Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-925/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı2, onun vəkili Vəkil2, Cavabdeh1 və vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qanunsuz maneələr aradan qaldırılması və iddiaçılar İddiaçı1 və İddiaçı2 Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir (hakim Rahim Həsənov). Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(105)-647/2021 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətinin təmin edilmiş, Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(105)- 647/2021 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 25 yanvar 2022-ci il tarixli, 2(102)-481/2022 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-647/2021 nömrəli, 15.07.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN H A L L A R İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması və fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayonu, İ Nügədi kəndi, Cəfər Cabbarlı küçəsində yerləşən 1 saylı fərdi yaşayış evi və onun yerləşədiyi 0,18 ha torpaq sahəsi üzərində istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qanunsuz maneələrin aradan qaldırılması və onların Quba rayonu, İ Nügədi kəndi, Cəfər Cabbarlı küçəsində yerləşən 1 saylı fərdi yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu, İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarının həyata keçirilməsinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən törədilən qanunsuz maneələrin aradan qaldırılması və onların Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh1 məxsus Quba rayonu İ Nügədi kəndində 0,18 ha torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, onlar 09 oktyabr 1999-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar, həmin tarixdən bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə nikahlarından 13.05.2001ci il tarixdə Altay, 25.10.2008-ci il tarixdə Əlirza, 25.10.2010-cu il tarixdə Almaz və 06.04.2014-cü il tarixdə Əkbər adlı uşaqları doğulmuşdur. Onlar birgə nikahda olduqları zaman ünvan 1 ünvanında yerləşən mənzili şəxsi vəsaitləri hesabına almışlar. Bundan başqa Cavabdeh1 adına Quba rayonu, İ Nügədi kəndində JN-1617 saylı şəhadətnaməyə əsasən 0,18 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsi Cavabdeh1 adına rəsmiləşdirilmiş olsa da üzərində inşa edilən fərdi yaşayış evi birgə nikah dövründə əldə etdikləri vəsait hesabına inşa edilmişdir. ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı2 tərəfindən satılmışdır. Onların və dörd azyaşlı uşaqlarının qalmağa başqa yaşayış yeri yoxdur. Hazırda birgə nikah dövründə əldə etdikləri Quba rayonu, İ Nügədi kəndində yerləşən evdə uşaqları ilə birlikdə yaşayırlar. Cavabdeh1 birgə nikah dövründə inşa etdikləri fərdi yaşayış evini öz adına sənədləşdirilməsi üçün atası İddiaçı2 adına 23 may 2017-ci il tarixdə Quba rayon Notariat Kontorunda baş etibarnamə vermişdir. Həmin etibarnaməyə əsasən onların razılığı olmadan birgə nikah dövründə əldə etdikləri torpaq sahəsi və fərdi yaşayış evi İddiaçı1 adına rəsmiləşdirilmişdir. Bundan başqa Quba Rayon Məhkəməsinə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək qanunsuz olaraq İddiaçı1 ilə Cavabdeh1 arasında 04.07.2017-ci il tarixdə bağlanmış bağışlanma müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 11.07.2017-ci il qeydiyyat tarixli çıxarışın və İddiaçı1 adına verilmiş fərdi yaşayış evinin yerləşdiyi 0,18 ha torpaq sahəsinə dair JN-1032F saylı, kodu 30319018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli, 2(027)- 200/2018 saylı qətnaməsi ilə İddiaçı1 Cavabdeh2 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi və evdən çıxarılma tələblərinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı1 Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı əsasında verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-1032F saylı, kodu 30319018 olan şəhadətnamənin, Cavabdeh1 adından Quba rayon notariat kontorunda 23.05.2017-ci il tarixdə verilmiş 8071 reyestr nömrəli etibarnamə əsasında İddiaçı2 ilə İddiaçı1 arasında 04.07.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsinin və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, 11.07.2017-ci il qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan İddiaçı1 apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 26 sentyabr 2018-ci il tarixli, 2(105)-2852/2018 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirmədən saxlamışdır. İddiaçı1 və İddiaçı2 Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(105)-2852/2018 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2(102)2582/2019 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2(105)- 2852/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçıların Quba rayonu, İ Nügədi kəndi, Şıxəli Qurbanov küçəsində yaşayış mülkləri olmaqla yanaşı, mülkiyyətlərində Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 97 saylı evin 62 saylı mənzili vardır, bu mənzildə yaşamaqla qeydiyyatdadırlar. Qeyd edilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 4 ildən çoxdur ki, məhkəmə mübahisələri vardır. O, iddiaçının mülkiyyətində olan 9 otaqlı, 450 m2 evə gəlin gəlib, yəni iddiaçının öz evi var. Həmin evi digər oğluna verdiyini deyir. Amma faktiki olaraq bu gün də həmin evdə yaşayır. Evi verdiyini bildirdiyi oğlu Rusiya Federasiyasında işləyir. Buna baxmayaraq iddiaçı onun üç otaqdan ibarət, tam təmirsiz, 80 m2 evindən istifadə hüququ istəyir. Onlar ailədə 6 nəfərdir. İddiaçı2, yəni qaynatası onunla 5 ildir ki, danışmır. Onların bir evdə yaşamağı mümkün deyil. Qaynatasının niyyəti sadəcə olaraq onun əri ilə düşmənçilik etmək, onlara rahat yaşamağa imkan verməməkdir. Bildirdi ki, Cavabdeh1lə 09.10.1999-cu ildə nikaha daxil olub, 2000-ci ildə Rusiyaya getmiş, yay fəsillərində Azərbaycana gəlib-getmişlər. 2014- 2015-ci illərdə Cəmilin işləri alınmadı və onlar birdəfəlik Azərbaycana qayıtdılar. Mübahisə predmeti olan evi əri Cəmillə birlikdə 2010-cu ildə, birgə nikah dövründə tikmişlər, pulu Cəmil Rusiyadan göndərir, həmin pulu isə qayınatası ustalara verirdi. İddiaçıların onun evində heç bir əmlakı yoxdur. Ev 3 otaqlı, 80 m2, tam təmirsizdir. Özü bir neçə məişət əşyası aparıb və işlədir. Heç vaxt iddiaçılarla birgə təsərrüfat aparmamışlar. Daha sonra göstərdi ki, məcburi köçkün olduğu üçün müvəqqəti olaraq Bakı şəhəri, Azadlıq prospekti, 97 ünvanında qeydiyyatdadır. Ona məcburi köçkün kimi ev verilməyib, atasına 2 otaqlı ev verilib, o, 2017-ci ildən oradan çıxıb. Bakı şəhəri, Nərimanov rayonu, Əlizadə küçəsi, 917 C məhəlləsində "xxxx" MTK tərəfindən inşa edilən 1 nömrəli binada Cavabdeh1 adına 2005-ci ildə alınmış 4 otaqlı ev olub, həmin ev satılıb. 23.09.2017-ci il tarixli Quba Rayon Dövlət Notariat Kontorunda Cavabdeh1 tərəfindən yazılmış ərizə etibarından sui-istifadə edilərək alınıb. Rasim Cavabdeh1 deyib ki, razılıq barədə ərizə yazsın, güya onları barışdıracaq, bundan sonra evi oğluna qaytaracaq, lakin sonra qaytarmayıb. Daha sonra göstərdi ki, boşanmalarına baxmayaraq Cavabdeh1lə birlikdə mübahisəli evdə yaşayır, uşaqları isə Bakıda 135 saylı məktəbdə oxuyurlar. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını, Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)- 323/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçıların mübahisə predmeti olan evə heç bir hüququ yoxdur. Onların əvvəldən yaşamağa evləri olub. Hazırki ev Cavabdeh1 mülkiyyətindədir. İddiaçıların digər oğlunun eyni kənddə 9 otaqlı, 450 m2 evi var. Bu işlə bağlı dəfələrlə müxtəlif formalarda məhkəmə mübahisələri olub. Həmin işlərin də məzmunundan aydın olur ki, məhkəmədə iddiaların süni şəkildə artmasının kökündə dayanan məsələ ailədaxili ziddiyyətlərdir. İddianın qaldırılmasında əsas məqsəd mübahisə predmeti olan evin iddiaçılar tərəfindən ələ keçirilməsi olub. Məhz bu məqsədlə mübahisə predmeti olan evi mühakimə icraatının gedişində satıblar. Amma alğı-satqı müqavilələri məhkəmə qaydasında etibarsız hesab olunub. Bildirir ki, iş materiallarında Cavabdeh1 ikinci bir ərizəsi var. Orada birinci ərizəni niyə yazdığını tam olaraq əsaslandırır. Həmin dövrdə Cavabdeh1 Cavabdeh2 ilə boşanırdı, arvadına pay düşməsin deyə valideynlərinə etibar edərək ərizə yazıb. Lakin sonradan məlum olur ki, valideynlərinin niyyəti Cəmilə kömək etmək yox, onun ailəsini evsiz qoymaqdır. Mənzil 2017-ci ildən Cavabdeh1 mülkiyyətindədir. Cavabdeh1 çıxarışı aldığı dövrdə də, ondan əvvəl də iddiaçılarla birgə təsərrüfat aparmayıb. Bu səbəbdən qaldırılmış iddia tamamilə əsassızdır. İddiaçılar doğrudan da bu evdə yaşamaq niyyətində olsa idilər, evi satmazdılar. Ailə üzvü hesab olunan şəxsin evdən heç bir notarial razılıq olmadan istifadə hüququ var. Amma ailə üzvləri mülkiyyətçi ilə birlikdə yaşayıb, birlikdə təsərrüfat aparan şəxslərdir. İddiaçılar cavabdehlə birlikdə yaşamayıb, təsərrüfat idarə etməyiblər. İddiaçıların başqa yerdə yaşamasına dair sübut odur ki, onlar indi də həmin 9 otaqlı evdə yaşayırlar. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını, Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, oğlu Cavabdeh1 sözügedən evlərin tikilməsində heç bir köməyi olmayıb, vəsait xərcləməyib. Oğlu uzun illər Rusiyada yaşayıb və yalnız yay fəsillərində qonaq kimi Azərbaycana gəlib. Evləri o, özü tikdirib. Axırda evin damının inşası üçün 3000 manatlıq “Volqa” maşınını ustaya verib. Daha sonra göstərdi ki, arvadı İddiaçı1, yəni digər iddiaçıya anasından miras əmlak kimi ev qalıb. İddiaçı1 67 ildir ki, fasiləsiz orada yaşayır. Onun qızının da, oğlunun da evi var. Nə Baharın, nə də onun mülkiyyətində ev yoxdur. Bütün əşyaları həmin 3 otaqlı evdədir. Cavabdeh2 Ağdamda qeydiyyatdadır. Evi satmağının səbəbinin məsələyə dəxli yoxdur, borcu olub, bu və ya digər səbəbdən satılıb. Qeyd eilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı1 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh1 23.09.2017-ci il tarixdə Quba rayon Notariat Kontorunda yazdığı ərizəsindən görünür ki, İddiaçı1, İddiaçı2 Minac oğlu və bacısı Məhbubədən heç bir tələbi və mülki iddiası yoxdur. İş materiallarına əlavə edilmiş Cavabdeh1 24.08.2017-ci il tarixdə Quba rayon Notariat Kontorunda yazdığı ərizəsindən görünür ki, Cavabdeh1 İddiaçı1 və İddiaçı2dan heç bir tələbi və mülki iddiası yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 03.06.2019-cu il tarixli arxiv arayışından görünür ki, X6 334 saylı təsərrüfatın başçısı olub, X22 və X4 ibarət ailə tərkibi vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 29.09.2017-ci il tarixli arxiv arayışından görünür ki, 1969-1971-ci illər üzrə 5 saylı təsərrüfatbaşına kitabında X6 334 saylı təsərrüfatın başçısı olub, onun iki mərtəbəli, 1957-ci ildə tikilmiş evi vardır. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın İ Nügədi kənd İƏD tərəfindən verilmiş 30.07.2018-ci il tarixli, 475 nömrəli arayışdan görünür ki, İddiaçı1 mülkiyyətində olan yaşayış evi əvvəllər X3 mülkiyyətində olmuşdur. 2009-cu ildə X5 məxsus olan yaşayış evi yarasız vəziyyətə düşdüyündən 2010-cu ildə İddiaçı1 tərəfindən inşa edilmişdir. İş materiallarına əlavə edilmiş Quba rayonu İ Nügədi kəndi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş 02.10.2017-ci il tarixli aktdan görünür ki, Cavabdeh2 Cavabdeh1 ilə 1999-cu ildə ailə qurduqdan sonra İddiaçı1 məxsus Bakı şəhərindəki evinə gəlin köçmüşdür. 1999-cu ildən 2017-ci il tarixədək Cavabdeh2, Cavabdeh1 və onların övladları İddiaçı1 məxsus Quba rayonu, İ Nügədi kəndi, C.Cabbarlı küçəsi, 1-də olan 0.18 ha həyətyanı torpaq sahəsində tikilən evdə yaşamışdır. İddiaçı1 63 ildir ki, İddiaçı2 ilə X5 məxsus olan evdə yaşamışdır. İş materiallarına əlavə edilmiş Quba rayonu İ Nügədi kənd bələdiyyəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, İddiaçı1 yaşadığı ev yaşayış üçün yararsız olduğundan, həmin evin sökülməsi üçün evinə baxış keçirilmişdir. Keçirilən baxışdan sonra aydın olmuşdur ki, yaşayış evi 2 mərtəbəli olub, divarları saman kərpicindən, bünövrəsi but daşından, dam örtüyü şifer materialındandır. Yaşayış evi 1930-cu illərdə tikilmişdir. Evin 1ci mərtəbəsi köməkçi sahə kimi istifadə olunmuşdur. İİ-ci mərtəbədə yaşayış sahəsi 12,0 m2 və 15 m2 olan iki otaqdan və sahəsi 6.0 m2 olan kiçik dəhlizdən ibarətdir. Evin bünövrə və divarlarının deformasiyaya uğraması nəticəsində divarlarda dərin çatlar əmələ gəlmişdir. Evin ağac materialından olan konstruksiyalarının çürüməsi müşahidə edilir. Dam örtüyü çatı ayaqlarının əyilməsi nəticəsində yararsız hala düşmüşdür. Yaşayış evi istismar müddətini başa vurduğundan və müasir tələblərə cavab vermədiyindən sökülərək icazə sənədləri əsasında yeni yaşayış evinin tikintisi məqsədəuyğun hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Quba RİHB-nın İ Nügədi İƏD üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş aktdan görünür ki, ünvan 3 ünvanında yerləşən evi X8 və onun fəhlələri ilə birlikdə inşa etmişdir. Tikintinin xərclərini İddiaçı1 əri İddiaçı2 ödəmiş, catışmayan pula görə özünün adına olan “QAZ-3129” markalı avtomobilini usta X9 vermişdir. İş materiallarına əlavə edilmiş Quba rayon RİHB-nın İ Nügədi kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 13.10.2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 xüsusi mülkiyyətində olan yaşayış evi anası X3 mülkiyyətində olmuşdur. 2009-cu ildə X5 məxsus olmuş yaşayış evi yararsız vəziyyətə düşdüyündən 2010-cu ildə İddiaçı1 tərəfindən inşa edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Quba rayonu, İ Nügədi kəndində yerləşən 0,18 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82,0 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə edilmiş Quba Rayon Məhkəməsinin 2(027)-200/2018 nömrəli, 13 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, ilk iddia üzrə İddiaçı1 ilk iddia üzrə Cavabdeh2 qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin, onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi, mirasın qəbul edilməsi faktının, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi və evdən çıxarılma tələblərinə dair iddiasının təmin edilməməsi, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddiasnın və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh1 iddiasının təmin edilməməsi, İddiaçı1 Quba rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli, 06 saylı qərarı əsasında verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN1032F KOD 30319018 saylı şəhadətnamə, Cavabdeh1 adından Quba rayon Notariat Kontorunda 23.05.2017-ci il tarixdə verilmiş 8071 reyestr nömrəli etibarnamə əsasında İddiaçı2 ilə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 arasında 04.07.2017-ci il tarixdə bağlanmış Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, 1099732, ********** qeydiyyat nömrəli, 11.07.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilən Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26.09.2018-ci il tarixli, 2(105)-2852/2018 nömrəli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 13 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh1 adına verilmiş JN1032F KOD 30319018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında verilmiş reyestr çıxarışının etibarsız hesab edilməsi, mərhum anası X1 miras qalmış ünvan 4 ünvanda yerləşən yaşayış evi və həyətyanı torpaq sahəsinə dair mirasın onun tərəfindən qəbul edilməsi faktının, eləcə də mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktının müəyyən edilməsi, Cavabdeh2 uşaqları X19, X16, X17 və X12 ilə birlikdə RX seriyalı, 099732 saylı, ********** qeydiyyat nömrəli, 11.07.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən mülkiyyət hüququ əsasında ona məxsus Quba rayonu, İ Nügədi kəndində yerləşən evindən çıxarılmalarına dair ilkin iddia tələbi rədd edilmiş, İddiaçı1 Quba rayon Aqrar İslahat Komissiyasının 20 iyun 1997ci il tarixli, 06 saylı qərarı əsasında verilmiş Torpağın Mülkiyyətə verilməsinə dair JN1032F KOD30319018 saylı şəhadətnaməyə əsasən Cavabdeh1 ilə İddiaçı1 arasında 04.07.2017-ci il tarixdə bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi və İddiaçı1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı, ********** qeydiyyat nömrəli 11.07.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 04 aprel 2019-cu il tarixli, 2(102)-1395/2019 nömrəli qətnaməsindən görünür ki, İddiaçı1 kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2582/2018 nömrəli, 26 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilən Ağdam Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli, 2(013)-2994/2017 il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 arasında 09.10.1999-cu ildə Bakı şəhər Səadət sarayında 1399 nömrə ilə bağlanmış nikah pozulmuşdur. İş materiallarına əlavə edilən Quba Rayon Məhkəməsinin 2(027)-356/2019 nömrəli, 17 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı1 ilə X10 arasında 25.10.2017-ci il tarixdə Quba rayon Notariat Kontorunda bağlanmış Reyestr AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX 11811436, ********** qeydiyyat nömrəli, 22.11.2017-ci il qeydiyat tarixli çıxarış etibarsız hesab edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 13 yanvar 2020-ci tarixli, 2(105)-332/2020 nömrəli qətnaməsindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)356/2019 saylı, 17 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Müəyyən edilmişdir ki, İddiaçı1 hazırkı mübahisə aparılan evin yerləşdiyi torpaq sahəsində olan 2009-cu ildə sökülmüş fərdi yaşayış evində doğulmuş, həmin evdə anası ilə birlikdə yaşamış, sonradan digər iddiaçı ilə ailə quraraq həmin evdə birlikdə yaşamağa davam etmişlər, sonradan həmin yaşayış evi qəzalı olduğu üçün iddiaçılar tərəfindən sökülərək yeni yaşayış evi tikmişlər. Lakin buna baxmayaraq həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Cavabdeh1 adına çıxarış verilmişdir. İş materiallarında olan məhkəmə qətnamələrindən də göründüyü kimi cavabdehlər iddiaçıları yaşadıqları həmin evdən və torpaq sahəsindən çıxarmış və onları həmin evə qoymurlar. Eyni zamanda iş materialları ilə müəyyən olunmuşdur ki, hazırki iş üzrə Cavabdeh1 iddiaçıların oğludur, yəni iddiaçılar Cavabdeh1 ailə üzvləridir. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin tələbinə əsasən də iddiaçıların qeyd edilən mənzilə istifadə hüquqları yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16.10.1992-ci il tarixli, 2 saylı qərarının 7-ci bəndinə əsasən kirayəçinin ailə üzvlərinin dairəsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən olunur. 01.10.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirirlər. Göstərilən normanın 3-ci hissəsinə əsasən isə icarədarın ailə üzvləri onun arvadı, (əri), uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümümi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 saylı qərarının 7-ci bəndinə əsasən kirayəçinin ailə üzvləri sırasına digər şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar onun öhdəsində olmuş olsunlar. Ayrı-ayrı hallarda kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər. Göstərilən cəhətlərdən biri mövcud olmadıqda, başqa şəxslər kirayəçinin ailə üzvü hesab oluna bilməzlər. Həmin Mənzil Məcəlləsinin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərnin razılığı ilə öz arvadını (ərini) uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Qeyd edilən normanın 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvlərinin arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsində burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 14 aprel 2000-ci il tarixli qərarında göstərilmişdir ki, mənzil hüquq münasibətləri, o cümlədən, yaşayış sahəsinə köçürmək Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsindən göründüyü kimi icarədar tərəfindən yaşadığı sahəyə başqa şəxsin köçürülməsinin yeganə şərti onunla birlikdə yaşayan ailə üzvlərinin razılığıdır. Azərbaycan Respublikasının Konstiutsiya Məhkəməsi xüsusilə qeyd edir ki, icarədarın özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə hər hansı şəxsləri mənzilə köçürmək hüququnun məhdudlaşdırılması yolverilməzdir. Köçürmədən sonra yaranan hüquqi münasibətlər (qeydiyyat, vergi, sosial və s.) Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunları və digər normativ hüquqi aktlarla tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin birinci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Yəni iddiaçıların qeyd edilən evə istifadə hüquqları 2000-ci ildən əvvəl yaranmışdır. Sonradadan hüquq münasibətləri dəyişsə də iddiaçıların qeyd edilən mənzildən istifadə hüquqlarının itirlməsinə əsas olan hal baş verməmişdir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bununla bağlı məhkəmə qeyd edir ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa, iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Göründüyü kimi istənilən halda iddiaçıların qeyd edilən mənzilə köçürülməsi üçün əsas vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1-ci maddəsinə əsasən əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. «Sosial Müavinətlər Haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əmək qabiliyyəti olmayan şəxslər əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladlarıdır. Məhkəmə araşdırması zamanı iddiaçılar İddiaçı1 (xx.xx.1954-cü il təvəllüdlü) və İddiaçı2 (xx.xx.1944-cü il təvəllüdlü) qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çataraq əmək qabiliyyətlərinin olmaması, eləcə də hazırda mübahisələndirilən evin iddiaçılar tərəfindən tikilməsi və həmin evdə iddiaçıların yaşaması, cavabdehlərin 2017-ci ilə qədər qeyd edilən evdə yaşamaması və mülkiyyət hüquqlarının da 2017-ci il tarixdə yaranması, cavabdeh, eyni zamanda mülkiyyətçi Cavabdeh1 hal-hazırda valideynlərinin mübahisəli evə köçüb yaşamalarına etiraz etməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya iş üzrə düzgün nəticəyə gəlmişdir. İş materiallarında olan və qanuni qüvvəsini almış qətnamələrdən görünür ki, məhkəmələr müəyyən etmişlər ki, mübahisəli torpaq sahəsi Quba rayonu, İ Nügədi kənd sovetinin 1977-1979-cu illərə aid 6 nömrəli təsərrüfatbaşına kitabda 334 nömrəli təsərrüfatın başçısı X6 olmuş, onun şəxsi mülkiyyətində 1957-ci ildə tikilmiş fərdi yaşayış evi qeydə alınmış, o, 17.02.1979-cu ildə vəfat etmiş, bundan sonra təsərrüfat başçısı kimi Cavabdeh1 həmin təsərrüfatın başçısı olmuşdur. Torpaq islahatı da həyata keçirilərkən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilirdi. Cavabdeh1 yaşının az olması təsərrüfat başçısı kimi qeydə alınmasını istisna etmir. O, təsərrüfata başçılıq etməklə həmin evdə yaşadığından, Quba rayonu ərazisində torpaq islahatı keçirilərkən onun istifadəsində olan əmlak da əvəzsiz olaraq Quba Rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1997-ci il tarixli qərarı ilə onun mülkiyyətinə verilmişdir. İlkin İddiaçı1 anası X1 ünvan 5 ünvanda yaşayış evinin və həyətyanı torpaq sahəsinin miras qalmasına və həmin əmlakın idarə edilməsinə dair heç bir sübut təqdim etməmişdir. Həmçinin, ilkin iddiaçı öz ərizəsində göstərir ki, mərhum anası B.Orucovanın vəfat edənə qədər yaşadığı mübahisəli ev yararsız olduğundan, onun ərizəsinə əsasən sökülərək yenisi ilə əvəz edilmişdir. Həmin əmlak miras kütləsinə daxil olsa belə artıq həmin əmlak sökülərək yerində yeni yaşayış evi tikildiyindən, qeyd edilən yeni yaşayış evinə miras əmlak kimi ilkin iddiaçının hər hansı hüququ tanına bilməz. Qeyd edilmişdir ki, İddiaçı1 X1 ünvan 5 ünvanda yaşayış evinin və həyətyanı torpaq sahəsinin miras qalmasına və həmin əmlakın idarə edilməsinə dair heç bir sübut təqdim etmədiyindən, daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə faktı müəyyən edilə bilməz. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (MPM-nin 82.3 maddəsi). Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. İş materiallarından görünür ki, iddiaçılar evdən istifadə hüquqları olmasına istinad edərək hazırkı tələbi irəli sürmüş və tələbi onunla əsaslandırmışlar ki, torpaq sahəsi və ev vaxtı ilə İddiaçı1 anası X5 məxsus olmuş və ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. Orucova Bibixanım 1973-cü ildə vəfat etmişdir. İddiaçı1 orada yaşamaqda davam etmişdir. Keçən müddət ərzində iddiaçılar həmin evdə yaşamış, onların müraciəti əsasında ev sökülərək onların vəsaiti hesabına yerində başqa ev inşa edilmişdir. Müəyyən edilmişdir ki, ahıl yaşında olan iddiaçıların mübahisəli evdə uzun illər yaşaması və hazırda da həmin kənddə yaşamaları işin mübahisəsiz hallarıdır. Fərdi evin iddiaçılar tərəfindən inşa edilməsini də qarşı tərəf mübahisələndirməmişdir. Əksinə, hələ 04.08.2017-ci il tarixdə Cavabdeh1 notarial qaydada ərizə verərək bildirmişdir ki, həmin evin tikintisinə onun tərəfindən bir manat da pul xərclənməmişdir və heç vaxt anası və atasına qarşı tələbi və iddiası olmayacaqdır. Bu hal Quba rayon İcra Hakimiyyəti Başçısının İ Nügədi kənd İnzibati Dairəsi üzrə Nümayəndəliyinin arayışı və Aktı, X7 Aktı, notarial qaydada verilmiş ərizələr və evin tikintisini icra etmiş fəhlələrin iştirakı ilə tərtib olunmuş Aktla təsdiq olunur. Bundan başqa məhkəmə kollegiyası qeyd edi ki, şəxsin öz mülkiyyətində olan əmlakını başqasına satması o demək deyil ki, şəxsin başqa yaşayış yeri var və yaşayış yerinə ehtiyacı yoxdur. Həmin evin satılması başqa yaşayış yerinin əldə edilməsi məqsədi ilə də həyata keçirilə bilərdi. Məhkəmə kollegiyası eləcə də qeyd etməyi zəruri hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 13 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh2 və Cavabdeh1 arasında olan 09 oktyabr 1999-cu il tarixdə Bakı şəhər Səadət Sarayında 1399 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. Həmin qətnamədən yuxarı instansiya məhkəməsinə şikayət verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli Çıxarışa əsasən, Quba rayonu, Birinci Nügədi kəndi fərdi yaşayış evi və torpaq sahəsi üzərində Cavabdeh1 mülkiyyət hüququ 29 iyun 2017-ci il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi Cavabdeh1 mülkiyyət hüququ nikah pozulduqdan sonra yaranmışdır və tərəflər arasında əmlak mübahisəsi olmamışdır. Keçən müddət ərzində də həmin əmlakın bölgüsünün aparılmasına dair sübutlar təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək atası İddiaçı2 və anası İddiaçı1 onlar tərəfindən yenidən tikilmiş, uzun illər yaşadıqları evə köçürülməsinə etiraz etməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 iddianı qəbul etməyərək məhkəməyə verdiyi izahatında bildirmişdir ki, o Cəmillə birlikdə həmin evdə yaşayır, iddiaçılarla barışması mümkün deyildir, ona görə də iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olundu ki, İddiaçı1 hazırkı mübahisə aparılan evin yerləşdiyi torpaq sahəsində olan 2009-cu ildə sökülmüş fərdi yaşayış evində doğulmuş, həmin evdə anası ilə birlikdə yaşamış, sonradan digər iddiaçı ilə ailə quraraq həmin evdə birlikdə yaşamağa davam etmişlər, sonradan həmin yaşayış evi qəzalı olduğu üçün iddiaçılar tərəfindən sökülərək yeni yaşayış evi tikmişlər. Mübahisəli evin iddiaçılar tərəfindən tikilməsini Cavabdeh1 özü də etiraf etmişdir. Lakin buna baxmayaraq həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli Cavabdeh1 adına çıxarış verilmişdir. Bundan başqa cavabdehlər iddiaçıların başqa yaşayış yeri olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Eyni zamanda iş materialları ilə müəyyən olunmuşdur ki, hazırki iş üzrə Cavabdeh1 iddiaçıların oğludur, yəni iddiaçılar Cavabdeh1 ailə üzvləridir. Ona görə də onların həmin evə istifadə hüquqları yaranmışdır. Cavabdehlər iddiaçıların həmin evə dair hüquqlarının itirilməsini əsaslandıra bilməmş, heç bir sübut təqdim etməmişlər. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, baxmayaraq ki, cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur və Cavabdeh1 mübahisəli evə mülkiyyət hüququ boşanmadan sonra yaranmışdır, iş materiallarından, o cümlədən tərəflərin izahatlarından məlum olur ki, Cavabdeh2 iddiaçıların mübahisəli evdə yaşamasına maneçilik yaradır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 cavabdeh qismində tanınmalıdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qəərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında tərəfin əsaslandırılmış qərar almaq hüququnu ədalətli məhkəmə baxışına olan hüququnun tərkib hissəsi kimi qiymətləndirmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hiro Balani İspaniyaya qarşı» işi üzrə 09 dekabr 1994-cü il tarixli qərarından göstərmişdir ki, mili məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli, 5 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası hesab edir ki, apelyantların apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, apelyantlar dəlillərini əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim edə bilməmişdir. Eləcə də apelyasiya şikayətinin dəlillərinə məhkəmə qətnaməsində araşdırılaraq qiymət verilmişdir. Eyni zamanda Cavabdeh2 digər cavabdehelə aralarınna olan nikah pozulsa da, cavabdehlə həmin evdə uşaqları ilə birlikdə yaşaması və uşaqların həmin kənddə yerləşən məktəbdə təhsil almasını bildirsə də, təqdim edilmiş Quba rayon Təhsil Şöbəsi Zəki Kərimov adına İ Nügədi 1 saylı tam orta məktəbinin 22.04.2022-ci il tarixli, 23 saylı arayışından görünür ki, X16, X20 və X17 2017-ci ilə qədər bu məktəbdə oxumuş, 2017, 2018, 2019-cu illərdə məktəbin şagirləri olmuş, hal-hazırda bu məktəbdə oxumurlar. Həmçinin cavabdeh məhkəmə kollegiyasının iclasında uşaqların hazırda Bakı şəhəri 135 saylı orta məktəbdə təhsil aldığını bildirmişdir. Bununla da Cavabdeh2 qeyd edilən fərdi yaşayış evində yaşamaması müəyyən edilir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin qeyd edilən fərdi yaşayış evində yaşamasa da, iddiaçıların evdə yaşamasına maneə yaratması iş materialları ilə təsdiqini tapır. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qətnamənin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(027)-323/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-925/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-925/2022
26.04.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver