Məhkəmə qərarları › İş №2(105)-940/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-940/2025

15.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-940/2025 15.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X28 və X1 ibarət tərkibdə, X39 qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komisiyasının nümayəndəsi X11 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı birgə nikahlarından anadan olmuş uşaqlarının atanın yanından alınaraq ananın yanında qalması və uşaqlar yetkinlik yaşına çatanadək hər birinə görə sabit pul məbləğində aliment tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(060)- 106/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4094/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X23 arasında 21 oktyabr 2005-ci il tarixli 1299 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X31 oğlu və xx.xx.2017-ci il təvəllüdlü X13 ataları Cavabdeh yanında qalmaları qət edilmişdir.

2. “X32” X40 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh uşaqları: 1.X12 (təvəllüdü-xx.xx.2011-ci il) xx.xx.2024-cü ildə icbari dispanserizasiya ilə əlaqədar ASM-ə müraciət edib. X31 oğlu (təvəllüdü xx.xx.2015) xx.xx.2022-ci ildə ASM-də həkim qəbulunda olub. Uşaqlar xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixədək səhhətləri ilə bağlı sahə həkiminə müraciət etməyiblər və ASM-də onlara arayış açılmayıb.

3. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının “məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Niftalı oğluna cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuş, İddiaçı 60 gün olmaqla qısamüddətli mühafizə orderi verilmiş, (xx.xx.2024-cü il xx.xx.2024-cü il) qərarın surətinin icra edilməsi üçün İddiaçı və Cavabdeh Niftalı oğlunun yaşadıqları şəhər İcra şöbəsinə göndərilməsi qərara alınmışdır.

4. Sumqayıt şəhəri X18 Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, məktəbin 3g sinif şagirdi X31 oğlu və 6c sinif şagirdi X12 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində dərslərdə iştirak etməmişlər. Valideyn İddiaçı Cavad qızı tərəflərindən məktəbə çağırılmış, uşaqların dərsə davamiyyətsizliyi barədə izahat tələb edilmişdir. Valideyn öz izahatında uşaqları məktəbə gətirməməsinə səbəb kimi ailə problemlərinin olduğunu və bu səbədən övladlarını məktəbə gətirməkdən çəkindiyini bildirmişdir. Eyni zamanda uşaqların tədris aldıqları siniflərin rəhbərlərindən də bu məsələ ilə bağlı izahat alınmış, onlar da 3g sinif şagirdi X31 oğlu və 6c sinif şagirdi X2 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində dərsə göstərdikləri davamiyyətsizliyin səbəbi olaraq uşaqların ailədaxili problemlərinin olduğunu əsas gətirmişlər.

5. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Sumqayiıt Şəhər Narkoloji Dispanserinin 5987 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 12:15-də 1-ci PB tərəfindən müayinəyə gətirələrək narkoloji müayinə edilmişdir və heç bir narkotik vasitə aşkar olunmamışdır. Test (-) mənfi.

6. İşdə olan xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə müraciət edərək bildirmişdir ki, İddiaçı onun cinayətlər etməyi barədə bilə-biiə yalan xəbərçilik edir, onun barəsində Azərbaycan Respublikası CM-nin 296-cı maddəsi ilə cinayət təqibinin başlanmasını və onun cinayət məsuliyyətinə cəlb olunmasının təmin edilməsini xahiş etmişdir.

7. “Elektron məhkəmə” informasiya sisteminə edilmiş sorğunun nəticəsinə əsasən müəyyən edilmişdir ki, İddiaçı 2-ci qrup əlilliyə görə 369,09 manat pensiya alır.

8. İşdə olan xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X31 oğlu və xx.xx.2017-ci il təvəllüdlü X20 xx.xx.2024-cü il tarixindən “MASTER” tədris mərkəzində təhsil alır.

9. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə təhsil idarəsi Şəfiqə Əfəndizadə adına 13 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X20 xx.xx.2024-cü il tarixdə və X31 oğlu hal hazırda 13 nömrəli tam orta məktəbdə təhsil almırlar. X20 xx.xx.2024-cü il tarixdə və X31 oğlu xx.xx.2024-cü il tarixdə elektron yerdəyişmə sistemi vasitəsilə Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbə yerdəyişmə etmişdir.

10. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil idarəsi, Sumqayıt şəhər 16 nömrəli tam orta məktəbin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, məktəbə xx.xx.2024-cü il tarixində yerdəyişmə ilə qəbul edilmiş X31 oğlu hazırda 4b sinif şagirdi və X20 1a sinif şagirdlərinin dərslərə davamiyyəti zəifdir. Məktəbə yeni gələn dövrdə onların bilikləri aşağı səviyyədə idi. Müəllimlərin köməkliyi ilə halhazırda dərslərində irəliləyişlər var və hər ikisi müvəffəq qiymətlər alırlar.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 11/532 saylı ekspert rəyindən görünür ki, 1-ci sual üzrə 18 iyun 2011-ci il təvəllüdlü X2, 03 mart 2015-ci il təvəllüdlü X8 və 11 may 2017-ci il təvəllüdlü X13 ətrafda baş verən hadisələrə reaksiyaları adekvat olmaqla, əqli inkişaflarında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. 2-ci sual üzrə 18 iyun 2011-ci il təvəllüdlü X2 hal-hazırda anası İddiaçı və atası Cavabdeh bağlılığı müəyyən olunmaqla, anası İddiaçı bağlılığı daha çoxdur. 03 mart 2015-ci il təvəllüdlü X31 oğlu və 11 may 2017-ci il təvəllüdlü X13 hal-hazırda ataları Cavabdeh və anaları İddiaçı bağlılıqları müəyyən olunmaqla, ataları Cavabdeh bağlılıqları daha çoxdur. 3-cü sual üzrə ailədaxili qarşılıqlı münasibətlərdə mövcud olan gərginlik 18 iyun 2011-ci il təvəllüdlü X2, 03 mart 2015-ci il təvəllüdlü X31 oğlunun və 11 may 2017-ci il təvəllüdlü X13 emosional-iradi sferasına və valideynlərinə qarşı olan münasibətinə neqativ təsir göstərmişdir. 18 iyun 2011-ci il təvəllüdlü X12 əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini sərbəst şəkildə ifadə etmək qabiliyyətinə malik olmaqla, psixikasında və davranışında hansı valideynin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. 03 mart 2015-ci il təvəllüdlü X31 oğlu və 11 may 2017-ci il təvəllüdlü X20 əqli və psixiki inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini sərbəst şəkildə ifadə etmək qabiliyyətinə malik olmamaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamalarını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunur.

12. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının 414 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, komissiya hesab edir ki, 18 iyun 2011-ci il təvəllüdlü X12, 03 mart 2015-ci il təvəllüdlü X31 oğlu və 11 may 2017-ci il təvəllüdlü X13 atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilməsinə səbəb olacaq əsaslı hal aşkar edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4094/2020 saylı mülki iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdehin yanında qalması qət edilmiş birgə nikahlarından anadan olmuş 18 iyun 2011-ci il təvəllüdlü X12, 03 mart 2015-ci il təvəllüdlü X31 oğlu və 11 may 2017-ci il təvəllüdlü X13 Cavabdeh alınaraq ona verilməsi və cavabdehdən uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə görə 235 manat olmaqla, ümumilikdə 705 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 2001-ci il tarixdə faktiki olmaqla 21 oktyabr 2005-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Birgə nikahlarından artıq yetkinlik yaşına çatmış X21, 18 iyun 2011-ci il təvəllüdlü X12, 03 mart 2015-ci il təvəllüdlü X31 oğlu və 11 may 2017-ci il təvəllüdlü X20 anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4094/2020 saylı mülki iş üzrə 15 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, birgə nikahlarından anadan olmuş övladlarının hazırki iş üzrə Cavabdeh Niftalı oğlunun yanında qalması qət edilmişdir. Lakin hazırda vəziyyət dəyişmişdir. İlk öncə qeyd etmək istəyir ki, boşanma zamanı uşaqların atasının yanında qalmasına məhz cavabdehin ona qarşı zorakılıq hərəkətləri etməsi və hədə qorxu gəlməsinə görə razı olub. Lakin təkrar olaraq qeyd edir ki, artıq vəziyyət dəyişmişdir. Belə ki, birgə nikahlarından olan övladları da cavabdehin bu cür hərəkətlərinə dözməmiş və artıq bir neçə aydır ki, onlarla birlikdə yaşayırlar. Qəti olaraq cavabdehin yanında qalmaq istəmirlər. Qeyd edir ki, qətnamənin yenidən icrası ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin hakimi Günel xanım Tanrıverdiyevanın icraatında 2(060)- 4094/2020-011 saylı iş olmuş və həmin iş üzrə məhkəmə iclası 13 may 2024-cü il tarixdə keçirilmiş, nəticədə ərizə təmin edilməmişdir. Həmin məhkəmə iclası zamanı uşaqları da iştirak etmiş və onunla birlikdə yaşamaq istədiklərini qeyd etmişdirlər. Bildirir ki, məhkəmə iclasında övladları da iştirak edəcək və öz fikirlərini bildirəcəkdirlər. Təkrar olaraq qeyd edir ki, cavabdeh uşaqlara onun yanında qaldıqları müddətdə daim zorakılıq etmiş, onları canlarından bezdirmişdir. Həmçinin qeyd edir ki, keçən aylar ərzində cavabdeh uşaqların saxlanması üçün heç bir maddi yardım göstərməmişdir. Bu səbəbdən də hesab edir ki, birgə nikahlarından anadan olmuş övladları cavabdehin himayəsindən alınaraq onun yanında qalmalı və cavabdehdən uşaqlar yetkinlik yaşına çatanadək saxlanması üçün hər birinə görə 235 manat olmaqla ümumilikdə 705 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir. Bildirir ki, cavabdehin qeyd olunan alimenti ödəməsi üçün kifayət qədər imkanı vardır.

15. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh iddia tələbinə dair izahatında qeyd etmişdir ki, iddiaçının onun haqqında dediyi bütün sözlər tamamilə yalan, şər və böhtandır. O, həmişə övladlarını çox istəyib. Məhkəmə qərarı ilə uşaqlar əslində ona verilib. Daha sonra o, iddiaçının uşaqlarla yaşaması üçün ayrı ev alıb. O, bir gün uşaqlarını görmək üçün həmin evə gedəndə iddiaçı onun xəbəri olmadan onun barəsində polisə şikayət etmişdir. Bununla əlaqədar polisə getmiş, lakin iddiaçının onun haqqında etdiyi ittihamların heç biri öz təsdiqini tapmamışdır. İddiaçı uşaqlara lazımı qaydada qayğı və diqqət göstərmir. Belə ki, iddiaçı oğlunun 2 həftə dərsə getməsinə imkan verməyib. O, yalnız bu barədə polisə məlumat verdikdən sonra iddiaçı uşaqların məktəbə getməsinə icazə vermişdir. Hazırda uşaqların anasının himayəsinə verilməsinə qətiyyən razı deyil. Uşaqlar da analarını istəmir, hətta bununla bağlı məhkəmə tərəfindən ekspertiza da təyin edilə bilər və uşaqlar analarını istəmədiklərini qəti şəkildə bildirəcəklər. Bir daha bildirir ki, uşaqlar onsuzda onunla idilər. O, uşaqlar üçün hər şey edir. O, uşaqları təhsil almaları üçün özəl tədris mərkəzinə qoyub. İddiaçı öz məqsədləri üçün uşaqları Yasamala aparıb və orada məktəbə qeydiyyatdan keçirmişdir. Uşaqları noyabr ayına qədər özəl məktəbdə təhsil alırlar və oxu-yazı da bilirlər. O, çalışmışdır ki, uşaqları anaları ilə qalsın. Bu məqsədlə o, qarşı tərəfə hətta ev də vermişdir. Lakin iddiaçı həmin evə gecə saat 3-4-də kişi salmışdı. Kim qarantiya verə bilər ki, həmin şəxs gəlib onun evindəki qızına da sataşmaz. Uşaqları analarını istəmirlər. O, uşaqlarına hər bir şərait yaradıb. Qızının təhsili üçün universitetə illik 10000 manat pul verib, özəl avtomobil tutub. İddiaçı gedib ekspertizada belə bir fikir formalaşdırıb ki, guya o, uşaqlara təsir edib. Halbuki, qızı ona səs atıb demişdi ki, anaları uşaqları başqa otağa daşıyıb və digər bir kişi ilə həmin otaqda birlikdə olub. Onu da bildirir ki, hesab edir ki, ekspertin uşaqlar üzərində təsir olması barədə rəy verməsi iddiaçının gedib o idarədə səs-küy salması ilə bağlı olub.

16. Məhkəmə hazırlıq iclaslarında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia tələbinə dair izahat verərək iddia tələbini qəbul etmədiyini bildirmiş və qeyd etmişdir ki, məhkəmə qətnaməsi ilə uşaqlar atanın himayəsinə verilib. Lakin, cavabdeh uşaqların anaları ilə yaşaması üçün ev alaraq iddiaçıya verib. Cavabdeh uşaqlarını bu müddət ərzində görə bilməyib, iddiaçı hər dəfə onun barəsində müxtəlif bəhanələrlə polisə şikayət edib, lakin iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmayıb. Cavabdeh dəfələrlə uşaqları təhsildən yayındırıb. Ana təhsil sistemi ilə bağlı kabinetə müdaxilə etməklə uşaqları Bakıda məktəbə yerləşdirib. Cavabdeh əvvəlcədən bütün idarələrə gedib tərəfi haqqında pis fikirlər formalaşdırır. Elxan iddiaçıdan 2020-ci ildən boşanıb və elə həmin vaxtlarda Elxan ona demişdir ki, arvadı evdə yoxdur. İlahə ilə bu barədə danışmışlar. İlahə ona anasının etdiklərindən danışdıqda dəhşətə gəliblər. Onlar həmçinin, evdən bahalı əşyaların, qızıl və pulların oğurlandığını aşkarladılar. Elxan polisə bu halla əlaqədar ərizə verməyə utandığını dedi. Onlar Yasamal polis əməkdaşlarının köməyi ilə iddiaçının Yasamalda kirayə qaldığını öyrəniblər. İddiaçı 6 dəfə dələduzluq edən Samir adlı şəxsə qoşulmuşdu. Sonradan məlum oldu ki, iddiaçının Samir və digər şəxslərdə intim şəkilləri vardır. Elxan sözügedən görüntülərin yayılmaması üçün onları pulla aldı. Elxan daha sonra 4 uşağını da nəzərə aldı, keçmiş arvadına ev verdi və uşaqları arvadının yanına yığdı. Elxan hər uşaqları görmək istəyəndə iddiaçı Elxanı polisə verirdi. Uşaqlar uzun müddət məktəbə də getməyiblər. Tərəfi artıq bezdiyi üçün iddiaçının yalançı şikayətləri ilə əlaqədar polisə müraciət etdi. Sonradan məhkəmə iddiaçını uşaqlarla bağlı məsələdə inzibati qaydada cərimə etdi. İddiaçı sonradan özünün lüt şəkillərini prokurorluğa təqdim edərək Elxan və icra məmurunun guya birləşib iddiaçını təhdid etdiyini bildirdi. İş materialları qəyyumluğa getdikdən sonra geniş araşdırma aparılmışdır. Bu vaxt iddiaçı qəyyumluqda elə bir hay küy salmışdı ki, qəyyumluqdan iddiaçıya mühafizə orderi verilmişdi. Bu orderlə inzibati qaydada şikayət verildi və qəyyumluq da öz səhvlərini başa düşdüyünü bildirdi. Ekspertizanı aparan şəxs də qadın olmuşdur. Ümumiyyətlə belə bir tendensiya vardır ki, uşaqlar boşanma olan kimi mütləq anada qalmalıdır. İddiaçı tərəfindən verilən polis şikayətlərinin heç birində xəsarətə dair məlumat yoxdur. Əgər belə bir məlumat olsaydı iddiaçı heç vaxt bunu əldən verməzdi və dərhal gedib ekspertizadan rəy alardı. Çünkü artıq neçə illərdir ki, iddiaçı cavabdehdən müxtəlif idarələrə əsassız şikayətlər edir.

17. Məhkəmə iclasında 18 iyun 2011-ci il təvəllüdlü X12 bildirmişdir ki, 7-ci sinifdə oxuyur. Ancaq qar yağanda dərsə getməyib. Kimya, biologiya və fizika fənnlərini sevir. O və İlahə hazırda anası ilə birlikdə Bakıda yaşayırlar. Bundan sonra da anası ilə qalmaq istəyir. Atası onlarla dalaşır və onlara şiddət göstərir. O, Qəyyumluq Komissiyasında dindirilən zaman da anasını istədiyini deyib.

18. Məhkəmə iclasında 03 mart 2015-ci il təvəllüdlü X31 oğlu bildirmişdir ki, Sumqayıtda 16 nömrəli məktəbdə 4-cü sinifdə oxuyur. Riyaziyyat fənnini xoşlayır. Hazırda atası ilə Sumqayıtda yaşayır. Bir az anası ilə yaşayıb, ancaq nə qədər müddət olduğunu xatırlamır. Artıq 4-5 aydır ki, atası ilə qalır. O, anasını istəmir, bundan sonra da atası ilə yaşamaq istəyir.

19. Məhkəmə iclasında 11 may 2017-ci il təvəllüdlü X20 bildirmişdir ki, 1-ci sinifdə oxuyur. Dərslərindən 5 alır. Sumqayıtda atası ilə qalır, anasını istəmir. Çünki atası ona yaxşı baxır, tez-tez parka və xoşladığı restoranlara aparır.

20. Məhkəmə iclasında iştirak etmiş pedaqoq X9 bildirmişdir ki, Niftalı təbiətcə sakit və tərbiyəli uşaqdır. Bilik səviyyəsinə görə orta səviyyəli şagirddir. Uşağı atası məktəbə aparıb-gətirir. Uşağın anasını görməyib.

21. Məhkəmə iclasında iştirak etmiş pedaqoq X19 bildirmişdir ki, Günay 1-ci sinifdə oxuyur. Birinci sinifdə oxuduğu üçün onunla tez-tez maraqlanır. Davamiyyəti yaxşıdır və dərslərini yaxşı oxuyur.

22. Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(060)-106/2025 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia tələbi təmin edilmiş, 18 iyun 2011-ci il təvəllüdlü X12, 03 mart 2015-ci il təvəllüdlü X31 oğlu və 11 may 2017-ci il təvəllüdlü X13 Cavabdeh alınaraq İddiaçı verilməsi, Cavabdeh 18 iyun 2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq, 03 mart 2015-ci il təvəllüdlü X31 oğlu və 11 may 2017-ci il təvəllüdlü X13 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh alınaraq İddiaçı təhvil verildiyi gündən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5875 misli həddində (hazırda bir uşağa görə 400 x 0.5875=235 manat) sabit pul məbləğində aliment tutulması, Cavabdeh 110 (bir yüz on) manat ödənilmiş dövlət rüsumu və mediasiya xərci tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

23. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Ailə Məcəlləsinin 49, 52, 56, 60, 100.2,-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 19-cu maddəsinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016 cı il tarixli, 8-2/2016 saylı qərarının 7.1, 7.2-ci maddələrinə, “Uşaq hüquqları haqqında” 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 18-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydnlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfi müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halları sübut edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi əsaslarına görə ləğv olunmalıdır. Xüsusilə vurğulanmalıdır ki, sübutları sadalayan məhkəmə sanki onların mahiyyətini və mənasını dərk etməmiş kimi yanaşma nümayiş etdirmiş, ədalət mühakiməsinin prinsiplərini bir kənara ataraq “yenilik” gətirməyə çalışmış, öz şəxsi qənaətlərini bir hakim kimi deyil, iddiaçı tərəfə acımaq hissi, qadın həmrəyliyi nümayiş etdirən biri kimi ortaya qoymuşdur. Məhkəmə təcrübəsində analoqu olmayan, işin faktiki halları ilə uzlaşmayan yanlış və qərəzli nəticəyə gələn məhkəmə öz qərarı ilə ailənin tamamən parçalanmasına yol açan, uşaqların yaxın gələcəyini və talelərini göz görə-görə təhlükəyə atan, ailədən qalan parçanın çətinliklə də olsa cavanlar tərəfindən qorunub saxlanılması üçün səylərini heçə sayan, bunlar azmış kimi mənəviyyat və əxlaqı keyfiyyətləri görməzdən gələn, şər və böhtana üstünlük verərək dəyərlərini ayaq altına atan iddiaçının mənafeyini üstün tutmuşdur. Apelyasiya şikayətində işdə olan materiallara-sübutlara qısa şəkildə münasibət bildirilir: Nikahları 2020-ci ildə ləğv olunmuş, Cavabdeh Nifəli oğlu iddiaçı olmuş, cavabdeh İddiaçı könüllü olaraq uşaqlardan atanın xeyrinə imtina etmişdir. Azərbaycan Respublikasi TƏBİB-in “X32” X40 4 nömrəli Ailə Sağlamlıq Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh Nifəli oğlunun uşaqları: X16 (təvəllüdü-xx.xx.2011-ci il) xx.xx.2024-cü ildə icbari dispanserizasiya ilə əlaqədar ASM-ə müraciət edib. X38 oğlu (təvəllüdü xx.xx.2015) xx.xx.2022-ci ildə ASM-də həkim qəbulunda olub. Uşaqlar xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək səhhətləri ilə bağlı sahə həkiminə müraciət etməyiblər və ASM-də onlara arayış açılmayıb. Bu sənəd nümunəsi cavabdeh tərəfindən alınmış və məhkəməyə təqdim edilmişdir. Sənədin alınmasına səbəb ananın yanında olan uşaqların məktəbə gəlməmələri olmuşdur. Belə ki, cavabdehin tələbi ilə məktəb rəhbərliyi iddiaçı ilə telefon əlaqəsi yaradaraq nə üçün uşaqların məktəbə gəlmədikərini soruşarkən, iddiaçı onların xəstə olduqlarını bəhanə etmişdir. Bundan sonra iddiaçı aidiyyəti sağlamlıq mərkəzinə müraciət etdikdə məlum olmuşdur ki, uşaqlar sağlamlıqları ilə bağlı həkimə müraciət etməmişlər. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının “məişət zorakılığı haqqında iş üzrə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Niftalı oğluna cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq olunmuş, X10 60 gün olmaqla qısamüddətli mühafizə orderi verilmiş, (xx.xx.2024-cü il xx.xx.2024-cü il) qərarın surətinin icra edilməsi üçün X10 və Cavabdeh Niftalı oğlunun yaşadıqları şəhər İcra şöbəsinə göndərilməsi qərara alınmışdır. Sözügedən qərar qəbul olunarkən müvafiq qurum tərəfindən qanun pozuntusuna yol verilmiş, Cavabdeh Nifəli oğlu quruma dəvət olunmamış, onun izahatı alınmamış və birtərəfli olaraq qərar qəbul olunmuşdur. Həmin qərardan Sumqayıt İnzibati məhkəməsinə şikayət verilmişdir, lakin sonradan məlum olmuşdur ki, mühafizə orderinin müddəti 60 gündən sonra bitir, yenisi üçün iddiaçı məhkəmə orqanına müraciət etməlidir, həm də mühafizə orderini verən orqan rəy vermək üçün araşdırma apardığı müddətdə X5 təqdim etdiyi sübutları qənaətbəxş hesab etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhəri X18 Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri X18 Adil İbrahimli adına 14 nömrəli tam orta məktəbin 3g sinif şagirdi X38 oğlu və 6c sinif şagirdi X16 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində dərslərdə iştirak etməmişlər. Valideyn İddiaçı tərəflərindən məktəbə çağırılmış, uşaqların dərsə davamiyyətsizliyi barədə izahat tələb edilmişdir. Valideyn öz izahatında uşaqları məktəbə gətirməməsinə səbəb kimi problemlərinin olduğunu və bu səbəbdən övladlarını məktəbə gətirməkdən çəkindiyini bildirmişdir. Eyni zamanda uşaqların tədris aldıqları siniflərin rəhbərlərindən bəzi məsələ ilə bağlı izahat alınmış, onlar da 3g sinif şagirdi X38 oğlu və 6c sinif şagirdi X6 xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində dərsə göstərdikləri davamiyyətsizliyin səbəbi olaraq uşaqların ailədaxili problemlərinin olduğunu əsas gətirmişlər. Sözügedən arayış cavabdeh tərəfindən alınmış və cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuşdur. Arayışın alınmasına səbəb isə 2025-ci ilin mart ayında axırlarına yaxın öz uşaqlarını özünün mülkiyyətində olan mənzilində görmək və onları əylənmək üçün aparmaq istəyən cavabdeh barəsində iddiaçının polisə şikayətlər etməsi və bundan sonra cavabdehin uşaqların oxuduqları orta məktəbə gəldikdə onların təhsil ocağına gəlmədiklərinin müəyyən edilməsi olmuşdur. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Sumqayit Şəhər Narkoloji Dispanserinin 5987 sayl, xx.xx.2024-c ü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 1215-də 1-ci PB tərəfindən müayinəyə gətirələrək narkoloji müayinə edilmişdir və heç bir narkotik vasitə aşkar olunmamışdır test (-) mənfi. Həmin arayış və daha əlavə iki arayış cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuşdur, məqsəd iddiaçının narkotiklə əlaqədar bildirdiklərini yalan olduğnu sübut etmək olmuşdur. İddiaçı Cavabdeh Nifəli oğlundan saysız hesabsız və əsassız şikayətlər etməkdən çəkinmir, davamlı olaraq DİN-nin 102 xidmətinə şər və böhtan xarakterli şikayətlər ünvanlayırdı xx.xx.2024-cü il tarixli ərizə ilə Cavabdeh Niffeli oğlu Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nə müraciət edərək onun barəsində AR CM-nin 296-cı maddəsi ilə cinayət təqibinin başlanmasını xahiş etmişdir. Həmin ərizə də cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Atanın himayəsində olan azyaşlılar Niftəli Quliyev və Günay Quliyevanın xx.xx.2024-cü il tarixdən etibarən “MASTER” özəl kursunda təhsil almalarına dair arayış cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. Arayışın təqdim olunmasına səbəb, iddiaçının gizlin şəkildə elektron kabinet vasitəsi ilə uşaqları Sumqayıt şəhərində təhsil aldıqları məktəbdən çıxardaraq Bakı şəhərində yerləşən məktəblərdən birinə yerləşdirməsi olmuşdur. Faktiki olaraq uşaqların ikisi anasının yanında olmaqla Sumqayıt şəhərində yerləşən 14 nömrəli orta məktəbə getməli olduqları halda, iddiaçının məsuliyyətsiz davaranışı nəticəsində təhsildən kənar qalmışlar. Bundan başqa, iddiaçının yanında olan Lyudmila Quliyeva da Sumqayıt şəhərində yerləşən orta məktəbdə təhsil almışdır. Göründüyü kimi, iddiaçının məsuliyyətsiz davranışı nəticəsində uşaqlar məktəbə gedə bilmədikləri üçün cavabdeh onları müvəqqəti olaraq özəl kursa yerləşdirmiş, sonradan elektron kabinetə düzəliş etməklə onlar orta məktədbə təhsillərini davam etdirmişlər. Hazırda uğurlu şəkildə təhsillərini alırlar. Digər mühüm bir məsələ ondan ibarətdir ki, xx.xx.2025-ci il tarixdə cavabdeh tərəfindən məhkəməyə yazılı vəsatət təqdim edilmiş, məhkəmə vəsatətin təmin olunmasına dair qərardad qəbul etmişdir. Lakin iş materialları ilə tanış olunarkən sözügedən qərardad iş materiallarında aşkar olunmamışdır. Həmin qərardada əsasən iddia tələbləri ilə əlaqəli olaraq faktların və halların müəyyən edilməsi üçün təqdim olunanların sübut qismində işə əlavə edilməklə nəzərə alınaraq qiymətləndirimə Sumqayıt şəhəri üzrə İcra idarəsindən ünsiyyətə dair işin tələbə olunaraq göstərilən xüsusatların araşdırılmasının təmin olunması və uşaqların nənəsi X3 və bibisi X4 şahid qismində dindirilmələrinin təmin olunması xahiş edilmişdir. Vəsatət verildikdən və qərardad qəbul olunduqdan sonra məhkəmə növbəti iclası xx.xx.2025-ci il tarixinə saat 16.15-ə təyin edərək artıq məhkəmənin hazırlıq iclasının keçiriləcəyini və icra orqanından işin gəldikdən sonra müzakirə olunacağını və bundan sonra şahidlərin təmin olunmasını bildirmişdir.xx.xx.2025-ci il tarixdə məhkəmə iclasına gəldikdə icra orqanından işin gətirilmədiyini deyən hakim xx.xx.2025-ci il tarixinə saat 11:00-a məhkəmə baxışı iclasını təyin edərək həmin icra orqanından işin gələcəyini və şahidlərin dindiridəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixə saat 11:00-a təyin edilmiş məhkəmə iclasına gələ bilməyən cavavabdeh anasını səhhəti ilə bağlı Bakı şəhərinə xəstəxanaya apardıqlarını və bacısı İlhamə Quliyevanın da onlarla birlikdə olduğuna dair məlumat verərək məhkəmədə iştirak edilməyəcəyini dedikdən sonra, iclasdan təxminən bir saat əvvəl məhkəmə ilə telefon əlaqəsi yaradılaraq yaranmış obyektiv hal ilə əlaqədar olaraq məhkəməyə gəlməyin mümkünlüyü barədə məlumat verilmişdir. Buna baxmayaraq, məhkəmə iclası təxirə salmayaraq, təmin etdiyi sübutları araşdırmadan qətnaməni təmin etmişdir. Sonuncu iclasda cavabdeh tərəf iştirak etmədiyindən son iclasda sübutlarla bağlı hansı müzakirələrin getdiyini öyrənmək məqsəd ilə iş materiallarına əlavə olunmuş audiovideoyazıları ilə tanış olunduqda, məlum olmuşdur ki, icra orqanından iş gətirilməmiş, təqdim olunmuş səs və videogörüntülər olan fləşkarta, şahidə münasibət bildirilməmişdir. Burada xüsusilə qeyd olunmalıdır ki, İddiaçı ailəli olduğu müddətdə ona xəyanət edərək müxtəlif kişilərlə münasibətdə olurmuş, hətta azğınlığın ən yüksək həddinə çataraq o, peşə fəaliyyəti ilə bağlı olaraq respublikadan kənara çıxan müddətdə həmin kişiləri evə dəvət etmişdir. Bütün bunları onun övladları görüb başa düşmüşlər və sonuncu dəfə o yarışdan qayıdan zaman İddiaçı evdə olmadığını müəyyən etmişdir. Çox axtarışlar aparmış heç bir nəticə verməmişdir, nəhayət böyük qızı İlahə Quliyeva ona və ailə üzvlərinə, anasına, bacılarına danışmışdır ki, anası başqa kişi ilə münasibətdədir, hətta evə gecə yarısı yad kişilər gəlirlər. X30 verdiyi məlumatlar əsasında o, baş verənləri analiz etdikdə İddiaçı yüngül həyat tərzi keçirən qadın olduğuna əmin olmuşdur. Qızı ilə aparılan söhbəti telefona yazmış və söhbətdə bacısı İlhamə, anası Lyudmila və C.İbrahimovanın xalası Fatma iştirak etmişdir. Onun azyaşlı uşaqlarını ataraq evdən getməsinin səbəbini öyrənmək üçün axtarışını davam etdirmiş, hətta Bakı şəhəri Yasamal rayon RPİ-nə ərizə ilə müraciət etmişdir. Müraciətində əsas məqsədi o olmuşdur ki, İddiaçı tapsın, odur ki, polis idarəsinə ərizə verən zaman onun məlum olmayan səbəbdən evdən getməsini və gedərkən qızıl zinət əşyaları və pul apardığını bildirmişdir. Əslində İddiaçı doğurdanda mənzildən qızıl zinət əşyalarını və ona məxsus pulları götürüb getmişdir. O, dörd uşaq anasının əxlaqsızlıq etməsinin ağır məsələ olduğunu və abır həya edərək, insanlardan utandığı üçün xəyanəti kənara ataraq şikayətini bu cür formalaşdırmışdır. Həmin müddətdə o, böyük qızı İlahə İbrahimovanın deməsinə görə İddiaçı əsasən Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Bizim Market” adlanan ticarət mərkəzində kişi ilə görüşməsinə dair məlumatı aldıqdan sonra həmin marketə üz tutmuş, kamera görüntülərində qızının dedikləri təsdiqini tapmış və İddiaçı günün günorta vaxtında təxminən 28-30 yaşlarında olan hündürboy bir kişi ilə gizli görüşməsi müşahidə etmişdir. Bu səbəbdən şikayətini Bakı şəhəri Yasamal RPİ-yə etmiş, onların vasitəsi ilə həm İddiaçı həm də həmin kişini tapmışdır. Çünki bu müddətdə İddiaçı evdən hara qaçması, harada olması və nə üçün qaçması barədə onda heç bir fikir yox idi. Bir neçə gün sonra o həmin şəxsi müəyyən etmiş, məlum olmuşdur ki, adı Samirdir, İddiaçı onunla görüşür, münasibət saxlayır. Həmin şəxslə telefon əlaqəsi yaradaraq görüşməyə çalışsa da müyəssər olmadı, lakin həmin şəxs ona İddiaçı ona göndərdiyi foto və videogörüntüləri (intim görüntülər) atdı, onun haqqında xeyli məlumat vermək əvəzində ondan xeyli miqdarda pullar aldı. Ona məlum olmuşdur ki, İddiaçı yüngül həyat tərzi sürərək başqa kişilərlə görüşür, intim münasibətlərdə olur. Samir adlı şəxslə telefon danışığını yazmışdır və onun danışdıqlarını dinlədikdə onun dediklərinin həqiqət olduğuna bir daha əmin olacaqdır. Odur ki, onda olan foto və videogörüntüləri fləş karta köçürərək təqdim etmişdir. Cavabdeh Nifəli oğlu boks idmanı üzrə beynəlxalq dərəcəli hakim olmaqla yanaşı, gənclərin sağlam ruhda böyüməsi istiqamətində keçirilən tədbirlərdə fəal iştirak edən biridir, o cümlədən mötəbər idman yarışlarında iştirak edən və dəfələrlə təbriklər qəbul edən biridir. Bunlarla yanaşı, övladlarına qarşı həssas olan, yaxınlarına və valideyinlərinə hörmət qoyan biri olaraq uşaqlarını çox istəyir və uşaqların gələcəyi onun üçün hər şeydən önəmlidir. Bunları nəzərə alaraq obyektiv qərar verilməsini və qərar formalaşan zaman göstərdiklərindən başqa digər hallar da qiymətləndirilməlidir. Digər hallar dedikdə, uşaqlarının normal yaşayış sahələrinin olmasını, qeydiyyatda olduqdarı və yaşadıqları ünvana yaxın təhsil oçağında təhsil almalarını, sağlam, əqidəli, tərbiyəli, əxlaqlı və mənəviyyatlı bir şəxsiyyət kimi böyümələri üçün onlara ata qayğısı və sevgisi göstərən atanın yanında qalmaları nəzərdə tutulur. Qərarda göstərilənlərlə əlaqədar qeyd oluna bilər ki, iddiaçı işləmir, səhhətinə görə təqaüd alır, yaxın qohumları tərəfindən atılmış biridir, atası çoxdan onladan imtina etmiş, anası və qardaşı ölkə hüdudlarından kənarda yaşayırlar, respublikada yaşayan bir bacısı var, onun da ailəsi dağılmış, normal yaşayış yerləri belə yox, kirayə mənzillərdə yaşayır. İddiaçıdan fərqli olaraq onun rəsmi iş yeri vardır, əlavə maddi gəlirləri vardır, valideynlərinin sayəsində normal yaşayış sahələri vardır, onunla bir anası və bacısı yaşayaraq uşaqlarının böyüməsində yaxından kömək edirlər, uşaqları ona sıx bağlıdırlar, uşaqlarının normal və sağlam böyümələri üçün tələb olunanları edir, uşaqlarının əxlaqlı, mənəvi cəhətdən sağlam böyümələri, tərbiyəli olmaları üçün övladlarını sevən ata olaraq bütün əziyyətə hazırdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edib, şikayətin təmin olunmasını xahiş etdilər.

28. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

29. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komisiyasının nümayəndəsi X22 verdikləri rəyi müdafiə etdiyini, iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

30. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

31. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.

“Uşaq hüquqlarına dair” BMT Konvensiyası

32. Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər.

“Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu

33. Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir;

34. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

35. Maddə 22.2 və 22.2.1. Bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir.

36. Maddə 52. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

37. Maddə 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər.

38. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz.

39. Maddə 60.4. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir.

40. Maddə 61.5. Uşaqdan ayrı yaşayan valideyn öz uşağı haqqında tərbiyə və müalicə, sosial müdafiə və digər müvafiq müəssisələrdən məlumat almaq hüququna malikdir.

41. Maddə 73.2. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

47. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

48. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı, iddia təmin edilməməlidir.

50. Kollegiya qeyd edir ki, tərəflərin birgə nikahından doğulmuş uşaqların mənafeyi, onun lazımi mühitdə yaşamaq, normal səviyyədə qidalanmaq, təhsil almaq hüquqlarının lazımı şəkildə həyata keçirməsi nəzərə alınmalıdır.

51. İşin mübahisə olunmayan hallarına görə, tərəflər xx.xx.2005-ci il tarixdə rəsmi nikah əsasında ailə qurublar və onların birgə nikahından dörd övladları doğulmuşdur.

52. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-4094/2020 saylı qətnaməsi ilə Cavabdeh ilə X23 arasındakı nikah pozulmuş, nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X31 oğlu və xx.xx.2017-ci il təvəllüdlü X13 ataları Cavabdeh yanında qalmaları qət edilmişdir.

53. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi yetkinlik yaşına çatmayan uşaqların cavabdehdən alınaraq iddiaçıya verilməsi qənaətinə gəlmişdir. Cavabdeh isə apellyasiya şikayətində göstərilənləri əsas gətirərək xx.xx.2011-ci il təvəllüdlü X12, xx.xx.2015-ci il təvəllüdlü X31 oğlu və xx.xx.2017-ci il təvəllüdlü X13 iddiaçının himayəsinə verilməsi barədə qətnamədən narazılığını ifadə edərək, məhkəmənin bu qənaəti ilə razı olmadığını bildirmişdir.

54. Apellyasiya şikayətinin dəlillərinə və işin müəyyən olunmuş hallarına qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmişdir.

55. Əvvəla, ailə qanunverciliyinə görə valideyn hüquqlarının necə gerçəkləşdirilməsi məsələsi valideynlərin öz hüquqlarıdır. Lakin, bütün hallarda onlar ailə qanunverciliyində göstərilən aşağıdakı məhdudiyyətləri nəzərə almalıdırlar: birincisi, valideynlər hüquqlarını uşaqlarının maraqlarının ziddinə gerçəkləşdirilə bilməzlər; ikincisi, valideynlər hüquqlarını gerçəkləşdirərəkən onlar uşaqların fiziki, psixi, əxlaqi, mənəvi inkişafına zərər vura bilməzlər.

56. Kollegiya qeyd edir ki, valideynlərin ayrı yaşamalarının səbəbi onlar arasında olan nikahın pozulması və ya valideynlərin ayrı yaşamasına gətirib çıxarmış digər hallar ola bilər. Belə olan halda, ailə qanunverciliyinə əsasən, valideynlər ayrı yaşadıqda, uşaqların hansı valideynin yanında yaşaması məsələsi ilk növbədə validenlərin qarşılıqlı razılığı ilə həll edilməlidir. Belə razılaşma olmadıqda isə, mübahisəni onlardan birinin tələbi ilə işə baxan məhkəmələr həll etməlidirlər. Məhkəmə, uşağın yaşayış yeri məsələsini valideynlərin birgə nikahda olduqları vaxtda, habelə nikah pozularkən və yaxud nikah pozulduqdan sonra da həll edə bilərlər.

57. Bu, Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinin tələbində də irəli gəlir. Həmin normada göstərilir ki, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli və gəldiyi nəticəni ailə qanınverciliyinə uyğun olaraq tam, hərtərəfli və obyektiv əsaslandırmalıdır

58. Həmçinin məhkəmə, uşaqların kimin yanında qalması məsələsini həll edərkən ilk növbədə uşaqların üstün mənafelərindən və istəklərindən çıxış etməli və uşaqların ataya, anaya, qardaşlarına və ya bacılarına bağlılıqlarını; onların yaşlarını; valideynlərin mənəvi, əxlaqi, şəxsi keyfiyyətlərini, onların ataya və ya anaya emosional bağlılıqlarını; valideynlərin uşaqların düzgün tərbiyə və inkişafı üçün şərait yarada bilmək imkanlarını (valideynlərin fəaliyyət növünü, iş rejimini, maddi və ailə vəziyyətlərini, sağlamlıq durumlarını və sair) nəzərə almalıdır. Bu zaman valideynlərdən birinin maddi-məişət şəraitindəki üstünlüklər özlüyündə uşağın ona verilməsi üçün müəyyənedici şərt ola bilməz. Məhkəmə başqa halları da, məsələn, valideynlərdən hansının uşaqlara daha çox qayğı göstərdiyini, onlarda zərərli vərdişlərin olmamasını, davranışlarında kənaraçıxmaların olmamasını və sair halları da nəzərə ala bilər.

59. İşin mübahisə olunmayan hallarına görə tərəflərin birgə nikahından doğulmuş dörd övladlarından biri artıq yetkinlik yaşına çatmış, X2 14, X31 oğlunun 10, X13 isə 8 yaşı vardır. Məhkəmənin qətnaməsinə əsasən uşaqlar nikah pozulduqdan sonra atalarının yanında saxlanılmışlar.

60. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 11/532 saylı ekspert rəyinə əsasən, 18 iyun 2011-ci il təvəllüdlü X2 hal-hazırda anası İddiaçı və atası Cavabdeh bağlılığı müəyyən olunmaqla, anası İddiaçı bağlılığı daha çoxdur. 03 mart 2015-ci il təvəllüdlü X31 oğlu və 11 may 2017-ci il təvəllüdlü X13 hal-hazırda ataları Cavabdeh və anaları İddiaçı bağlılıqları müəyyən olunmaqla, ataları Cavabdeh bağlılıqları daha çoxdur. 18 iyun 2011-ci il təvəllüdlü X12 əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini sərbəst şəkildə ifadə etmək qabiliyyətinə malik olmaqla, psixikasında və davranışında hansı valideynin himayəsində yaşamasını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunmur. 03 mart 2015-ci il təvəllüdlü X31 oğlu və 11 may 2017-ci il təvəllüdlü X20 əqli və psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə ailədaxili qarşılıqlı münasibətlərlə bağlı fikirlərini sərbəst şəkildə ifadə etmək qabiliyyətinə malik olmamaqla, onların psixikasında və davranışlarında hansı valideynin himayəsində yaşamalarını seçməsi ilə bağlı kənar psixoloji təsir əlamətləri müəyyən olunur.

61. Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində qeyd edilmişdir ki, 18 iyun 2011-ci il təvəllüdlü X12, 03 mart 2015-ci il təvəllüdlü X31 oğlu və 11 may 2017-ci il təvəllüdlü X13 atası Cavabdeh alınaraq anası İddiaçı himayəsinə verilməsinə səbəb olacaq əsaslı hal aşkar edilməmişdir.

62. Məhkəmə kollegiyasının iclasında pedaqoqun iştirakı ilə fikirləri dinlənilərkən 03 mart 2015-ci il təvəllüdlü X31 oğlu və 11 may 2017-ci il təvəllüdlü X20 anaları ilə qalmaq istəmədiklərini, atalarının yanında qalmaq istədiklərini israrla bildirmişlər.

63. Məhkəmə kollegiyasının iclasında fikri dinlənilərkən 18 iyun 2011-ci il təvəllüdlü X12 isə atası ilə qalmaq istəmədiyini, anasının yanında qalmaq istədiyini bildirmişdir.

64. Uşaqlar məhkəmə iclasında həmçinin bir-birlərini çox istədiklərini, birlikdə yaşamaq və ayrılmaq istəmədiklərini də bildirmişlər.

65. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X14 (cavabdehin bacısı) Elxanın övladlarına qarşı diqqətli və qayğıkeş ata olduğunu, İddiaçı isə bunun əsksinə uşaqlarına qarşı diqqətsiz olduğunu, onların üst-başlarına diqqət etmədiyini, fikrinin yalnız özündə olduğunu bildirmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən sübut kimi təqdim olunmuş telefon “WhatsApp” yazışması ona məxsus deyildir.

66. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilən X15 (cavabdehin anası) Elxanın övladları ilə birlikdə ona da baxdığını, Elxanın tutduğu köməkçinin evdə ona, həmçinin uşaqlara baxmağa kömək etdiyini, Elxanın ona qarşı çox yaxşı davrandığını, evlərində dava olmadığını bildirmişdir.

67. Məhkəmə kollegiyası mövcud mübahisəyə uşaqların ən üstün mənafeyinin (maraqlarının) qorunması kontekstindən yanaşaraq hesab edir ki, uşaqların atalarının yanında böyüməsi istər əxlaqi, istər fiziki, istərsə də mənəvi-psixoloji inkişaflarına uyğundur və onların daha üstün maraqlarını təmin edir.

68. Bu hissədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası tərəflərin birgə nikahdan olan uşaqlarının biri-birilərinə bağlılıqlarını, onların ayrı yaşamaqlarının onların psixiki inkişafına mənfi təsir göstərəcəyi kimi halları nəzərə alaraq hesab edir ki, uşaqların vərdiş etdikləri şəraitdə birlikdə atalarının yanında qalmaları daha məqsədəmüvafiqdir və onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur.

69. Məhkəmə kollegiyası hesab edir ki, hər iki valideyn uşaqlara münasibətdə bərabər hüquq və vəzifələr daşısalar da, bu xarakterli mübahisələrin həllində uşaqların üstün mənafeyi daha çox nəzərə alınmalıdır. Lakin uşaqların fikri nəzərə alınarkən onların maraqlarına zidd olan hallara da diqqət yetirilməlidir. 18 iyun 2011-ci il təvəllüdlü X2 hazırda anası ilə yaşayaraq atası ilə yaşamaq istəməməsini bildirməsi onun atası ilə sonrakı münasibətlərinində bu cür davam edəcəyi, bu münasibətlərin yenidən əvvəlki kimi olmayacağı anlamına gəlməməlidir.

70. Kollegiya həmçinin qeyd edir ki, hazırkı işdə uşaqların hüquqlarının ata, yəni cavabdeh tərəfindən pozulduğu, onun öz valideynlik hüquqlarını yerinə yetirmədiyi, uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirdiyi, uşaqlara qarşı kobudluğa, qəddarlığa, biganəliyə yol verildiyinə dair hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilməmişdir.

71. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

72. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

73. Beləliklə, məhkəmə kollegiyası işin araşdırılmış haları ilə məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(060)-106/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

74. Məhkəmə kollegiyası MPM-in 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat idiaçı X7 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 aprel 2025-ci il tarixli, 2(060)-106/2025 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat idiaçı X7 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar