Məhkəmə qərarları › İş №2(105)-934/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-934/2024

26.04.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-934/2024 26.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, İddiaçı X7 cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti olmaqla “əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və onunla əlaqədar əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi hüququnun X11 Xidmətinə həvalə edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-768/2024 nömrəli qərardadından iddiaçının vəkili Vəkil tərəfindən verilən şikayətin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X7 cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti olmaqla “əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və onunla əlaqədar əmək müqaviləsi bildirişinin sistemə daxil edilməsi hüququnun X11 Xidmətinə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilərək, əmək müqaviləsinə məhkəmə tərəfindən xitam verilmiş hesab edilməsi və əmək müqaviləsinin xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq ” altsisteminə daxil edilməsi hüququnun X9 həvalə edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-768/2024 nömrəli qərardadı ilə iddiaçı X7 tələbinə dair mülki işə məhkəmədə baxılmalı deyil əsası ilə xitam verilməsi, iddiaçıya ilk öncə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət etməsinin, əgər işəgötürən tərəfindən bu vəzifə icra edilməsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün olmasa o zaman iddiaçı qeyd olunan iddia tələbi ilə məhkəməyə müraciət edə bilməsinin izah olunması qərara alınmışdır (hakim Rahim Həsənov). İddiaçı X7 vəkili Vəkil Quba Rayon Məhkəməsinin 2(027)-768/2024 saylı, 07 mart 2024-cü il tarixli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edərək, ilkin iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir Şikayət onunla əsaslandırılmışdır ki, X10 tərəfindən təsisçi və işəgötürən olmaqla xx.xx.2018-ci il tarixdə hüquqi ünvanları Quba rayonu Barlı kəndi olan Cavabdeh2 MMC və Cavabdeh1 MMC yaradılaraq dövlət qeydiyyatına alınmışdır. Qeyd olunan hər iki Cəmiyyətin işə götürən olaraq xx.xx.2018-ci il tarixdə “direktor” vəzifəsi üzrə əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişlərini Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin elektron informasiya sisteminə (EİS) daxil edilmişdir. X10 təsisçisi olduğu Cəmiyyətləri xx.xx.2020-ci il tarixdə Qusar rayon notariat ofisi tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında ünvan 2 ünvanında qeydiyyatda olan X1. Lakin müəyyən səbəblərdən alqı-satqı olan tarixdə elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişlərinə hal-hazıradək xitam verilməmişdir. Bildirmişdir ki, dəfələrlə X10, X5 informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişlərinə xitam verilməsi ilə müraciət etmişdir. X2 məhkəmənin 27 aprel 2022-ci il müvafiq hökmü ilə azadlıqdan məhrum edildiyi və həbsdə olduğunu bilmiş, 10 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət X11 Xidməti Quba Xaçmaz regional şöbəsinə müraciətində qeyd olunan məsələrə münasibət bildirməsi üçün X4 ünvanına rəsmi dəvət məktubu göndərilmişdir. 26 iyun 2023-cü il tarixdə ünvan 3 təşkilatı tərəfindən X6 müraciətində qeyd olunan məsələrə münasibət bildirməsi üçün 17 saylı cəzaçəkmə müəsisəsinə rəsmi dəvət məktubu göndərilmişdir. Quba Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli qərardadından iddiaçı X7 vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin mümkünlük məsələsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyri-mümkündür. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-768/2024 nömrəli qərardadından verilmiş şikayətin elektron qaydada iddiaçı X7 vəkili Vəkil tərəfindən imzalandığı göstərilsə də, imzalayan şəxsin buna səlahiyyətinin olmasını təsdiq edən sənəd, yəni etibarnamə şikayətə əlavə edilməmişdir. Bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. (AR MPM-nin 74.2-ci maddəsi). AR MPM-in 363.1.1-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Göründüyü kimi birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, qərardaddan verilmiş şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmiş, bununla da prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.1.1-1-ci maddəsinə görə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlar hazırkı halda şikayətə apellyasiya qaydasında baxılmasını qeyrimümkün edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-768/2024 nömrəli qərardadından iddiaçının vəkili Vəkil tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, mülki iş prosessual pozuntuların aradan qaldırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 365, 366, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(027)-768/2024 nömrəli qərardadından iddiaçının vəkili Vəkil tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar