Məhkəmə qərarları › İş №2(105)-950/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-950/2021

13.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-950/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4371/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4371/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Emin Abdullayev) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və azyaşlı X7 ünvan 1 ünvanında yerləşən 69 saylı mənzilə yaşayış-istifadə hüquqlarının itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, qətnamə əsassızdır. ünvan 2 ünvanında yerləşən 69 saylı mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Ərazi İdarəsinin verdiyi Seriya MH ******* saylı Çıxarışa əsasən mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh1 onun qızıdır, 1996-cı ildə ailə qurmuş və həmin vaxtdan ünvan 2 ünvanında yerləşən 69 saylı mənzildə yaşamır. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Ayhan Fuad oğlu X1 övladlarıdır. Mənzildə həmçinin onun azyaşlı övladı X15 da qeydiyyatdadır. Hesab edir ki, cavabdehlərin həmin mənzilə yaşayış-istifadə hüququ itirilmiş hesab edilməlidir. Cavabdehlərin qeydiyyatda qalması onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir, cavabdehlərə görə adambaşına hesaba alınan kommunal xidmət haqlarını ödəməli olur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 4371/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4371/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan 16 saylı Mənzil-Kommunal sahəsinin 2825 saylı, 13.07.2020ci il tarixli arayışına əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən 69 saylı mənzildə (bundan sonra – mübahisəli mənzil) yaşayır. Cavabdehlər və azyaşlı X15 mübahisəli mənzildə qeydiyyatdadırlar. Həmin MKS-in sahə ustası Mircəfər Həbibov, habelə ünvan 1-də yerləşən 65 və 70 nömrəli mənzillərdə yaşayan X3 və X4 tərəfindən tərtib olunan və MKS tərəfindən təsdiq olunan aktda göstərilmişdir ki, Cavabdeh1 ailə qurmuş və mübahisəli mənzildə yaşamır. Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 21.10.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, Cavabdeh1 25.03.1997-ci il tarixində X5 ilə nikaha daxil olmuş və 27.12.2018-ci il tarixdə nikahları pozulmuşdur. Daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışa əsasən mübahisəli mənzil iddiaçının mülkiyyətinə 09.12.2006-cı ildə, ********* nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinin 03.11.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iş materariallarına istinadən cavabdehlərin mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacının aradan qalxdığını təsdiq edən yetərli sübut olmamasını, Cavabdeh1 adında hər hansı daşınmaz əmlakın olmaması, onun nikahının pozulması, cavabdehlərin mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyaclarının aradan qalxdığını sübut edə bilməməsini müəyyən edərək iddianı təmin etməmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 228.5-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının qızı olan cavabdeh Cavabdeh1 1997-ci ildə X5 ilə nikaha girmiş, 27.12.2018-ci il tarixdə nikahları pozulmuşdur. Bununla da müəyyən edilir ki, Cavabdeh1 mübahisəli mənzili 1997-ci ildə tərk etmiş, həmin tarixdən həmin evdə yaşamamış və istfiadə etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilə dair iddiaçının adına olan MH seriyalı, ******* saylı Çıxarış 09.12.2006-cı ildən verilsə də, iş materiallarında olan 16 saylı Mənzil Kommunal Sahəsinin 13.07.2020-ci il tarixli arayışından görünür ki, iş üzrə iddiaçı, onun ailə üzvləri, eləcə də Cavabdeh1 mübahisəli mənzil 05.08.1992-ci ildən, Cavabdeh2 1997-ci ildən, Aysel Bəbişova 1999-cu ildən qeydiyyatdadır. Göründüyü kimi, iş üzrə tərəflər mübahisəli mənzildə 1992-ci ildən yaşamağa bağladıqlarından, yəni araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarının 2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri daimi yaşamaq ücün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. İş materiallarında olan 13.07.2020-ci il tarixli aktdan görünür ki, Cavabdeh1 və övladları uzun müddətdir ki, mübahisəli mənzildə yaşamırlar. Eyni zamanda iş materiallarından görünür ki, cavabdehlərə göndərilmiş məhkəmə bildirişləri “Bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bununla da iş materialları ilə müəyyən edilir ki, cavabdehlər formal olaraq mübahisəli mənzildə qeydiyyatda olsa da 1997-cı ildən həmin mənzildə yaşamır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçının nəvələri, Cavabdeh1 övladlarıdır. Cavabdeh1 mübahisəli mənzildə qeydiyyatda olduğundan həmin uşaqlar da, eləcə də 2009-cu il təvəllüdlü Ayhan Bəbişli də mübahisəli mənzildə qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Məhkəmə kollegiyasına təqdim edilmiş Masallı rayon İcra Hakimiyyəti başçısının Həsənli kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 16.03.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 Masallı rayonu, Təkdam kəndində yaşayır. Təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Cavabdeh3 birgə nikahından 01.08.2016-cı il tarixdə Yaqub adlı uşaq doğulmuşdur. Təqdim edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Cavabdeh3 birgə nikahından 19.02.2018-ci il tarixdə Nazim adlı uşaq doğulmuşdur. Təqdim edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 24. Təqdim edilmiş nikah 02.2018-ci il tarixdə X8 ilə nikaha girmişdir. Təqdim edilmiş Masallı rayon İcra Hakimiyyəti başçısının Həsənli kəndi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 16.03.2021-ci il tarixli arayışından görünür ki, X16 Masallı rayonu, Həsənli kəndində yaşayır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Məhfurə Bəbişli 1997-ci ildə mənzili tərk edərən ailə qurması, 23 ildən artıq bir müddətdə həmin mənzildə yaşamamasını və bu müddət ərzində mənzildən istifadə hüquqlarını həyata keçirmək üçün hər hansı cəhd etməməsini, bundan əlavə, nikaha girərək həmin mənzildən kənarda yaşamasını onun və digər cavabdehlərin qeyd olunan mənzildə istifadə hüquqlarını saxlamaq niyyətinin olmaması, onların mənzildən birdəfəlik getməsi kimi qiymətləndirir. Həmçinin digər cavabdehlər Cavabdeh3 və Bəbişli Aytacın da nikaha girərək müvafiq olaraq Masallı rayonunun Təkdam və Həsənli kəndlərində yaşaması iş materialları ilə müəyyən edilir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin tətbiqi üçün həmin Məcəllənin 87-ci maddəsində göstərilən əsaslar, yəni cavabdehlərin daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməsi halı hazırki işdə mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 1997-ci ildə ailə quraraq iddiaçıya məxsus evi tərk etmiş, 1997 və 1999-cu ildə uşağı doğulmuş, həmin tarixdən hazırki günədək onun həmin mənzildə yaşamamışdır. Eləcə də müəyyən edilir ki, cavabdehlər Cavabdeh2 ailə quraraq Masallı rayonu, Həsənli kəndində, Cavabdeh3 ailə quraraq Masallı rayonu, Təkdam kəndində yaşayır. Eyni zamanda Cavabdeh1 1997-ci ildən evi tərk etdikdən sonra mübahisəli mənzildə yaşaması iş materialları ilə təkzib edlir. .Bu səbəbdən də cavabdehlərin mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4371/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İdiaçı İddiaçı apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4371/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 69 saylı mənzilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar