Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-903/2021 03.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3931/2020 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 birgə qaydada verdikləri apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3931/2020 saylı qətbnaməsi ilə (hakim E.A.Abdullayev) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə qaydada apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3931/2020 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırmışlar ki, İddiaçı1 Cavabdeh ilə tanışlığı 2017-ci ilin marta ayına təsadüf edir. Cavabdeh Sumqayıt Şəhər Prokuroruna məxsus (özünün söylədiyinə görə) pul vəsaitinin qanunsuz olaraq faizə (aylıq 15%) verməklə məşğul olur. İddiaçı1 onu sırf faizə pul verməsi səbəbi ilə tanımışdır. Həmin şəxs İddiaçı1 5000 ABŞ dollar pulu aylıq 15% olmaqla faizə vermişdir. Bunun müqabilində ondan Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ yolu küçəsi 39, mənzil 21 ünvanında yerləşən mənzilin “mülkiyyət çıxarışını” girov olaraq götürmüşdür. 5000 ABŞ dolları iddiaçıya verdikdə pul vəsaitinin üstündən 15% (750 ABŞ dollar) məbləği xidmət haqqı olaraq götürmüşdür. İddiaçı1 cavabdehə bir neçə ay 750 ABŞ dollar olmaqla, ümumilikdə faiz şəklində 11250 ABŞ dollar (2017 mart ayından, 2018-ci ilin iyun ayına kimi) pul ödəmişdir. Daha sonra faiz olaraq aylıq 750 ABŞ dolları 2019-cu ilin mart ayına kimi (9 ay) ödəyə bilmədiyi üçün Şaiqlə aralarında mübahisələr yaranmışdır. Bu məsələnin sivil yolla həll etmək üçün və pulun Sumqayıt Şəhər Prokuroruna məxsus olmasına inandığından polis orqanına müraciət etməmişlər. 2019-cu ilin fevral ayında İddiaçı1 cavabdehə telefon zəngi edərək artıq ona faiz ödəyə bilməyəcəyini və ümumilikdə 11250 ABŞ dollar pul vəsaiti ödədiyini və valideyninin xəstə olduğu üçün maddi vəsaitinin olmadığını bildirmişdir. Lakin, cavabdeh buna etiraz edərək onunla görüşməyi təklif edib. Görüş Sumqayıt şəhərində yerləşən 4 saylı Notariat Kontorunun binasında olmuşdur. Cavabdehə bildirmişdir ki, artıq faiz pulu ödəməyə gücü çatmır və nəticə etibarı ilə ona həm ana borcu olan 5000 ABŞ dolları, həm də əlavə olaraq külli miqdarda faiz ödəmiş olur. İddiaçı2 həmin söhbətlərin şahidi olmuşdur. Lakin, cavabdeh bütün bu müddət ərzində İddiaçı1 Sumqayıt Şəhər Prokurorunun adı ilə hədələyərək prokurorun buna etiraz edəcəyini və onu borclu olduğu pulun həm ödənilməmiş bir neçə aylıq fazi, yəni 9 ay müddətinə müəyyən etdiyi 6750 ABŞ dollar, həm də ana borcu olaraq 5000 ABŞ dolları ödəməyini tələb etmişdir. Bu söhbət ərəfəsində İddiaçı2 cavabdehə qanunsuz faiz işi ilə məşğul olduğunu, bunun cinayət əməli olduğunu və dövlət prokurorun adından qanunsuz istifadə eməsinin yanlış olduğunu bildirmiş və onda olan mülkiyyət çıxarışının verilməsini tələb etmişdir. Daha sonra cavabdeh notariat orqanın qarşısında təkrar İddiaçı1 hədə-qorxu gələrək pul vəsaitinin qaytarmayacağı təqdirdə prokurorun onu həbs etdirəcəyini bildirmişdir. Bunun üçün də ağ vərəqdə sözügedən pul vəsaitinin borc şəklində ödəmə öhdəliyini boynuna almağı tələb etmişdir. Sözügedən bu yazılı kağız heç bir reallığı özündə əşks etdirmir. Nurlana Quliyeva cavabdehə heç olmasa faiz borcunun silinməsini tələb etsə də, o, yalnız həmin məbləğdən 350 dolları (xidmət haqqı olaraq ona çatan) silib borcu 11400 dollar şəklində saxlamışdır. Uzun mübahisədən sonra iddiaçı cavabdehin hədə-qorxularından və tibb işçisi olduğu üçün cavabdehin qanunsuz olaraq faiz borcu şəklində tələb etdiyi pul vəsaitinə görə insanlar içində aciz vəziyyətə düşəcəyindən utanaraq məcburi qaydada həmin ağ vərəqdə onun istədiklərini yazmışdır. Ona görə də, Cavabdeh tərəfindən sadə vərəqdə tətib edilmiş və sübut qismində digər məhkəmələrdə təqdim dilmiş heç bir real əsası olmayan saxta borc göstəricisini (11.400 ABŞ dolları) özündə əks etdirən xx xxxx 2019-cu il tarixli əqdin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə qaydada verdikləri apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-329.4, 331.1-331.5, 337.1-337.5, 339.1-339.6, 340.1-340.2, 341.1-341.2, 351.1-351.4-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarında olan yazılı iltizamda göstərilmişdir ki, “mən İddiaçı1 xx.xx.2019-cu il tarixində İddiaçı2 iştirakı ilə Cavabdeh borc məqsədilə aldığım 11400 dollar pul məbləğini xx.xx.2019-cu il tarixədək qaytarmağı öhdəmə götürürəm”. İltizam İddiaçı1, İddiaçı2 və Cavabdeh tərəfindən imzalanmışdır. İş materialları ilə müəyyən olur ki, iddiaçı Cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə borc verdiyi 11400 ABŞ dolları məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-5429/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilib iddianın rədd edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 14294/2019 saylı qətnaməsi ilə cavabdeh İddiaçı1 apelyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(008)-5429/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçılar həmin iltizamın onlar tərəfindən imzalanmasını məhkəmə iclasında mübahisələndirməmişlər. Göründüyü kimi həmin iltizamda İddiaçı1 cavabdehə 11400 ABŞ dolları borcunun olduğunu etiraf etmişdir. Bu səbəbdən həmin iltizama borcun etirafı haqqında mücərrəd müqavilə kimi yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). Göründüyü kimi cavabdeh İddiaçı1 həmin müqavilədə cavabdehə olan borcunu etiraf etsə də, hal-hazırda həmin müqaviləni mübahisələndirir və əqdin etibarsız hesab edilməsini xahiş edir. Tələbinin əsası kimi isə cavabdehin ona hədə-qorxu gəlməsini, həmçinin həmin tarixdə cavabdehdən hər hansı məbləğdə pul almdığını və əqdin uydurma əqd olduğunu göstərir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 324-cü madddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya öç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389-cu maddəsinə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. İkidən çox tərəfin bağladığı müqavilələrə müqavilə haqqında ümumi müddəalar belə bir şərtlə tətbiq edilir ki, bu, həmin müqavilələrin çoxtərəfli xarakterinə zidd olmasın. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində birbaşa nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir. Bundan sonra şəxs həmin tərəfdaşa (tərəfdaşlara) öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir. Tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Məhkəmə kollegiyası işin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə qaydada verdikləri apelyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Ona görə də, apelyasiya şikayəti təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 birgə qaydada verdikləri apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3931/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-903/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-903/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver