Məhkəmə qərarları › İş №2(105)-916/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-916/2025

23.09.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-916/2025 23.09.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehin direktoru Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X4rşı işə bərpa tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1407/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı və cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli, 148 saylı əmrin ləğv olunması, İddiaçı “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X8 əvvəl tutduğu vəzifəyə uyğun (əvvəl işlədiyi heyət, təsnifat və əmək haqqı nəzərə alınmaqla) vəzifəyə işə bərpa edilməsi, cavabdeh «Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi» X5 60 (altmış) manat ödənilmiş mediasiya xərci tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X4rşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi» X7 xx.xx.2024-cü il tarixli, 148 saylı əmrinin ləğv olunması, onun əvvəlki iş yerinə - “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X10” bölməsində “Baş mütəxəssis” vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X10” bölməsində “Baş mütəxəssis” vəzifəsində çalışmışdır. Çalışdığı müəssisənin 148M-1İ əmrinə əsasən onunla bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, «AR ƏMnin 70.”b” işçilərin sayı və ya ştatları ixtisar edildikdə» maddəsini əsas gətirərək xx.xx.2024-cü il tarixdən işinə xitam verilmişdir. Heç bir səbəb olmadan işdən ixtisar olunub. Halbuki himayəsində azyaşlı övladı var. Qanunvericiliyin tələblərinə uyğun olaraq bu hal onun işdə saxlanmağına üstünlük verir. Belə ki, əmək qanunveriliciyinin tələblərinə uyğun olaraq üç yaşınadək uşağı olan qadınların işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Bundan əlavə ştatı ixtisar olunmamışdır, əksinə onun vəzifəsinə başqa şəxs işə götürülmüşdür. Göründüyü kimi qanunsuz olaraq işdən çıxarılıb. Yuxarıda qeyd etdiklərini yazaraq qanunsuz olaraq işdən çıxarılmağı barədə dəfələrlə müraciətlər etsə də heç bir nəticəsi olmamışdır. Başqa qazanc yeri yoxdur. Maddi durumu çox ağırdır, bu işə ehtiyacı var. Himayəsində bir tələbə, bir azyaşlı uşaq olmaqla iki övladı var. Bu səbəblərdən də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı həmin vəfizəyə və əmək haqqına uyğun vəzifələr təklif edilmiş və o, bunlardan imtina etmişdir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-1407/2025 nömrəli qətnaməsi ədalətsiz və qanunsuzdur. Məhkəmə işin hallarını hərtərəfli araşdırmadan, heç bir mötəbər sübuta əsaslanmadan qətnamə çıxarmış, iddianı qismən təmin etmişdir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci hissəsinə əsasən, 04 oktyabr 2024-cü il tarixdə “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X10”n direktor əvəzi Cahid Xasayev tərəfindən İddiaçı rəsmi surətdə xəbərdarlıq edilmiş, H.Esmira şəxsən xəbərdarlıqla tanış olaraq onu imzalamışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsil üzrə X6 və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “Ştatların ixtisar olunması barədə” 22 noyabr 2024-cü il tarixli 148 saylı əmri ilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli qərarına əsasən qərarın 1-ci hissəsi ilə Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatlarında dəyişikliklər olduğunu nəzərə alaraq, Nazirlər Kabinetinin 29 yanvar 2024-cü ildə təsdiq olunmuş nümunəvi yeni ştat cədvəlində Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin İRT iş şöbəsinin baş mütəxəssisi İddiaçı ştatı ixtisara düşdüyü üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən İddiaçı əmək müqaviləsinə 22 noyabr 2024-cü il tarixindən stajına uyğun olaraq son haqq-hesab və ya kompensasiya ödənilməklə xitam verilmişdir. - İddiaçı ərizədə qeyd edir ki, ştatı ləğv olunmamışdır. Halbuki məhkəməyə də təqdim edilmiş ştat cədvəlində açıq-aydın “Baş mütəxəssis” ştatının ləğv edilməsi göstərilmişdir: - İddiaçı “Mənim vəzifəmə başqa şəxs işə götürülmüşdür” qeyd etsə də, həmin ştat ləğv olunduğu təqdirdə kiminsə həmin ştata kiminsə işə götürülməsi qeyri-mümkündür. İddiaçı “Qanunsuz olaraq işdən çıxarılmışam” qeyd etsə də, qanunsuz olaraq işdən çıxarılmamış, onun ştatı ləğv olunduğu üçün ona “Telekommunikasiyada kompyüter texnikasının istismarı üzrə operator” ixtisası üzrə qrupda istehsalat təlimi ustası vəzifəsi rəsmi qaydada təklif edilmiş, lakin İddiaçı həmin vəzifədə deyil, yalnız öz ixtisara düşmüş vəzifəsində işləmək istədiyini bildirmişdir ki, bu da mümkünsüz olmuşdur. Baxmayaraq ki, İddiaçı əvvəllər də “Telekommunikasiyada kompyüter texnikasının istismarı üzrə operator” vəzifəsində işləmişdir. - İddiaçı ərizəsində göstərir ki, “Mərkəzdə “Karyera üzrə mütəxəssis” və “istehsalat işləri üzrə menecer” vəzifələri üzrə vakansiyalar mövcuddur. Halbuki, özü də yaxşı bilir ki, həmin vəzifələr üzrə müsabiqə keçirilməkdədir və həmin ştatlara uyğun ixtisası olan şəxslər, sırf maliyyəçilər tələb olunur. İddiaçı ali təhsilli olsa da, ixtisası “coğrafiya müəllimi”dir və həmin müsabiqəyə onun sənədləri uyğun gəlmir. Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində ixtisara düşən ştatlarla əlaqədar 23 nəfər işçi onlara təklif olunan uyğun işlərlə təmin olunmuşlar, həmçinin kənardan heç kim işə götürülməmişdir. Tərəflərin iradəsindən asılı olmayan hallar əsas götürülərək - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli 64 nömrəli Qərarına əsasən qərarın 1-ci hissəsi ilə Peşə məktəblərinin və peşə liseylərinin nümunəvi ştatlarında dəyişikliklər olduğunu nəzərə alaraq, Nazirlər Kabinetinin 29 yanvar 2024-cü ildə təsdiq olunmuş nümunəvi yeni ştat cədvəlində Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət PeşəTəhsil Mərkəzinin İRT iş şöbəsinin baş mütəxəssisi İddiaçı ştatı ixtisara düşdüyü üçün onun əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ştatı ixtisara düşdüyü üçün Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin B bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən İddiaçı əmək müqaviləsinə 22 noyabr 2024-cü il tarixindən stajına uyğun olaraq son haqq-hesab və ya kompensasiya ödənilməklə xitam verilmişdir. 04 oktyabr 2024-cü il tarixdə “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi X10”n direktor əvəzi Cahid Xasayev tərəfindən İddiaçı rəsmi surətdə xəbərdarlıq edilmiş, H.Esmira şəxsən xəbərdarlıqla tanış olaraq onu imzalamış və etiraz etməmişdir məhkəmə sübutlara obyektiv yanaşmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin direktoru Nümayəndə barışıq sazişinin təsdiq edilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı barışıq sazişinin təsdiq edilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, tərəflərin təqdim etdikləri ərizələri nəzərdən keçirib məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında barışıq əldə edildiyindən, ərizələr təmin edilməli, barışıq sazişi təsdiq edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Apellyasiya icraatı zamanı tərəflər barışıq sazişi təqdim edərək və bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması barədə razılığa gəldiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 370.1. maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəllənin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Mülki Prosessual Məcəllənin 191.2. maddəsinə əsəsən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunlar qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. İddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də barışıq sazişi bağlanmasıdır. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Məhkəmə kollegiyasına barışıq sazişi təqdim edilmiş və barışıq sazişində aşağıdakılar qeyd edilmişdir: İddiaçı həmin Təhsil Müəssisəsində İstehsalat təlim ustası vəzifəsinə bərpa edilir. Müəssisənin direktoru Nümayəndə İddiaçı İstehsalat təlim ustası vəzifəsinə müddətsiz olaraq işə götürəcəyini öhdəsinə götürür. Qarşılıqlı razılaşdırılmış şərtlərə hər bir tərəf əməl etməklə bu mübahisəni barışıq yolu ilə həll edir və mübahisə predmeti ilə bağlı bir-birinə qarşı gələcəkdə iddia qaldırmayacaqlarını öhdələrinə götürürlər. Tərəflərə AR MPM-nin 191-ci maddəsinin tələbləri aydındır və tərəflər barışıq sazişinin şərtlərini icra etməyə borcludurlar, bu şərtləri pozan tərəf digər tərəf qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 261.0.5. maddəsinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları barışıq sazişi qanuni və əsaslı olduğundan təsdiq edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 370.1., 384.0.5., 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” PHŞ-in apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı və cavabdehin direktoru Nümayəndə barışıq sazişinin təsdiq edilməsi barədə ərizələri qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 aprel 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı cavabdeh “Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi” X4rşı ixtisara alınma barədə əmrin ləğv olunması və boş olan vakansiyalar üzrə başqa işə keçirilmə tələbinə dair mülki iş üzrə İddiaçı və cavabdehin direktoru Nümayəndə arasında bağlanmış 23 sentyabr 2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: İddiaçı həmin Təhsil Müəssisəsində İstehsalat təlim ustası vəzifəsinə bərpa edilir. Müəssisənin direktoru Nümayəndə İddiaçı İstehsalat təlim ustası vəzifəsinə müddətsiz olaraq işə götürəcəyini öhdəsinə götürür. Qarşılıqlı razılaşdırılmış şərtlərə hər bir tərəf əməl etməklə bu mübahisəni barışıq yolu ilə həll edir və mübahisə predmeti ilə bağlı bir-birinə qarşı gələcəkdə iddia qaldırmayacaqlarını öhdələrinə götürürlər. Tərəflərə AR MPM-nin 191-ci maddəsinin tələbləri aydındır və tərəflər barışıq sazişinin şərtlərini icra etməyə borcludurlar, bu şərtləri pozan tərəf digər tərəf qarşısında məsuliyyət daşıyır. Tərəflərin bu saziş icra edildikdən sonra bir-birilərinə qarşı hazırkı mübahisə ilə əlaqədar iddia qaldırmaq hüququ istisna edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar