Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-773/2026 19.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: qanunsuz tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və X3 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Iddiaçı İddiaçı, cavabdehlər cavabdeh3 və cavabdeh1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X11 Agentliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli məktubdan görünür ki, Şəmkir rayonunun Kür qəsəbəsi, Rəsulzadə 4 ünvanında yerləşən yaşayış binasının 1-ci mərtəbəsində sakinlər tərəfindən ərazinin 30-40 m hündürlükdə daş hasara alınaraq çoxsaylı otaqların tikilməsi barədə Fövqəladə Hallar Nazirliyinə İddiaçı ünvanladığı # ####### 2024-cü il tarixli müraciətinə Agentlikdə baxılmışdır. Mütəxəssislər tərəfindən məktubda göstərilən əraziyə baxış keçirilərkən sözügedən ünvanda yerləşən 2 girişli 5 mərtəbəli yaşayış binasının yaxın ətrafında sakinlər tərəfindən müxtəlif təyinatlı (yardımçı tikililər, qarajlar və s.) tikililərin inşa olunduğu müəyyən olunmuşdur. Sözügedən məsələ ilə bağlı yerli icra hakimiyyəti orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur.
2. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X2 Yanğın Nəzarəti Idarəsinin ##.##.2024-cü il tarixli məktubundan görünür ki, X2 Yanğın Nəzarəti Idarəsinin Şəmkir rayon X8 Hissəsinin *** nömrəli X12 və Şəmkir rayon Kür qəsəbə Mənzil Təmir Istismar sahəsinin əməkdaşlarının iştirakı ilə birlikdə Şəmkir rayonu, Kür qəsəbəsi, Rəsulzadə küçəsi * nömrəli yaşayış binasının ərazisinə baxış keçirilmiş və yanğın təhlükəsizliyi sahəsində aşkar olunmuş nöqsanlara görə Şəmkir rayon Kür qəsəbə Mənzil Təmir Istismar sahəsinin barəsində inzibati tədbir görülmüşdür. Sözügedən ünvanda yerləşən * nömrəli yaşayış binası ərazisində mövcud olan qanunsuz tikililər və qarajlar barədə qanuna müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti üzrə Şəmkir rayon Icra Hakimiyyətinə ##.##.2024-cü il tarixdə məktub ünvanlanmışdır.
3. ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, 504011000186-05101-****** reyestr nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında olan mənzil İddiaçı mülkiyyətindədir.
4. ##.##.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli, 504011000186-05101-****** reyestr nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında olan mənzil cavabdeh2 mülkiyyətindədir.
5. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi Idarəsinin ##.##.2025–ci il tarixli mütəxəssis rəyindən görünür ki, ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, 504011000186-05101-****** reyestr nömrəli Çıxarış əsasında iddiaçı X13 mülkiyyətində olan ünvan 3 ünvanında olan mənzilin yerləşdiyi binanın ümumi istifadəsində olan 0.0471 ha-dək torpaq sahəsi cavabdehlər cavabdeh3 (0.0248 ha-dək), cavabdeh2 (0.0213 ha- dək) və cavabdeh1 (10.42 kv.m-dək) tərəfindən Istifadə olunur. ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, 504011000186-05101-****** reyestr nömrəli Çıxarış əsasında iddiaçı X13 mülkiyyətində olan ünvan 3 ünvanında olan mənzilin yerləşdiyi binanın ümumi istifadəsində olan ərazidə cavabdeh cavabdeh2 tərəfindən 82.54 kv.m-dək tikili inşa edilmişdir.
6. Məhkəmə tikinti–texniki ekspertizasının ##.##.2025-ci il tarixli **/*** nömrəli rəyindən görünür ki, ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, 504011000186-05101-****** reyestr nömrəli Çıxarış əsasında iddiaçı X13 mülkiyyətində olan ünvan 3 ünvanında olan mənzilin yerləşdiyi binanın ümumi istifadəsində olan 0.0471 ha-dək torpaq sahəsi cavabdehlər cavabdeh3 (0.0248 ha-dək), cavabdeh2 (0.0213 ha-dək) və cavabdeh1 (10.42 kv.m-dək) tərəfindən Istifadə olunur. ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, 504011000186- 05101-****** reyestr nömrəli Çıxarış əsasında iddiaçı X13 mülkiyyətində olan ünvan 3 ünvanında olan mənzilin yerləşdiyi binanın ümumi istifadəsində olan ərazidə cavabdeh cavabdeh2 tərəfindən 82.54 kv.m-dək tikili inşa edilmişdir. Işdə olan yerli baxış protokolundan görünür ki, mübahisəli əraziyə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə yerli baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı mübahisəli binanın 1-ci mərtəbəsində, cavabdeh2 və cavabdeh3 isə mübahisəli binanın 1-ci mərtəbəsində yaşayırlar. cavabdeh1 Israfil qızı mübahisəli binanın qarşısındakı binada yaşayır. cavabdeh3 tərəfindən binanın qarşısında olan torpaq sahəsi dəmir hasarlarla hasarlanmışdır. cavabdeh2 yaşadığı binanın birinci mərtəbəsində yerləşən mənzilə bitişik tikili vardır. Iddiaçı İddiaçı digər cavabdeh cavabdeh1 ilə eyni binada yaşamır. cavabdeh3 tərəfindən yaşadığı binada heç bir artırma inşa edilməmişdir. Bundan əlavə cavabdeh1 ümumiyyətlə İddiaçı ilə eyni binada yaşamamaqla, İddiaçı mənzili yerləşdiyi binada, ona yaxın ərazidə heç bir tikili inşa etməmişdir. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli 504011000186-05101-****** reyestr nömrəli Çıxarış əsasında iddiaçı X13 mülkiyyətində olan ünvan 3 ünvanında olan mənzilin yerləşdiyi binanın ümumi istifadəsində olan torpaq sahəsində cavabdeh cavabdeh2 tərəfindən 61.0 kv.m-lik tikili inşa edilmiş və həmin tikili gediş-gəlişə və giriş-çıxışa maneçilik törətmir.
7. ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmdən görünür ki, İddiaçı dava dalaş zamanı qonşuları Elnarə Ələkbərovaya və cavabdeh1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 10 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir.
8. ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmdən görünür ki, X4 qonşusu İddiaçı təşəbbüsü ilə başlanılmış mübahisə zamanı sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirdiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh1 qarşı qanunsuz tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 Israfil qızının ümumi istifadədə olan ünvan 4 ünvanında yerləşən, ümumi istifadədə olan torpaq sahəsində inşa etmiş olduqları qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsinə, cavabdehlərin ümumi istiafadədə olan və zəbt etmiş olduqları torpaq sahəsindən çıxarılmasına, 100 manat dövlət rüsumunun, 100 manat hüquqi xidmətə-ərizənin yazılmasına görə ödənilmiş pulun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Iddiaçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı mənzil ona mülkiyyət hüququ ilə, cavabdehlərə isə istifadə hüququ ilə məxsusdur. Iddiası üzrə cavabdehlər cavabdeh1 Isrəfıl qızı, cavabdeh2 və cavabdeh3 onun qonşularıdır. Binanın ətrafı və bina üçüncü şəxsin mülkiyyətindədir, evin yerləşdiyi həyət ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Cavabdehlər ümumi birgə yaşayış qaydalarına əməl etmirlər. Bütün həyət sakinlərinin ümumi istifadəsində olan ərazidə qanunsuz tikililər inşa etmişlər, torpaq sahəsini zəbt etmişlər və bununla da bir həyət sakini olaraq birgə yaşayış qaydalarını pozub ümumi istifadədə olan ərazidən istifadə qaydalarına məhdudiyyət yaratmışlar. cavabdeh3 binanın daxilində ümumi istifadədə olan ərazini arakəsmə ilə kəsmiş və mətbəx kimi istifadə edir. Eyni zamanda cavabdehlər binanın həyətində əl damı, ayaqyolu, hamam, quş damı və şirniyyat sexi inşa etmişlər. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ümumi istifadədə olan torpaq sahəsində cavabdehlərin inşa etmiş olduğu qanunsuz tikililərin cavabdehlərin öz vəsaiti hesabına sökülməsinə dair qərar verilməsini istəyir.
11. Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Nazlı Heydərova) iddia qismən təmin edilmiş, cavabdeh cavabdeh3 tərəfindən zəbt edilmiş ünvan 1 ünvanında yerləşən ümumi istifadədə olan torpaq sahəsinin 0.0248 ha hissəsi zəbtdən azad edilmiş, ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun cavabdeh cavabdeh3 tutularaq iddiaçı İddiaçı verilməsi, iddiaçı İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6, Mənzil Məcəlləsinin 15, 59.1, 60.1, 60.2, 66.3.1, Torpaq Məcəlləsinin 47, 84-cü maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
13. Həmin qətnamədən narazı qalan Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işdə olan məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2025-ci il tarixli rəyində qeyd olunmuşdur ki, iddiaçı İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında olan mənzilin yerləşdiyi binanın ümumi istifadəsində olan 0.0471 hadək torpaq sahəsi cavabdehlər cavabdeh3 (0.0248 ha-dək), X1 (0.0213 hadək) və cavabdeh1 (10.42 kv.m-dək) tərəfindən istifadə olunur. Sonra isə ekspert rəyində qeyd olunur ki, cavabdeh cavabdeh1 mübahisəli binanın qarşısındakı binada yaşayır və ona yaxın ərazidə heç bir tikili inşa etməmişdir. Halbuki, yuxarıda qeyd olunmuşdur ki, Xanım Isrəfil qızı ümumi istifadəsində olan 0.0471 ha-dək torpaq sahəsinin 10.42 kv.m-dək hissəsini istifadə edir. Həmçinin qeyd edirəm ki, mənə tanış olmaq üçün ekspertiza rəyi təqdim edilməmişdir. Mənim həmin rəylə bağlı məlumatım olmamışdır. Məhkəmə ekspertiza rəyi ilə tanış olmaq üçün mənə şərait yaradılmamışdır. Bu səbəbdən də mən müdafiəmi hazırlaya bilməmişdim. Məhkəmə mənim hüquq və qanuni mənafelərimi kobudluqla pozmuşdur. Odur ki, məhkəmə qətnaməsini iddiamın təmin olunmamış hissəsində əsassız və qanunsuz hesab edirəm. Qətnamə iddiamın təmin olunmamış hissəsində həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə qətnaməsinin iddianın təmin olunmamış hissəsində ləğv olunmasını və iddia tələbimin tam təmin olunmasını istəyir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdehlər cavabdeh1 Isrəfıl qızı, cavabdeh2 və cavabdeh3 onunla qonşudurlar. Binanın ətrafı və bina üçüncü şəxsin mülkiyyətindədir, evin yerləşdiyi həyət ümumi istifadə üçün nəzərdə tutulmuşdur. Cavabdehlər ümumi birgə yaşayış qaydalarına əməl etmirlər. Bütün həyət sakinlərinin ümumi istifadəsində olan ərazidə qanunsuz tikililər inşa etmişlər, torpaq sahəsini zəbt etmişlər və bununla da bir həyət sakini olaraq birgə yaşayış qaydalarını pozub ümumi istifadədə olan ərazidən istifadə qaydalarına məhdudiyyət yaratmışlar. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin edilmişdir. Odur ki, apellyasiya şikayətinin edilməsini xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir
19. Iş üzrə digər cavabdeh cavabdeh2 və üçüncü şəxs Şəmkir rayon Kür qəsəbəsi Mənzil Təmir Istismar Müəssisəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMIS vasitəsilə
30. göndərilməsinə, həmin xəbərdarlığı almasına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməklərinin mümkünsüzlüyü və işə onlarn iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
22. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
23. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
25. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
“Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı protokolu (Azərbaycan Respublikasının ## ###### 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
29. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariyagigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
31. Maddə 59.1. Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.
32. Maddə 60. 1-ci hissə. Sosial kirayə müqaviləsi ilə verilən yaşayış sahəsindən bu Məcəlləyə və sosial kirayə müqaviləsinə əsasən istifadə edilir.
33. Maddə 60. 2-ci hissə. Çoxmənzilli binanın yaşayış sahəsinin kirayəçisi həmin yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə binanın ümumi əmlakından istifadə hüququnu əldə edir.
34. Maddə 66. 3-cü hissə. Yaşayış sahəsindən təyinatı üzrə və bu Məcəllə ilə müəyyən edilmiş hüdudlarda istifadə etmək sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin vəzifələrindən biridir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
35. Maddə 84. 1-ci hissə. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
36. Maddə 111. 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
37. Maddə 111. 2-ci hissə. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
38. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
44. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
48. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
49. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
50. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
51. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
53. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Beləliklə, işin halları ondan ibarətdir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir, ona görə ki, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 Israfil qızı ünvan 4 ünvanında yerləşən, ümumi istifadədə olan torpaq sahəsində qanunsuz tikililər inşa etmişlər, torpaq sahəsini zəbt etmişlər və bununla da bir həyət sakini olaraq birgə yaşayış qaydalarını pozub ümumi istifadədə olan ərazidən istifadə qaydalarına məhdudiyyət yaratmışlar. Məhkəmə də iddianı qismən təmin etmişdir.
56. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri çoxmənzilli binanın yerləşdiyi ümumi istifadədə olan torpaq sahəsi ilə bağlıdır və aşağıdakı hüquq normaları əsasında təhlil olunmalıdır.
57. Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
58. Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür.
59. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
60. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
61. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1 və.111.2-ci maddələri).
62. Işdə olan məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2025-ci il tarixli **/*** nömrəli rəyindən görünür ki, ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, 504011000186-05101- ****** reyestr nömrəli Çıxarış əsasında iddiaçı X13 mülkiyyətində olan ünvan 3 ünvanında olan mənzilin yerləşdiyi binanın ümumi istifadəsində olan 0.0471 ha-dək torpaq sahəsi cavabdehlər cavabdeh3 (0.0248 ha-dək), cavabdeh2 (0.0213 ha-dək) və cavabdeh1 (10.42 kv.m-dək) tərəfindən Istifadə olunur. ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, 504011000186- 05101-****** reyestr nömrəli Çıxarış əsasında iddiaçı X13 mülkiyyətində olan ünvan 3 ünvanında olan mənzilin yerləşdiyi binanın ümumi istifadəsində olan ərazidə cavabdeh cavabdeh2 tərəfindən 82.54 kv.m-dək tikili inşa edilmişdir. Işdə olan yerli baxış protokolundan görünür ki, mübahisəli əraziyə məhkəmə tərəfindən tərəflərin iştirakı ilə yerli baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı İddiaçı mübahisəli binanın 1-ci mərtəbəsində, cavabdeh2 və cavabdeh3 isə mübahisəli binanın 1-ci mərtəbəsində yaşayırlar. cavabdeh1 Israfil qızı mübahisəli binanın qarşısındakı binada yaşayır. cavabdeh3 tərəfindən binanın qarşısında olan torpaq sahəsi dəmir hasarlarla hasarlanmışdır. cavabdeh2 yaşadığı binanın birinci mərtəbəsində yerləşən mənzilə bitişik tikili vardır. Iddiaçı İddiaçı digər cavabdeh cavabdeh1 ilə eyni binada yaşamır. cavabdeh3 tərəfindən yaşadığı binada heç bir artırma inşa edilməmişdir. Bundan əlavə cavabdeh1 ümumiyyətlə İddiaçı ilə eyni binada yaşamamaqla, İddiaçı mənzili yerləşdiyi binada, ona yaxın ərazidə heç bir tikili inşa etməmişdir. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin ** saylı Şəmkir Ərazi Idarəsinin ##.##.2025–ci il tarixli mütəxəssis rəyindən görünür ki, ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli 504011000186-05101-****** reyestr nömrəli Çıxarış əsasında iddiaçı X13 mülkiyyətində olan ünvan 3 ünvanında olan mənzilin yerləşdiyi binanın ümumi istifadəsində olan torpaq sahəsində cavabdeh cavabdeh2 tərəfindən 61.0 kv.m-lik tikili inşa edilmiş və həmin tikili gediş-gəlişə və giriş-çıxışa maneçilik törətmir.
63. Göründüyü kimi, iddiaçı İddiaçı cavabdeh cavabdeh1 ilə eyni binada yaşamır. Bundan əlavə cavabdeh1 ümumiyyətlə İddiaçı ilə eyni binada yaşamamaqla, İddiaçı mənzili yerləşdiyi binada, ona yaxın ərazidə heç bir tikili inşa etməmişdir. Həmçinin çıxarış əsasında iddiaçı X13 mülkiyyətində olan ünvan 3 ünvanında olan mənzilin yerləşdiyi binanın ümumi istifadəsində olan torpaq sahəsində cavabdeh cavabdeh2 tərəfindən inşa edilmiş 61.0 kv.m-lik tikili iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmir.
64. Kollegiya iş materiallarını göstərilən normalar əsasında araşdıraraq hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün qanuni əsaslar olmuş və birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə iddiaçının torpaq sahəsi üzərində pozulmuş mülkiyyət hüquqlarını haqlı olaraq bərpa etmişdir.
65. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ##.##.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
68. Məhkəmə Kollegiyasının araşdırması və işin faktiki halları ilə müəyyən edilmişdir ki, baxılan iş üzrə iddiaçı İddiaçı digər cavabdeh cavabdeh1 ilə eyni binada yaşamır. cavabdeh1 ümumiyyətlə İddiaçı ilə eyni binada yaşamamaqla, İddiaçı mənzili yerləşdiyi binada, ona yaxın ərazidə heç bir tikili inşa etməmişdir. Həmçinin ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli 504011000186-05101-****** reyestr nömrəli Çıxarış əsasında iddiaçı X13 mülkiyyətində olan ünvan 3 ünvanında olan mənzilin yerləşdiyi binanın ümumi istifadəsində olan torpaq sahəsində cavabdeh cavabdeh2 tərəfindən 61.0 kv.m-lik tikili inşa edilmiş və həmin tikili gedişgəlişə və giriş-çıxışa maneçilik törətmir. Baxılan işdə apellyasiya şikayətinin dəlili birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsidir. Yuxarıda qeyd olunduğu kimi, qətnamənin qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılmaqla müəyyən edilmişdir ki, həmin dəlillər əsaslı deyildir.
69. Qeyd olunan hal ekspert rəyi, mütəxəssis rəyi və işdə olan digər subutlarla (fotoşəkillərlə və s.) öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal xarakter daşımaqla əsassızdır və təmin edilə bilməz.
70. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
71. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.