Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-931/2021 14.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X2 ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-236/2008 saylı qərardadından qətnamə ilə hüquq və vəzifələrinə toxunan hesab edən şəxs DƏDRX-nin 5 saylı X3 verdiyi şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-236/2008 saylı qərardadı ilə (hakim İ.A.Məmmədov) Quba Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli, 2(027)-236/2008 saylı qətnaməsindən DƏDRX-nin 5 saylı X3 verdiyi apelyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. DƏDRX-nin 5 saylı X4 şikayət verərək qərardadın ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-236/2008 saylı qərardadı ilə şikayət təmin edilməyib, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Quba rayonu, İqrik kəndində yerləşən 7199,86 kv.metr torpaq sahəsinə dair tərəflər arasında xx xxxxxx 2005-ci il tarixdə bağlanmış əqdin etibarlı hesab olunması və bu torpaq sahəsinə dair onun mülkiyyət hüququnun tanınanaraq adına reyestrdən çıxarışın verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli, 2(027)-236/2008 saylı qətnaməsi ilə iddia ərizəsi təmin edilmişdir. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan hesab edən şəxs DƏDRX-nin 5 saylı X4 qətnamədən apelyasiya şikayəti vermişdir. Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli, 2(105)- 2808/2020 saylı qərardadı ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair bağlanmış əqdin etibarlı hesab olunması və mülkiyyət hüququnun tanınaraq adına reyestrdən çıxarışın verilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2008ci il tarixli, 2(027)-236/2008 saylı qətnaməsindən DƏDRX-nin 5 saylı X4 tərəfindən verilmiş apelyasiya şikayətinə apelyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilib, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Özünü qətnamə ilə hüquq və vəzifələrinə toxunan hesab edən şəxs DƏDRX-nin 5 saylı X4 verdiyi şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 357-ci madəsinin tələbi pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi DƏDRX tərəfindən verilmiş apelyasiya şikayətini geri qaytardıqda hesab etmişdir ki, DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin qəbul edilmiş qətnamədən apelyasiya şikayəti verə bilməz. Halbuki daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı DƏDRX-nin Ərazi İdarələri tərəfindən aparılır. Belə olan halda təbii ki, qəbul olunmuş məhkəmə qətnaməsi DƏDRX-nin Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunur. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi apelyasiya şikayətini geri qaytararkən göstərmişdir ki, Quba Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli, 2(027)-236/2008 saylı qətnaməsindən DƏDRXnin 5 saylı X3 qətnamənin onun hansı hüquq və vəzifələrinə toxunması göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı DƏDRX-nin Ərazi İdarələri tərəfindən aparıldığından qəbul olunmuş məhkəmə qətnaməsi DƏDRX-nin Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamədən apelyasiya şikayətini geri qaytararkən prosessual hüquq normalarına düzgün istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-236/2008 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 2(027)-236/2008 saylı qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli, 2(027)-236/2008 saylı qətnaməsindən özünü qətnamə ilə hüquq və vəzifələrinə toxunan hesab edən şəxs DƏDRX-nin 5 saylı X3 verdiyi apelyasiya şikayəti icraata qəbul edilməlidir. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: DƏDRX-nin 5 saylı X3 verdiyi şikayət təmin edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-236/2008 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2020-ci il tarixli, 2(027)-236/2008 saylı qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli, 2(027)-236/2008 saylı qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan hesab edən şəxs DƏDRX-nin 5 saylı X3 verdiyi apelyasiya şikayəti icraata qəbul edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Elman Əhmədov
Məhkəmə qərarları › İş №2(105)-931/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-931/2021
14.01.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver