Məhkəmə qərarları › İş №2(105)-909/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-909/2024

21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-909/2024 21.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(012)-1052/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, Elxan Sahibova məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu **********02800 olan sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir.

2. Təbii X1nın pozulması haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı aktdan görünür ki, Orxan Sahibova məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu **********02800 olan sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir.

3. Təbii X1nın pozulması haqqında xx.xx.2021-ci il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu **********02800 olan sayğaca baxış keçirilən zaman qaz xəttinə qeyri-qanuni olaraq yeraltından poletinin borusu ilə qoşularaq istifadə olunduğu aşkar edilmişdir.

4. Təbii X1nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən abonent kodu **********02800 olan sayğaca baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar edilmişdir.

5. Təbii X1nın pozulması haqqında xx.xx.2023-cü il tarixli, ******* saylı aktdan görünür ki, Cavabdeh məxsus Abşeron rayonu, Digah kəndi, 1022 nömrəli evdə quraşdırılmış abonent kodu **********02800 olan sayğaca baxış keçirilən zaman sayğacın girişindən rezin boru vasitəsilə təbii qazdan qeyri-qanuni istifadə olunduğu aşkar edilmişdir

6. İşdə olan Cavabdeh məxsus abonentin saldosundan görünür ki, Cavabdeh ümumilikdə 6699,94 manat borc hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş 6697,54 manat məbləğində zərərin, 99,55 manat ödənilmiş dövlət rüsumu əvəzi olmaqla, ümumilikdə, 6797,09 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və abonent Cavabdeh arasında xx.xx.2022-ci il tarixində 14/1021235 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”si imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonentin fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02800 nömrəli abonent kodu verilmiş, fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4T markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır, cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Belə ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat; xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 626,40 manat; xx.xx.2023cü il tarixli ******* saylı akt əsasında 4872,96 manat; xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 812,16 manat, cəmi 6916,32 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin 2021-ci ilin oktyabr-dekabr ayları üzrə ödənilməmiş 251,75 manat sərfiyyat borcu və limitdən əlavə 10,25 manat sərfiyyat borcu, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 108,36 manat sərfiyyat borcu, 10,80 manat uçotu pozulmuş qaz sərfinin bərpası, cəmi 381,16 manat sərfiyyat borcu qalmışdır. 2021-ci ilin noyabr ayından 2023-cü ilin dekabr ayına qədər cavabdeh 355,70 manat məbləğində ödəniş etmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.

9. Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(012)-1052/2024 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə dəymiş zərərə görə 3261,60 manat, 48 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3309,6 manat məbləğində pulun tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 14.2.6, 21.1, 21.2-ci maddələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1”nın təsdiq edilməsi haqqında 12 may 2011-ci il 80 saylı Qərarının 2.2.2, 2.3.1, 6.5-ci bəndləri və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci bəndinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddia tələbinin 812,16 manat hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etsə də, yenə də, əsassız nəticəyə gəlmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında Cavabdeh “Azəriqaz"’ İB-yə xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə 302,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt üzrə 302,40 manat və xx.xx.2021-ci il tarixli, ******* saylı akt üzrə 626,40 manat borcunun olması iddiaçı təşkilatın iddia ərizəsində göstərdikləri ilə yanaşı iş materiallarında olan abonentin saldosu ilə təsdiq olunmuş və həmin halları təkzib edəcək hallar müəyyən edilməmişdir. Məhkəmə bu hissə ilə bağlı ümumiyyətlə düzgün nəticəyə gəlməmişdir, çünki aktların yazıldığı tarixdən də göründüyü kimi artıq müddət ötürülmüşdür. Həmin aktlar 2020-2021-ci ildə yazılmışdır ki, həmin vaxtdan da artıq 3 ildən artıq müddət keşmişdir. Halbuki, bir il ərzində həmin aktlara görə iddia ilə məhkəməyə müraciət edilə bilərdi. Bu hissədə iddianın təmin olunması qərəzlidir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdeh təşkilatın nümayəndəsi 4872,96 manat məbləğində cərimənin hesabat müddətinin 360 gün, 812,16 manat məbləğində cərimənin hesabat müddətinin 60 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi İddiaçı vəzifəsi olduğu nəzərə alınmalı, 4872,96 manat və 812,16 manat məbləğində cərimələrin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlir. (4872,96 : 3 = 1624,32 manat; 812,16 : 2 = 406,08 manat).” Lakin məhkəmə bu hissədə də düzgün araşdırma aparmamışdır. Çünki məhkəmə 4 aylıq hesabatı götürmüşdür ki, bu da yolverilməzdir, çünki Qaz İdarəsinin əməkdaşları hər aya baxış keçirirdilər. Məhkəmə yalnız hesabatı bir ay müddətinə hesablamalı idi (4872,96:12=406,08; 812,16:2=406,08). Göründüyü kimi məhkəmə yalnız ondan 812,16 manat məbləğində pul tuta bilərdi. Əvvəlki aktların özündən də göründüyü kimi hər ay sayğaca baxış keçirilirdi. Əgər bu baxış keçirilmirdisə onda təqsirkar Qazpaylayıcısının nümayəndələridir. Məhkəmə də bu məsələni araşdırmamış, yarıtmaz hesabata tam münasibət bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini iddia tələbinin 812,16 manat hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

15. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçınə məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu:

16. Maddə 13. Qazın pаylаnmаsı, satılması və qazın verilməsinin dayandırılması

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

17. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X1 ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaları:

18. 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir.

19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8- 1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

20. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə isə istehlakçı vəsait ödəməlidir.

21. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X1 ilə tənzimlənir. X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X1” ilə müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”

22. 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

23. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir.

24. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır.

25. Fiziki şəxs sənaye qaz qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır.

26. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

27. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

28. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

29. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Birinci instansiya məhkəmə iddianı qismən təmin edərək qətnamədə qeyd etmişdir ki, Cavabdeh məxsus Abşeron rayonu, Digah kəndində yerləşən 1022 nömrəli evdə abonent kodu **********02800 olan sayğac üzrə İddiaçı tərəfindən “təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 4872,96 manat məbləğində cərimə edilmişdir. Həmçinin Cavabdeh məxsus Abşeron rayonu, Digah kəndində yerləşən 1022 nömrəli evdə abonent kodu **********02800 olan sayğac üzrə İddiaçı tərəfindən “təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında xx.xx.2023-cü il tarixli dəymiş ziyan hesabatı tərtib edilmiş, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğunun aşkar edilməsinə dair rəy verilmiş, dəymiş ziyan hesabatına görə istehlakçının nominal qaz sərfi 1,2 m3, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılaraq abonent 812,16 manat məbləğində cərimə edilmişdir.

36. Birinci instansiya məhkəməsi qeyd olunan aktlar əsasında itirilmiş təbii qazın bərpa olunması mexanizmini məqbul hesab etməmiş, gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, cavabdeh təşkilatın nümayəndəsi 4872,96 manat məbləğində cərimənin hesabat müddətinin 360 gün, 812,16 manat məbləğində cərimənin hesabat müddətinin 60 gün qəbul edilməklə hesablanmasını məhkəmədə əsaslandıra bilmədiyindən və abonentlərin ünvanına mütəmadi baxışların keçirilməsi İddiaçı vəzifəsi olduğundan 4872,96 manat və 812,16 manat məbləğində cərimələrin 30 gün müddət götürülməklə hesablanması işin faktiki hallarına uyğun gəlidiyindən (4872,96 : 3 = 1624,32 manat; 812,16 : 2 = 406,08 manat) aktlar əsasında hesablanmış maddi ziyana görə 3261,60 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı İB-nin müvafiq hesabına keçirilməlidir.

37. Azərbaycan Respublikası Konistitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə “X1”nda edilmiş dəyişikliyə əsasən Qaydaların 6.5-1-ci bəndində göstərilir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası.

39. Qaydaların 6.5-2-ci bəndinə görə, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

40. Qaydaların 6.5-3-cü bəndinə görə, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır.

41. Göstərilən qaydaya uyğun olaraq 24 saat deyil 12 saat nəzərə alınmaqla vurulmuş ziyanın məbləği təqdim edilmiş aktlar üzrə hesablanarkən müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən vurulmuş ziyanın ümumi məbləği 3581,28 manat təşkil edir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 181.44 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə 181.44 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt üzrə 375.84 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 2436,48 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt üzrə 406.08 manat. Bu isə birinci instansiya məhkəməsi tərəfindən ümumilikdə müəyyən olunmuş ziyanın məbləğindən çoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə cavabdeh şikayət vermiş və tutulmalı olan zərərin məbləğinin 812,16 manat həddində müəyyən edilməsini tələb edir.

42. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddia tələbi vurulmuş zərərlə bağlı olduğundan və ümumi iddia müddəti on il təşkil etdiyindən, mövcud tələb üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir.

43. Beləliklə, məhkəmə kollegiyası iş üzrə müəyyən olunmuş hallara və tədqiq olunmuş sübutlara əsaslanaraq cavabdehin apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas hesab etmir. Odur ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(012)-1052/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar