Məhkəmə qərarları › İş №2(105)-943/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-943/2021

19.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-943/2021 19.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-6091/2020 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili A.Ş.Qulamovun verdiyi apelyasiya şikayətinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-6091/2020 saylı qətnaməsi ilə (hakim G.C.Tanrıverdiyeva) İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası təmin edilib, Cavabdeh əsas borc üzrə 4101 (dörd min yüz bir) manat, faiz borcu üzrə 4472,63 (dörd min dörd yüz yetmiş iki manat altmış üç qəpik) manat olmaqla, cəmi 8573,63 (səkkiz min beş yüz yetmiş üç manat altmış üç qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) AZN dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının hesabına ödənilməsi, tutmanın ipoteka predmeti olan **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban - XTA210740B3110655, mühərrik – 9833125, rəngi – qara) avtomobilə yönəldilməsi, Cavabdeh məxsus olan ipoteka ilə yüklü edilmiş **-CG-*** dövlət qeydiyyat nömrəli, “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban - XTA210740B3110655, mühərrik – 9833125, rəngi – qara) avtomobil açıq hərracdan satılıb, borcun avtomobilin satışından əldə olunacaq vəsait hesabına İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSCnin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili A.Ş.Qulamov apelyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-6091/2020 saylı qətnaməsininin ləğv edilib, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx” ASC və İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx'" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. "İddiaçı" QSCnin nizamnaməsinə edilmiş xx xxxxxxx 2015-ci il tarixli, ********** saylı dəyişiklikdəki 2.5-ci bəndə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmandanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi kredit təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X8 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədar "İddiaçı” QSC tərəfindən "xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1365 saylı, xx xxxxxx 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx” ASC və Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə, 453 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdehə illik 20 faiz tətbiq edilməklə, 24 ay müddətinə 6100 (altı min bir yüz) manat məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban-XTA210740B3110655, rəngiqara) avtomobil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2011-ci il tarixli, AA seriyalı, 019358 nömrəli «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən bank nəqliyyat vasitəsinin alınması üçün “Borcalan"a 6100 (altı min bir yüz) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. "Borcalan" bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri banka qaytamağı öhdəsinə götürür. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitnin köçürüldüyü təqvim tarixindən başlanır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 20 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Ona görə də, Cavabdeh əsas borc üzrə 4101 (dörd min bir yüz bir) manat, faiz borcu üzrə 4472.63 (dörd min dörd yüz yetmiş iki manat 63 qəpik) manat olmaqla, cəmi 8573.63 (səkkiz min beş yüz yetmiş üç manat 63 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun "İddiaçı” QSC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, banXTA210740B3110655, rəngi -qara) avtomobilə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutulub İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh nümayəndəsi və vəkili A.Ş.Qulamov verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-6091/2020 saylı qətnaməsinin surətini rəsmi qaydada xx xxxxxx 2020-ci il tarixdə götürmüşdür. Cavabdeh işlə bağlı Rusiya Federasiyasına getmiş və Azərbaycan Respublikasına qayıda bilməmişdir. xx xxxxxx 2020-ci il tarixdə atası X5 adına onu məhkəmədə təmsil etmək üçün etibarnamə vermiş, İ.İ.Əbilov həmin etibarnamə ilə səlahiyyətləri ona verməklə onunla hüquqi yardım barədə müqavilə imzalamışdır. Bankda ipoteka ilə yüklü olan “VAZ-21074” minik markalı avtomobillə bağlı Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi mövcuddur. 2013-cü ildə kreditin ödənilməsi ilə bağlı problem yaranmış bununla bağlı iddiaçı qismində Cavabdeh məhkəməyə müraciət edərək avtomobilin dəyərinin həmin iş üzrə cavabdehlər olan X6 və X1 müştərək qaydada ödənilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2013cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, qətnamədən narazı qalan cavabdehlər apelyasiya şikayəti vermiş, lakin Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2013-cü il tarixli, 2(105)-1434/2013 saylı qətnaməsi ilə apelyasiya şikayəti təmin olunmamışdır. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bu barədə “xxxx” ASC-nin müvafiq idarələrinə rəsmi qaydada məlumat verilmişdir. Həmin qətnamə ilə əvvəllər Cavabdeh mülkiyyətində olmuş “VAZ-21074” markalı avtomobil qəza nəticəsində sıradan çıxmış və onun dəyəri Cabbarov Faiq və Əhmədov Mahir adlı şəxslər tərəfindən müştərək qaydada ödənilməlidir. Məhkəmə qətnaməsinə əsasən cavabdehlərin bank qarşısında öhdəlikləri yaranmışdır. Məhkəməyə təqdim edəcəyi sənədlərdən görünür ki, Cabbarov Faiq tərəfindən banka 2015-ci ilin snetyabr ayında ödəniş edilmişdir. İddia ərizəsində göstərilir ki, Cavabdeh və “xxxx” ASC arasında xx.xx.2011-ci il tarixdə 24 ay müddətinə illik 20 faiz ödəmək şərti ilə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin müddəti xx xxxxxxx 2013-cü il tarixdə bitmişdir. Lakin bank tələb etmə ilə bağlı hər hansı bir hərəkət etməmiş və pulunu Cavabdeh qanunla müəyyən olumuş müddət ərzində tələb etməmişdir. Kredit müqaviləsi bitdikdən sonra 2 ay müddətində bank yerdə qalan məbləği tələb edə bilərdi. Müqavilə öhdəliklərində iddia müddəti 3 il qəbul etsək onda bankın tələbetmə müddəti xx xxxxxx 2016-cı il tarixdə bitmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi bu hissədə araşdırma aparmalı olsa da, öz üzərinə düşən vəzifəni yerinə yetirməmiş, yalnız iddia ərizəsində göstərilən hallarla kifayətlənmişdir. Bundan başqa cavabdeh iştirak etməsə də, həmin kredit Azərbaycan Respublikasının Prezidentinin problemli kreditləri ilə bağlı Fərmanına uyğun olaraq faiz məbləğləri tam həcmdə silinməli idi. Birinci instansiya məhkəməsi bu hissədə də, qanunvericiliyin tələblərinə istinad etməmişdir. İddia müddətinin tətbiq olunması ilə bağlı birinci instansiya məhkəməsinin araşdırması zamanı məhkəmə iclaslarında iştirakları təmin edilmədiyinə görə iddia müddətinin tətbiqi barədə ərizə verə bilməmişlər. Ona görə də, apelyasiya şikayətinin təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili X4 apelyasiya şikayətini müradfiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, “xxxx” ASC-nin Sənaye filialı və Cavabdeh arasında xx xxxxxxx 2011-ci il tarixli, 453 saylı kredit müqaviləsi bağlanmış, müqaviləyə əsasən cavabdehə illik 20 faiz dərəcəsi ilə 24 ay müddətinə 6100 manat məbləğində kredit verilmişdir. Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hazırda “xxxx” ASC-nin həmin müqavilədən irəli gələn tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İş materiallarında olan xx xxxxxxx 2011-ci il tarixli 453 nömrəli kredit müqaviləsinə əsasən “xxxx” ASC-nin Binəqədi filialı Cavabdeh illik 20 faiz olmaqla, 24 ay müddətinə 6100 (altı min yüz) manat məbləğində kredit vermişdir. xx xxxxxxx 2011-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh ona ayrılmış 6039 manat məbləğində kredit vəsaitindən istifadə etmişdir. xx xxxxxxx 2011-ci il tarixli, 453 nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-CG-*** dövlət qeydiyyat nömrəli, “VAZ-21074 minik” markalı (buraxılış ili 2011, ban - XTA210740B3110655, mühərrik – 9833125, rəngi-qara) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA 019358 saylı xx.xx.2011-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh məxsus 2011ci il buraxılışlı, **-CG-*** dövlət qeydiyyat nömrəli “VAZ-21074 minik” markalı XTA210740B3110655 ban nömrəli avtomobil ipoteka müqaviləsinə əsasən “xxxx” ASC-nin Binəqədi filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında’'' Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanının surətinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "İddiaçı” QSC tərəfindən "xxxx” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər S-AVK-1365 saylı, xx.xx.2017-ci il tarixli təhviltəslim aktına əsasən "İddiaçı” QSC-yə təhvil verilmişdir. Həmin akta əsasən Cavabdeh banka əsas borc üzrə 4101 manat, faiz borcu üzrə 4472.63 manat olmaqla, cəmi 8573.63 manat məbləğində kredit borcu olmuşdur. xx.xx.2020-ci il tarixli 2745 saylı bildirişdən görünür ki, tələbin İddiaçı QSC-yə güzəşt edilməsi və yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İstinad edilən maddi hüquq normalarından göründüyü kimi kreditor olaraq iddiaçının borclu kimi cavabdehdən vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Lakin bu hüquq müəyyən zaman çərçivəsində gercəkləşdirilməldir. İş materiallarının 91-ci səhifəsində olan xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Cavabdeh nümayəndəsi və vəkili A.Ş.Qulamov İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair hazırki iş üzrə iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunmasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Konstitusiya Məhkəməsi həmin qərarında müəyyən etmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər. Tərəflər arasındakı münasibətlər müqavilə öhdəlikərinə şamil edilir ki, bu fəsildən yaranan mübahisələrə 3 illik iddia müddəti tətbiq edilir. Mövcud mübahisə üzrə kreditin ödəmə müddəti xx xxxxxxx 2015-ci il tarixə qədər müəyyənləşdirilmişdir. Həmin müqavilədən irəli gələn mübahisələr isə 3 il ərzində, yəni xx xxxxxxx 2018-ci il tarixədək qaldırıla bilərdi. Lakin iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə xx xxxxxxx 2020-ci il tarixdə müraciət etmişdir. Mülki qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşin faktiki halları ilə müəyyən olur ki, birinci instansiya məhkəməsi işə baxarkən Cavabdeh məhkəmə iclasında iştirakının təmin edilməsi üçün müvafiq tədbirlər görməmiş və çəkişmə, tərəflərin bərabərliyi prinsipi pozulmuşdur. Belə ki, iş materialının 30-cu səhifəsində olan DİN-nin BPQMİ-nin MAPS şöbəsi tərəfindən xx xxxxxxxx 2019-cu il tarixdə verilmiş arayışında görünür ki, Cavabdeh Sumqayıt şəhəri, X11, ev 4177 ünvanda qeydiyyatdadır və ona şəxsiyyət vəsiqəsinin xx xxxx 2013-cü il tarixdə verildiyi müəyyən edilir. Lakin iş materialının 31-ci səhifəsində olan xx xxx 2008-ci il tarixdə Sumqayıt ŞPİ QŞVŞ şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 36-cı məhəllə, ev 8/29, mənzil 16-da qeydiyyatdadır. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh ünvanlanmış məhkəmə bildirişləri ünvan 2ası göstərilsə də, sonuncuya məhkəmə bildirişlərinin lazımi qaydada hazırda qeydiyyatda olduğu və yaşadığı ünvana göndərilməsini və onun tərəfindən qəbul edilməsini təsdiq edən heç bir sübut əlavə olunmamışdır. Rəsmi qaydada verilməli olan məhkəmə sənədlərinin siyahısı göstərilmiş Azərbaycan Respublikası MPM-nin 134.1 və 134.1.4-cü maddələrinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə məhkəmə bildirişlərini rəsmi qaydada verməlidir. Məhkəmə aktlarının da daxil olduğu məhkəmə sənədlərinin rəsmən verilməsi anlayışını açıqlayan Azərbaycan Respublikası MPM-nin 135-ci maddəsinə əsasən, sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi Azərbaycan Respublikası MPM-nin 135.1 və 135.2-ci maddələrinin tələbinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədlərinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxslərin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlamış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. İş materialları ilə müəyyən olur ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və onun iştirakı olmadan işə baxılmışdır. Belə olan halda Cavabdeh kredit müqaviləsi əsasında tələb üzrə iddia müddətinin tətbiqi barədə ərizə vermək hüququndan məhrum olmuşdur ki, sonuncunun apelyasiya şikayəti verdikdə bu barədə ərizəsi qəbul edilib, iş materialları ilə birgə tədqiq edilməlidir. İşin həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, bank qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmədiyindən iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən işə işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini nəzə¬¬¬¬rə alaraq, işdə olan sübut¬¬¬ları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətlən¬¬¬dirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilib, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Məhkəmə kollegiaysı hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinən iddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 387.2, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh nümayəndəsi və vəkili A.Ş.Qulamovun verdiyi apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-6091/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia təmin edilməsin. İddia ərizəsinin məhkəmədə baxılması üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar