Məhkəmə qərarları › İş №2(105)-962/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-962/2022

18.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-962/2022 18.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-4499/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh arasında Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində 03 saylı bağlanmış nikahının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, onunla İddiaçı arasında 05.04.2021-ci il tarixdə Azərbaycan Respublikası Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində 03 saylı bağlanmış nikahının etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(012)-5416/2021 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən Abşeron rayon Məhkəməsinə daxil olmuş iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın etibarsız sayılması tələbinə dair e-2(012)-5416/2021 saylı mülki iş Abşeron rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair 2(012)-4499/2021 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4499/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4499/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə X1 ilə İddiaçı arasında Oğuz Rayon İcra Hakimiyyəti başçısının Kərimli İcra Ərazi Dairəsi üzrə Nümayəndəliyində 05.04.2021-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi qət edilmişdir (hakim Habil Əhmədov). İddiaçı 07.12.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 2(012)-4499/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(012)-4499/2021 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair Abşeron Rayon Məhkəməsinin 2(012)-4499/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. İddiaçı 16.12.2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(012)-4499/2021 saylı qərardadından şikayət verərək, Abşeron rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(012)4499/2021 qərardadının ləğv edilməsini, əks təqdirdə mülki işin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 2(012)-4499/2021 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(012)-4499/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(012)-4499/2021 saylı qərardadının ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-4499/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə məhkəmənin 02.11.2021-ci il tarixli qərardadından şikayət verilmiş, həmin şikayət məhkəmənin 09.12.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmış, həmin qərardaddan verilmiş şikayət məhkəmənin 21.12.2021-ci il tarixli qərardadı ilə təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 09 dekabr 2021-ci il tarixli 2(012)-4499/2021 saylı qərardadının ləğv edilmiş, 02 noyabr 2021ci il tarixli qərardadından verilmiş şikayət baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Lakin birinci instansiyaməhkəməsi Abşeron Rayon Məhkəməsinin 2(012)- 4499/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadından verilmiş şikayətə Mülki- Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən münasibət bildirməmiş, mülki iş materiallarını şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Bu səbəbdən mülki iş materialları Abşeron Rayon Məhkəməsinin 2(012)- 4499/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 269-cu maddəsinə görə şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi qeyd edilən qanunvericilik normasının tələblərinə əməl etməyərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-4499/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qərardadından verilmiş şikayətə özü baxmamış, Mülki Prosessual Məcəllənin 269-cu maddəsi əsasında şikayətə qiymət vermədən baxılması üçün birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-4499/2021 saylı qərardadından İddiaçı verdiyi şikayətə birinci instansiya məhkəməsi baxmadığından, şikayət qeyri-mümkün hesab edilməli, iş həmin qərardaddan verilmiş şikayətə Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinə əsasən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 366.2, 366.4, 402-406-cı maddələrini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-4499/2021 saylı qərardadından İddiaçı şikayəti qeyri-mümkün hesab edilsin. Abşeron Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(012)-4499/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Mülki-Prosessual Məcəllənin 269-cu maddəsinə uyğun olaraq baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar