Məhkəmə qərarları › İş №2(105)-964/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-964/2025

17.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-964/2025 17.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəsx Maraqlı şəxsnə qarşı mülki iş üzrə (Açar sözlər: icraata xitam verilməsi) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəsx Maraqlı şəxsnə qarşı "tikiliyə mülkiyyət hüququnun müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 28 aprel 2015-ci il tarixli, 2(027)-829/2025 nömrəli qətnaməsindən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən MA seriyalı, ******* nömrəli, **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və MA seriyalı. ******* nömrəli, **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlarla mülkiyyət hüququ əsasında ona məxsus olan cəmi 0,6111 ha torpaq sahəsində tikdiyi bağ evinə faktiki ölçüləri müəyyən olunmaqla, mülkiyyət hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, MA seriyalı, ******* nömrəli, **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və MA seriyalı, ******* nömrəli, **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlarla Quba rayonu, Qəçrəş kənd ərazisində yerləşən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus 0,16 ha və 0,4511 ha torpaq sahəsi vardır. Maraqlı şəxsnə ona məxsus həmin torpaq sahəsində bağ evinin tikintisinə icazə verilməsinə dair sərəncam verilməsi üçün ərizə ilə müraciət etmiş və Maraqlı şəxs başçısının 30 dekabr 2012-ci il tarixli, 341№-li Sərəncamı ilə MA seriyalı, ******* nömrəli, **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və MA seriyalı, ******* nömrəli, **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlarla Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən xüsusi mülkiyyət hüququ əsasında ona məxsus cəmi 0,6111 ha torpaq sahəsində bağ evinin tikintisinə icazə verilmişdir. Bundan sonra həmin torpaq sahəsində tikinti işləri aparmışdır. Tikdiyi bağ evi tikinti normalarına uyğun tikilmiş, digər şəxslərin qanunla qorunan hüquqlarını və mənafelərini pozmur və sağlamlığı üçün təhlükə yaratmır. Tikinti aparılmış torpaq sahəsi mülkiyyətində olduğundan, məhkəmə inşa etdiyi bağ evinə mülkiyyət hüququnu müəyyən edə bilər.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********** qeydiyyat tarixi xx.xx.2012-ci il olan çıxarışdan görünür ki, Quba rayonu Qəçrəş kəndində ola 0,16 ha torpaq sahəsinə dair Ərizəçi mülkiyyət hüquqları əmlakın dövlət reyestri xidmətində qeydə alınmışdır.

5. Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Qusar rayon Notana Kontorunun xx.xx.2011-ci il tarixli, 4Ə-02-306 nömrəli alqı-satqı müqaviləsi, Quba rayon DNB nin xx.xx.2011-ci il tarixli, 4Ə/02-361 nömrəli müqaviləsi DTXK Quba rayon şöbəsini xx.xx.2002-ci il tarixli, JN- 0456J, N-0457 nömrəli Torpağa Mülkiyyət Hüququna X7 ilə Ərizəçi verilmiş 0,4511 ha torpaq sahəsi dövlət torpaq kadast kitabında xx.xx.2011-ci il tarixdə uçota alınmışdır.

6. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli, qeydiyyat nömrəsi ********** və qeydiyyat tarixi xx.xx.2011-ci il çıxarışdan görünür ki, Quba rayonu Qəçrəş kəndində ola 0,4511 ha torpaq sahəsinə dair Ərizəçi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınmışdır.

7. Maraqlı şəxs başçısının 30 dekabr 2012-ci tarixli, 341 saylı sərəncamından görünür ki, Ərizəçi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışlar (Seriya MA №0302997 reyestr nömrəsi **********69, seriya MA №0382435, reyestr nömrəsi **********92)-Qəçrə kəndində yerləşən və mülkiyyətində olan ümumilikdə 0,6111 ha torpaq sahəsində yüngül konstruksiyalı elementlərdən ibarət bağ evinin və yardımçı binaların ucaldılmasına icazə verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Quba Rayon Məhkəməsinin 28 aprel 2015-ci il tarixli, 2(027)-829/2025 nömrəli qətnaməsi ilə (hakim Zamin Tahirov) ərizənin təmin olunması, Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən MA seriyalı, ******* nömrəli, **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və MA seriyalı, ******* nömrəli, **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlarla mülkiyyət hüququ əsasında ona məxsus olan cəmi 0,6111 ha torpaq sahəsində tikdiyi bağ evinə faktiki ölçüləri müəyyən olunmaqla, Ərizəçi mülkiyyət hüququnun müəyyən olunması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3, 240.1, 240.2 və 157.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2, 311, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

10. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətini 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə Quba Rayon Məhkəməsinə apellyasiya şikayəti verilmişdir.

11. Quba Rayon Məhkəməsinin 19 may 2025-ci il tarixli, 2(027)-829/2015 nömrəli qərardadı ilə (hakim Aydın Babayev) Quba Rayon Məhkəməsinin 28 aprel 2015-ci il tarixli, 2(027)-829/2015 saylı qətnaməsindən mülki iş üzrə işdə iştirak etməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin hüquq və vəzifələrinə toxunmasının müəyyən edilməsi, apellyasiya şikayətinin mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

12. Quba Rayon Məhkəməsinin 28 aprel 2015-ci il tarixli, 2(027)-829/2025 nömrəli qətnaməsi ilə razılaşmayan marağına toxunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sənədlərin araşdırılması zamanı aşkar olunmuşdur ki, məhkəmə tərəfindən mülkiyyət hüquqları müəyyən edilmiş fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin qeyri-kənd təsərrüfatı məqsədilə ayrılması, istifadə edilməsi və orada fərdi yaşayış evlərinin inşa edilməsi qanunverilicikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.1-ci maddəsinə əsasən torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır. Həmçinin sözügedən Məcəllənin 12.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri, meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir. Həmçinin, Torpaq Məcəlləsinin 12.4cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. Yuxarıdakı qanunvericilik normalarının məzmunundan da göründüyü kimi kənd təsərrüfatlı torpaq sahələrində bağ evi inşa edilə və onun üzərində mülkiyyət hüququ müəyyən edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)- 829/2015 saylı qətnaməsinə əsasən sözügedən mülki iş xüsusi icraat qaydasında baxılmış və ərizəçi qismində Ərizəçi, maraqlı şəxs qismində isə Maraqlı şəxs göstərilmişdir. Göründüyü kimi müvafiq mülki iş üzrə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəf olaraq cəlb edilməmiş və məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Dövlət orqanının üzərinə öhdəlik və ya vəzifə qoymaq üçün mübahisə tərəfi olmalıdır, həmçinin bu vəzifə və öhdəliklərin icrası onun hakimiyyət səlahiyyətlərinin icrası ilə bağlı olduğu üçün publik hüquq münasibətlərinə aiddir. Lakin dövlət orqanının publik hüquq münasibətlərindən irəli gələn məsələlərə mülki deyil, inzibati icraat çərçivəsində baxılmalıdır. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (“İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmənin 2015-ci il 10 aprel tarixli Plenum qərarı). Həmçinin bildirir ki, qətnamənin qəbul edildiyi zaman İnzibati Məhkəmələr mövcud idi və yuxarıda qeyd olunan müvafiq Plenum qərarından da göründüyü kimi qətnamədə qeyd edilən tələbə inzibati məhkəmə icraatı çərçivəsində baxılmalı idi. Əlavə olaraq bildirir ki, xüsusi icraat qaydasında baxılmalı olan işlərin siyahısı Mülki Prosessual Məcəllənin 307-ci maddəsində öz əksini tapmışdır. Lakin “mülkiyyət hüququnun müəyyən olunması” adlı bir fakt növü müəyyən edilməmişdir. Yuxarıdakılardan da göründüyü kimi Quba Rayon Məhkəməsi tərəfindən həm mübahisənin məhkəmə aidiyyəti ilə bağlı qanunvericiliyin tələbləri kobud surətdə pozulmuş, həm də torpaq sahəsinin məqsədli təyinatına və sair aydınlıq gətirilmədən özbaşına tikiliyə mülkiyyət hüququ müəyyən edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

16. İş üzrə marağına toxunan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin və Maraqlı şəxs nümayəndələri məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi marağına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.5. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə;

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə tədqiq edib hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv olunmalı, apellyasiya şikayəti təmin edilməli və iş üzrə icraata xitam verilməlidir.

20. Belə ki, məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, Quba rayonu Qəçrəş kəndi ərazisində yerləşən MA seriyalı, ******* nömrəli, **********92 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və MA seriyalı. ******* nömrəli, **********69 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlarla mülkiyyət hüququ əsasında ona məxsus olan cəmi 0,6111 ha torpaq sahəsində tikdiyi bağ evinə faktiki ölçüləri müəyyən olunmaqla, mülkiyyət hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə ərizə təmin edilmişdir.

22. Həmin qətnamədən marağına toxunan şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətini 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən, hazırkı halda işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmamasına əhəmiyyət verməmiş, həmin tələblə bağlı iş üzrə icraata xitam vermək əvəzinə, ərizəyə mahiyyəti üzrə baxıb onu təmin etməklə prosessual hüquq normalarını pozmuşdur.

24. Qanunvericiiyin tələbinə görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir.

25. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4№-li Qərarında qeyd olunmuşdur ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

26. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlarla mülkiyyət hüququ əsasında ona məxsus olan cəmi 0,6111 ha torpaq sahəsində tikdiyi bağ evinə faktiki ölçüləri müəyyən olunmaqla, mülkiyyət hüququnun müəyyən olunmasını xahiş etmişdir.

28. Kollegiyanın qənatincə iddia tələbi inzibati orqanın qanunla ona həvalə edilmiş inzibati funksiyanın yerinə yetirilməsi ilə bağlıdır. Evə dair plan ölçünün müəyyən olunması, mülkiyyət hüququnun müəyyən edilməsi hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirməsinin nəticəsidir. İddianın faktiki əsası inzibati orqanın publik hüquq münasibətlərindən irəli gələn fəaliyyəti təşkil etdiyindən bu məsələlərə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaya mülki məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxıb onu təmin etməklə prosessual hüquq normalarını pozmuşdur. Bu da Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətdə göstərilən dəlillərə qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməli, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilməli, iddiaçıya həmin tələbi inzibati qaydada mübahisələndirmək hüququ izah edilməlidir.

31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 365, 391, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Marağına toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Quba Rayon Məhkəməsinin 28 aprel 2015-ci il tarixli, 2(027)-829/2025 nömrəli qətnaməsi ləğv olunsun. Ərizəçi maraqlı şəsx Maraqlı şəxsnə qarşı "tikiliyə mülkiyyət hüququnun müəyyən edilməsi" barədə ərizəyə dair işin icraatına işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilsin. Ərizəçiyə həmin tələblə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar