona məxsus torpaq sahəsində hər hansı bir tikili tikilmədiyini, tikdiyi tikililərin özünün mülkiyyətində olan torpaq sahəsində tikildiyini qeyd edir. Belə olan halda birinci instansiya məhkəməsinin araşdırmalı olduğu yeganə məsələ cavabdeh tərəfindən tikilmiş mövcud tikililərin ona məxsus torpaq sahəsində, yaxud cavabdehin qeyd etdiyi kimi özünə məxsus torpaq sahəsində tikildiyini müəyyən etməkdir. Birinci instansiya məhkəməsi isə mübahisə predmeti olmayan məsələlərə, yəni tamamilə əsassız olaraq onun tərəfindən guya bağlanmış müqavilənin şərtlərinə riayət edilməməsinə və s. istinad edərək, mülki iş üzrə araşdırılmalı olan məsələləri araşdırılmamışdır. Məhkəmə tərəfindən əsassız olaraq tikililərin tikildiyi torpaq sahəsinin yerində müayinə edilməsi barədə verdiyi vəsatət təmin edilməmişdir. İşdən də göründüyü kimi Abşeron Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Sözügedən ekspertiza təyin edilməsi barədə qərardad əsasında ##.##.2024-cü il tarixli ekspert rəyi məhkəməyə təqdim edilmiş, lakin təqdim edilmiş ekspert rəyindən də göründüyü kimi qoyulmuş sual ekspert tərəfindən cavablandırılmamışdır. Ekspert mütəxəssis tərəfindən verilmiş rəyə istinad edərək göstərmişdir ki, təqdim edilmiş texniki pasportda göstərilən fərdi yaşayış evi naturada aşkarlanmadığından sualın cavablandırılması mümkün olmamışdır. Halbuki məhkəməyə verilmiş iddia ərizəsində də iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən *** nömrəli fərdi yaşayış evinin qanunsuz olaraq cavabdeh tərəfindən sökülərək yerində müəyyən tikililər inşa edildiyi qeyd edilmişdir. Ekspert qarşısında qoyulmuş sualda iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1 (bir) yaşayış otaqlı, yaşayış sahəsi 12 kv.m., ümumi sahəsi 12 kv.m.dən ibarət olan *** nömrəli yaşayış evinin yerləşdiyi 1560 kv.m. torpaq sahəsində cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qanunsuz tikililərin olub- olmaması, olduğu təqdirdə hansı hissədə və ölçüdə olması, torpaq sahəsinin zəbt edilib-edilməməsi, zəbt varsa ölçüsünün müəyyən edilməsi sualı qoyulmuşdur. Göründüyü kimi ekspert açıq-aşkar şəkildə sualın cavablandırılmasından yayınmışdır. Necə ola bilir ki, ekspert iddiaçının ərinə məxsus olan tikilinin söküldüyü yeri müəyyən edə bilir, həmin yerdə hazırda tikili olubolmadığını müəyyən edə bilmir? Ümumilikdə isə mütəxəssis və ekspert tərəfindən tədqiqat obyekti olan iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinə baxış keçirilməmişdir. Belə ki, tədqiqat obyektinə baxış keçirilməsi müəyyən edilmiş tarixdə iddiaçı tərəfindən özünə məxsus torpaq sahəsinə gedilsə də, mütəxəssis torpaq sahəsinə baxış keçirilməsi üçün gəlməmiş, torpaq sahəsini tədqiq etməmişdir. Bu barədə iddiaçı tərəfindən 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirinə də müvafiq şikayət ərizəsi ilə müraciət edilmişdir. Ekspert rəyindən də görünür ki, ekspert tərəfindən ümumiyyətlə hər hansı bir tədqiqat aparılmamış, qeyri-obyektiv rəy verilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

23. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin inventarlaşdırıcı texniki X13 izahatında rəyi müdafiə edərək bildirmişdir ki, mübahisələndirilən tikililərin bir hissəsi Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan torpaq sahəsi üzərində yerləşir. Digər tikililərin isə yerləşdiyi torpaq sahəsi üzərində heç kimin hüquqları dövlət qeydiyyatına alınmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası:

25. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

26. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (...)

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

27. Maddə 17. Mülki hüquqların müdafiəsi 17.1. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar.

28. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. (...) 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)

29. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (...) 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

30. Maddə 180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

31. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

32. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

33. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 101. Ekspert rəyi 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

35. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

36. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (...)

37. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

39. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Baxılan mübahisə sahibliyin müdafiəsi ilə bağlıdır, belə ki, iddiaçı ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən *** nömrəli fərdi yaşayış evinin cavabdeh tərəfindən söküldüyünü, evin yerləşdiyi 0,15 ha torpaq sahəsinin zəbt edilərək orda cavabdeh tərəfindən tikililər inşa edildiyini istinad edərək hazırki iddia tələbini irəli sürmüşdür.

43. İş materiallarında olan ##.##.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 2/4 hissə, 0.05 ha sahəsini, satıcı X5 həmin torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 1/4 hissə, 0.025 ha sahəsini və satıcı X7 həmin torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 1/4 hissə, 0.025 ha sahəsini alıcı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə vermişdir.

44. İş materiallarında olan ##.##.2020-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən, ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 2/4 hissə, 0.05 ha sahəsini, satıcı X5 həmin torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 1/4 hissə, 0.025 ha sahəsini və satıcı X7 həmin torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus 1/4 hissə, 0.025 ha sahəsini alıcı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətinə vermişdir.

45. İş materiallarından görünür ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış ##.##.2021-ci il tarixli alğı-satqı üçün beh müqaviləsinə əsasən İddiaçı Saray qəsəbəsində yerləşən ***** nömrəli qeydiyyat vəsiqəsi və 1021 inventar nömrəli texniki pasportda göstərilən ərazinin ümumi sahəsi 0.1732 ha təşkil edən torpaq sahəsini Cavabdeh MMC-nin direktoru X4 76.500 manata satmağı, həmin torpaq sahəsinə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında xxxx Xidmətindən torpağın mülkiyyət hüququ haqqında sənədin hazırlamağı öhdəsinə götürmüş, bunun üçün avans olaraq Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən 26.500 manat məbləğində pul almışdır. Tərəflər həmin müqaviləyə əsasən torpaq sahəsinin 76.500 manat dəyərinin qalan qismini sənədləşmədən sonra notarial qaydada ödənilməsini razılaşdırmışlar. Daha sonra isə İddiaçı həmin torpaq sahəsinə görə əvvəl aldığı 26.500 manatdan əlavə ##.##.2021-ci il tarixdə 25.000 manat da Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətindən almışdır. Daha sonra iddiaçı satdığı 0.1732 ha torpaq sahəsinə dair xxxxndən çıxarış almağı öhdəsinə götürsə də, üzərinə düşən öhdəliyi yerinə yetirməməklə xxxxndən sözügedən torpaq sahəsinə dair çıxarış almamış, torpaq sahəsinin notarial qaydada alqı-satqısını həyata keçirərək cavabdehə təhvil verməmişdir.

46. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

47. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən sözügedən ümumi sahəsi 12 kv.m olan bir otaqlı fərdi yaşayış evi aşkarlanmadığından Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus qanunsuz tikililərin olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.

48. Birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilən ##.##.2024-cü il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2024-cü il tarixli, *-**-*-**/*- *****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, qərardadda qoyulmuş suallar elektron GPS aləti vasitəsi ilə yerölçmə işləri aparılmış və sözügedən torpaq sahələri barədə məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, məhkəmə tərəfindən təqdim edilmiş texniki pasportda göstərilən fye-i naturada aşkarlanmadığından sualın cavablandırılması mümkün olmamışdır.

49. Məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisə üzrə obyektiv nəticəyə gəlinməsini təmin etmək üçün ##.##.2025-ci il tarixdə iş üzrə yenidən məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi barədə qərardad qəbul etmiş və məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi * saylı Abşeron Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli rəyində qeyd edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilərək sökülməsi tələb edilən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən tikililərin bir hissəsi ************ reyestr nömrəli çıxarışla Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olan torpaq sahəsi üzərində yerləşir. Digər tikililərin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Bildirilmişdir ki, qeyd edilmiş texniki pasportda göstərilən fərdi yaşayış evi naturada aşkarlanmadığından sualların cavablandırılması mümkün olmamışdır.

50. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında xxxx Xidmətinin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış ##.##.2019-cu il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişin surətindən görünür ki, İddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mərhum Piriyev Müşfiq İdris oğluna məxsus *** nömrəli fərdi yaşayış evi üzərində hüquqların xxxxndə qeydiyyata alınması ilə bağlı ##.##.2019-cu il tarixdə müraciət etmiş, aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş ***** nömrəli qeydiyyat vəsiqəsi və 1021 inventar nömrəli texniki pasportda göstərilən fərdi yaşayış evinin baxış keçirilmiş ərazidə mövcud olmadığı müəyyənləşdirilmişdir. Tərəflərindən baxış keçirilmiş ərazinin ümumi sahəsinin 0.1732 ha təşkil etdiyi və həmin torpaq sahəsinin 0.1677 ha hissəsinin yüksək gərginlikli (220 KVT) elektrik xəttinin mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. Habelə, sözügedən qeydiyyat vəsiqəsi və texniki pasportun baxış keçirilmiş əraziyə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

51. Göründüyü kimi iddiaçının cavabdeh tərəfindən söküldüyünü iddia etdiyi Abşeron rayonu, Saray qəsəbəsində yerləşən *** nömrəli fərdi yaşayış evi ##.##.2021-ci il tarixdə yuxarıda adı çəkilən alğı-satqı üçün beh müqaviləsi bağlanandan 2 il əvvəl də faktiki olaraq mövcud olmamışdır.

52. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçı Abşeron rayonu, Saray qəsəbəsində yerləşən *** nömrəli fərdi yaşayış evinin naturada faktiki mövcudluğu, evin cavabdeh tərəfindən sökülməsi, evin yerləşdiyi torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsi və cavabdeh tərəfindən həmin torpaq sahəsində tikililərin inşa edilməsi barədə mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.

53. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, müvafiq torpaq sahəsinin yeri dəqiq müəyyən edilmədən və qeyri-müəyyənlik aradan qaldırılmadan, mövcud mübahisə üzrə cavabdehin qanunsuz sahib olması barədə iddiaçının hazırkı tələbi əsaslı hesab oluna bilməz. Odur ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir.

54. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

55. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar