Məhkəmə qərarları › İş №2(105)-907/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-907/2025

03.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-907/2025 03.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Süleymanovanın sədrliyi və məruzəsi, X3 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X1rşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən bütün məhkəmə tərkibinə verilmiş etiraza yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, X2 baş direktoru X5 tərəfindən ona verilmiş “şəxsi işinə tikilməklə ciddi xəbərdarlıq elan edilməsinə dair” xx.xx.2024-cü il tarixli, 190 saylı əmrinin ləğv edilməsi və qərəzçiliyə və ayrı seçkiliyə yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında işəgötürənin özünün cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi, X2 baş direktoru X5 tərəfindən ona verilmiş “şəxsi işinə tikilməklə ciddi xəbərdarlıq elan edilməsinə dair” xx.xx.2024-cü il tarixli, 190 saylı və xx.xx.2025-ci il tarixli, 52 saylı əmrlərinin ləğv edilməsi və qərəzçiliyə və ayrı seçkiliyə yol verdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 16-cı maddəsinin üçüncü bəndində göstərilənlər əsasında işəgötürənin özünün cəzalandırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o, hazırkı işə ümumiyyətlə Şamaxı rayon Məhkəməsində baxılmasını istəmir. Belə ki, onun tərəf olduğu bir neçə işdə Şamaxı rayon Məhkəməsi onun ziyanına qərar qəbul etsə də, apellyasiya instansiyası həmin qərarları ləğv etmişdir. İddiaçı yazılı etiraz təqdim edərək bütün məhkəmə tərkibinə etiraz etdiyini, işə başqa rayon məhkəməsində baxılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli, 2(074)-794/2025 nömrəli qərardadı ilə (hakim Natiq İsmayılov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X1rşı “ciddi xəbərdarlıqla 190 saylı, 03 dekabr 2024-cü il tarixli əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı tərəfindən verilmiş bütün məhkəmə tərkibinə etiraz ərizəsinin baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 22.2. İşə təkbaşına baxan hakimə etiraz edilməsi məsələsi məhkəmənin sədri tərəfindən həll edilir. Maddə 22.5. Əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 22.6. Etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Maddə 23.2. Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali əhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, 3 nömrəli qərarının 7.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə birinci instansiya məhkəməsinin bütün tərkibinə, həmçinin apellyasiya instansiyası məhkəməsi bütün məhkəmə tərkiblərinə eyni vaxtda etiraz edilməsinə yol verilmir. Birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edildiyi halda, iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. Bu halda birinci instansiya məhkəməsinin iş icraatında olan sonuncu hakiminə, habelə təktərkibli məhkəmənin hakiminə edilən etiraz da Azərbaycan Respublikası MPM-nin 22.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Qeyd olunanlara əsasən, MPM-nin 23.2-ci maddəsində nəzərdə tutulmuş hal mövcud olmadığından Şamaxı rayon məhkəməsinin bütün məhkəmə tərkibinə verilmiş etiraza apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılıb həll edilməsi qanunauyğun deyildir. Odur ki, İddiaçı tərəfindən verilmiş etiraz MPM-nin yuxarıda qeyd edilən tələblərinə uyğun şəkildə baxılıb həll edilməsi üçün işlə birlikdə Şamaxı Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 23.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına X1rşı “ciddi xəbərdarlıqla 190 saylı, 03 dekabr 2024-cü il tarixli əmrin ləğv edilməsi” tələbinə dair mülki iş, iddiaçı tərəfindən bütün məhkəmə tərkibinə verilmiş etiraza qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılıb həll edilməsi üçün Şamaxı Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar