Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-970/2024 08.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X9 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “miras əmlakın adına rəsmiləşdirilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-456/2020 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərardadından X5 və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlərə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı miras əmlakın adına rəsmiləşdirilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, mərhum X2nun yeganə vərəsəsi kimi anaları X10 tanınması ilə bağlı, xx.xx.2012-ci il tarixli 2V-1324 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, ünvan 1 nömrəli miras əmlakın adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-456/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı miras əmlakın adına rəsmiləşdirilməsi tələbinə dair iddiası təmin edilmiş, İddiaçı tərəfindən miras əmlak olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi faktiki qəbul edildiyindən həmin evə onun 1/1 hissədə vərəsəlik hüququnun tanınması qət edilmişdir (hakim Rahim Həsənov). Həmin qətnamədən X8 və X5 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-456/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(027)-456/2020 nömrəli qərardadı ilə həmin apellyasiya şikayətləri qeyd edilən qətnamə onların mənafeyinə toxunmadığından qətnamə qüvvəyə mindiyindən və icra olunduğundan sözügedən qətnamədən onların apellyasiya şikayəti vermək hüququ olmadığından geri qaytarılmışdır (hakim Rahim Həsənov). Quba Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, 2(027)-456/2020 nömrəli qərardadından X8 və X5 ayrı-ayrılıqda şikayət verərək, həmin qərardadı ləğv edərək, apellyasiya şikayətlərinin qəbul edilməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər Qəbul edilmiş qətnamə maraqlarına toxunan şəxslər X5 və X8 tərəfindən ayrıayrılıqda şikayətlər verilsə də, hər iki şikayət eyni məzmunlu olub onunla əsaslandırılmışdır ki, 2023-cü ilin noyabr ayında mübahisə predmeti olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayan anaları Cavabdeh İddiaçı tərəfindən evdən çıxması barədə təzyiq edildikdən sonra bilmişlər ki, belə bir məhkəmə qətnaməsi mövcuddur. Bundan sonra onlar, anaları Cavabdeh vasitəsilə qətnamənin surətini xx.xx.2023-cü ildə əldə etmişlər. Qətnamədən də görünür ki, anaları Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılaraq qərar çıxarılmışdır.İddiaçı mərhum X2nun yeganə vərəsəsi kimi anası X10 tanınması ilə bağlı xx.xx.2012-ci il tarixli,2V-1324 nömrəli vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Quba şəhəri, SMU-30, ev17 nömrəli miras əmlakın adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Sonradan həmin vərəsəlik hüququ haqqında şəhadətnaməyə və anasının ölümündən sonra yeganə vərəsə olmasına əsasən Quba şəhəri, SMU-30, ev17 nömrəli ünvanda yerləşən miras əmlakı onun tərəfindən faktiki qəbul edildiyindən həmin evə tam şəkildə 1/1 hissədə vərəsəlik hüququnun tanınmasını xahiş etmişdir. Məhkəmə qətnamə qəbul edərkən Türkanə, Bahar və Məshətini maraqlı şəxs qismində məhkəmə prosesinə cəlb etmək əvəzinə heç bir məlumat verməmiş, iddiaçının sifarişini icra etmişdir. Bununla da onların mərhum X2ndan miras qalmış əmlakdan pay almaq hüququ süni şəkildə məhdudlaşdırılmışdır. Halbuki ataları X11 xx.xx.2002-ci il tarixdə vəfat edərkən ailəvi qaydada birgə yaşamışlar. Yəni mübahisə predmeti olan Quba şəhəri, SMU-30, ev17 ünvanda yerləşən fərdi yaşayış evində X2, anaları Cavabdeh, Bahar, Türkanə və Məshəti həmin evdə yaşamışlar və ataları X6 vəfatından sonra da həmin evdə yaşamaqla atalarından miras qalmış həmin evə münasibətdə miras tərəflərindən faktiki olaraq qəbul edilmişdir. X2 vəfat edərkən X3 9 yaşı, Əsədova(Kərimova) Türkanə Əhmədağa qızının 7yaşı, Əsədova(Babayeva) Bahar Əhmədağa qızının 1 yaşı olmuşdur. İddiaçı xx.xx.1989-cu il təvəllüdlü olmaqla X2nun rəsmi nikahda olduğu X10 birgə nikahlarından doğulmuş ögey bacılarıdır. Onun anası X14 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-456/2020 nömrəli, 08 aprel 2024-cü il tarixli qərardadından X8 və X5 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər təmin edilməmiş, şikayətlərin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Rahim Həsənov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayətlər mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətləri və iş materiallarını nəzərdən keçirib hesab edir ki, qəbul edilmiş qətnamə maraqlarına toxunan şəxslər X5 və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-456/2020 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-456/2020 saylı qətnaməsindən qəbul edilmiş qətnamə maraqlarına toxunan şəxslər X5 və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qəbulu məsələsinə yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qərardadı onunla əsaslandırmışdır ki, X8 və X5 iş üzrə tərəf olmadıqlarından, qeyd edilən qətnamə onların mənafeyinə toxunmadığından, qətnamə yalnız iki şəxsə münasibətdə təmin olunduğundan, qətnamə qüvvəyə mindiyindən və icra olunduğundan X8 və X1 qeyd edilən qətnamədən apelyasiya şikayəti vermək hüququ yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, İddiaçı mərhum X2nun həmçinin X7, X5 və X8 adlı övladları da vardır. Buna görə də onların maraqlarına toxunan şəxs kimi birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermək hüquqları vardır. Onların miras əmlakdan paylarının olub-olmaması məsələsinə isə işə mahiyyəi üzrə baxılarkən hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər.Qeyd edilən maddənin də tələblərindən aydın olur ki, məhkəmə qərardad çıxararkən işdə iştirak edən şəxslərə məlumat verməklə onların da şikayət vermə hüququnu təmin etməli idi. Beləliklə də, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-456/2020 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli, 2(027)-456/2020 saylı qətnaməsindən qəbul edilmiş qətnamə maraqlarına toxunan şəxslər X5 və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qəbulu məsələsinə MPM-nin 364.2-ci maddəsinin tələbləri baxımından yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhəkəməsi üçün məcburidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X5 və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş şikayətlər qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-456/2020 nömrəli, 11 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin. X5 və X8 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin qəbulu məsələsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364.2-ci maddəsinin tələbləri baxımından yenidən baxılması üçün iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-970/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-970/2024
08.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver