Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-901/2021 30.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhəri üzrə İcra İdarəsi və “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “fərdi yaşayış evinin və torpaq sahəsinə qoyulmuş qiymətin dəyişdirilməsi tələbinə” dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3262/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3262/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Rəşad Qoşqarlı) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və onun yerləşdiyi torpaq sahəsinin qiymətinin dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)14343/2016 saylı qətnaməsi ilə “xxxx” ASC-nin iddiaçıya qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən, “xxxx” ASC ilə iddiaçının oğlu X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2014-cü il tarixli kredit və əlavə kredit müqavilələri ləğv edilmişdir. xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 36 981.27 ABŞ dolları əsas borc, 3119.74 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 40 201.01 ABŞ dolları, xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 2087.16 manat, fazi borcu üzrə 107.56 manat, X4 iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Tələb onun mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 0.0985ha torpaq sahəsinə və onun üzərində yerləşən 3276A saylı bağ evinə yönəldilməsi ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 79200 manat müəyyən edilməsi, ipoteka qoyulmuş Saray bağlar massivində yerləşən 0.0985ha torpaq sahəsində və onun üzərində yerləşən 3276A saylı bağ evinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş məbləğin “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir, iddia tələbi qalan hissədə rədd edilmişdir. Məhkəmə qətnamələri hal-hazırda qanuni qüvvəsini almışdır. Qətnamələrdə göstərilən cavabdehlərdən X6 iddiaçının doğma oğludur. Hal-hazırda onun öz ailəsi və öz problemləri var. Lakin 2014-cü ildə onun qazancı müntəzəm olduğundan iddiaçıdan, vaxtikən mərhum ərindən qalmış, Saray bağlar massivində yerləşən, 0.0985 ha olan torpaq sahəsini və onun üzərindəki 2 mərtəbəli evi ipoteka ilə yüklü etmişdir. Bu ev iddiaçının sonuncu yaşayış yeridir. Halhazırda ona məlum olmuşdur ki, məhkəmə qətnaməsi ilə 0.0985 ha torpaq sahəsi və 2 mərtəbəli evə 78500 manat qiymət qoyulmuşdur. Göstərilən sahədə torpağın bir sotunun qiyməti təqribən 10-15000 manatdır. Minimum həddə götürdükdə 98500 manat edir. 2 mərtəbəli, tam təmirli, yaşayış üçün yararlı olan evin minimum qiyməti təqribən 60-70000 manatdır. Bütövlükdə bağdakı meyvə ağacları ilə birlikdə bağın və 2 mərtəbəli evin qiyməti 160000-165000 manatdır. İddia ərizəsini məhkəməyə təqdim etdikdə iddiaçının oğlu Əliyev Əli ilə araşdırma apararkən məlum oldu ki, o bank kreditinin böyük hissəsini artıq ödəmişdir və mütəmadi qaydada ödənişlər edir. Digər tərəfdən torpağın və evin ucuz qiymətləndirilməsi xxxx ASC-nin özünə də, ziyandır. Beləki onun satışı nəticəsində əldə olunmalı pul kreditin bağlanmasına yönələcək. Lakin göstərilən qiymətlə, satılan daşınmaz əmlaklar bankın kreditini tam bağlamayada bilər. Bu baxımdan iddianın təmin olunması cavabdehlərdən xxxx ASC-nin gələcək fəaliyyətinə də müsbət təsir göstərəcəkdir. İddiaçının 76 yaşı tamam olub. Bu yaşda evi tərk etmək mümkün deyil. Hal-hazırda məhkəmə qətnaməsi ilə fərdi yaşayış evinin və torpağ sahəsinin müəyyənləşdirilmiş qiymətini mübahisələndirir. Belə ki, müxtəlif qiymətləndirici şirkətlərinin aparılmış təhqiqatlarla müəyyən olunur ki, fərdi yaşayış evi və torpaq sahəsinin bu günki bazar qiyməti 160 000- 165000 min manatdır. Yəni, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş qiymətdən 2.5 dəfə bahadır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə hörmətlə yanaşır. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Fərdi yaşayış evinin və onun yerləşdiyi torpağ sahəsinin qiymətinin ləğv edilməsini deyil, onun dəyişdirilməsini məhkəmədən xahiş edir. Hazırda əmlakın bügünki likvid dəyəri müəyyən olunmalııdır. Bu həm də iddiaçı bankın mənafeyinə uyğundur. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3262/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş edir. P R O S E S İ Ş T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ: Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” KB ASC-nin nümayəndəsi X5 apelyasiya şikayətinə etiraz edərək göstərdiki, artıq qanuni qüvvəsini almış məhkəmə qətnamələri mövcuddur. Həmin qətnamələr Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə qanuni qüvvəsini alıb. İpoteka predmetinin ilkin satış qiyməti də həmin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə 98500 manat müəyyən edilmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3262/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə iddiaçı İddiaçı Ağa qızı, cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinin və “X2 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3262/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyşdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan “X1 Mərkəzi” MMC-nin xx.xx.2018-ci il tarixli bildirişindən görünür ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin 27553/14, xx.xx.2018-ci il tarixli sifariş məktubuna əsasən Sumqayıt şəhəri, Saray bağlar massivində 0,0985 ha torpaq sahəsi və üzərində yerləşən 3276A saylı bağ evi əmlakın ilkin satış qiyməti 78500 manat göstərilmişdir. İş materiallarında olan AZE seriyalı, № 13822955 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 17, mənzil 41-də qeydiyyatdadır. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına əsasən mübahisələndirilən Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 0.0985ha torpaq sahəsinə və onun üzərində yerləşən 3276A saylı bağ evinin dəyərinin Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)-14343/2016 saylı qətnaməsi ilə 78500 manat məbləğində müəyyən edilməsini, qətnamənin hazırda qanuni qüvvəsini almasını müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, tərəflər arasında borc münasibəti olmuş, iddiaçı cavabdehə 1800 manat borc verməsini bildirsə də bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Halbuki, AR Mülki Prosessual Məcəlləsinin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, işmaterialları ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(060)14343/2016 saylı qətnaməsi ilə “xxxx” ASC-nin iddiaçıya qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi qismən təmin edilmişdir. Həmin qətnaməyə əsasən “xxxx” ASC ilə iddiaçının oğlu X6 arasında bağlanmış xx.xx.2014-cü il tarixli və xx.xx.2014cü il tarixli kredit və əlavə kredit müqavilələri ləğv edilmişdir. xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 36 981.27 ABŞ dolları əsas borc, 3119.74 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində dəbbə borcu, ümumilikdə 40 201.01 ABŞ dolları, xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 2087.16 manat, fazi borcu üzrə 107.56 manat, X4 iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması qət edilmişdir. Tələb onun mülkiyyətində olan Sumqayıt şəhəri, Saray bağlar massivində yerləşən 0.0985ha torpaq sahəsinə və onun üzərində yerləşən 3276A saylı bağ evinə yönəldilməsi ipoteka predmetinin hərracda ilkin satış qiymətinin 79200 manat müəyyən edilməsi, ipoteka qoyulmuş Saray bağlar massivində yerləşən 0.0985ha torpaq sahəsində və onun üzərində yerləşən 3276A saylı bağ evinin açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunmuş məbləğin “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir, iddia tələbi qalan hissədə rədd edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2018-ci iltarixli, 2(105)259/2017 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(060)14343/2016 saylı qətnaməsi ipoteka predmeti olan Saray bağlar massivində yerləşən 0.0985ha torpaq sahəsində və onun üzərində yerləşən 3276A saylı bağ evinin ilkin satış qiyməti dəyişdirilərək 78500 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2018ci il tarixli, 2(102)6046/2018 saylı qərarı ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxx 2018-ci iltarixli, 2(105)259/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi ipoteka predmeti olan Saray bağlar massivində yerləşən 0.0985ha torpaq sahəsində və onun üzərində yerləşən 3276A saylı bağ evinin ilkin satış qiyməti Sumqayıt Apelyasiya Məhkəməsinin Məhkəməsinin mülki kollegiyasının xx xxxxx 2018-ci iltarixli, 2(105)259/2017 saylı qətnaməsi ilə 78500 manat müəyyən edilmiş, qətnamə kassasiya qaydasında mübahisələndirilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxxx 2018-ci il tarixli, 2(102)6046/2018 saylı qərarı ilə qüvvəsində saxlanılaraq qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə mübahisələndirilən evin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən hazırki iddia tələbi təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər formal mülahizələr kimi qəbul edilməlidir və şikayətin dəlilləri qətnamənin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3262/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3262/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-901/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-901/2021
30.03.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver