Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-960/2021 14.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və X4 ibarət tərkibdə, məhkəmə katibi X5, iddiaçı Ərizəçi nümayəndəsi X2 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1837/2020 saylı qərardadından iddiaçı Ərizəçi verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1837/2020 saylı qərardadı ilə (hakim R.T.Həsənov) iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı daşınmaz əmlaka (pay torpağında) mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququ üzrə sahiblik faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina olunub, ona vəzifəli şəxsin hərəkətindən şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilməsi hüququ izah edilmişdir. İddiaçı Ərizəçi şikayəti verib, Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1837/2020 saylı qərardadının ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-1837/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı daşınmaz əmlaka (pay torpağında) mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququ üzrə sahiblik faktının müəyyən edilməsi tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edib, Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş Dövlət aktına əsasən ümumi 1.38 ha torpaq sahəsinin xüsusi mülkiyyətində olan 0.23 ha hissəsinə mülkiyyət hüququnun tanınması və həmin daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı Ərizəçi verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi xx xxxxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən Azərbaycan Respublikası MPM-nin 24.1, 25.1, 35.1, 152.1-152.4, 157.1-ci maddələrinin tələbləri pozulmuş və işin hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, xx xxxxxxx 2020-ci il tarixdə DƏDRX-nin 5 saylı X8 tərəfindən verilmiş arayışla dövlət aktlarının verilməsi kitabından keçmiş, arxivdə saxlanan nüsxəsi ilə eyni olan – “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən X1 adına digər ailə üzvləri ilə bərabər pay torpağı mövcuddur. O, özünə məxsus torpaq sahəsinin ayrılmasını və ona çıxarış verilməsini xahiş edir. Onun iddia tələbi ümumi məhkəməyə aid olsa da, birinci instansiya məhkəməsi hüquqlarınn dövlət qeydiyyatı ilə bağlı tələblərə inzibati qaydada baxılmalı olmasını bildirərək iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 şikayəti müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh Maraqlı şəxs məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdeh Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsinin yolverilməzliyə görə iddia ərizəsini icraata qəbul etməkdən imtina etdikdə hesab etmişdir ki, iddiaçının tələbi daşınmaz əmlaka (pay torpağında) mülkiyyət hüququnun tanınması və mülkiyyət hüququ üzrə sahiblik faktının müəyyən edilməsi məsələsi DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin səlahiyyətinə aiddir və o, əslində DƏDRXnin 5 saylı Ərazi İdarəsinin hərəkətini mübahisələndirmişdir. Ona görə də, iddiaçı vəzifəli şəxsin hərəkətindən və ya hərəkətsizliyindən şikayət ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya inzibati məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Göründüyü kimi, qanunvericilik mübahisələrin məhkəmə aidiyyətini müəyyən edərkən normativ hüquqi aktlara əsasən müdafiəsi məhkəmədənkənar qaydada həyata keçirilən hüquq və azadlıqların müdafiə olunmasını məhkəmədə baxılmalı olan işlərin dairəsindən istisna edir. Hüquq və azadlıqların müdafiəsinin digər orqanlar tərəfindən həyata keçirilməsi normativ hüquqi aktlarda nəzərdə tutulmuşdursa bu halda ərizəyə məhkəmədə baxılmalı deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1 və 2.2.2-ci maddələrinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) və inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçı ilk öncə torpaq sahəsində mövcud olan pay hüququnun öz adına rəsmiləşdirilməsi barədə ərizə ilə DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə rəsmi qaydada müraciət etməli, bundan imtina olunduğu halda inzibati aktın məcburi qaydada verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Daha öncə qeyd edildiyi kimi, iddiaçı iddia tələbində göstərdiyi əsaslarla ümumi məhkəməyə müraciət etmişdir. Halbuki, yuxarıda qeyd edilənlərə əsasən onun əsil niyyəti ilə bağlı mübahisənin həlli üçün o, torpaq sahəsinə dair müvafiq çıxarış almaq üçün cavabdehə rəsmi qaydada müraciət etməli, bundan imtina cavabı aldıqda Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən iddiaçının şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə görə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək apelyasiya instansiya məhkəməsinin səlahiyyətidir. Azərbaycan Repsublikası MPM-nin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Ərizəçi verdiyi şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(027)-1837/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Elman Əhmədov
Məhkəmə qərarları › İş №2(105)-960/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-960/2021
14.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver