Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-958/2024 06.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və torpağın tam boşaldılaraq istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-56/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadı ilə (hakim C.Səfiyeva) iddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahələrinə dair üçüncü şəxslərin adına verilmiş çıxarışların ləğv edilməsi, plan və ölçü sənədlərinin etibarsız hesab edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(118)-2747/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb qutaranadək, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və torpağın tam boşaldılaraq istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 06 aprel 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Abşeron rayon Məhkəməsinin 2(012)-56/2024 nömrəli, 28 mart 2024-cü il tarixli qərardadından İddiaçı vəkili-nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və torpağın tam boşaldılaraq istifadəsinə qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçi kimi pozulmuş hüquqları bərpa edilərək cavabdehin ona məxsus olan Abşeron rayonu Masazır kəndində 0,0521 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsində apardığı bütün tikinti işləri onun hesabına sökülərək torpaq sahəsinin tam boşaldılaraq onun istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılması, cavabdehin mülkiyyətində olan torpaq sahəsini qanunsuz zəbt etmək faktı ilə bağlı Azərbaycan Respublikasının MPM-nin 265.4-cü maddəsinə əsasən xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin göstərilən nəticəsi ilə qətiyyən razılaşmır, onu əsassız və cavabdehin mənafeyi naminə çıxarılmış qanunsuz qərardad kimi qiymətləndirir. Məhkəmə qərardadında Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan hazırki iddia tələbi ilə iddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahələrinə dair üçüncü şəxslərin adına verilmiş çıxarışların ləğv edilməsi, plan və ölçü sənədlərinin etibarsız hesab edilməsi tələbinə dair inzibati mübahisə ilə hazırki mülki işin hüquqi əlaqəsinin nədən ibarət olmasını əsaslandırmamışdır. Bundan əlavə, məhkəmə tam qanunsuz olaraq Abşeron rayon Masazır Bələdiyyəsini hazırki iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb etmişdir. Bu barədə cavabdeh MTK-nın vəsatəti də mövcuddur. Belə ki, MTK ona qarşı olan iddiası inzibati məhkəmədə mümkünsüz sayıldığı üçün zəbt etdikləri mülkiyyətdən çıxmamaq üçün Abşeron rayon Masazır Bələdiyyəsi vasitəsilə İnzibati məhkəmədə yeni bir iddia qaldırmasına nail olmuş və bundan hazırki mülki işin baxılmasında öz mənafeləri üçün istifadə etməkdə davam edirlər. Bu barədə məhkəmənin nəzərinə dəfələrlə çatdırsa da, məhkəmə bu hallara nədənsə ciddi diqqət yetirmir. Abşeron rayon Masazır Bələdiyyəsini hazırki iş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb etsə də, Bələdiyyənin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahələrinə dair üçüncü şəxslərin adına verilmiş çıxarışların ləğv edilməsi, plan və ölçü sənədlərinin etibarsız hesab edilməsi tələbinə dair inzibati mübahisə ilə əlaqədar işə Sumqayıt İnzibati Məhkəməsində hakimi İ.Quliyevin icraatında işə baxılarkən mülki işin icraatının dayandırılmasına dair vəsatət rədd edilmiş və iş üzrə müvafiq ekspertiza təyin edilmiş və sonradan iş məhkəmə baxışına təyin edilmişdir (vəsatət şikayətə əlavə edilir). Məhkəmə baxışı zamanı yenidən eyni məzmunlu vəsatətlə müraciət edilərkən iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli sorğuların verilməsinə istinad edilməsi isə inzibati mübahisə ilə hazırki mülki işin hüquqi əlaqəsinin olması kimi qiymətləndirilə bilməz. Məhkəmənin özü tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan sahə ona verilmiş hüquqmüəyyənedici sənədlərdə göstərilən torpaq sahəsidir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, inzibati mübahisə üzrə Abşeron rayonu. Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin elektron baza məlumatlarına əsasən ümumi istifadədə olan sahə olubolmamasından asılı olmayaraq iddiaçı bu sahəni qüvvədə olan alqı-satqı müqaviləsinə əsasən vətəndaş X1 əvəzli qaydada əldə etmiş və X2 adına verilmiş mülkiyyət hüququna dair hazırda qüvvədə olan çıxarış vardır. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, iddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahələrinə dair üçüncü şəxslərin adına verilmiş çıxarışların ləğv edilməsi, plan və ölçü sənədlərinin etibarsız hesab edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2-1(118)- 2747/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxılarkən həmin iş üzrə iddiaçının nümayəndəsinə iddianın X3 münasibətdə uğurluluq ehtimalı baxımından iddia tələblərini dəqiqləşdirmək təklif edilmişdir. Lakin bələdiyyə məhz MTK- nın mənafeyi baxımından hazırki vaxta kimi həmin tələbini dəqiqləşdirmir və MTK-nın maraqları naminə mülki işdə əsassız vəsatətlər verməyə davam edir. MTK-nın hazırki işin baxılmasında maraqlı olması həm də onunla təsdiq edilir ki, hakim tərəfindən hazırki işin kommersiya məhkəməsinə aidiyyatı müzakirə edilərkən MTK özünün hüquqi şəxs olmasına istinad edərək işi aidiyyatı üzrə göndərilməsinə etiraz etməmişdir. Yaxşı ki, məhkəmə qarşı tərəfi olaraq sahibkar olmamağına dair mövqeyi dinlədikdən sonra bu məsələyə bir daha qayıtmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahələrinə dair üçüncü şəxslərin adına verilmiş çıxarışların ləğv edilməsi, plan və ölçü sənədlərinin etibarsız hesab edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 2- 1(118)-2747/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb qutaranadək, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma və torpağın tam boşaldılaraq istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə icraatın dayandırılması qənaətinə gəlmiş, bu nəticədən İddiaçı narazı qalaraq şikayət vermişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Göründüyü kimi Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından birinci instansiya məhkəməsi məhkəmənin icraatında olan hazırki iddia tələbi ilə iddiaçı Abşeron rayon Masazır Bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı torpaq sahələrinə dair üçüncü şəxslərin adına verilmiş çıxarışların ləğv edilməsi, plan və ölçü sənədlərinin etibarsız hesab edilməsi tələbinə dair inzibati mübahisə ilə əlaqədar işin icraatın dayandırılması barədə qərardad qəbul etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli və onunla bağlı 06 aprel 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli və onunla bağlı 06 aprel 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-958/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-958/2024
06.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver