Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-950/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-771/2013 nömrəli qərardadından maraqlarına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: Şabran Rayon Məhkəməsinin 2(031)-771/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpağın plan və ölçüsünə dair sənədin və mülkiyyət sənədinin verilməsi tələbinə dair” iddiası təmin edilmişdir. Maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi həmin qətnamədən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şabran Rayon Məhkəməsinin 2(031)-771/2013 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Şabran Rayon Məhkəməsinin 2(031)-771/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinin müddəti ötürülməmiş hesab edilmiş və verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-568/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına (hakimlər – S.A.Qafari (sədrlik edən və məruzəçi), A.A.Mahmudov və A.H.Hüseynzadə) əsasən maraqlı şəxs Əmlak Məsələləri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Şabran Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 360, 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-771/2013 nömrəli qərardadı ilə Şabran Rayon Məhkəməsinin 2(031)-771/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-771/2013 nömrəli qərardadının ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-771/2013 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(031)-771/2013 nömrəli qətnaməsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə 27 yanvar 2025-ci il tarixində Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 01-2/2024 saylı məktubu ilə poçt zərfi ilə daxil olmuşdur. Həmin müddətədək qətnamənin mövcudluğundan məlumatı olmamışdır və apellyasiya şikayətinin verilməsi üçün 1 (bir) aylıq prosessual müddət buraxılmamışdır. Apellyasiya şikayəti isə 13 fevral 2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sistemi ilə verilmişdir. Qərardadda qeyd edilir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(031)-771/2013 nömrəli qətnaməsindən maraqlı tərəf Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi məlumatlı olmuşdur. Bildirmişdir ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(031)-771/2013 nömrəli qətnaməsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilməsi (rəsmi qaydada verilməsini) və alınmasını sübut edən heç bir məlumat, sənədə istinad yoxdur. Şabran Rayon Məhkəməsinin qərardadında göstərilənlərin tam əksinə olaraq bu işdə apellyasiya şikayətinin müddəti nəinki hansısa səbəbdən buraxılmışdır, əksinə ümumiyyətlə müddətin buraxılması halı mövcud deyildir, apelyasiya şikayəti vaxtında verilmişdir. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, Azəraycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı mаddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. Həmin Məcəllənin 364.1-ci maddəsinin tələbinə görə birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi Şabran Rayon Məhkəməsinin 2(031)-771/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə rəsmi qaydada verilməsini sübut edən heç bir sənədə istinad etməmişdir. Əksinə, mübahisələndirilən qətnamənin surətinin apellyasiya şikayəti verən həmin şəxsə yalnız xx.xx.2025-ci il tarixdən sonra təqdim edildiyi müəyyən olunur ki, bu da mövcud apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə, yəni qətnamənin rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verildiyini göstərir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, apellyator tərəfindən qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulan müddət ötürülməmişdir. Kollegiya həmçinin qeyd edir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi MPM-in 385.1-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Odur ki, şikayət qismən təmin olunmalı, Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-771/2013 nömrəli qərardadı ləğv edilməli və Şabran Rayon Məhkəməsinin 2(031)-771/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-in 152, 384, 398, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(031)-771/2013 nömrəli qərardadı ləğv edilsin. Şabran Rayon Məhkəməsinin 2(031)-771/2013 nömrəli, xx.xx.2013-cü il tarixli qətnaməsindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına təqdim edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-950/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-950/2025
25.06.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver