Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-580/2026 18.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı özbaşına tikilinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi, cavabdeh cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı özbaşına tikilinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində yerləşən 0,0309 ha torpaq sahəsində cavabdeh cavabdeh2 tərəfindən inşa olunmuş özbaşına tikintinin onun vəsaiti hesabına sökülməsi, həmin torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı “xxxx” ASC iddia tələbinə əlavə olaraq cavabdehlərin cəlb edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0,0309 ha torpaq sahəsində cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 tərəfindən inşa olunmuş özbaşına tikinti olan 3 mərtəbəli, mansardalı, çoxmənzilli fərdi yaşayış evinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılması, həmçinin dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” KB ASC hərrac vasitəsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində 0.0309 ha torpaq sahəsində yerləşən * saylı fərdi yaşayış evini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli, 308012001041-***** reyestr nömrəli çıxarışla iddiaçı “xxxx” KBxxxxQeyd edək ki, hazırda həmin torpaq sahəsi üzərində keçmiş mülkiyətçi cavabdeh2 tərəfindən qanunsuz inşa olunmuş özbaşına tikinti mövcuddur və hal-hazırda həmin torpaq sahəsi üzərində həmin qanunsuz inşa olunmuş tikilinin mövcud olması və cavabdeh tərəfindən həmin torpaq sahəsindən istifadə edilməsi bankın hüquqlarını pozur. Nəzərə almaq lazımdır ki, hal-hazırda Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində 0.0309 ha torpaq sahəsində yerləşən * saylı fərdi yaşayış evinin mülkiyyətçisi “xxxx” KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,0309 ha torpaq sahəsinin üzərində qanunsuz olaraq tikilmiş 3 mərtəbəli, mansardlı, çoxmənzilli fərdi yaşayış evi cavabdeh2, cavabdeh1 və cavabdeh3 tərəfindən tikilmişdir. Həmin tikilinin əsas hissəsi “xxxx” ASC-nin mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa olunmuşdur.
4. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı ünvan 1 ünvanında 0,0309 ha torpaq sahəsində cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 tərəfindən inşa olunmuş özbaşına tikinti olan 3 mərtəbəli, mansardalı, çoxmənzilli fərdi yaşayış evinin cavabdehlərin vəsaiti hesabına sökülməsi və həmin torpaq sahəsinin boşaldılması, həmçinin dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçı “xxxx” KB ASC-yə ödənilməsi barədə iddia ərizəsinin rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçı “xxxx” ASC-yə aid edilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 100 manat ekspertiza xərci iddiaçı “xxxx” ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməsi, SAP (XİİS) hesabı-X2, kod210005; VÖEN**********; müxbir hesab AZ41NABZ01360100000000003944; SFİFT BİKCTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE00000000000002088501 qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının mübahisəli torpaq sahəsi üzərində istifadə hüququnun mövcudluğunu qəbul etsə də, iş üzrə toplanmış sübutların məcmusuna əsasən mübahisəli apartmanın konkret olaraq cavabdehlər tərəfindən inşa edilməsinin və tikilinin sökülməsi barədə tələbin məhz onlara qarşı yönəldilməsinin əsaslılığının kifayət qədər sübuta yetirilmədiyi qənaətinə gəlməsi, tikilinin çoxmənzilli yaşayış obyekti kimi mövcud olmasını, onunla bağlı digər şəxslərin hüquq və qanunla qorunan mənafelərinin yarana biləcəyini nəzərə alaraq, tikilinin sökülməsi kimi ağır nəticələr doğuran müdafiə üsulunun tətbiqi üçün işin faktiki hallarının həmin tələbə imkan verəcək dərəcədə müəyyən edilmədiyini qeyd etməsi ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı “xxxx” ASC Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan qətnamə əsassız və hüquqazidd qəbul edilmişdir. Belə ki, “xxxx” ASC vasitəsilə Abşeron rayonu, Xırdalan şəhəri, Nəbi Xəzri küçəsində 0,0309 ha torpaq sahəsində yerləşən * saylı fərdi yaşayış evi alınmış, bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və iddiaçı “xxxx”xxxx“xxxx” ASC-nin istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi torpaq sahəsinin böyük bir hissəsi “xxxx” ASC-yə istifadə hüququ ilə məxsus olan 0,0309 ha torpaq sahəsinin böyük bir hissəsi cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmiş, mansardlı, çoxmərtəbəli bina cavabdeh2, cavabdeh1 və cavabdeh3 tərəfindən inşa olunmuşdur. Həmin tikilinin əsas hissəsi “xxxx” ASC-nin istifadəsində olan torpaq sahəsinin üzərində inşa olunmuşdur. Qeyd olunduğu kimi ünvan 1 ünvanında yerləşən 0,0309 ha torpaq sahəsi iddiaçının bankın rəsmi istifadəsində olan torpaq sahəsidir və cavabdehlər bankın rəsmi istifadəsində olan torpaq sahəsinin böyük bir hissəsində qanunsuz tikili inşa etmişdir. Onların bankın istifadəsində olan torpaq sahəsinə müdaxiləsi iş materialları ilə də tamamilə təsdiq olunur. Belə ki, AR ƏMDK yanında DƏDRX * saylı Ərazi İdarəsi tərəfindən verilmiş # ###### 2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktubun qoşması olan mütəxəssis rəyindən görünür ki, ##.##.2023-cü il tarixli çıxarışla “xxxx” ASC-yə istifadə hüququ ilə məxsus olan 0,0309 ha torpaq sahəsinin 0,0234 ha hissəsində çoxmərtəbəli yaşayış tipli apartman mövcuddur. Göründüyü kimi dövlət reyestrində qeydiyyatda olan bankın rəsmi olaraq istifadəsinə verilmiş torpaq sahəsinin böyük bir hissəsi zəbt olunmuşdur. Bankın istifadəsində olan torpaq sahəsinin böyük bir hissəsində cavabdehlər tərəfindən məqsədli istifadə olunması bankın istifadə hüququnun həyata keçirilməsinə mane olur. Həmçinin qeyd etmək lazımdır ki, həmin çoxmərtəbəli yaşayış tipli apartmanın hər hansı bir hüquqmüəyyənedici sənədinin olması barədə cavabdehlər tərəfindən hər hansı bir rəsmi sənəd məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, cavabdehlər mübahisəli tikilidən istifadə etməsi zəruri olan sahənin bir hissəsindən məhdud istifadə hüququnun (servitut) dövlət qeydiyyatına bağlı və sahənin həmin hissəsindən istifadə şərtilə iddiaçının bankın hər hansı bir razılığı olmamışdır. Qeyd olunanlardan göründüyü kimi, cavabdehlərin mübahisəli tikiliyə dair heç bir hüquqları mövcud olmadığı üçün ondan istifadə qəbul edilə bilməz. Cavabdehlərin bankın hüquqlarına müdaxiləsi nəticəsində bankın davamlı şəkildə torpaq sahəsi üzərində mövcud istifadə hüququnun həyata keçirilməsi mümkün olmamış və bu, bankın istifadə hüququnun pozulması deməkdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı, digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, Abşeron Rayon Xırdalan Bələdiyyəsi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 MMC-yə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişlər. Məhkəmə Kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ əmlak hüquqları sırasına daxildir, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları da istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən mübahisələndirilmiş və qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. İş materiallarını araşdırıb, məruzəçini və cavabdeh cavabdeh1 izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
15. İşdən görünür ki, iddiaçı “xxxx” ASC ünvan 1 ünvanında yerləşən 0,0309 ha torpaq sahəsində inşa olunmuş çoxmərtəbəli yaşayış tipli tikilinin özbaşına tikili hesab edilərək sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb etmişdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
17. Əmlakdan istifadə hüququ əmlak hüquqları sırasına daxildir, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları da istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (Mülki Məcəllənin 158.1.2., 158.2, 158.4. maddələri).
18. Beləliklə, məhkəmə kollegiyası iddiaçının mübahisəli torpaq sahəsi üzərində istifadə hüququnun mövcud olduğunu qəbul edir. Lakin iddiaçının həmin ərazi üzərində əmlak hüququnun mövcudluğu özlüyündə, işin bütün konkret halları müəyyən edilmədən və sökülməsi tələb olunan tikilinin hüquqi və faktiki vəziyyəti tam araşdırılmadan, tikilinin sökülməsi barədə tələbin təmin edilməsi üçün kifayət edən əsas hesab edilə bilməz
19. İş üzrə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *-**-*-**/*-****/**** nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının hüququnun istifadə hüququ kimi qeydə alındığı 0,0309 ha torpaq sahəsinin 0,0234 ha hissəsində çoxmərtəbəli yaşayış tipli Apartman mövcuddur. Həmin məktubda cavabdehlərin iştirakının təmin edilməməsi səbəbindən mütəxəssislərin tikiliyə daxil ola bilmədikləri və nəticə etibarilə tikilinin konkret olaraq kim tərəfindən inşa edilməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir.
20. Bununla yanaşı, işə əlavə edilmiş Milli Elmlər Akademiyasının Mənzillərin Bölüşdürülməsi Komissiyasının ## ######## 2017-ci il tarixli * nömrəli protokolundan çıxarışdan görünür ki, AMEA-nın əməkdaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 Komnar qızına «xxxx» MMC tərəfindən AMEA-ya ayrılmış yeni inşa edilmiş yaşayış evindən Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi 4 ünvanında, 2-ci mərtəbədə yerləşən, ümumi sahəsi 52,8 kv.m olan, 2 otaqlı, * nömrəli mənzil, Azərbaycan Milli Elmlər Akademiyasının Mənzillərin Bölüşdürülməsi Komissiyasının ## ### 2018-ci il tarixli * nömrəli protokolundan çıxarışa əsasən AMEA-nın əməkdaşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 «xxxx» MMC tərəfindən AMEA-ya ayrılmış yeni inşa edilmiş yaşayış evindən Xırdalan şəhəri, Nəbi Xəzri küçəsi 4 ünvanında, 3-cü mərtəbədə yerləşən, ümumi sahəsi 42,0 kv.m olan, 2 otaqlı mənzil verilmişdir.
21. Məhkəmə kollegiyası hesab edir ki, həmin çıxarış mübahisəli ünvanla bağlı iş üzrə xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin sənəd mübahisəli ünvanda yerləşən Apartman tipli yaşayış tikilisində mənzillərin digər şəxslərin istifadəsinə verilməsi və həmin şəxslərin yaşayış hüquqi münasibətlərinin yaranmasının iddiaçının daşınmaz əmlakı 2023-cü ildə əldə etməsindən xeyli əvvəl mövcud olduğunu göstərir.
22. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının mübahisəli əraziyə keçirdiyi yerli baxış zamanı da həmin ərazidə Apartman tipli çoxmərtəbəli yaşayış tikilisinin faktiki olaraq mövcud olduğu, həmin tikilidə ayrı-ayrı şəxslərin yaşadığı müəyyən edilmişdir.
23. Göründüyü kimi, məhkəmə kollegiyasının bilavasitə müşahidəsi ilə müəyyən edilmiş hallar Əmlak Məsələləri Dövlət Xidmətinin yuxarıda göstərilən məktubunda və ona əlavə edilmiş mütəxəssis rəyində göstərilən faktlarla uzlaşmışdır.
24. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisədə xüsusi əhəmiyyət kəsb edən hal yalnız tikilinin iddiaçının istifadə hüququ olan torpaq sahəsində yerləşib-yerləşməməsi deyil, həm də iddia tələbinin kimlərə qarşı irəli sürülməsinin əsaslı olması, tikilinin faktiki sahiblərinin və istifadəçilərinin müəyyən edilməsi, habelə sökülmə barədə mümkün məhkəmə aktının həmin şəxslərin hüquq və qanuni mənafelərinə təsir edib-etməməsidir.
25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bu baxımdan, iddiaçının torpaq sahəsi üzərində istifadə hüququnun müdafiəsi məsələsi həll edilərkən, mübahisəli tikilidə faktiki yaşayan digər şəxslərin hüquq və qanunla qorunan mənafelərinin də nəzərə alınması zəruridir.
26. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, Mülki Məcəllənin 173.3-cü maddəsinə əsasən, əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs bunu bilsə də vaxtında etiraz etməzsə, şəraitin haqq qazandırdığı hallarda üst tikilini ucaldan şəxsə ağlabatan əvəz ödənilməklə üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər. Həmin hüquqi tənzimləmə mübahisəli münasibətlərdə tikilinin sökülməsinin hər bir halda yeganə və mütləq hüquqi nəticə olmadığını, işin konkret hallarından asılı olaraq tərəflərin əmlak hüquqları arasında ədalətli tarazlığın təmin edilməsinin zəruriliyini nəzərdə tutur.
27. Birinci instansiya məhkəməsi də işin konkret hallarını nəzərə alaraq, Mülki Məcəllənin 172.3 və 172.4-cü maddələrində nəzərdə tutulan qonşuluq hüququ və çıxıntılı binalarla bağlı hüquqi tənzimləmələrə, habelə 173-cü maddədə nəzərdə tutulan qaydalara istinad etməklə, ağır məsrəflərlə inşa edilmiş və faktiki olaraq istifadə olunan tikilinin sökülməsinin mübahisənin yeganə və mütənasib həlli olmadığı qənaətinə gəlmişdir.
28. Belə ki, səlahiyyətli dövlət orqanının mütəxəssis rəyində tikilinin kim tərəfindən inşa edildiyinin müəyyən olunmasının mümkün olmadığı göstərilmiş, apellyasiya baxışı zamanı keçirilmiş yerli baxışla isə Apartmanda digər şəxslərin faktiki yaşadığı müəyyən edilmişdir. Bu vəziyyətdə tikilinin sökülməsi barədə qərarın yalnız hazırkı iş üzrə cavabdehlərə münasibətdə qəbul edilməsi, faktiki olaraq həmin tikilidə yaşayan və onunla bağlı müəyyən hüquqi və ya faktiki maraqları olan digər şəxslərin hüquq və mənafelərinə toxuna bilər.
29. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi də tikilidə yaşayış olduğunu və binadakı mənzillərin digər şəxslərə satıldığını bildirmişdir. Bu hal apellyasiya instansiyası məhkəməsinin yerli baxışı zamanı müəyyən edilmiş faktiki vəziyyətlə də uyğunluq təşkil edir.
30. Məhkəmə kollegiyası nəzərə alır ki, tikilinin sökülməsi daşınmaz əmlaka və həmin əmlakdan faktiki istifadə edən şəxslərin hüquq və mənafelərinə ciddi və geri dönməz nəticələr yaradan müdaxilədir. Ona görə də belə bir tələbin təmin edilməsi üçün, ilk növbədə, sökülməsi tələb olunan tikilinin hüquqi və faktiki vəziyyəti, onu inşa etmiş şəxslər, hazırkı sahibləri və istifadəçiləri, habelə sökülmə nəticəsində hüquqları təsirlənəcək şəxslər tam və hərtərəfli müəyyən edilməlidir.
31. Hazırkı iş üzrə isə həm Əmlak Məsələləri Dövlət Xidmətinin məktubunda tikilinin kim tərəfindən inşa edilməsinin müəyyən olunmasının mümkün olmadığı göstərilmiş, həm də məhkəmə kollegiyasının yerli baxışı nəticəsində Apartmanda hazırkı cavabdehlərdən başqa şəxslərin yaşadığı müəyyən edilmişdir. Bu baxımdan, iddiaçının məhz hazırkı cavabdehlərin həmin tikilinin sökülməsinə görə məsuliyyət daşıyan şəxslər olması barədə mövqeyi iş üzrə mövcud olan bütün faktiki hallarla kifayət qədər təsdiq olunmur.
32. Qeyd olunmalıdır ki, MPM-in sübutetmə yükünü müəyyən edən müddəalarının tələbinə görə hər bir tərəf öz tələbinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tərəfindən irəli sürülmüş sökülmə tələbinin təmin edilməsi üçün isə tikilinin cavabdehlər tərəfindən inşa edilməsi və məhz onların həmin tikilinin sökülməsinə görə hüquqi məsuliyyət daşıması, eləcə də tikilinin qanunsuz olduğu etibarlı və kifayət qədər sübutlarla müəyyən olunmalıdır. Mövcud sübutların məcmusu belə nəticəyə gəlməyə imkan vermir.
33. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli torpaq sahəsi üzərində hüququnun mövcudluğunu inkar etməmiş, iddiaçının həmin torpaq sahəsinə istifadə hüququnun olduğunu qəbul etmişdir. İş materiallarında olan dövlət reyestrindən çıxarışa əsasən iddiaçının 0,0309 ha torpaq sahəsi üzərində hüququnun növü istifadə hüququdur, torpaq sahəsinin mülkiyyətçisi isə bələdiyyədir.
34. Lakin əmlak hüququnun mövcudluğu özlüyündə, konkret halların tam araşdırılmasından və mübahisəli tikili ilə bağlı bütün aidiyyəti şəxslərin hüquqi vəziyyətinin müəyyən edilməsindən kənar, tikilinin sökülməsi barədə iddianın təmin olunması üçün kifayət edən əsas kimi qiymətləndirilə bilməz.
35. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməklə iddia tələbini rədd etməkdə nəticə etibarilə düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas yaratmır.
36. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
37. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.