Məhkəmə qərarları › İş №2(3-6)-1639/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1639/2026

23.06.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1639/2026 23.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (“X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X15 katibliyi ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (“X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ##.##.2005-ci il tarixli Bakı şəhəri, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 tərəfindən verilmiş ** nömrəli sərəncama əsasən vətəndaş İddiaçı şəxsi yaşayış evi tikmək üçün Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmışdır.

2. Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş **** nömrəli, ##.##.2024-cü il tarixli arayışa əsasən, Füzuli rayonundan məcburi köçkün İddiaçı ünvan 6 ünvanında müvəqqəti məskunlaşmışdır.

3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli, *-**-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyinə əsasən, mübahisəli sahədə tikilinin qeydiyyatı barədə məlumat aşkar edilmədiyi, sahənin “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər torpaqlar” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyət torpağına aid olduğu bildirilmişdir.

4. ##.##.2021-ci il tarixli notariat hərəkətinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Bakı şəhəri, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 tərəfindən verilmiş ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi və üzərindəki tikilinin özgəninkilişdirilməsi, kadastr planı, sənədləşdirmə işləri aparmağı həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, reyestrdən çıxarışı almağı, tikinti işlərini, icarə haqqı ödəməyi, notariat ofislərdə alqısatqını rəsmiləşdirməyi, bağışlamağı, bu narədə müqaviləni imzalaması, rüsum ödənilməsi, pulu almağı və bu tapşırığın yerinə yetirilməsiylə əlaqədar adından ərizə verməsi və digər hərəkətlər etməsi etibar edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən Cavabdeh əmlakları ilə birlikdə çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Iddiaçı İddiaçı tələbin dəqiqləşməsi barədə ərizə verərək, cavabdeh Cavabdeh ona məxsus olan ünvan 4 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin Cavabdeh hesabina sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Iddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı Bələdiyyəsinin ## #### 2005-ci il tarixində keçirilmiş yığıncağının ** nömrəli protokoluna əsasən Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi ona ayrılmış, həmin torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı Bələdiyyəsi ## #### 2005-ci il tarixli, ** nömrəli sərəncam vermişdir. Qeyd olunan torpaq sahəsinin alınması üçün Balaxanı Bələdiyyəsinin hesabına ## #### 2005-ci il tarixdə 5280000 manat pul ödənilmişdir. Lakin 1-ci qrup əlil olduğuna, Füzuli rayonundan məcburi köçkün olduğuna və heç yerdə işləmədiyinə görə maddi imkanı olmadığından həmin torpaq sahəsində fərdi yaşayış evi tikə bilməmiş, lakin hər il gedib torpaq sahəsinə baxmışdır. “COVID-19" pandemiyası və xəstəliyi ilə əlaqədar 2020-ci ildən 2024-cü ilin fevral ayınadək torpaq sahəsinə gedə bilməmişdir. 2024-cü ilin fevral ayında torpaq sahəsinə baxmağa gedən zaman ona məxsus olan torpaq sahəsində iki tikili mövcud olduğunu, tikililərdən biri yaşayış sahəsi, digəri isə qaraj sahəsi olmuşdur. Istifadəsində olan torpaq sahəsində inşa edilmiş evə yaxınlaşaraq, evin kim tərəfindən tikilməsini aydınlaşdırmış və həmin evin Cavabdeh məxsus olması məlum olmuşdur. O, sənədlərini göstərərək bu torpaq sahəsi ona məxsus olduğunu bildirsə də, cavabdeh yaşayış sahəsini 26.000 manata Rasim adlı şəxsdən aldığını bildirmişdir. Cavabdeh aldığı torpağın sənədini ona göstərən zaman məlum olmuşdur ki, Rasim ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsini deyil, ünvan 3 “a” ünvanında yerləşən 600 kv.m torpaq sahəsini iş üzrə cavabdeh olan Mətanət adlı şəxsə satmışdır. Sonradan dəfələrlə cavabdehə ona məxsus olan ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən çıxmasını bildirsə də, cavabdeh torpaq sahəsini boşaltmaqdan imtina etmişdir. O da məcburiyyət qarşısında qalaraq hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

8. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 ##.##.2026-ci il tarixində yazılı formada iddiaya etiraz verərək, İddiaçı, Cavabdeh qarşı ünvan 2 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin Cavabdeh hesabına sökülməsi tələbinə dair iddiasının əsassız olduğunu, onun hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmadığını və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi faktiki hasardaxili 0,02 ha təşkil edir (sahəyə vizual olaraq baxış keçirilmişdir). Sahəyə dair hüquq müəyyənedici sənəd təqdim edilməyib. Vizual görüntüyə əsasən torpaq sahəsinin üzərində fərdi yaşayış evi mövcuddur. Cavabdehin nümayəndəsi (sahənin istifadəçisi) darvazası bağlı olan həyətdə yoxlama ölçü işlərinin aparılmasına şərait yaratmadı. Cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş tikililər iddiaçının çöl tərəfindən göstərilən torpaq sahəsində yerləşir. Sahədən 5-7 metr məsafədə 35 kVt-lıq yüksək gərginlikli elektrik xətti keçir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft – qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Balaxanı oil). Sahənin ətrafında ləğv olunmuş və işlək neft quyularının baza məlumatı mövcuddur. Sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaqlar kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

11. Qətnamənin əsaslarına görə, məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyindən göründüyü kimi mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğu halda, Balaxanı Bələdiyəsi tərəfindən İddiaçı yaşayış evi tikmək üçün verilmişdir. Iddiaçı həmin torpaq sahəsinə dair hər hansı hüququnu təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Başqa sözlə, İddiaçı adına həmin torpaq sahəsi ilə bağlı sahiblik və ya istifadəsində olmasını təsdiq edən sərəncam, mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan həmin sahənin zəbt olunması və ya boşaldılaraq geri qaytarılması barədə tələblə məhkəməyə müraciət etməyə İddiaçı subyektiv hüququ yoxdur. Çünki, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair sənəd təqdim etməmişdir. Iddiaçı yalnız torpaq sahəsinin məhz ona ayrıldığını və ya sahə ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Yəni hüquq haqqında mübahisələrdə iddiaçı mübahisənin obyektinə münasibətdə özünün mülki hüquqlarını- mülkiyyət haqqını, qanundan və ya müqavilədən irəli gələn əmlak hüquqlarını sübuta yetirməyə borcludur. Bu səbəbdən vindikasiya iddiasını irəli sürən şəxs Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən ilk növbədə özünün mülkiyyətçi olduğunu sübut etməlidir. Əks halda həmin normalara söykənən tələblər təmin edilə bilməz. Göründüyü kimi, hüquq haqqında mübahisələrdə tələb edilən əşya üzərində tərəflərin hüquq sahibi olubolmaması önəm kəsb edir və iddianın həllinə təsir göstərir. Hazırki halda isə sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından, irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir. İddiaçı tələb irəli sürən zaman iddia tələbini onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsi Bələdiyyə tərəfindən ona verilmiş, torpaq sahəsi ona məxsusdur. Iş materiallarından ümumiyyətlə torpağın bələdiyyə torpaqlarına aid olmadığı, dövlət mülkiyyətində olması müəyyən edildiyindən, bələdiyyənin həmin əraziyə sərəncam verməsi istisna olunur və İddiaçı tərəfindən bələdiyyə tərəfindən torpaq sahəsinin dair verilmiş çizgi, həmin torpaq sahəsi ilə üst-üstə düşmür. Bütün bu göstərilənlər bir daha göstərir ki, İddiaçı göstərilən torpaq sahəsi ilə bağlı iddia irəli sürməsi üçün subyektiv hüquqa malik deyildir.

12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 166.3-cü maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti” üzrə ## #### 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və cavabdeh Cavabdeh iddiaçıya məxsus olan ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsindən əmlakları ilə birlikdə çıxarılması, həmin torpaq sahəsində inşa edilmiş qanunsuz tikililərin Cavabdeh hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsi qətnaməsini qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamış, iddianı rədd edərkən mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmamış və tərəflərin mübahisəsini tənzimləyən qanunvericiliyin tələblərinə əməl etməmiş, nəticədə əsassız, qanunsuz və ədalətsiz qətnamə çıxarmışdır. Cavabdeh özü də məhkəməyə ünvanladığı etiraz ərizəsində etiraf etmişdir ki, Bakı şəhəri Sabunçu rayonu, Balaxanı ərazisində yerləşən 300 kv.m.torpaq sahəsini ## ### 2022-ci il tarixli, AR-İ İ seriyalı, ****** nömrəli etibarnamə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 almışam. Belə olan halda cavabdeh Cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən aldadılıbsa məhkəməyə iddia qaldıraraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 torpağın alınmasına görə verdiyi pulu və çəkdiyi xərci tələb etmək hüququ vardır. Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tətləb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 məhkəmə iclasında ifadə verərək qeyd etdi ki, “Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ##.##.2005-ci il tarixli, ** saylı qərarına əsasən mənə fərdi yaşayış evinin tikintisi üçün 600 kv. m torpaq sahəsi ayılmışdır. Mən də bələdiyyə tərəfindən mənə ayrılmış və istifadəmdə olan 600 kv.m. torpaq sahəsini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 satmışam”. Iş materialılarına əlavə edilmiş ## ### 2022-ci il tarixli, AR-II seriyalı, ****** nömrəli etibarnamədən də görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ##.##.2005-ci il tarixli, ** saylı qərarına əsasən, Bakı şəhəri Sabunçu rayonu Balaxanı ərazisində yerləşən 600 kv.m torpaq sahəsinin 300 kv.m. torpaq sahəsi Cavabdeh satılmışdır. Məhkəmə isə mübahisə predmeti barəsində müstəqil tətləb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuş X1 iştirakını və ifadəsini qətnamədə qeyd etməmişdir. Cavabdeh Cavabdeh isə Bakı şəhəri Sabunçu rayonu, Balaxanı Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, ** saylı qərarına əsasən iddiaçının mülkiyyətində (istifadəsində) olan torpaq sahəsini zəbt edərək orada qanunsuz olaraq ev tikmişdir. Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tətləb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuş “X10 LTD” Şirkətinin Azərbaycan Respublikasının Filialının nümayəndəsi X3 ## ###### 2025-ci il tarixdə məhkəmə iclasında ifadə verərək qeyd etdi ki, “mübahisəli əraziyə yerli baxış keçirdikdən sonra həmin torpaq sahəsinin “xxxx” Şirkətinin Azərbaycan Respublikasının Filialının ərazisinə aid olub-olmamasını müəyyən etmək olar”. Məhkəmə iddianı rədd edərkən yalnız Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsinin mütəxəssisinin rəyinə istinad etmişdir. Halbuki, Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Bakı Ərazi Idarəsinin rəyi mübahisə olunan torpaq sahəsinin Dövlət Neft Şirkətinin ərazisinə aid olub-olmaması barədə heç bir sübut (xəritə) rəyə əlavə etməmişdir. Məhkəmə də bütün bunları nəzərə almayaraq, iddianı rədd edərkən heç bir tarixi və qeydiyyat nömrəsi olmayan mütəxəssis rəyinə istinad etmişdir. Onu da qeyd edir ki, iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsinə dair verilmiş çizgidə göstərilən torpaq sahəsi ilə hazırda mübahisə olunan torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi barədə heç bir araşdırma aparmadığı halda məhkəmə qətnamədə əsassız olaraq qeyd etmişdir ki, İddiaçı bələdiyyə tərəfindən torpaq sahəsinə dair verilmiş çizgi, həmin torpaq sahəsi ilə üst-üstə düşmür. Iş materiallarında olan Bakışəhəri Sabunçu rayon X14 Sahəsinin ayrılması haqqında sərəncamından görünür ki, Balaxanı Bələdiyyəsinin ##.##.2005-ci il tarixdə keçirilmiş yığıncağının ** saylı protokoluna əsasən, Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 tərəfindən Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m. torpaq sahəsi iddiaçıya ayrılmışdır. Mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və bələdiyyə sənədi əsasında ona məxsusdur. Bu hal tərəflər arasında mübahisələndirilmir. Mübahisəli torpaq sahəsinə iddiaçının mülkiyyət hüququ qeydə alınmasa da, mülkiyyətçi hüquqları əmlaka sahiblik edən şəxs kimi ona mənsubdur. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları isə istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Birinci instansiya məhkəməsi iddiaçının hazırki iş üzrə iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququnun olmadığı qənaətinə gəlməkdə haqlı olmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallara düzgün və hüquqi qiymət verməmişdir. Qanunvericiliyi tələbindən və işin hallarından göründüyü kimi, Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4## #### 2005-ci il tarixində keçirilmiş yığıncağının ** saylı protokoluna əsasən Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün 600 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin mənə ayrılması barədə Bakışəhəri, Sabunçu rayonu, Balaxanı Bələdiyyəsinin ## #### 2005-ci il tarixli, ** nömrəli sərəncam verilmişdir. Balaxanı Bələdiyyəsinin ## #### 2005-ci il tarixli, ** nömrəli sərəncamı əsasında ## #### 2005-ci il tarixdə X14 Komissiyasının sədri tərəfindən torpaq sahəsinin eskiz planı tərtib edilərək təsdiq edilmişdir. Həmin torpaq sahəsinə görə Balaxanı Bələdiyyəsinin hesabına ## #### 2005-ci il tarixdə 5280000 (beş milyon iki yüz səksən min) manat pul ödəmişəm. Bununla da iddiaçının qeyd olunan torpaq sahəsinə sahiblik və istifadə hüququ yaranmışdır. Həmin torpaq sahəsinə dair sərəncam vermək üçün gözlənilən hüququ vardır. Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ## #### 2005-ci il tarixli, ** nömrəli Sərəncamına əsasən, ünvan 3 ünvanında yerləşən 600 kv.m torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsində olmasına baxmayaraq, cavabdeh Cavabdeh həmin torpaq sahəsini zəbt etdiyinə görə o öz torpaq sahəsindən istifadə edə bilmir. Qanunvericiliyin tələbindən göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı Bələdiyyəsinin ## #### 2005-ci il tarixli, ** nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Balaxanı yaşayış massivində fərdi yaşayış evi tikintisi üçün ona ayrılmış torpaq sahəsində cavabdeh Cavabdeh buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla özbaşına tikinti işləri aparmışdır. Cavabdeh Cavabdeh tərəfindən lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi iddiaçının istifadəsində və sahibliyində olan torpaq sahəsində tikildiyinə görə məhkəmə qərarı əsasında sökülməlidir. Qanunvericiliyin tələbindən göründüyü kimi iddiaçı istifadəsində (mülkiyyətində) və sahibliyində olan ünvan 5 ünvanında yerləşən 600 kv.m torpaq sahəsində inşa edilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülməsi barədə iddia qaldırsa da məhkəmə əsassız olaraq iddia qaldırmaq üçün subyektiv hüququnun olmaması əsası ilə iddiasını rədd etmişdir. Məhkəmə işə baxarkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3 və 88-ci maddələrinin tələblərini pozaraq, sübutları obyektiv, qərəzsiz və hərtərəfli qiymət verməyərək, iddiaçının məhkəmə iclasında təqdim etdiyi sübutları və Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ## #### 2005-ci il tarixli, ** nömrəli Sərəncamına əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Balaxanı yaşayış massivində yerləşən 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evi tikintisi üçün onun sahibliyinə və istifadəsinə verilməsinə dair sərəncamını nəzərə almamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə işin nəticəsinə mühüm təsir göstərən halların obyektiv və tam araşdırılmasına maraq göstərməmiş, bu hallardan yan keçməklə və iddiaçının məhkəməyə təqdim etdiyi sübutları düzgün tədqiq etməyərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədikləri üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Maddə 5.2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Maddə 5.3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2008-ci il tarixli qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsı Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2010-cu il tarixli Qərarı: “Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmçinin əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər.”

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın təmin olunması tələb edildiyindən, məhkəmə aktı apellyasiya şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

24. Apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək məhkəmə kollegiyası qeyd edir ki, ilkin olaraq müəyyən edilməli olan hal iddiaçının subyektiv hüququnun olub – olmamasıdır və bununla bağlı sübutetmə yükü də iddiaçının üzərindədir.

25. Iddiaçının subyektiv hüququnun olub – olmaması ilə bağlı təqdim etdiyi sənəd Bakı şəhəri, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ## #### 2005-ci il tarixli, ** nömrəli sərəncamıdır.

26. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunmuşdur ki, sahəyə dair hüquq müəyyənedici sənəd təqdim edilməyib, sahədən 5-7 metr məsafədə 35 kVt-lıq yüksək gərginlikli elektrik xətti keçir, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft – qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir (Balaxanı oil), sahənin ətrafında ləğv olunmuş və işlək neft quyularının baza məlumatı mövcuddur. Sahə “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı” torpaqlar kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti torpağıdır.

27. Qeyd olunan rəy təsdiq edir ki, mübahisə predmeti olan sahə dövlət mülkiyyətində olan torpaq sahəsidir və buna görə də birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, həmin sahə Bakı şəhəri, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ## #### 2005-ci il tarixli, ** nömrəli sərəncamına əsasən ayrılmış torpaq sahəsi ola bilməzdi.

28. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən bu istiqamətdə araşdırma aparılaraq sorğular göndərilsə də, torpaq sahəsinin cizgi planı və digər sənədlər nə arxivdə, nə də bələdiyyədə aşkar olunmamışdır.

29. Digər tərəfdən apellyasiya şikayətində torpaq sahəsinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 tərəfindən cavabdeh Cavabdeh qızna satılmasına və bununla bağlı verilmiş etibarnaməyə istinad olunur. Lakin iş materiallarında olan etibarnamənin surətindən (42-ci vərəqə) görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən cavabdehə verilmiş etibarnamədə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Vazid oğlu təmsil etmişdir) ** saylı deyil, ** saylı torpaq sahəsi ilə bağlı hüquqlar etibar edilmişdir.

30. Birinci instansiya məhkəməsi düzgün olaraq iddianın rədd olunması qənaətinə məhz Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 166.3-cü maddələrinin, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 5-ci maddəsinin tələblərinə əsasən gələrək qeyd etmişdir ki, İddiaçı adına həmin torpaq sahəsi ilə bağlı sahiblik və ya istifadəsində olmasını təsdiq edən sərəncam, mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd təqdim edilməmişdir. Mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan həmin sahənin zəbt olunması və ya boşaldılaraq geri qaytarılması barədə tələblə məhkəməyə müraciət etməyə İddiaçı subyektiv hüququ yoxdur.

31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Buna görə də qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar