Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-915/2022 20.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneçiliyə son qoyulması tələbinə dair ilk iddia və Cavabdeh İddiaçı qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış evinə hüququnun müəyyən olunması tələbinə dair qarşılıqlı iddia dair mülki iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneçiliyə son qoyulması, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış evinə hüququn müəyyən olunması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(027)-1809/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 20 aprel 2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, Cavabdeh 26 noyabr 1999-cu il tarixli, 194 reyestr nömrəli qeydiyyat vəsiqəsi ilə ona məxsus ünvan 1, 2 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneçilik törədən hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia onunla əsaslandırılılmışdır ki, Quba şəhəri, Fətəlixan küçəsi ev 69, 2 saylı mənzil 26 noyabr 1999-cu il tarixli, 194 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun həyat yoldaşı olub, 25 ildir ki, faktiki olaraq ayrılmış və heç bir münasibətləri yoxdur. Bir müddət əvvəl yenidən ona məxsus olan yaşayış evinə gələrək evin satılıb pulunun ona verilməsini tələb etmişdir. Buna etiraz etdiyinə görə onu ölümlə hədələyir, mənzilini yandıracağını bildirir. Mənzildə rahat yaşamağına imkan vermədiyindən mülkiyyət hüququ pozulur və mənzilindən istədiyi kimi istifadə, sahiblik edə bilmir. Son vaxtlarda cavabdehin belə hərəkətləri mütamadi xarekter almışdır. Bu barədə Quba Rayon Polis Şöbəsinə müraciət etmiş və araşdırma aparan polis əməkdaşları cavabdehin onun ailə üzvü olması səbəbindən məhkəmə qərarı olmadan tədbir görə bilməmişlər. Hazırda formal xarekter daşıyan nikahının pozulması üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, İddiaçı adına rəsmiləşdirilmiş Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin, 2 saylı mənzilinə dair 26 noyabr 1999-cu il tarixli, 194 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilib, həmin ünvanda yaşayış hüququnun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılılmışdır ki, onun valideynləri əslən İran İslam Respublikasından olmuş, o, Tehran şəhərində anadan olmuş və uşaq olarkən valideynləri köçüb Quba şəhərinə gəlmişlər. Atası erkən ölmüşdür. 1957-ci ildə anasına 4 uşaqla birlikdə hazırkı mübahisəli mənzil verilmişdir. Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin, 2-ci mənzili anası X1 məxsus olmuşdur. Mərhum anası G.M.Süleymanova 20.06.2000-ci ildə vəfat etmişdir. O, İddiaçı ilə 1983-cü ildə nikaha girmiş və mərhum anası G.Süleymanovaya verilmiş həmin fərdi yaşayış evində yaşamışlar. Birgə nikahdan övladları yoxdur. O, daimi olaraq həmin evdə yaşamışdır. Lakin İddiaçı mərhum anasına məxsus mənzili öz adına qeydiyyatdan keçirərək özəlləşdirməsindən məlumatı olmamışdır. Yalnız hazırkı iddia ərizəsini aldıqdan sonra ona məlum olmuşdur ki, mərhum anasına məxsus evi həyat yoldaşı İddiaçı öz adına özəlləşdirərək qeydiyyat vəsiqəsi almışdır. 26 iyun, 7 iyul, 29 iyul, 02 avqust 2021-c il tarixlərdə yaşamaq üçün mübahisəli mənzilə gəlsə də İddiaçı onu mənzilə buraxmamışdır. Bu barədə Quba Rayon Polis Şöbəsinə müraciət etmişdir. İlk iddia üzrə İddiaçı qarşılıqlı iddia ərizəsinə qarşı etirazı daxil olmamışdır. İİ-ЖГ seriyalı, 367490 nömrəli nikah haqqında şəhadətnamə ilə müəyyən olur ki, Cavabdeh və İddiaçı 26 iyul 1980-cı ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər. İş materiallarına əlavə edilmiş 26 noyabr 1999-cu il tarixli, 194 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Quba şəhəri, Fətəli Xan küçəsində yerləşən, 69 nömrəli yaşayış evi mülkiyyət hüququ əsasında Quba rayon XDS İcraiyyə Komitəsinin 31 avqust 1997-ci il tarixli qərarı əsasında İddiaçı adına 26 noyabr 1999-cu il tarixdə, 194 reyestr nömrə ilə qeydə alınmışdır. Qeyd olunan yaşayış evinin texniki pasportundan görünür ki, İddiaçı məxsus Quba şəhəri, Fətəli Xan küçəsində yerləşən, 69 nömrəli yaşayış evi 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 41,5 kv metr, yaşayış sahəsi 26,3 kv.metr, o cümlədən köməkçi sahəsi 15,2 kv.metrdir. 1 saylı Mənzil Kommunal sahəsinin 16.11.2018-ci il tarixli, 4118 saylı arayışından görünür ki, Cavabdeh 6 saylı məhəllə Nizami küçəsi ev 19 saylı mənzildə qeydiyyatdadır, mənzilin daxil olduğu sektor Polis İdarəsinin inzibati binasıdır, həmin binada yaşayış yoxdur. Dövlət Sosial Müdafiə Fondunun 26.11.2018-ci il tarixli, 866 nömrəli arayışından görünür ki, Cavabdeh DSMF-nin Sumqayıt şəhər şöbəsindən 03.07.2003-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası alır. Pensiyanın məbləği 194 manat 14 qəpikdir. Quba rayon VVAQ şöbəsi tərəfindən verilmiş 12 iyul 2000-ci il tarixli, AZ seriyalı, 049510 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 12.07.2000-ci il tarixdə Quba şəhərində ölmüşdür. Quba Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(027)-1809/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneçiliyə son qoyulması tələbinə dair ilk iddia rədd edilmiş və qarşılıqlı iddia qismən təmin edilib, Cavabdeh ünvan 1 ünvanında yerləçən 2 saylı mənzilə köçürülməsi qət edilmişdir. (hakim Vüqar Seyidov) Eyni zamanda Quba Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(027)- 1809/2021 nömrəli qərardadı ilə Cavabdeh İddiaçı qarşı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış evinə yaşayış hüququnun müəyyən olunması tələbinə dair iddia ərizəsi, Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin 2 saylı mənzilinə görə 26 noyabr 1999-cu il tarixli, 194 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbi hissəsində baxılmamış saxlanmış, ərizəçiyə həmin tələblə bağlı işin qabaqcadan məhkəmədən kənar həll edilməsi qaydasına riayət olunduqdan sonra müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən ilk iddia ilə bağlı qeyd etmişdir ki, tərəflər 1980-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuş və hazırda rəsmi nikahdadırlar. ünvan 1, 2 saylı mənzil ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyətindədir. İşdəki sübutlardan görünür ki, Cavabdeh İddiaçı münasibətdə heç bir hüquqazidd hərəkətlərə yol verməmişdir. İlkin İddiaçı, cavabdeh Hüseyn Mahcirli tərəfindən ünvan 1, 2 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə, maneə yaratması və bu maneənin nədən ibarət olmasını təsdiq edən har hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 152.1, 152.2, 157.2, 157.8, 158.2ci maddələri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən qarşılıqlı iddia ilə bağlı qeyd etmişdir ki, Cavabdeh 1980-cı ildə İddiaçı ilə rəsmi qaydada evləndikdən sonra, Cavabdeh İddiaçı mülkiyyətində olan Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin 2 saylı mənzilində yaşaması, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh işlə əlaqədar 2000- ci ildə Sumqayıt şəhərinə getməsi və sonradan həmin evə qayıdarkən, cavabdeh tərəfindən iddiaçının iradəsinin ziddinə həmin evdən istifadə etməsinə maneələrin yaradılması və bununla da iddiaçının evin ona məxsus hissəsinə sahiblik və istifadə hüquqlarını pozmaları sübuta yetirilir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 164.1, 165.1ci maddələri və Mənzil Məcəlləsinin 53.1, 53.3, 123.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(027)-1809/2021 nömrəli qətnaməsinin qismən, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edərək, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Cavabdeh ilə 1983-cü ildə nikaha daxil olmuş, 25 ildir ki, faktiki olaraq ayrılmışlar, heç bir münasibəti yoxdur. Cavabdeh yaşadığı və mülkiyyətində olan mənzildə qeydiyyatda olmayıb. 1996-cı ildə daimi olaraq başqa yerə köçdüyü üçün bu mənzili tərk etmişdir. Öz mülkiyyətində olan mənzilindən istədiyi kimi istifadə, sahiblik edə bilmir. Onsuz da formal xarekter daşıyan nikahlarının pozulması üçün məhkəməyə müraciət etmiş, həmin iş hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Buna da məhəl qoymayan cavabdeh mülkiyyət hüququmun sərbəst şəkildə həyata keçirilməsinə hər vasitə ilə maneçilik törədir, öz əmlakından istədiyi kimi istifadə etmək imkanlarından məhrum olur. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili X3 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(027)-1809/2021 nömrəli qətnaməsinin qismən, ilkin iddianın təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edərək, ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsini xahiş etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsi yalnız mübahisələndirilən hissəsində araşdırlır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Apellyasiya şikayətinin dəlillərinə birinci instansiya məhkəməsi tərəfindən tam qiymət verilib. Baxılan iş üzrə birinci instansiya məhkəməsi qanuni nəticəyə gəlmişdir. Tərəflər 1980-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar, hal-hazırda rəsmi nikahdadırlar. ünvan 1, 2 saylı mənzil ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş və ilk İddiaçı adına qeydə alınmış və hazırda Qeydiyyat vəsiqəsi qüvvədədir. Həmin hallar işin mübahisəsiz halıdır. İşdəki sübutlardan görünür ki, Cavabdeh İddiaçı münasibətdə heç bir hüquqazidd hərəkətlərə yol verməmişdir. İlkin iddia üzrə İddiaçı cavabdeh Hüseyn Mahcirli tərəfindən ünvan 1 ünvanında yerləşən 2 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə maneə yaratması və bu maneənin nədən ibarət olması və eyni zamanda evə köçürülmə tələbinə dair hissədə qarşılıqlı iddianın rədd edilməsinə dair halları sübuta yetirə bilməmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna edir. Birinci instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, birinci instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilməsi barədə şikayətin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(027)-1809/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-915/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-915/2022
20.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver