Məhkəmə qərarları › İş №2(105)-91/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-91/2024

15.04.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-91/2024 15.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı4 nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, X7, İddiaçı3 cavabdeh "Cavabdeh" MMC-yə qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Xızı Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(068)-3/2019 nömrəli qətnaməsindən iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ 1 Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə 3,50 ha torpaq sahəsi X13, X4, İddiaçı4, İddiaçı2, X7, İddiaçı3 və İddiaçı1 birgə mülkiyyətinə verilmişdir.

2. 21 yanvar 2010-cu il tarixdə Xızı rayonu, Sitalçay kəndində yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə “Cavabdeh” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. 20 fevral 2010-cu il tarixdə Xızı rayonu, Sitalçay kəndində yerləşən 3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə “Cavabdeh” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. Xızı rayon İcra Hakimiyyəti başçısının 241 nömrəli, 10 iyun 2010-cu il tarixli “Tikintiyə icazə verilməsi barədə” sərəncamı ilə Xızı rayon İcra hakimiyəti başçısının Memarlıq və tikinti bölməsinin 10 iyun 2010-cu il tarixli memarlıq planlaşdırma tapşırığına və həmin bölmənin “Tikintiyə icazə verilməsi barədə” rəyi nəzərə alınmaqla, “Cavabdeh” MMC-yə mülkiyyətində olan 6,0 ha torpaq sahəsində damazlıq və inkubator sahəsinin tikintisinə icazə verilmişdir.

5. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunmuş 10 may 2018-ci il tarixli akta əsasən, JN-190 nömrəli Dövlət aktı ilə verilmiş 3,50 ha torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsinin üzərində mülkiyyətçiyə aid olmayan tikililər yerləşdiyi məlum olmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsindəki icraat

6. İddiaçılar İddiaçı4, İddiaçı2, X14, İddiaçı3 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı əsasında iddiaçılara verilmiş, Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən (Dövlət aktı JN-190 nömrəli) 3,50 ha torpaq sahəsinin boşaldılması və orada olan tikililərin sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

7. İddiaçılar tələblərini işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq belə əsaslandırmışlar ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 10 may 2018-ci il tarixli akta əsasən JN-190 nömrəli Dövlət aktı ilə verilmiş 3,50 ha torpaq sahəsinə baxış keçirilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsi üzərində mülkiyyətçilərə aid olmayan tikililər mövcuddur. Araşdırma aparılmış və müəyyən olunmuşdur ki, mülkiyyətçisi olduqları torpaq sahəsini zəbt edən və orada binalar tikən «Cavabdeh» MMC-dir. Cəmiyyətin işçiləri onları torpaq sahəsinə buraxmırlar. Məsələ ilə əlaqədar olaraq Xızı rayon Polis şöbəsinin rəisinə məktubla müraciət etmişlər. Xızı rayon PŞ-nin 27 iyun 2018-ci il tarixli, 165-3346/1218 saylı məktubu ilə onlara bildiriblər ki, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət edilsin. Cavabdeh tərəfindən zəbt edilən torpaq sahəsi onlara məxsusdur. Cavabdeh qeyri-qanuni olaraq onların torpaq sahəsindən istifadə etməklə torpaq üzərində mülkiyyət hüquqlarını kobud surətdə pozur.

8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 26 iyul 2019-cu il tarixli, **********92 saylı mütəxəssis rəyinə əsasən aparılmış araşdırma nəticəsində mübahisələndirilən ərazidə mülkiyyətçilərə aid olan pay torpaq sahələrinin əvvəllər istifadə edilən "Pulkova 1942" koordinat sistemində işlənməsi səbəbindən, yerquruluşu layihəsində göstərilmiş pay torpaq sahələri ilə, ümumi olaraq naturada olan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcud olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli “Torpağa mülkiyyət huququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis tərəfindən aparılmış araşdırmalar nəticəsində elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********37) Cavabdeh" MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının natura ilə uyğun olduğu müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə 1 (bir) kimi qeyd olunmuşdur. Mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********96) “Cavabdeh” MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının naturada “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,067 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq, elektron bazada mövcud olan Xızı rayonunun ümumi “dwg” fayl məlumatlarına əsasən X13 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin koordinatlarının əvvəllər istifadə edilən “Pulkova 1942” koordinat sistemində işlənməsi səbəbindən natura ilə uyğunsuzluq təşkil etdiyi və bu səbəbdən, “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,747 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olubolmamasını müəyyən etmək mümkün olmamışdır.

9. Xızı Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli, 2(068)-3/2019 nömrəli qətnaməsi ilə (hakim İ.Hacıyev) iddia qismən təmin edilmiş, cavabdeh “Cavabdeh” MMCnin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və X7 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, İddiaçı4 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin bir hissəsi yəni, cavabdeh “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,747 hektar hissədə və 0,067 hektar hissədə üstüstə düşdüyü, eyni zamanda, iddiaçılara məxsus torpaq sahəsinin “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsində qanuni əsaslarla inşa olunaraq istifadə edilən tikililərin yerləşdiyi sahə ilə üst-üstə düşmədiyi müəyyən olunduğundan, iddia tələbi torpaq sahəsinin boşaldılması hissəsində qismən təmin edilməli, tikililərin sökülməsi hissəsində isə təmin edilməməlidir.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qismən – iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin bütünlüklə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2020-ci il tarixli ekspert rəyinə əsasən aparılmış araşdırma nəticəsində, mübahisələndirilən ərazidə mülkiyyətçilərə aid olan pay torpaq sahələrinin əvvəllər istifadə edilən "Pulkova 1942" koordinat sistemində işlənməsi səbəbindən, yerquruluşu layihəsində göstərilmiş pay torpaq sahələri ilə, ümumi olaraq naturada olan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcud olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Aparılmış araşdırmalar nəticəsində elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********37) “Cavabdeh" MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının natura ilə uyğun olduğu müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə 1 (bir) kimi qeyd olunmuşdur. Mütəxəssis rəyinin məlumatları nəzərə alınaraq elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********96) "xxxx" Quşçuluq MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 ha torpaq sahəsinin koordinatlarının naturada “Cavabdeh” MMC-nin faktiki istifadəsində olan sxemdə “B” kimi qeyd olunan 0,7288 hektar (mişar daşı ilə hasara alınmış) torpaq sahəsi ilə 0,067 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Elektron bazada mövcud olan Xızı rayonunun ümumi “dwg” fayl məlumatlarına əsasən X13 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin koordinatlarının əvvəllər istifadə edilən “Pulkova 1942” koordinat sistemində işlənməsi səbəbindən natura ilə uyğunsuzluq təşkil etdiyi və bu səbəbdən, “Cavabdeh” MMC-nin faktiki istifadəsində olan mütəxəssis rəyinə əlavə edilən sxemdə “A" kimi qeyd edilən 1,6488 ha torpaq sahəsi ilə 0,747 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinə əsasən naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu İl tarixdə verilmiş JN-190 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

14. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli 2(105)-441/2020 nömrəli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) cavabdeh “Cavabdeh” MMC-nin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, cavabdeh “Cavabdeh” MMC-nin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və X7 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə də təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçılara aid olan pay torpaq sahələrinin əvvəllər istifadə edilən koordinat sistemində işlənməsi səbəbindən yerquruluşu layihəsində göstərilmiş pay torpaq sahələri ilə, ümumi olaraq naturada olan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcud olduğu müəyyən edilmişdir. Naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

16. Bundan başqa, elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla cavabdehin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının natura ilə uyğun olduğu müəyyən edilmişdir. Beləliklə, iddiaçıların adına olan dövlət aktında göstərilən koordinatların natura ilə uyğun olmaması, eləcə də elektron baza məlumatlarına əsasən cavabdehin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının natura ilə uyğun olduğu müəyyən edilmişdir.

17. Bununla da müəyyən edilmişdir ki, cavabdeh hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla ona ayrılmış torpaq sahəsində tikililər tikməklə ondan istifadə edir. Bu səbəbdən, iddia tələbi torpaq sahəsinin boşaldılması hissəsində təmin edilə bilməz.

c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat.

18. İddiaçı1 kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1063/2021 nömrəli, 15 aprel 2021-ci il tarixli qərarı ilə (hakimlər – V.Həsənov (məruzəçi), İ.Dəmirov və Ə.Əhmədov) kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi faktiki olaraq mötəbər olmayan rəyə istinadla, suallara tamamilə aydın olan şəkildə cavab verilməməsini, işin hallarının müəyyən olunmamış qalmasını nəzərə almamışdır. Buna görə də, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/871 №li, 16 iyun 2022-ci il tarixli ekspert rəyinə əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190, kod 30600018 saylı torpağa mülkiyyət hüququnda dair dövlət aktına əsasən iddiaçılar İddiaçı4, İddiaçı2, X7, İddiaçı3 və İddiaçı1 ümumi mülkiyyətinə 3.5 ha torpaq sahəsi, Seriya MA ******* nömrəli, 21 yanvar 2010-cu il tarixli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən cavabdeh “Cavabdeh" MMC-nin mülkiyyətində olan 3.0 ha torpaq sahəsi, eləcə də seriya MA ******* nömrəli, 20 fevral 2010-cu il tarixli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən cavabdeh "Cavabdeh" MMC-nin mülkiyyətində olan 3.0 ha torpaq sahəsi ayrılmışdır. Sözügedən əraziyə Dövlət aktı və Çıxarış ilə verilmiş torpaq sahələrinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar qeyd alınmışdır. Sözügedən ərazidə vətəndaşların bir qismində ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş köhnə (Pulkovo) koordinat sistemində olan Dövlət Aktları, digərlərində isə Dövlət Aktları əsasında Daşınmaz Əmlakın dövlət reyestri xidməti tərəfindən qeydiyyata alınmış (WGS-84) koordinat sistemində olan çıxarışlar mövcuddur. Vətəndaşlara verilmiş dövlət aktları və çıxarışlarla, faktiki istifadələrində olan torpaq sahələri arasında uyğunsuzluqlar (sürüşmələr) mövcud olduğundan məhkəmə tərəfindən qoyulan sualların cavablandırılması mümkün olmamışdır.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-141/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), Ş.Abasov və T.Məmmədov) cavabdehin apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən-iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, cavabdeh “Cavabdeh” MMC-nin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və X7 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması hissəsində iddia tələbinin rədd edilməsi, iddiaçıların apellyasiya şikayətinin mübahisələndirilən hissədə təmin edilməməsi, mübahisələndirilən qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

23. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsi zəbt olunmamışdır. Əksinə, iddiaçılara dövlət aktı ilə məxsus torpaq sahəsi ilə cavabdehə Reyestr Xidməti tərəfindən yeni (WGS-84) koordinat sistemi ilə verilmiş çıxarışla məxsus olan torpaq sahələri uyğunsuzluq təşkil etdiyindən, torpaq sahələrinin müəyyən hissələrdə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu hal isə cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin zəbt edilməsi kimi qiymətləndirilə bilməz.

24. Məhkəmə kollegiyası nəzərə almışdır ki, iddiaçılarda ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair dövlət aktı, cavabdehdə isə Reyestr Xidməti tərəfindən qeydə alınmış yeni (WGS-84) koordinat sistemində olan çıxarış mövcud olsa da, iddiaçılar iddia etdikləri onlara məxsus torpaq sahəsinin üst-üstə düşən hissəsində cavabdehin adına qeydə alınmış çıxarış və planölçünü mübahisələndirməmişlər.

c) Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat.

25. İddiaçı1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini belə əsaslandırmışdır ki, qətnamə qanunsuz və ədalətsizdir. Məhkəmə qərəzli olaraq bildirmişdir ki, iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu hal həqiqətə uyğun deyil, iddiaçılar özlərinə məxsus torpaq sahələrini olduğu kimi göstərə bilmişlər. Məhkəmə işi hərtərəfli, tam və obyektiv araşdırmamış, Ali Məhkəmənin göstərişlərinə əməl etməmişdir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)558/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-141/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

27. Ali Məhkəmənin mövqeyi belə olub: - iddia tələbinin əsaslı olub-olmaması iddiaçıların mülkiyyətində olan torpağın cavabdeh tərəfindən zəbt edilib-edilməməsindən asılı olmaqla, xüsusi bilik tələb edən sahəyə aid olduğundan bu halın müəyyən edilməsi müvafiq ekspertizanın keçirilməsi yolu ilə mümkündür. - işə ikinci apellyasiya baxışında baxan məhkəmə kollegiyası qeyd edilən məsələnin araşdırılması üçün ekspertiza təyin etmiş və ekspertizanın keçirilməsini Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə etmiş, eyni zamanda qeyd edilən məsələ üzrə mütəxəssis rəyinin verilməsi üçün ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 28 aprel 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, vətəndaşlara verilmiş dövlət aktları və çıxarışlarla, faktiki istifadələrində olan torpaq sahələri arasında uyğunsuzluqlar (sürüşmələr) mövcud olduğundan məhkəmə tərəfindən qoyulan sualların cavablandırılması mümkün olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzi 2 saylı Sumqayıt Ərazi İdarəsinin yuxarıda qeyd edilən məktubunda göstərilənlərə istinad etməklə, iddiaçıların və cavabdehin mülkiyyətinə verilmiş dövlət aktında göstərilən məkan göstəriciləri ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq olduğuna görə ekspertiza qarşısında qoyulmuş suallara cavab verməmiş, bununla bağlı gəldiyi nəticəni rəy adlandırsa da, faktiki olaraq rəy verməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin qeyd edilən mövqeyini qətnamədə əks etdirdikdən sonra işə baxan məhkəmə kollegiyası hər hansı bir qiymətləndirmə aparmadan sonda bu nəticəyə gəlmişdir ki, ekspert tərəflərin mülkiyyətində olan torpaq sahələrinin dövlət aktındakı məkan göstəriciləri ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluğu müəyyən etdiyindən iddianı qismən təmin edən birinci instansiya məhkəməsi haqlı olmamışdır. - iddiaçıların tələbi məhz onların mülkiyyət hüququnu təsbit edən dövlət aktına, həmin aktda təsbit edilmiş məkan göstəricilərinə və müvafiq qurum tərəfindən tərtib edilmiş akta əsaslanmaqla ondan ibarətdir ki, cavabdeh onların torpaq sahəsini zəbt etmişdir. Ona görə də, işə baxan məhkəmə kollegiyası həmin dövlət aktlarındakı məkan göstəricilərinə əsasən torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini araşdırmalı və qiymət verməli idi.

28. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) İddiaçıların apellyasiya şikayətinin dəlilləri İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3, X2 Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən Dövlət aktı JN-190 nömrəli 3,50 ha torpaq sahəsi onların ailə üzvlərinə, yəni X16, X8, İddiaçı4, X15, X9, İddiaçı3 və İddiaçı1 Ramız oğluna verilmişdir. X19 06 iyul 2000-ci ildə və Şərifova (Şəfiyevə) Səbirəxanım Əlmədəd qızı isə 27 iyun 2009-cu ildə vəfat etmişlər. Torpaq sahəsi kənd təsərrüfatı təyinatlı olub ailə üzvləri tərəfindən təyinatına uyğun olaraq istifadə olunmuşdur. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən tərtib olunmuş 10 may 2018-ci il tarixli akta əsasən JN-190 nömrəli Dövlət aktı ilə verilmiş 3,50 ha torpaq sahəsinə baxış keçirilmişdir. Məlum olmuşdur ki, torpaq sahəsi üzərində mülkiyyətçilərə aid olmayan tikililər mövcuddur. Araşdırma aparılmış və müəyyən olunmuşdur ki, mülkiyyətçisi olduqları torpaq sahəsini zəbt edən və orada binalar tikən «Cavabdeh» MMC-dir. Cəmiyyətin işçiləri onları torpaq sahəsinə buraxmırlar. Məsələ ilə əlaqədar olaraq Xızı rayon Polis Şöbəsinin rəisinə məktubla müraciət etmişlər. Xızı rayon PŞ-nin 27 iyun 2018-ci il tarixli, 165-3346/1218 saylı məktubu ilə onlara mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət edilməsi izah edilmişdir. Cavabdeh tərəfindən zəbt edilən torpaq sahəsi onlara məxsusdur. Cavabdeh qeyri-qanuni olaraq onların torpaq sahəsindən istifadə etməklə torpaq üzərində mülkiyyət hüquqlarını kobud surətdə pozur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190, kod 30600018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə 3,50 ha torpaq sahəsi X13, X4, İddiaçı4, İddiaçı2, X7, İddiaçı3 və İddiaçı1 birgə mülkiyyətinə verilmişdir. Xızı Rayon Məhkəməsinin 01 aprel 2019-cu il tarixli, 2(068)03/2019 saylı qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Dasınmaz Əmlakın Kadastrı Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən tərtib olunmuş 26 iyul 2019-cu il tarixli **********92 saylı mütəxəssis rəyinə əsasən aparılmış araşdırma nəticəsində mübahisələndirilən ərazidə mülkiyyətçilərə aid olan pay torpaq sahələrinin əvvəllər istifadə edilən "Pulkova 1942" koordinat sistemində işlənməsi səbəbindən, yerquruluşu layihəsində göstərilmış pay torpaq sahələri ilə, ümumi olaraq naturada olan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcud olduğu müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən naturada yerli baxış keçirilən zaman iddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli Torpağa mülkiyyət huququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Mütəxəssis tərəfindən aparılmış araşdırmalar nəticəsində elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********37) «Cavabdeh» MMCnın xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının natura ilə uyğun olduğu müəyyən edilmişdir. Sözügedən torpaq sahəsi mütəxəssis rəyinə əlavə edilmiş sxemdə 1 (bir) kimi qeyd olunmuşdur. Mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (reyestr nömrəsi **********96) “Cavabdeh” MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının naturada “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,067 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Mütəxəssis rəyinin məlumatlarını nəzərə alaraq elektron bazada mövcud olan Xızı rayonunun ümumi “dwg” fayl məlumatlarına əsasən X13 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin koordinatlarının əvvəllər istifadə edilən “Pulkova 1942” koordinat sistemində işlənməsi səbəbindən natura ilə uyğunsuzluq təşkil etdiyi və bu səbəbdən,”Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,747 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Təəssüf doğuran bir haldır ki, məhkəmə qeyd etmişdir ki, aparılmış ekspertiza rəyi ilə İddiaçı4 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin bir hissəsi, yəni, cavabdeh “Cavabdeh”MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,747 hektar hissədə və 0,067 hektar hissədə üstüstə düşdüyü, eyni zamanda, iddiaçılara məxsus torpaq sahəsinin “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsində qanuni əsaslarla inşa olunaraq istifadə edilən tikililərin yerləşdiyi sahə ilə üst-üstə düşmədiyi müəyyən olunduğundan, iddia tələbi torpaq sahəsinin boşaldılması hissəsində qismən təmin edilməli, tikililərin sökülməsi hissəsində isə təmin edilməməlidir. Məhkəmənin bu mövqeyi ilə razılaşmaq olmaz. Belə ki, rəydən açıq-aydın görünür ki, onların mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin cavabdeh “Cavabdeh” MMC-nin faktiki istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. b) Cavabdehin apellyasiya şikayətinin dəlilləri Cavabdeh “Cavabdeh” MMC Xızı Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsinin qismən- iddianın təmin edilən hissəsində ləğv edilərək iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin iş üzrə tətbiq edilməli olan tələblərini tətbiq etməməsi və MPM-nin tələblərinə ümumilikdə əməl edilməməsi nəticəsində mahiyyətcə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinin tələbinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə iddiaçıların hazırki iddia tələbi ilə MMC-yə qarşı məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmamasına diqqət yetirməmişdir. Məhkəmə ekspertizanın aparılmasının mümkünsüzlüyünə dair rəy verilməsinə baxmayaraq, təkrar olaraq eyni suallarla, yenə də ekspertiza aparılması üçün xx.xx.2019-cu il tarixli qərardadla iş materialları Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Ekspertiza qarşısında qoyulmuş suallar eyni, mülki işin materialları eyni, ekspert və mütəxəssislər də eyni idarələrin əməkdaşlarıdır. xx.xx.2019-cu il tarixli ekspert rəyindən görünür ki, 18 aprel 2019-cu il tarixdə daxil olmuş iş materiallarına, eyni suallar üzrə, eyni torpaq sahəsinə dair ekspertiza rəyi verilmişdir. Ekspertiza rəyi ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin mütəxəssisləri tərəfindən verilmiş mütəxəssis rəyi əsasında verilmişdir. Yəni Məhkəmə Ekspertiza Mərkəzinin eksperti özü xüsusi bilik tələb olunan, qoyulan suallar üzrə tədqiqat aparmamış, yalnız göstərilən Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin mütəxəssislərinin verdiyi rəyi suallar üzrə öz rəyində göstərmişdir. «Cavabdeh» MMC-nin nümayəndəsi məhkəmədə ekspertiza rəyi ilə tanış olduqdan sonra iş üzrə tədqiqat aparmış mütəxəssis və ekspertlərin məhkəmə iclasına dəvət olunması, ekspertiza rəyindəki ziddiyyətlərin aydınlaşdırılması üçün onlara suallar verilməsinə şərait yaradılmasına, əks təqdirdə, əlavə ekspertizanın aparılmasına dair vəsatətlə çıxış etmişdir. Yazılı vəsatət iş materiallarına əlavə edilmiş, lakin məhkəmə tərəfindən subyektiv mülahizələrlə təmin edilməyərək, həmin ziddiyyətli ekspertiza rəyi əsasında qətnamə qəbul olunmuşdur. Nümayəndələri işin tam obyektiv, hərtərəfli araşdırılması məqsədi ilə əlavə ekspertizanın keçirilməsini zəruri hesab etmişdir. O da qeyd edilmişdir ki, cavabdeh «Cavabdeh» MMC-nin xüsusi mülkiyyətində olan torpaq sahəsinə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdehə məxsus torpaq sahəsinə dair dövlət reyestrinin dəqiqliyi mütəxəssis və ekspert tərəfindən də şübhə altına alına bilməzdi. Reyestrin dəqiqliyi mübahisəsiz olduğu halda (ekspertiza rəyində 2-ci və 3-cü suala cavablarda cavabdehə məxsus torpaq sahəsinin reyestr məlumatları ilə faktiki vəziyyətin uyğun olduğu göstərilir) guya, cavabdehin iddiaçıya məxsus torpaq sahəsinə müdaxilə etdiyi nəticəsinə gəlinməsi də mümkünsüzdür, əsassız və qanunsuzdur. İşdə olan seriya MA ******* saylı, 21 yanvar 2010-cu il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu, Sitalçay kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə «Cavabdeh» MMC-nin adına daşınmaz əmlakın dövlət reyesrində 4 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata adınmışdır. İşdə olan seriya MA ******* saylı, 20 fevral 2010-cu il tarixli Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Xızı rayonu, Sitalçay kəndində yerləşən 3.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə «Cavabdeh» MMC-nin adına daşınmaz əmlakın dövlət reyesrində 4 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Xızı rayon İcra Hakimiyyəti başçısının 241 saylı, 01 iyun 2010-cu il tarixli «Tikintiyə icazə verilməsi barədə» sərəncamının surətindən görünür ki, Xızı rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti bölməsinin 10 iyun 2010-cu il tarixli memarlıq planlaşdırma tapşırığına və həmin bölmənin «Tikintiyə icazə verilməsi barədə» rəyi nəzərə alınmaqla, «Cavabdeh» MMC-nin mülkiyyətində olan 6.0 ha torpaq sahəsində damazlıq və inqubator sahəsinin tikintisinə icazə verilmişdir. Beləliklə, iddiaçıların iddia etdikləri torpaq sahələrinin (cəmi 6.0) daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınmaqla mülkiyyət hüququnun «Cavabdeh» MMC-yə məxsusluğu və həmin torpaq sahəsi üzərində tikililərin müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə inşa olunması və qanuni istifadələrində olması işin mübahisəsiz halıdır. Məhkəmə isə işin bu hallarına, yəni, «Cavabdeh» MMC-nin istifadə etdiyi torpaq sahəsinin mülkiyyətlərində olmasına, iddiaçılara isə Dövlət Aktı ilə məxsus olan torpaq sahəsinin naturada yerləşməsini müəyyən etməyin mümkün olmamasına, iddiaçılar tərəfindən öz iddiasının faktiki və hüquqi əsaslarını sübut edə bilməmələrinə baxmayaraq iddia tələbinin torpaq sahəsinin boşaldılmasına dair hissəsini özünün subyektiv mülahizələri ilə təmin etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. ç) məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında İddiaçı4, İddiaçı1, İddiaçı5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.

31. Məhkəmə kollegiyasının iclasında İddiaçı4 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

32. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək iddiaçıların apellyasiya şikayətinin təmin edilməməsini, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

33. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

34. İddiaçılar apellyasiya şikayətində qətnaməni iddianın təmin edilməyən, cavabdeh isə qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişlər. Bu səbəbdən hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

35. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, həmin hissədə iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir.

36. Məhkəmə kollegiyası mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.

37. İşdən görünür ki, iddia tələbi torpaq sahəsinin boşaldılması və orada olan tikililərin sökülməsi barədədir.

38. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, Xızı rayon Aqrar İslahat Komissiyasının 22 oktyabr 1998-ci il tarixli, 17 saylı qərarı ilə 3,50 ha torpaq sahəsi birgə mülkiyyətə 21 yanvar və 20 fevral 2010-cu il tarixlərdə Xızı rayonu, Sitalçay kəndində yerləşən 3,0+3,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri xüsusi mülkiyyət hüququ üzrə “Cavabdeh” MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və Xızı rayon İcra hakimiyəti başçısının 241 nömrəli, 10 iyun 2010-cu il tarixli “Tikintiyə icazə verilməsi barədə” sərəncamına əsasən Xızı rayon İcra hakimiyəti başçısının Memarlıq və tikinti bölməsinin 10 iyun 2010-cu il tarixli memarlıq planlaşdırma tapşırığına və həmin bölmənin “Tikintiyə icazə verilməsi barədə” rəyi nəzərə alınmaqla, “Cavabdeh” MMC-yə mülkiyyətində olan 6,0 ha torpaq sahəsində damazlıq və inqibator sahəsinin tikintisinə icazə verilmişdir.

39. İddiaçılar Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 2 saylı LTİ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta istinad etməklə bildirirlər ki, onların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən zəbt olunaraq orada tikililər inşa edilmişdir.

40. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini aparılmış ekspertiza rəyi ilə İddiaçı4 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin bir hissəsi, yəni, cavabdeh “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,747 hektar hissədə və 0,067 hektar hissədə üst-üstə düşdüyü, eyni zamanda, iddiaçılara məxsus torpaq sahəsinin “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsində qanuni əsaslarla inşa olunaraq istifadə edilən tikililərin yerləşdiyi sahə ilə üst-üstə düşmədiyinin müəyyən olunması ilə əsaslandırmışdır.

41. İddiaçının kassasiya şikayəti əsasında işə baxan kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin əsaslı olub-olmaması iddiaçıların mülkiyyətində olan torpağın cavabdeh tərəfindən zəbt edilib-edilməməsindən asılı olmaqla, xüsusi bilik tələb edən sahəyə aid olduğundan bu halın müəyyən edilməsi müvafiq ekspertizanın keçirilməsi yolu ilə mümkündür. Məhkəmə Ekspertiza Mərkəzi 2 saylı Sumqayıt Ərazi İdarəsinin məktubunda göstərilənlərə istinad etməklə, iddiaçıların və cavabdehin mülkiyyətinə verilmiş dövlət aktında göstərilən məkan göstəriciləri ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluq olduğuna görə ekspertiza qarşısında qoyulmuş suallara cavab verməmiş, bununla bağlı gəldiyi nəticəni rəy adlandırsa da, faktiki olaraq rəy verməmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin qeyd edilən mövqeyini qətnamədə əks etdirdikdən sonra işə baxan məhkəmə kollegiyası hər hansı bir qiymətləndirmə aparmadan sonda bu nəticəyə gəlmişdir ki, ekspert tərəflərin mülkiyyətində olan torpaq sahələrinin dövlət aktındakı məkan göstəriciləri ilə faktiki yerləşmə vəziyyəti arasında uyğunsuzluğu müəyyən etdiyindən iddianı qismən təmin edən birinci instansiya məhkəməsi haqlı olmamışdır.

42. Kassasiya kollegiyası qeyd etmişdir ki, iddiaçıların tələbi məhz onların mülkiyyət hüququnu təsbit edən dövlət aktına, həmin aktda təsbit edilmiş məkan göstəricilərinə və müvafiq qurum tərəfindən tərtib edilmiş akta əsaslanmaqla ondan ibarətdir ki, cavabdeh onların torpaq sahəsini zəbt etmişdir. Ona görə də, işə baxan məhkəmə kollegiyası həmin dövlət aktlarındakı məkan göstəricilərinə əsasən torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini araşdırmalı və qiymət verməli idi.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

44. İş materialları ilə müəyyən olunur ki, iş üzrə bir neçə dəfə ekspertizalar keçirilmiş və mübahisələndirilən ərazidə mülkiyyətçilərə aid olan pay torpaq sahələrinin əvvəllər istifadə edilən "Pulkova 1942" koordinat sistemində işlənməsi səbəbindən, yerquruluşu layihəsində gostərilmış pay torpaq sahələri ilə, ümumi olaraq naturada olan faktiki istifadə vəziyyətləri arasında uyğunsuzluqlar mövcud olduğu müəyyən edilmişdir. Çıxarışla (reyestr nömrəsi **********96) “Cavabdeh” MMC-nin xüsusi mülkiyyətinə rəsmiləşdirilmiş 3,0 hektar torpaq sahəsinin koordinatlarının naturada “Cavabdeh” MMCnin mülkiyyətində olan torpaq sahəsi ilə 0,067 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Xızı rayonunun ümumi “dwg” fayl məlumatlarına əsasən X13 və onun ailə üzvlərinin mülkiyyətlərinə verilmiş 3,5 hektar torpaq sahəsinin koordinatlarının əvvəllər istifadə edilən “Pulkova 1942” koordinat sistemində işlənməsi səbəbindən natura ilə uyğunsuzluq təşkil etdiyi və bu səbəbdən, “Cavabdeh” MMC-nin mülkiyyətində olan torpaq sahəsi ilə 0,747 hektar hissədə üst-üstə düşdüyü müəyyən olunmuşdur. İddiaçıların faktiki istifadə etdikləri torpaq sahəsini göstərməməsi səbəbindən, sözügedən torpaq sahəsinin koordinatlarını müəyyən etmək və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ümumi mülkiyyətlərinə verilmiş 3,50 hektar torpaq sahəsi ilə uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır.

45. Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri).

46. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (Mülki Məcəllənin 157.2, 157.4. maddələri).

47. Məhkəmə kollegiyası tərəfindən mübahisənin barışıq yolu ilə nizama salınması üçün mübahisə tərəflərinə vaxt verilmiş, məhkəmə iclasları bir neçə dəfə təxirə salınmışdır.

48. xx.xx.2023-cü il tarixli məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi və vəkili bildirmişdir ki, iş materiallarında 10 may 2018-ci il tarixli akt vardır. Akt mühəndislər Qasımov İqbal, Məmmədov Elnur, bələdiyyə nümayəndəsi Şahid və iddiaçı tərəfindən imzalanmışdır. Orada 3 hektardan 1017.41 və 45.55 m boş torpaq sahələrinin olması müəyyən olunur. Yəni tərəfin bildirdiyi kimi, 3 hektarda deyil, 1 hektarda uyğunsuzluq vardır. Naturada torpaq sahələrində problem yoxdur. Sadəcə həmin akt tərtib olunanda ölçmə “Pulkova 1942” koordinat sistemi ilə aparılmışdır. Cəmi 80 sot torpaq sahəsində uyğunsuzluq müəyyən olunur. Bu səbəbdən elektron kadastr sistemində sürüşmələr müəyyən olunmuşdur. İddiaçı da öz yerini bilir. İddia ərizəsində qeyd olunur ki, su olmadığından müəyyən müddət torpaq əkilməmişdir. Həmin vaxt torpağın 1 hektarı həmin ərazidə 2 min manat olmuşdur. Hal-hazırda, həmin ərazidə torpağın qiyməti ilə bağlı rəy təqdim olunsa, cavabdehin rəhbərliyi ilə danışıqlar aparıla bilər və ədalətli olmaq şərtilə, hansısa ortaq məxrəcə gəlmək olar. Barışıqla bağlı qarşı tərəfin etdiyi təklif qəbulolunmazdır. Qarşı tərəf 150 min manat pul tələb edir. Məhkəməyə təqdim olunmuş müqavilələrdən də görünür ki, hektarı 1300 manata alınmış torpaq sahəsi də var, 3000 manata da. Ən baha qiymətə aldıqları torpaq sahəsinin qiyməti 3000 manatdır, ondan baha torpaq sahəsi yoxdur. İddiaçı tərəf torpağını "xxxx" Şirkətinə satmaq istəmişdir. 1 hektar torpaq sahəsi 2500 manata danışılmışdı. Əmlakın dəyərləndirilməsi zamanı 2 ha torpağa 6000 manat qiymət müəyyənləşdirilmişdir. Qarşı tərəfin 3 ha torpağının qiyməti heç 10 min manat belə etmir. 150 min manat absurd rəqəmdir. Barışıq üçün iddiaçılara digər bir təklif də edilmişdir-«Cavabdeh»nə məxsus boş torpaq sahələrindən iddiaçılara istədikləri yerdə 4-5 ha boş torpaq sahəsi verilə bilər. İddiaçının torpağı zəbt edilməmişdir. Ekspert bu məsələ ilə bağlı ona görə rəy verə bilmir ki, koordinatlar düzgün deyildir. Bu barədə məlum Fərman da vardır. Elektron xəritə ilə heç kimin torpağı natura ilə üst-üstə düşmür. Həmin sahədə tikinti aparılmazdan öncə İcra hakimiyyətinin, Bələdiyyənin, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri də iştirak etmiş və cavabdehin torpaq sahəsini göstərmişlər. Əgər tərəfə torpaq maraqlı idisə, 5 il ərzində tikinti gedən dövrdə müraciət edə bilərdi. Həmin dövrdə onlar öz torpaq sahələrində təsərrüfatla məşğul olmuşlar, həmin sahənin yaxınlığında iddiaçıların torpaq sahələri var. Hektarının dəyəri 2000-3000 manat olan torpaq sahəsi üçün 150 min manat verilməsi şərtilə barışığa gəlmək mümkün deyil.

49. Cavabdehin nümayəndəsi tərəfindən təqdim olunmuş alqı-satqı müqavilələrinin məzmunu ilə müəyyən olunur ki, Xızı rayonu, Sitalçay kəndi ərazisində 3 ha torpaq sahəsi 4500 manata, 2 ha torpaq sahəsi 4000 manata cavabdeh MMC-yə satılmışdır.

50. İddiaçınin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, iddiaçı öz iradəsi ilə torpağını 150 min qiymətləndirir. Məhkəməyə təqdim edilmiş sənədlərdən də görünür ki, bu məsələ ilə əlaqədar iddiaçılardan birinin nevroloji xəstəliyi onkoloji xəstəliyə çevrilmişdir.

51. İddiaçı1 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, illərdir bu məsələ ilə bağlı sənədlərə, məktublara xərcləri çıxmışdır, yol xərcləri, səhhətilə bağlı xərclər olmuşdur. Bu səbəbdən 150 min manat tələb edirlər. Qarşı tərəf torpağı zəbt etdiyinə görə pul verməyi təklif edir.

52. İş üzrə rəy vermiş mütəxəssis X22 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, həmin sahədə sürüşmələr mövcud olmuş, yəni tektonik sürüşmələr yox, sənədlərdə sürüşmələr olmuşdur. İcra üçün məktub gəldikdən sonra, iddiaçı tərəfin iştirakı ilə torpaq sahəsinə baxış keçirmiş, mövcud vəziyyətin koordinatlarını köçürmüşlər, qərardadda olan suallar arxiv məlumatlarına əsasən araşdırma aparılıb cavablandırılmışdır. Ümumiyyətlə, 1996-cı ildən başlayaraq torpaq islahatları zamanı pay bölgüsü aparılıb. Elektron sistemdə məlumatlar “1942 Pulkova” koordinat sistemi ilə yerləşdirilmişdir. Sonradan yeni koordinat sisteminə keçirildiyinə görə, sadəcə bu ərazidə deyil, başqa sahələrdə də üst-üstə düşmə halları olur. Orada mərz nişanları yoxdur, sadəcə iddiaçılar deyirlər ki, o tikililərin olduğu torpaq sahəsi onların sahəsidir. İddiaçılar torpaq sahəsinın harada olduğunu bildirsəydilər, döngə nöqtələri sənədlə müqayisə edilərdi. Bu sahədə faktiki istifadə vəziyyəti olmadığı üçün bu mümkün deyil. Ora birtərəfli yoldur, qonşular və s. yoxdur, yüksək gərginlikli elektrik xəttləri var, bir tərəfdən də kanal keçir. Buna görə də şəhadətnamənin arxasındakı cizgilərə, sxemlərə əsasən sadəcə kobud şəkildə faktiki yerləşməni müəyyən etmək mümkündür. O vaxtlar heç bir müasir texnologiya olmadığına görə kortəbii şəkildə ölçmə işləri aparılmışdır. 1942 Pulkova koordinat sistemi dəyişib, yeni koordinat sistemi ilə sənədlərdə 70-80 m sürüşmə ola bilər. Məkan göstəriciləri dedikdə, dövlət aktının altında olan sxem nəzərdə tutulur. Orada natura ilə sənədlər üst-üstə düşmür. Həmin sahədə heç bir istifadə vəziyyəti olmadığına görə, vətəndaş sahənin onun torpağı olduğunu desə belə, onu sistemə yerləşdirməyin mümkün olub-olmayacağını demək mümkün deyildir. Mövcud sənədlərə əsasən dəqiq koordinatları göstərmək mümkün deyildir. Həmin sahədə torpaq zəbt etmə halları yoxdur, sadəcə sənədlərdə texniki səhvlər vardır.

53. İş üzrə rəy vermiş mütəxəssis X10 məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, bütün torpaq sahələri xəritə üzrə maili gedir. Əgər istinad nöqtələri olsa, sərhədləri müəyyən etmək olar. Orada bələdiyyənin də torpaq sahəsi mövcuddur və mübahisələndirilməyən ərazilərdir. Hazırda dürüstləşmə işləri aparılır. Fərmanın icrasını aidiyyəti üzrə yerli qurumlar aparır. Fərmanın qəbul olunmasının məqsədi məhz uyğunsuzluqların aradan qaldırılmasıdır.

54. Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 2 saylı LTİ tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli akta imza etmiş və məhkəmə klllegiyasının iclasında şahid kimi dindirilmiş bələdiyyə nümayəndəsi Şahid məhkəmə kollegiyasının iclasında bildirmişdir ki, torpaq sahələrində 2 dəfə iplə ölçmə işləri aparılmışdır. Pay torpaqları tikilidən solda yerləşir. Pay torpaqları ayrılarkən bələdiyyələr yox idi. Cizgini DTXK çəkmişdir. A, B tikililəri tikilərkən özü orada olmuş, yerli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşları da orada olmuşlar, koordinatlar vurulmuş, nişangahlar qoyulmuşdur. Tikinti işləri 4-5 il davam etmişdir. Orada 191 pay torpağı vardır, iddiaçıların torpağı 190-cı torpaqdır. Həmin pay torpağı A, B tikilisindən şimala düşür. Naturada iddiaçıların torpaq sahəsinin göstərilməsi mümkündür. Koordinatlarda səhvlər vardır. İddiaçıların istinad etdiyi-onlar tərəfindən imzalanmış aktda olan məlumatlar səhvdir. Torpaq sahələri naturada üst-üstə düşmürlər.

55. Qeyd etmək lazımdır ki, Nazirlər Kabinetinin 28 aprel 2016-ci il tarixli 250s saylı Sərəncamı ilə həyata keçirilən dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin mərhələlərlə təmin olunmasına dair Tədbirlər Planının məqsədi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarla yanaşı xüsusi mülkiyyətdə olan torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsindən ibarət olmaqla, həmin sistem və xəritələrin torpaqlarının yerdəki faktiki istifadə vəziyyətinin məkan göstəricilərinə görə deyil, yalnız ayrı-ayrı fiziki və hüquqi şəxslərə səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş sənədlərin, o cümlədən X11 tərəfindən verilmiş torpağa mülkiyyət hüququnu təsbit edən dövlət aktlarının məkan göstəriciləri əsasında aparılmasından ibarətdir. 56.Məhkəmə kollegiyası işin hərtərəfli araşdırılması məqsədilə xx.xx.2023-cü il tarixli qərardadla iş üzrə təkrar məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. İddiaçıların faktiki istifadəsində olan 3,50 ha torpaq sahəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşürmü? Düşürsə, həmin sahədə iddiaçılara aid olmayan tikililər mövcuddurmu?

2. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190, kod 30600018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçıların ümumi mülkiyyətində olan 3,50 ha torpaq sahəsinin, seriya MA ******* nömrəli, 21 yanvar 2010-cu il tarixli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən cavabdeh “Cavabdeh” MMC-nin mülkiyyətində olan 3,0 ha torpaq sahəsinin, eləcə də seriya MA ******* nömrəli, 20 fevral 2010-cu il tarixli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən cavabdeh “Cavabdeh” MMC-nin mülkiyyətində olan 3,0 ha torpaq sahələrinin ilkin torpaqayırma sənədləri nəzərə alınmaqla hər birinin ayrı-ayrılıqda sərhədləri naturada müəyyən edilsin.

3. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu il tarixdə verilmiş JN-190, kod 30600018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçıların ümumi mülkiyyətində olan 3,50 ha torpaq sahəsi ilə seriya MA ******* nömrəli, 21 yanvar 2010-cu il tarixli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən cavabdeh “Cavabdeh” MMC-nin mülkiyyətində olan 3,0 ha torpaq sahəsi, eləcə də seriya MA ******* nömrəli, 20 fevral 2010-cu il tarixli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən cavabdeh “Cavabdeh” MMC-nin mülkiyyətində olan 3,0 ha torpaq sahələri ilkin torpaqayırma sənədləri nəzərə alınmaqla üst-üstə düşürmü?

4. Cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsi zəbt olunmuşdurmu? Əgər zəbt olunmuşdursa hansı ölçüdə zəbt olunmuşdur?

57. 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 28 dekabr 2023-cü il tarixli məktubla mütəxəssis rəyi təqdim olunmuşdur. Mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması üçün GPS vasitəsi ilə Daşınmaz Əmlakın Dövlət Kadastr və X26 Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisi, Sitalçay bələdiyyəsinin sədri Şahid, iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı5 və cavabdeh "Cavabdeh" MMC nümayəndəsi X6 iştirakı ilə çöl-ölçmə işləri aparılmışdır. Mütəxəssis rəyinə torpaq sahələrinin mövcud vəziyyətinin əks etdirən plan və Xızı rayonu, “Sitalçay” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu xəritəsindən çıxarış əlavə olunmuşdur.

58. Mütəxəssis rəyi ekspert rəyinin verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/625 nömrəli ekspert rəyi məhkəməyə təqdim olunmuşdur. Rəydə qeyd olunmuşdur ki, tədqiqat Xızı rayonunda yerləşən torpaq sahəsi üzrə aparılır. Mərkəzdə torpaq sahələrinə dair baza məlumatları olmadığından, qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli məqsədilə mülki iş materiallarına əlavə edilmiş, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü it tarixli, 3-21 -3-31/2-4613/2023 saylı mütəxəssis rəyindən, mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planından, eyni zamanda müiki iş materiallarının məlumatlarından istifadə edilmişdir.

59. Ekspert rəyində aşağıdakılar müəyyən olunmuşdur.

1. qərardadın birinci sualı üzrə- İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü it tarixli, 3-21 -3-31/2-4613/2023 saylı mütəxəssis rəyinə əsasən, iddiaçılar İddiaçı4, İddiaçı1, İddiaçı5, cavabdeh "Cavabdeh" MMC nümayəndəsi X6, Sitalçay bələdiyyəsinin sədri Şahid və Daşınmaz Əmlakın Dövlət Kadastr və X26 Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə GPS vasitəsi ilə sözügedən torpaq sahəsidə çöl ölçmə işləri görülmüşdü. 7 mart 2016-cı il 818 nömrəli Fərman əsasında hazırlanmış torpaqların elektron kadastr informasiya sistemində araşdırma zamanı məlum olmuşdur ki , iddiaçılara məxsus 3,50 ha torpaq sahəsi cavabdehin faktiki istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçılara məxsus torpaq sahəsinin daxilində tikili mövcud deyil.

2. qərardadın ikinci və üçüncü sualları üzrə- İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü it tarixli, 3-21-3-31/2-4613/2023 saylı mütəxəssis rəyinə əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən 20 fevral 1999-cu ii tarixdə verilmiş JN-190, kod 30600018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən iddiaçıların ümumi mülkiyyətində olan 3,50 ha torpaq sahəsinin, seriya MA ******* nömrəli, 21 yanvar 2010-cu il tarixli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən cavabdeh “Cavabdeh” MMC-nin mülkiyyətində olan 3,0 ha torpaq sahəsinin, eləcə də seriya MA ******* nömrəli, 20 fevral 2010-cu il tarixli AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən cavabdeh “Cavabdeh” MMC-nin mülkiyyətində olan 3,0 ha torpaq sahələrinin ilkin torpaqayırma sənədlərində qeyd olunan koordinatlar “Pulkovo 1942" koordinat sistemində hazırlanmışdır. Hal-hazırda Respublika ərazisində təsərrüfatın bütün sahələrində X27 (QMSGPS) vasitəsi ilə xəritə və ya profil təsvirləri yaradıldığından “Pulkovo 1942" koordinat sistemindən “X27”-nə (QMSGPS) keçid edərək yaranmış bucaq və dərəcə xətalarına görə “Pulkova 1942” koordinat sistemində olan koordinatların sərhədlərini naturada tam dəqiqliklə müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Prezidentinin Respublika ərazisində torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında 7 mart 2016-cı il 818 nömrəli Fərmanı əsasında Azərbaycan Respublikasının ərazisində torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmış və rəqəmsal kadastr xəritələri tərtib olunmuşdur. Rəqəmsal kadastr xəritələrində sənədlərdəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqlar müəyyənləşdirilmiş, aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr işlənmiş və aidiyyəti qurumlar tərəfindən təsdiq edilmişdir. Yuxarıda qeyd olunan torpaq sahələrinin sərhədləri 818 nömrəli fərmana əsasən hazırlanmış kadastr uçotu informasiya sisteminə və təsdiq olunmuş rəqəmsal kadastr xərətsinə əsasən ayrı-ayrılıqda naturada müəyyən edilmiş və 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərman əsasında işlənib hazırlanmış elektron kadastr uçotu informasiya sisteminə və təsdiq olunmuş rəqəmsal kadastr xəritəsinə əsasən torpaq sahələrinin sərhədlərinin üst-üstə düşmədiyi müəyyən olunmuşdur.

3. qərardadın dördüncü sualı üzrə- İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü it tarixli, 3-21-3-31/2-4613/2023 saylı mütəxəssis rəyinə əsasən, cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsi zəbt olunmaması və Elektron kadastr informasiya sisteminə əsasən hər iki tərəfə məxsus torpaq sahəsi ayrı-ayrılıqda naturada mövcud olduğu, cavabdeh tərəfə məxsus tikililərin iddiaçılara məxsus torpaq sahəsinin daxilində yerləşmədiyi və iddiaçılara məxsus torpaq sahəsinin daxilində tikilinin mövcud olmadığı müəyyən edilmişdir.

60. Ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmaqla həmin rəy hazırkı iş üzrə o vaxt mötəbər sübut növü kimi qəbul edilməlidir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutların müəyyən edilməsinə, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun.

61. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsi zəbt olunmamışdır.

62. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili bildirmişdir ki, ekspert rəyində üst-üstə düşmə halının olmadığı bildirilir, lakin iddiaçılar sözügedən torpaq sahəsinə çıxarış almaq üçün müvafiq reyestr xidmətinə müraciət edən zaman onlara imtina cavabı verilmiş və bildirilmişdir ki, torpaq sahəsi başqa şəxslərin torpaq sahəsi ilə üst-üstə düşdüyünə görə çıxarış verilə bilməz. Bununla bağlı kollegiya qeyd edir ki, torpaq sahələrinin üst-üstə düşmədiyi müəyyən olunduğundan, iddiaçılar onlara məxsus torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət edə bilərlər.

63. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməməli, cavabdehin apellyasiya şikayəti mübahisələndirilən hissədə təmin edilməli, Xızı Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

64. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçıların apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh “Cavabdeh” MMC-nin apellyasiya şikayəti təmin edilsin. Xızı Rayon Məhkəməsinin 16 sentyabr 2019-cu il tarixli qətnaməsi qisməncavabdeh “Cavabdeh” MMC-nin Xızı rayonu, Sitalçay kəndi ərazisində yerləşən, iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3 və X7 mülkiyyətində olan 0,067 ha və 0,747 ha torpaq sahəsindən çıxarılması hissəsində ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı5 hazırkı iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 300 (üç yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************), 140 (yüz qırx) manat 92 (doxsan iki) qəpik "xxxx" MMC-nin ("xxxx" ASC Xətai filialı, kod 200071, VÖEN **********, SWİFT kod AİİBAZ2X, müxbir hesab AZ37NABZ013501**********1944, KADASTR VƏ YERQUR LAYİHA TADQ MAR, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN **********) hesabına keçirilməlidir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar