Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-922/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: cavabdehin evdə yaşamasının qanunsuz hesab edilməsi, evdən çıxarılma və evin iddiaçıya təhvil verilməsi) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "cavabdehin evdə yaşamasının qanunsuz hesab edilməsi, evdən çıxarılma və evin iddiaçıya təhvil verilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(012)-820/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı cavabdehin evdə yaşamasının qanunsuz hesab edilməsi, evdən çıxarılma və evin iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdə yaşamasının qanunsuz hesab edilməsi, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdən çıxarılması, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbini onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, faktiki olaraq İddiaçı məxsus olmaqla, daimi olaraq iddiaçının sahiblik və istifadəsində olmuş, ailə üzvləri ilə birlikdə orada yaşamış və hazırda da yaşayır. Cavabdeh isə İddiaçın guya həmin evi almaq barədə razılığa gəlmək adı ilə aldatmaqla həmin evə köçmüş, iddiaçının isə bir müddət həmin evdən çıxmasına səbəb olmuş, sonradan iddiaçı mübahisə predmeti olan evə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə köçürülmüş, lakin özü həmin evdən könüllü olaraq çıxmamış və hazırda da qanunsuz olaraq iddiaçıya aid olan evdə yaşamaqda davam edir. Belə ki, 2017-ci ildə İddiaçı həmin evi satmaq istədiyi üçün əvvəllər tanımadığı və Xırdalan şəhərində ev alqı-satqısı ilə məşğul olan X2 müraciət etmiş, F.Əliyev bir neçə dəfə evə müştəri gətirmiş, lakin hər dəfə onlar razılaşmamış, xx.xx.2017-ci ildə Fərhad Cavabdeh İddiaçı yaşadığı və satmaq istədiyi Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə baxmağa gətirmiş, Vəfa evi bəyənmiş, onlar evin içərisində olan əşyaları ilə birlikdə 70.000 (yetmiş min) manat məbləğində pul vəsaitinə satılması barədə onunla razılaşmışlar. Həmin vaxt Vəfa və Fərhad İddiaçı mübahisə predmeti olan evi kreditlə satmağı təklif edərək, əvvəlcə 10.000 (on min) manat ödəyəcəyini bildirmiş, qalan 60.000 (altmış min) manat məbləğində pulu isə başqa yerdən iddiçıya alacağı evin 12 il müddətində aylıq kreditini ödəyəcəyini bildirmiş, İddiaçı da Cavabdeh inanmış və təklifi ilə razılaşmışdır. xx.xx.2017-ci ildə Fərhad Əliyev tərəfindən beh müqaviləsi tərtib edilmiş, lakin həmin müqavilə notariat qaydasında təsdiq edilməmiş, həmin müqavilədə satılan evin Abşeron rayonu, Masazır qəsəbəsi, evi satan şəxsin İddiaçı, evin satış qiymətinin 70.000 (yetmiş min) manat, evi alan şəxsin Cavabdeh, evə verilən behin 10.000 (on min) manat, beh verənin Cavabdeh, beh alanın İddiaçı, vasitəçinin X6, şahidlərin X3, X8, evin boşaldılma tarixinin xx.xx.2017-ci il, evin alqı-satqısı tarixi xx.xx.2017-ci il olduğu göstərilmiş, müqavilə evi satan, alan və vasitəçi tərəfindən imzalanmışdır. Bundan sonra Cavabdeh İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzili onun üçün alacağını, ona təhvil verəcəyini, İddiaçı ödənilməli olan qalan 60.000 (altmış min) manat məbləğində pulu isə hər ay həmin mənzilin kreditinə ödəyəcəyini bildirmiş, buna görə də İddiaçı onlarla razılaşmış, Abşeron rayonu, Masazır qəsəbəsi, San Aşıq küçəsində yerləşən 15 saylı evi Cavabdeh təhvil vermiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Lakin bir müddət sonra İddiaçı məlum olmuşdur ki, Cavabdeh ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi ələ keçirmək niyyətində olmuş və iddiaçının aldadaraq evini qanunsuz olaraq ələ keçirmişdir. Belə ki, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin müqaviləsini əvvəlcədən razılaşdıqları kimi İddiaçı adına deyil, öz adına sənədləşdirmiş, hazırki iş üzrə mübahisə predmeti olan evə görə iddiaçıya ödəməli olduğu qalan 60.000 (altmış min) manat məbləğində pulu qabaqcadan razılaşdıqlarının əksinə olaraq Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin pulunu ödəməmişdir. Buna görə də mənzilin mülkiyyətçisi olan "xxxx" MTK tərəfindən İddiaçı həmin mənzildən çıxarılması barədə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmiş, iddia tələbi təmin edilmiş və İddiaçı həmin mənzildən çıxarılmışdır. Bundan sonra İddiaçı Cavabdeh tərəfindən aldadıldığına və hazırkı iş üzrə mübahisə predmeti olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evinin cavabdeh tərəfindən qanunsuz olaraq ələ keçirildiyinə əmin olmuşdur. Buna görə də İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1480/2022 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" MTK-ya qarşı onun Abşeron rayonu, Masazır qəsəbəsi, San Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməyi barədə iddiası rədd edilmişdir. İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 1480/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1018/2023 saylı qətnaməsi ilə İddiaçınn apelyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1480/2022 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş və İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-150/2024 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1018/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra Sumqayıt Apelyasiya Məhkəməsi icra vərəqəsi verilmiş və İddiaçı xx.xx.2024-cü il tarixdə ona aid olan və hazırki iş üzrə mübahisə predmeti olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülmüşdür. Qeyd edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)- 1018/2023 saylı qətnaməsi və həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-150/2024 saylı qərarında hazırki iş üzrə mübahisə predmeti olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı olmamasına baxmyaraq faktiki olaraq İddiaçı məxsus olduğu, Cavabdeh isə iddiaçını aldadaraq onun evdən çıxmasına və özünün qanunsuz olaraq həmin evi zəbt etməsi faktına hüquqi qiymət verilmişdir. Yuxarıda istinad edilən apellyasiya və kassasiya instansiya məhkəmələrinin məhkəmə aktlarından göründüyü kimi həmin məhkəmə aktlarında hazırki iş üzrə cavabdeh V. Çobanovanın İddiaçı aid olan mübahisəli evdə yaşamasının qanunsuz olması faktına hüquqi qiymət verilmiş, onun həmin evdə yaşamasının hüquqi əsasının olmadığı göstərilmiş, əksinə mübahisəli evin iddiaçının vəsaiti hesabına əldə edilməklə özbaşına tikili olmaqla daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da faktiki olaraq ona məxsus olmaqla, onun sahiblik və istifadəsində olmalı olduğu göstərilmiş, iddiaçının həmin evdən məhrum edilməsinin, cavabdehin həmin evi əldə etməsi və orada yaşaması ilə bağlı hərəkətlərinin qanunsuz olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunvericiliyin qeyd olunan normasının tələbinə istinad edərək hesab edirəm ki, hazırki iş üzrə məhkəmə tərəfindən iddia tələbinə baxılıb hüquqi qiymət verilərkən Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(105)-1018/2023 saylı qətnaməsində və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-150/2024 saylı qərarında iş üzrə tərəflər arasında mübahisə predmeti olan evlə bağlı müəyyən edilmiş faktlar nəzərə alınmalıdır. Qeyd edirəm ki, İddiaçı dəfələrlə Cavabdeh evdən çıxmasını tələb etsə də, cavabdeh evdən çıxmaqdan imtina etmiş, hazırda da qanunsuz olaraq iddiaçıya məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdə yaşamaqda davam edir və evdən çıxmayacağını bildirir. Belə olan halda iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.
4. Abşeron Rayon Məhkəməsinin 2(012)-1480/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh və üçüncü şəxs "xxxx" MTK-ya qarşı onun Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməyi barədə iddiası rədd edilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1018/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə köçürülməsi qət edilmişdir.
6. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı özbaşına tikili olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi 10000 manat beh olmaqla, qalan 60000 manat məbləğində pulu isə cavabdeh tərəfindən 12 il müddətində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin aylıq kreditini ödəmək şərtilə Cavabdeh satmış və ”Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Cavabdeh "xxxx" MTK-ya məxsus 8 saylı mənzili öz adına sənədləşdirmiş və həmin mənzilə görə ödənişləri verməmiş və nəticədə iddiaçı həmin mənzili boşaltmaq məcburiyyətində qalmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-150/2024 saylı, xx.xx.2024cü il tarixli qərarından görünür ki, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1018/2023 nömrəli iş üzrə 02 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Abşeron Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(012)-820/2025 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdən çıxarılması, həmin evin İddiaçı təhvil verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ və İİ bəndləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180, 157 və 164-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 107, 119.1, 14.2, 77.1, 217.4, 218.3, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Abşeron Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(012)-820/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan fərdi yaşayış evinə dair hər hansı bir rəsmi sənəd mövcud deyil, özbaşına tikilidir və tərəflər arasında xx.xx.2017-ci il tarixdə mübahisəli evlə bağlı qeyri-rəsmi müqavilə bağlandıqdan sonra iddiaçı bütün əmlaklarını götürərək mübahisə prtedmeti olan sənədsiz fərdi yaşayış evini tərk etmiş və həmin vaxtdan da mübahisə prtedmeti olan sənədsiz fərdi yaşayış evi Cavabdeh faktiki istifadəsindədir. Tərəflər arasında olan razılaşmaya əsasən, İddiaçı qiyməti 70000 manat olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi 10000 manat beh almaqla Cavabdeh satmış, Cavabdeh isə qalan 60000 manatın müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin pulunu özü ödəməyi öhdəsinə götürərək İddiaçı vermişdir. Bu məsələlər işin mübahisə edilməyən hallarıdır. İş materiallarında olan 3 tərəfli kredit müqaviləsindən göründüyü kimi Cavabdeh 70000 manat məbləğində puldan 10000 manat beh olmaqla, cəmi 55000 manat ödəmişdir və qalan ödənilməmiş məbləğ 15000 manat təşkil edir. Göründüyü kimi, tərəflər arasında bağlanmış qeyri-rəsmi müqaviləyə əsasən cavabdeh öz öhdəliklərini yerinə yetirdiyi halda, iddiaçı müqavilənin şərtlərini pozmuşdur. Onun sözügedən mənzilə dair heç bir hüququ yoxdur. Bu səbəblə də məhkəmənin qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
14. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
20. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında olan razılaşmaya əsasən, İddiaçı qiyməti 70000 manat olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi 10000 manat beh almaqla Cavabdeh satmış, Cavabdeh isə qalan 60000 manatın müqabilində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin pulunu özü ödəməyi öhdəsinə götürərək İddiaçı vermişdir. İddiaçı onunla razılaşmış, Abşeron rayonu, Masazır qəsəbəsi, San Aşıq küçəsində yerləşən 15 saylı evi Cavabdeh təhvil vermiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən “Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Lakin bir müddət sonra İddiaçı məlum olmuşdur ki, Cavabdeh onu aldatmış, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ona məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi ələ keçirmək niyyətində olmuş və bu səbəbdən Abşeron Rayon Məhkəməsinə evinə köçürülmə iddiası ilə müraciət etmiş, Abşeron Rayon Məhkəməsi qətnaməsi ilə iddiası rədd etmiş, qətnamədən verilmiş apelyasiya şikayətinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi İddiaçı apellyasiya şikayətini təmin etmiş, Abşeron Rayon Məhkəməsinin 08 iyun 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş İddiaçı iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdə yaşaması davam etdiyindən, iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdə yaşamasının qanunsuz hesab edilməsi, onun evdən çıxarılması, evin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Birinci instansiya məhkəməsinin mübahisəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdən çıxarılması, həmin evin İddiaçı təhvil verilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evin lazımi icazələr almadan və tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində inşa edilməklə, hüquqi vəziyyətinə görə özbaşına tikili olması işin mübahisəsiz halıdır. Həmin evə dair İddiaçıyla Cavabdeh arasında 70000 manata satılmasına dair ümumi razılaşma olmuş və həmin razılaşmaya görə ilkin olaraq cavabdeh iddiaçıya 10000 manat ödəməklə, qalan 60000 manatını 12 ilə hər ay 400 manat olmaqla ödənilməsi barədə beh müqaviləsi tərtib edərək, tərəflər, o cümlədən vasitəçi kimi iştirak etmiş Fərhad Əliyev tərəfindən imzalanmışdır. Bundan sonra iddiaçı evi cavabdehə verməklə sonuncunun MTK-dan aldığı 2 otaqlı mənzilə köçürmüş, lakin cavabdeh mənzilin ödənişlərini həyata keçirmədiyindən, "Kristal Abşeron” MTK tərəfindən evin kommunal xidmətləri dayandırılmaqla, onun mənzildən çıxarılmasını tələb etmişdir. İşdən görünür ki, iddiaçı özbaşına tikili olan Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evi 10000 manat beh olmaqla, qalan 60000 manat məbləğində pulu isə cavabdeh tərəfindən 12 il müddətində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanında yerləşən "Kristal ünvan 2k 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilin aylıq kreditini ödəmək şərtilə Cavabdeh satmış və ”Kristal Abşeron” MTK-ya məxsus 9 mərtəbəli yaşayış binasının 8- ci bina, blok 1, 2-ci mərtəbədə yerləşən 8 saylı mənzilə köçmüş və orada yaşamağa başlamışdır. Cavabdeh "Kristal Abşeron” MTK-ya məxsus 8 saylı mənzili öz adına sənədləşdirmiş və həmin mənzilə görə ödənişləri verməmiş və nəticədə iddiaçı həmin mənzili boşaltmaq məcburiyyətində qalmışdır. Bütün göstərilənlərə Sumqayıt Apellayasiya Məhkməsinin 2(105)-1018/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində qiymət verilmiş, həmin Məhkəmə Qətnaməsi ilə Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evə, evin hüquqmüəyyənedici sənədləri olmasada iddiaçının faktiki sahiblik, istifadə hüquqları tanınmış o özünün əvvəlki evinə köçürülmüşdür. Həmin qətnamə Ali Məhkəmənin qərarı ilə qüvvəsində qalmışdır.
24. Məhkəmə AR MPM-nin 82.3-cü maddəsinə istinad edərək və iddiaçının yaşayış ehtiyacını qarşılayan mövcud tikiliyə cavabdeh tərəfindən imkan verilməməsini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının sahib olduğu əmlak hüququ cavabdeh məhdudlaşdırdığından, iddia tələbi qismən təmin edilməli, cavabdeh mübahisəli yaşayış evindən çıxarılmalı və ev iddiaçıya təhvil verilməlidir.
25. Bundan əlavə iddia tələbinin cavabdehin Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdə yaşamasının qanunsuz hesab edilməsi hissəsi, cavabdehin Abşeron rayonu, Masazır qəsəbəsi, Sarı Aşıq küçəsində yerləşən 15 saylı evdən çıxarılması və evin iddiaçıya təhvil verilməsi hissəsində özünü ehtiva etdiyindən, məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
26. Abşeron Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(012)-820/2025 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlinmiş və tətbiq edilməli olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir.
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.
29. Kollegiya qeyd edir ki, qüvvədə olan məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, tərəflər arasında evin (özbaşına tikilinin) satılması barədə razılaşmanın şərti məhz cavabdeh tərəfindən yerinə yetirilmədiyindən iddiaçı faktiki olaraq sahibliyində olmuş mənzildən məhrum olunmuşdur.
30. MPM-nin 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
31. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 13 mart 2025-ci il tarixli, e-2(012)-820/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.