Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-9/2023 10.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarma və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(031)-565/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(031)-565/2019 nömrəli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddia təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ İddiaçı məhkəmədə iddia qaldıraraq Şabran bələdiyyəsinin 28 fevral 2013-cü il tarixli, 02 saylı qərarı ilə ona fərdi mənzil tikmək üçün verilmiş Şabran şəhərinin 26-cı məhəlləsində yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılması və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ona Şabran bələdiyyəsinin 28 fevral 2013-cü il tarixli, 02 saylı qərarı ilə Şabran şəhərində 26-cı məhəllədə fərdi mənzil tikmək üçün 500 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində yaşayış evi tikmiş və orada yaşayır. Yaşadığı ev və evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət sənədi almaq istəyərkən torpaq sahəsini ölçməyə gəlmişlər, məlum olmuşdur ki, cavabdeh ona məxsus torpaq sahəsindən 100 kv.m-ə qədərini zəbt etmiş və orada tövlə tikmişdir. Bu səbəbdən də o, mülkiyyət sənədi ala bilmir. Yəni həmin torpaq sahəsi DƏDRX-də qeydiyyatdan keçməmişdir. Dəfələrlə cavabdehə torpaq sahəsindən çıxması barədə müraciət etmiş, lakin nəticəsi olmamışdır. Bir neçə dəfə bələdiyyə işçiləri də, gəlib cavabdehə bildirmişlər ki, Cavabdeh onun torpaq sahəsinə girmişdir, torpaq sahəsinin boşaldılmasını bildirmişlər. Cavabdeh bütün bunlara məhəl qoymadığı üçün o, məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İddiaçı iddia ərizəsi ilə oxşar məzmun daşıyan apellyasiya şikayətində qeyd edir ki, Şabran Rayon Məhkəməsinin iş üzrə qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə tərəfindən təqdim olunan sübutlara qeyri-obyektiv, qərəzli şəkildə baxılmış, tərəflərin izahatları qətnamədə təhrif olunmuşdur. Şabran Bələdiyyəsi tərəfindən ona 500 kv.metr torpaq sahəsinin ayrılması və həmin torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi barədə arayış iş materiallarına əlavə edilmişdir. Lakin məhkəmə iddia tələbi kifayət qədər əsaslı olmasına baxmayaraq, lazımi qaydada araşdırma aparmamış, iş üzrə təqdim olunan sübutlara düzgün hüquqi qiymət verə bilməmişdir. Sadalanan hallar apellyasiya kollegiyası tərəfindən nəzərə alınmalı, apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni əsaslı və qanuni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, onun məzmununa uyğun izahat verdi və şikayətin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona məxsus olan torpaq sahəsinə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Torpaq sahəsi ona Şabran Bələdiyyəsinin qərarı əsasında ayrılmışdır. Elə müvafiq sənədləşdirmə üçün torpaq sahəsi Bələdiyyənin əməkdaşları tərəfindən ölçülən zaman cavabdeh tərəfindən onun torpaq sahəsinin bir hissəsinin zəbt edildiyi müəyyən edilmişdir. İş üzrə ekspert rəyi natamamdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh şikayətin əsassız olmasını bildirərək, apellyasiya şikayətinin rədd edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflərin faktiki istifadəsində olan torpaq sahələri eyni küçədə yerləşən qonşu torpaq sahələridir. Onun tərəfindən iddiaçıya məxsus hər hansı torpaq sahəsi zəbt edilməmişdir. Ona məxsus olan torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Göstərilənlərə əsasən şikayətin rədd edilməsini, iş üzrə Şabran Rayon Məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. İş materiallarında olan Şabran bələdiyyəsinin 28 fevral 2013-cü il tarixli, 02 saylı qərarından görünür ki, Şabran şəhər sakini İddiaçı şəhərin 26- cı məhəlləsində hər 1 kvm görə Şabran bələdiyyəsinin hesabına 1 manat pul vəsaiti ödəmək şərti ilə fərdi mənzil tikintisi üçün 500 kvm torpaq sahəsi satılmışdır. Yenə iş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şabran rayon şöbəsinin 22 fevral 2013-cü il tarixli, 56 saylı rəyindən görünür ki, İddiaçı satılmış 0.05 ha torpaq sahəsi Şabran Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmeti olmaqla, uqodiyası İ keyfiyyət qrupuna aid olmaqla, 100 ballı torpaq sahəsidir. İşə əlavə edilmiş Şabran rayonu İH-nin Tikinti və Memarlıq Şöbəsi tərəfindən verilmiş 05 fevral 2013-cü il tarixli, 12 saylı rəydən görünür ki, Şabran rayon İH-nin Tikinti və Memarlıq şöbəsində Şabran şəhər sakini İddiaçı Şabran bələdiyyəsinə məxsus torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair sənədlərə baxılmış və sənədlərə əlavə olunmuş situasiya sixeminə uyğun satılan 500 kvm torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Yenə də işdə olan Şabran Bələdiyyəsinin 12 sentyabr 2018-ci il tarixli, 194 saylı arayışından görünür ki, həqiqətən də şəhərin 26-cı məhəlləsində İddiaçı məxsus torpaq sahəsi vardır, həmin torpaq sahəsində sonuncu mənzil inşa etmiş və hal-hazırda həmin mənzildə yaşayır. İşdə olan Şabran bələdiyyəsinin 24 iyun 2013-cü il tarixli, 06 saylı qərarından görünür ki, Şabran şəhər sakini Cavabdeh şəhərin 27-ci məhəlləsində hər 1 kvm görə Şabran bələdiyyəsinin hesabına 1 manat pul vəsaiti ödəmək şərti ilə fərdi mənzil tikintisi üçün 500 kvm torpaq sahəsi satılmışdır. İşə əlavə edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Şabran rayon şöbəsinin 18 iyun 2013-cü il tarixli, 188 saylı rəyindən görünür ki, Cavabdeh satılmış 500 kvm torpaq sahəsi Şabran Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmeti olmaqla, uqodiyası İ keyfiyyət qrupuna aid olmaqla, 100 ballı torpaq sahəsidir. İşə əlavə edilmiş Şabran rayonu İH-nin Tikinti və Memarlıq Şöbəsi tərəfindən verilmiş 29 may 2013-cü il tarixli, 89 saylı rəydən görünür ki, Şabran rayon İH-nin Tikinti və Memarlıq şöbəsində Şabran şəhər sakini Cavabdeh Şabran bələdiyyəsinə məxsus torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə dair sənədlərə baxılmış və sənədlərə əlavə olunmuş situasiya sixeminə uyğun satılan 500 kvm torpaq sahəsinin ayrılması məqsədəmüvafiq hesab edilmişdir. Apellyasiya baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/5778 saylı ekspert rəyində və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyində qeyd edilir ki, Şabran bələdiyyəsinin 28 fevral 2013-cü il tarixli, 02 saylı qərarı ilə İddiaçı satılmış Şabran şəhərinin 26-cı məhəlləsində yerləşən 500 kv.metr torpaq sahəsinin naturada koordinatlarını müəyyən etmək mümkün olmamışdır, İddiaçı istifadəsində faktiki olaraq 432 kv.metr torpaq sahəsi mövcuddur, Şabran bələdiyyəsinin 24 iyun 2013-cü il tarixli, 06 saylı qərarı ilə Cavabdeh satılmış Şabran şəhərinin 27-ci məhəlləsində yerləşən 500 kv.metr torpaq sahəsinin sənədlərində torpaq sahəsinin döngə nöqtələri və yerləşdiyi yerin mövqeyi bəlli olmadığndan torpaq sahəsinin naturada koordinatlarını müəyyən etmək mümkün olmamışdır, Cavabdeh istifadəsində faktiki olaraq 452 kv.metr torpaq sahəsi mövcuddur, Şabran bələdiyyəsinin 28 fevral 2013-cü il tarixli, 02 saylı qərarı ilə İddiaçı satılmış Şabran şəhərinin 26-cı məhəlləsində yerləşən 500 kv.metr yerin mövqeyi bəlli olmadığından Cavabdeh Şabran bələdiyyəsinin 28 fevral 2013-cü il tarixli, 02 saylı qərarı ilə İddiaçı satılmış Şabran şəhərinin 26-cı məhəlləsində yerləşən 500 kv.metr torpaq sahəsinin hər hansı bir hissəsindən istifadə edib etməməsini müəyyən etmək mümkün olmamışdır. MƏHKƏMƏNİNMÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Şabran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(031)-565/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şabran bələdiyyəsinin 28 fevral 2013cü il tarixli, 02 saylı qərarına əsasən Şabran şəhər sakini İddiaçı şəhərin 26-cı məhəlləsində fərdi mənzil tikintisi üçün 500 kvm torpaq sahəsi satılmışdır. Yenə Şabran bələdiyyəsinin 24 iyun 2013-cü il tarixli, 06 saylı qərarı ilə Şabran şəhər sakini Cavabdeh şəhərin 27-ci məhəlləsində fərdi mənzil tikintisi üçün 500 kvm torpaq sahəsi satılmışdır. Hər iki torpaq sahəsi eyni küçədə yerləşən qonşu torpaq sahələridir. Hər iki tərəfin faktiki istifadələrində olan torpaq sahələrinə dair mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İddiaçı onun faktiki sahibliyində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edildiyi iddiası ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mübahisəni yuxarıda qeyd olunan formada həll etmiş, narazı qalan iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Yaranmış mübahisənin obyektiv həlli məqsədi ilə apelyasiya instansiya məhkəməsi iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, əldə edilən ekspert rəyində isə mübahisəli torpaq sahələrinin döngə nöqtələri və yerləşdiyi yerin mövqeyi bəlli olmadığından torpaq sahəsinin naturada koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Bununla belə müəyyən edilmişdir ki, iş üzrə tərəflərin hər ikisinin faktiki istifadələrində olan torpaq sahələri bələdiyyə tərəfindən verilmiş sənəd üzrə göstərilən ölçüdən azdır. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilk növbədə mübahisə ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli, V.Q.Teryoxinin şikayəti ilə əlaqədar qərarına istinad etməyi vacib hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin həmin qərarda ifadə olunmuş mövqeyinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə emiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarının həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurəti doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər bir kəsin mülkiyyət hüququ vardır və hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqularından ibarətdir. Konstitusiyanın 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə görə əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxsə də mənsub ola bilər. Apellyasiya kollegiyası qeyd edir ki, tərəflər onların sahibliyində və istifadəsində olan torpaq sahələrinin hüquqi rejimi baxımından eyni statuslu şəxslərdir. Yəni onların hər ikisinin faktiki istifadələrində bələdiyyə qərarı əsasında əldə etdikləri torpaq sahələri vardır və həmin torpaq sahələri üzərində tərəflərin heç birinin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bununla belə, qeyd olunan torpaq sahələri üzərində tərəflərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqları inkar edilmir. Yuxarıda qeyd olunduğu kimi iddiaçı onun sahibliyində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini iddia etsə də, bu halı təstiq edən hər hansı ciddi, əsaslı şübhələrdən kənar sübut növünü məhkəməyə təqdim etmədiyi kimi, əksinə bu hal iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəylərində öz təstiqini tapmamışdır. Həmin rəylər də qeyd olunur ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü 432 kv.metr, Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü isə 452 kv.metr təşkil edir. Yəni, cavabdehin iddiaçıya məxsus torpaq sahəsinin 100 kv.m-ə qədər hissəsini zəbt etməsi iddia olunsa da, göründüyü kimi onun faktiki istifadəsində olan torpaq sahəsinin ölçüsü bələdiyyə tərəfindən ona satılmış torpaq sahəsinin ölçüsündən də azdır. Başqa sözlə, cavabdehin əlavə torpaq zəbt etməsi inkar olunur. Beləliklə, yekun olaraq kollegiya qeyd edir ki, hazırkı iddia tələbi sübuta yetirilmədiyindən, iddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin faktiki hallarına tam uyğundur. AR MPM-nin 77-ci maddəsinə əsasən iddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, 26 iyul 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, 06 mart 2008-ci il, § 93). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sübut etmə yükü üzərinə düşməsinə baxmayaraq öz tələbinin əsası kimi istinad etdiyi halları təkzibedilməz, əsaslı şübhələrdən kənar sübutlarla sübut edə bilməmişdir. Başqa sözlə, cavabdeh tərəfindən onun torpaq sahəsinin zəbt edilməsi faktı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, 50 manat ekspertiza xərci isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 06 avqust 2019-cu il tarixli, 2(031)-565/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının xərci olan 50 manat cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-9/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-9/2023
10.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver