Məhkəmə qərarları › İş №2(105)-940/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-940/2021

17.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-940/2021 17.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X14, Ərizəçi, Maraqlı şəxs5, maraqlı şəxs DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X5 iştirak ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5458/2020 saylı qətnaməsindən maraqlı şəxs DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi F.Atakişiyevin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5458/2020 saylı qətnaməsi ilə (hakim R.N.Qoşqarlı) Ərizəçi maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Ərazi İdarəsi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı mirasın qəbulu faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilib, X10 məxsus olmuş xx xxx 1982-ci il tarixdə ərizəçinin mərhum atası X2 vəsiyyət edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 322 saylı evin-miras əmlakının Ərizəçi tərəfindən qəbul edilmə faktı müəyyən edilmiş və hazırki qətnamə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilməsi qət edilmişdir. Maraqlı şəxs DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi F.Atakişiyev apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 5458/2020 saylı qətnaməsininin ləğv edilib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İŞİN HALLARİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 322 saylı ünvanda yerləşən yaşayış evi atasının nənəsi X10 məxsus olmuşdur. Qeyd olunan evi atasının nənəsi X18 xx xxx 1982-ci il tarixdə mərhum atası X2 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamənin məzmunundan görünür ki, atasının nənəsi X18 öldüyü günə kimi ona məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 322 nömrəli evi atası X2 vəsiyyət etmişdir. X25 xx xxxxxxxx 2000-ci il tarixdə dünyasını dəyişmişdir. O, dünyasını dəyişən günədək onlarla birlikdə yaşamışdır. Ömrünün sonunadək ona onlar baxmış, bütün növ təlabatları başda atası olmaqla onlar tərəfindən qarşılanmış, nəvələri olaraq qardaşları və o, ona qulluq etmişlər. Nənəsi dünyasını dəyişdikdən sonra atası, o, anası və qardaşları Corat qəsəbəsi ünvanında yerləşən 322 nömrəli evə sahiblik etməyə, həmin əmlakı idarə etməyə başlamışlar və bununla da mirası qəbul etdikləri şəksiz nümayiş etdirməklə faktiki olaraq mirası qəbul etmişlər. Bildirmək istəyir ki, atası X4 xx xxxxxxx 2015-ci il tarixdə dünyasını dəyişmiş o, dünyasını dəyişdikdən sonra da o, anası və qardaşları bu günədək həmin mənzildə yaşayır, qeyd olunan ev tərəflərindən abadlaşdırılmış, təmir edilmiş, hazırda da təyinatına uyğun olaraq istifadə edilməkdədir. X19 ölümündən sonra qalmış miras əmlaka dair vərəsəlik haqqında şəhadətnamə verilməsinə dair Sumqayıt şəhəri 1 saylı notariat kontoruna müraciət etsə də, notariat kontorunun 26 avqust, 2020-ci il tarixli 680 nömrəli məktubu ilə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilərək aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də, X10 məxsus olmuş xx xxx 1982-ci il tarixdə rəhmətlik atası X2 vəsiyyət edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 322 saylı evin (mirasın) faktiki qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Maraqlı şəxs DƏDRX-nin 2 Saylı Sumqayıt Ərazi İdarəsinin rəisi F.Atakişiyev apelyasiya şikayəti verərək onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstutsiyasının 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 146.2, 146.3, 152.1, 152.4, 178.1, 178.2, 1151.1, 1151.2, 1152, 1225.1, 1225.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 1.3, 153.2.1, 261.0.1-ci maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, miras əmlak olan fərdi yaşayış evi üzərində mərhum X7 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, həmin fərdi yaşayış evi ümumiyyətlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, ünvan 2 ofisinin X3 ünvanladığı xx xxxxxx 2020-ci il tarixli imtina məktubuna istinad edərək qeyd edilir ki, həmin imtina məktubunda təqdim edilən sənədlər əsasında Ərizəçi vərəsəlik şəhadətnaməsi verilməsinin mümkün olmadığı bildirilmişdir. Çünki daşınmaz əmlakın çıxarışı təqdim edilməmiş, bu əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçəməmişdir. Həmçinin ərizəçi mirasın qəbulu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş müddəti ötürmüşdür. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması xahiş edilmişdir. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X11 apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Ərizəçi və Maraqlı şəxs5 apelyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib və iş materialları araşdırıb hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilib, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5458/2020 saylı qətnaməsi ləğv edilərək, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan XİX-JQ № 376252 saylı, xx.xx.1996-cı il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında X4, ana qrafasında Maraqlı şəxs5 qeyd edilmişdir. XVİ-JQ № 467590 saylı, xx.xx.1992-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Maraqlı şəxs4 xx.xx.1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında X4, ana qrafasında Maraqlı şəxs5 qeyd edilmişdir. Xİİİ-JQ № 255950 saylı, xx.xx.1988-ci il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1988-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında X4, ana qrafasında Maraqlı şəxs5 qeyd edilmişdir. Xİİİ-JQ № 474300 saylı, xx.xx.1989-cu il tarixli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1989-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında X4, ana qrafasında Maraqlı şəxs5 qeyd edilmişdir. İV-JQ № 386682 saylı, xx.xx.1987-ci il tarixli “Nikahın bağlanması haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 ilə X20 arasında olan nikah Bakı şəhəri, Nərimanov rayon qeydiyyat şöbəsində xx.xx.1987-ci il tarixdə bağlanmış və akt qeydləri kitabında 512 nömrə ilə qeyd edilməklə, sonuncuya “Şirməmmədova” soyadı verilmişdir. AZ № 073100 saylı, xx.xx.2000-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X21 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İV-JQ № 311352 saylı, xx.xx.1991-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, Maraqlı şəxs4 Dadaş oğlu xx.xx.1991-ci il tarixdə ölmüşdür. AZ-İ № 752958 saylı, xx.xx.2015-ci il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2015-ci il tarixdə ölmüşdür. xx.xx.1982-ci il tarixli vəsiyyətnamədən görünür ki, X18 ona məxsus olan əmlakdan: öldüyü günə kimi ona məxsus olacaq Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 322 nömrəli evi X2 vəsiyyət edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər 1 saylı X24 Şirməmmədovaya ünvanladığı xx.xx.2020-ci il il tarixli məktubundan görünür ki, təqdim edilən sənədlər əsasında ona vərəsəlik haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Çünki daşınmaz əmlakın çıxarışı təqdim edilməmiş və bu əmlak DƏDRX-də qeydiyyatdan keçməmişdir. Həmçinin o, mirasın qəbulu üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Buraxılmış müddət isə yalnız məhkəmə üzürlü sayarsa bərpa edə bilər. Qeyd edilənlər nəzərə alınaraq ona vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilir və məhkəməyə müraciət etmək tövsiyyə edilir. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2020-ci il tarixli “akt”dan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbə sakinləri Z.Həsənov, Q.Mehtiyeva və X.Əliyeva Sumqayıt şəhəri, Corat qəsəbəsi 322 saylı evin sahibi X21 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, vəfatına kimi mərhum X4 (xx.xx.2015-ci il tarixdə vəfat edib) və onun ailəsi ilə birgə yaşamışdır. İyun 1991-ci il tarixdən X4 vəfat edənə kimi ailəsi ilə birgə Corat qəsəbəsi 322 saylı evdə qeydiyyatsız yaşamışdır. X4 vəfat etdikdən sonra da həyat yoldaşı Maraqlı şəxs5 ailə üzvləri Maraqlı şəxs2, Maraqlı şəxs4, Ərizəçi, X17, X8 ilə birgə hal-hazırki vaxta kimi Corat qəsəbəsi, 322 saylı evdə qeydiyyatsız yaşadıqlarını öz imzaları ilə təsdiq etmişlər. Maraqlı şəxs2 notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2000-ci il tarixdə vəfat etmiş nənəsi X12 ölümündən 6 (altı) ay müddəti keçirdiyi üçün ondan miras qalmış əmlaka vərəsəlik yolu ilə ona çatan payı qəbul etməmiş, etmir, etmək niyyətində deyildir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Maraqlı şəxs4 notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2000-ci il tarixdə vəfat etmiş nənəsi X12 ölümündən 6 (altı) ay müddəti keçirdiyi üçün ondan miras qalmış əmlaka vərəsəlik yolu ilə ona çatan payı qəbul etməmiş, etmir, etmək niyyətində deyildir. Adının qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Maraqlı şəxs5 notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, xx.xx.2000-ci ildə ölmüş qaynanası X9 irs qalmış evə mirasın ona çatası hissəsindən Ərizəçi xeyrinə imtina edir. X13 notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, o, anası X9 irs qalmış evə mirasın ona çatası hissəsindən Ərizəçi xeyrinə imtina edir. 5 saylı cəza çəkmə müəssisəsində cəza çəkən Maraqlı şəxs3 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2015-ci il tarixdə dünyasını dəyişmiş atası X1 nənəsi X6 miras qalmış əmlakın bacısı Ərizəçi xeyrinə qəbul etməkdən imtina edir. AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 321A-da qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 70.1-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun. Həmin Məcəllənin 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mübahisə predmeti mərhum X10 məxsus olmuş xx xxx 1982-ci il tarixdə ərizəçinin mərhum atası X2 vəsiyyət edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 322 saylı evin-miras əmlakının Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilmiş və hazırki qətnamə qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən ibarət olmuşdur. İşə xüsusi icraat qaydasında baxılaraq qətnamə qəbul edilmişdir. Mübahisə predmeti maraqlı şəxsin mübahisələndirdiyi rəsmi dövlət reyesterində qeydiyyata alınmamış daşınmaz əmlakdır. Subyektiv hüquq haqqında mübahisəyə yalnız iddia icraatının qaydaları çərçivəsində baxılması mümkündür. Hazırda maraqlı şəxs DƏDRX-nin 2 saylı Ərazi İdarəsi birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən hüququn tətbiq edilməsində səhvə yol verildiyini mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə bağlı tərəflər arasında mübahisə mövcud olması məhkəmə prosesində açıq-aşkar göründüyü halda, birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq işə xüsusi icraat qaydasında baxmış və ərizənin təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 259.0.10 və 306.4-cü maddələrinə görə xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası MPM-nin 384.0.4-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalı və maraqlı şəxslərə ümumi əsaslarla (iddia icraatı qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 263-264, 357, 362, 365, 384.0.4, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Maraqlı şəxs DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin rəisi F.Atakişiyevin apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5458/2020 saylı qətnaməsi ləğv edilsin. Ərizəçi maraqlı şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Ərazi İdarəsi, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 qarşı mirasın qəbulu faktının müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar