Məhkəmə qərarları › İş №2(105)-919/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-919/2022

18.07.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-919/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X6 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili: Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsinə istifadəsinə xitam verilməsi və həmin torpaqdan məcburi qaydada çıxarılması tələbinə dair mülki iş üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(012)-5457/2021 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh Abşeron rayonu X8 ərazisində olan 0.02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı cavabdehin torpaq sahəsinə istifadə hüququna xitam verilməsi və həmin torpaqdan məcburi qaydada çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı məxsus Abşeron rayonu X8 ərazisində olan 0.02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsi və həmin torpaqdan məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun övladı X7 Cavabdeh ilə evli olmuş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli 2(010)-2010/2021 saylı qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-nin 20 iyul 2020-ci il tarixli ********** sayl çıxarış ilə İddiaçı Abşeron rayonu X8 ərazisində 0.02 ha torpaq sahəsi verilmişdir. Nikah pozulduqdan sonra cavabdeh həmin torpaqdan çıxmamış, oradan istifadə etməyə davam etmiş, iddiaçının oradan qovmuş və mülkiyyətçinin tələbinə baxmayaraq torpagı boşaltmamışdır. Halbuki, onun mülkiyyət hüquqları mövcuddur və bu hüquqlar qanunla qorunur. O, bu hüquqlarından öz mülahizəsinə uyğun istifadə edə bilər, lakin cavabdeh onun bu hüquqlarını pozur. Həmçinin, ona məxsus torpaq sahəsində qanunsuz inşa edilmiş tikili vardır ki, cavabdeh də onun ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. Eyni zamanda, həmin evə dair kommunal xərclərin ödənilməsinə dair qəbzlər onun adınadır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5457/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində yəni, cavabdehin torpaq sahəsindən məcburi qaydada çıxarılması hissəsində qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, məhkəmə iddia tələbinin təmin edilməyən hissəsi ilə bağlı işi hərtərəfli, tam və obyektiv araşdırmamış və tərəfindən təqdim edilən sübutlara düzgün qiymət verməmişdir. Adı çəkilən torpaq sahəsində aparılmış tikintinin özbaşına tikinti olmasını məhkəmə qeyd etmiş, ona görə də onun və cavabdehin oradan istifadədə eyni hüquqa malik olmagını qənaətinə gəlməklə qanunvericiliyin tətbiqinə səhvə yol vermişdir. Orada aparılmış tikinti özbaşına olsa da həmin tikinti digər şəxslərin hüquqlarını hər hansı formada pozmadıgından, həmçinin kimlərinsə həyat və saglamlıqları üçün təhlükə yaratmadıgında və iddiaçının torpaq sahəsinin faktiki sahibi oldugundan qanun tikiliyə mülkiyyət hüququnun tanınmasını qadagan etmir. Cavabdeh 2005-ci ildən iddiaçının oğlu faktiki nikaha daxil olduqdan sonra 2007-ci ildən isə Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə yaşamış, heç vaxt onların ayrıca mənzilləri olmamış, heç bir mənzil satmamışdır. Məhkəmə yalnız cavabdehin əsassız olan şifahi və həqiqətə uygun olmayan izahatına istinad etmiş, işin hərtərəfli araşdırılması üçün bütün imkalardan istifadə etməmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-5457/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsinin ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normalarını hazırki mübahisəli vəziyyətə tətbiq etməməlidir. Məhkəmə baxışı zamanı sübut təqdim edilməklə qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsi icarə hüququna dair alqı-satqı müqaviləsi bağlanılmazdan və hazırki icarəçinin icarə hüququ qeydiyyata alınmazdan əvvəl onun istifadəsində olmuş və onun (həyat yoldaşı ilə birlikdə) öz şəxsi vəsaiti hesabına əldə edilmişdir. Digər tərəfdən iddiaçı ilə torpaq sahəsinin satıcısı arasında bağlanmış müqavilə yalan əqddir və etibarsızdır. Məhkəmə isə bu halları nəzərə almamışdır. Torpaq sahəsi onun və onun həyat yoldaşı olan Rahib Dövlətovun birgə təsərrüfatı zamanı onların özü tərəfindən alınmış və həmin tarixdən də istifadələrində olmuşdur. Lakin görünən odur ki, iddiaçının oğlu R.Dövlətov onunla boşanma ərafəsində yəni, 2020-ci ildə həmin torpaq sahəsini anasının adına rəsmiləşdirilməklə, birgə nikah dövründə əldə olunmuş əmlak üzərindəki onun payını mənimsəmək niyyətində olmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-5457/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edilən hissəsinin ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını, cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil cavabdehin apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi, təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir, cavabdehin apellyasiya şikayəti təmin edilməlidir, qətnamə qismən ləğv edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, inşa edilmiş tikilinin özbaşına tikili olması, hər hansı hüquqmüəyyənedici sənədinin olmaması tərəflərin həmin evə bərabər statusunun yaranmasının ehtiva edilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 0.02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsi hissəsində qanuni və əsaslı deyil, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğun olmamışdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İşdə olan Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AA512841 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Abşeron rayonu, X8 ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində olan kənd təsərrüfat təyinatlı 0.02 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Bakı şəhəri 187 saylı Notariat Kontorunda torpaq sahəsinin istifadə (və ya icarə) hüququnun satılmasına dair 3M-330 reyestr nömrəli xx.xx.2020-ci il tarixli müqavilə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK-si yanında DƏDRX-ti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin mülkiyyətində olan Abşeron rayonu, X8 ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində olan kənd təsərrüfat təyinatlı 0.02 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2007-ci il tarixli 041 saylı icarə müqaviləsi və xx.xx.2020-ci il tarixli 3M- 330 saylı alqı-satqı müqaviləsinə əsasən icra hüququnun alqı-satqısı əsasında yüklü edilmiş və yüklülüyün müddəti xx.xx.2007-ci il tarixdən başlayaraq 99 il müəyyən edilmiş, bu barədə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi və **********342 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(010)-2010/2021 saylı qətnaməsindən görünür ki, ilkin iddia qismən təmin edilmiş, cavabdeh X4 xx.xx.2007-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması, alimentin tutulması müddətinin 05 mart 2021-ci il tarixdən müəyyən edilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli 2(010)-2010/2021 qərardadı ilə müvəqqəti alimentin tutulmasının nəzərə alınması, iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh X7 arasında Suraxanı rayon Qeydiyyat Şöbəsində 07 iyul 2012-ci ildə bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 863 №-si ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2007- ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 boşanmadan sonra iddiaçı Cavabdeh yanında qalmaları qət edilmişdir. İşdə olan Qaz paylayıcısı Azəriqaz İB ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli AKX-02565xx/xx-2020 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, qaz paylayıcısı nümayəndələri tərəfindən istehlakçının yaşadığı Bakı şəhəri Xəzər rayonu X11 ünvanında yerləşən fərdi yaşayış evinə qaz sayğacı quraşdırılmışdır. İşdə olan Azərişıq ASC ilə istehlakçı İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 246377 saylı enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqısatqısının birtipli müqaviləsinin surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Sovxoz sahəsində yerləşən fərdi yaşayış evinə elektrik sayğacı quraşdırılmışdır. Azərişıq ASC-nin bildirişindən görünür ki, R.V.Dövlətova qazdan istifadəyə görə 67.05 manat borcun yaranması bildirilmişdir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi MMCnin xx.xx.2021-ci il tarixli 105-1-11/4207-21 saylı məktubundan görünür ki, X8 ünvanında yerləşən evə yeni nəsil simsiz LTE (X14) xx.xx.2018-ci il tarixdə ******* saylı nömrə verilməklə R.V.Dövlətovun adına rəsmiləşdirilmiş və əlavə olaraq ******* saylı nömrə hazırda həmin ünvanda istifadə edilir. Qətnamənin məzmunundan göründüyü kimi məhkəmə o qənaətə gəlmişdir ki, icarəçinin icarəyə verilmiş əmlak üzərində hüququnun müdafiəsi mülkiyyətçinin hüququnun müdafiəsi ilə eyni əsasda təmin edilir, belə ki, onun da mülkiyyətçinin hüquqları kimi özgəsinin qanunsuz sahibliyindən əmlakını tələb etmək hüququ vardır. Həmçinin, iddiaçının icarəsinə, sahiblik, istifadəsinə verilmiş torpaq sahəsinə dair tərtib edilmiş icarə müqaviləsi dövlət qeydiyyatına alındıgından və buna dair iddiaçıya çıxarış verildiyindən iddiaçının torpaq sahəsindən cavabdehin istifadə hüququna xitam verilməsinin tələb etmək hüququ yaranmışdır. Məhkəmə bu qənaətini əsasən «İcarə haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsi ilə əsaslandırmış və torpaq sahəsi dövlət reyestrindən çıxarışa əsasən iddiaçının icarəsində oldugundan cavabdehin həmin torpaq sahəsindən istifadə hüququna xitam vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Abşeron rayonu, X8 ərazisində yerləşən 0.02 ha torpaq sahəsi üzərində olan kənd təsərrüfat təyinatlı 0.02 ha torpaq sahəsinə heç bir istifadə hüququ əldə etməmişdir, odur ki, onun istifadə hüququna xitam verdikdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası iclası zamanı və iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində özbaşına inşa edilmiş tikili mövcuddur. Özbaşına inşa edilmiş tikililərlə bağlı hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəllənin: 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddi hüquq normalarının tələbindən müəyyən olunur ki, özbaşına tikili inşa etmiş şəxsin özünün belə həmin tikiliyə hüququnun yaranması qüvvədə olan, bu münasibətləri tənzimləyən normalara əsasən yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası iddiaçının iş üzrə cavabdehin ona məxsus olan torpaqdan məcburi qaydada çıxarılması barədə iddianın təmin olunmamasına dair birinci instansiya məhkəməsi tərəfindən gəldiyi nəticəni düzgün hesab edir. Belə ki, cavabdeh həmin torpaga heç bir istifadə hüququ əldə etmədiyi halda, həmin torpaqdan çıxarılmasının tələb etməsi qanuna ziddir. Beləliklə, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi torpaqdan məcburi qaydada çıxarılması hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir, cavabdehin apellyasiya şikayəti isə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayəti təmin edilməsin, Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 25 noyabr 2021-ci il tarixli 2(012)- 5457/2021 nömrəli qətnaməsi Cavabdeh Abşeron rayonu X8 ərazisində olan 0.02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilsin. Cavabdeh Abşeron rayonu X8 ərazisində olan 0.02 ha torpaq sahəsinə istifadə hüququna xitam verilməsinə dair iddiası təmin edilməsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar