Məhkəmə qərarları › İş №2(105)-974/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-974/2025

25.06.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-974/2025 25.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, X9 qızının katibliyi ilə, İddiaçı cavabdehlər N.Tusi adına X3 və N.Tusi adına X2 baş direktoru X4 qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin sədrinə və bütün məhkəmə tərkibinə İddiaçı tərəfindən edilmiş etiraza Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X3 və X2 baş direktoru X4 qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 baş direktoru X6 tərəfindən verilmiş “Şəxsi işinə tikilməklə ciddi xəbərdarlıq elan edilməsinə dair” xx.xx.2024-cü il tarixli, 190 saylı əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işə baxan hakimə - Şamaxı Rayon Məhkəməsinin sədri Fərid Yaqubova və bütün məhkəmə tərkibinə etiraz etdiyini göstərərək, işin digər məhkəmənin icraatına verilməsi məsələsinin həlli üçün, etirazın Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, N.Tusi adına X2 baş direktoru Namiq Cəlilov tərəfindən ona verilmiş “şəxsi işinə tikilməklə ciddi xəbərdarlıq elan edilməsinə dair” xx.xx.2024-cü il tarixli, 190 saylı əmrinin ləğv edilməsini Şamaxı Rayon Məhkəməsindən xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-795/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1, 149.2.2-ci və 149.2.3-cü maddələrinin tələblərini guya pozmuşdur. Ona görə də həmin qərardaddan şikayət vermişdir. O, xx.xx.2025-ci il tarixdə həmin qərardaddan şikayət vermiş və sübut etmişdir ki, sözügedən iddia ərizəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.1, 149.2.2-ci və 149.2.3-cü maddələrinin tələblərini həqiqətən də pozmamışdır. Bundan sonra Şamaxı Rayon Məhkəməsi tərəfindən ona bildiriş göndərildi ki, bu iddia ərizəsi icraata qəbul edilib və xx.xx.2025-ci il tarixdə, saat 11:15-də məhkəmə iclasında iştirakı zəruridir. Bu təsdiq etdi ki, məhkəmə N.Tusi adına X2 baş direktoru Namiq Cəlilova xoş etməkdən ötəri ona qarşı süründürməçilik edib, iddia ərizəsinin düzgün guya yazılmaması ilə əlaqədar bir neçə gün əvvəl imzaladığı qərardadı sonradan ləğv edib icraata götürmüşdür. Şamaxı Rayon Məhkəməsinin sədri və hakimi ona qarşı bundan qabaq da eyni qanunsuzluğu törətmişdir. Belə ki, surətini bu ərizəyə daxil etdiyim Şamaxı Rayon Məhkəməsinin 2(074)-710/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, haqlı və əsaslı iddia tələbi təmin edilməmişdir. Bundan apellyasiya şikayəti vermişdir. Surətini bu ərizəyə daxil etdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1602/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-710/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan kassasiya şikayəti vermişdir. Surətini bu ərizəyə daxil etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-544/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1602/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə mülki icraata xitam verilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında aşkar surətdə yazılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1602/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsində maddi və prosessual hüquq normaları pozulmuşdur. Ali Məhkəmənin 2(102)-544/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında həm Sumqayıt Apellyasiya Məhkəməsi, həm də Şamaxı Rayon Məhkəməsi bilavasitə bu məsələyə mülki iddia icraatı qaydasında baxılmalı olmadığı açıq-aydın bildirilmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh N.Tusi adına X2 nümayəndəsi Nümayəndə iş üzrə Şamaxı Rayon Məhkəməsinin sədrinə və bütün məhkəmə tərkibinə edilmiş etirazı əsassız hesab edərək, təmin olunmamasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 2(074)-795/2025 nömrəli 27 may 2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər N.Tusi adına X3 və N.Tusi adına X2 baş direktoru X4 qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə iddiaçı tərəfindən verilmiş etiraz ərizəsinin həll edilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 22.5-ci maddəsinə əsasən, əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən, hakimin işə baxılmasına aşağıdakı hallarda yol verilmir: 19.1.1. O, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada hakim vəzifəsinə təyin edilməmişsə; 19.1.2. O, Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq işin baxılması üçün nəzərdə tutulmuş hakim deyildirsə; 19.1.3. O, əvvəllər hakim kimi, birinci instansiya məhkəməsində, apellyasiya və kassasiya instansiyalarında, həmçinin yeni açılmış hallar üzrə işin mahiyyəti üzrə baxılmasında iştirak etmişsə; 19.1.4. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi, yaxud vəkili olmuşsa və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.1.5. o, məhkəmədə baxılan mübahisə üzrə əvvəllər tərəflər arasında mediasiya prosesində mediator kimi iştirak etmişdirsə; 19.1.6. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; 19.1.7. onun şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 19.3-cü maddəsinə əsasən, bir-biri ilə qohum olan şəxslərin işə baxan məhkəmə tərkibində iştirakına yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallardan hər-hansı biri mövcud olmadığından İddiaçı birinci instansiya məhkəməsinə verdiyi etirazı əsassızdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, əvvəllər tərəflər arasında olan başqa bir mübahisə üzrə mülki işə baxması hakim tərəfindən hazırkı işə ədalətli və qərəzsiz baxılacağına şübhə yaratmır və bu işə baxan hakimə etiraz edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 8-ci maddəsinə əsasən, 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. 8.3. Bu Məcəllənin 8.2ci maddəsində nəzərdə tutulmuş əsaslara görə işdə iştirak edən şəxslərə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2005-ci il 24 noyabr tarixli 3 nömrəli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarının 1-ci maddəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. Həmin qərarın 2.2-ci maddəsində qeyd edilir ki, “hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir”. Bununla əlaqədar qeyd edilməlidir ki, Mülki Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, məhkəməyə etiraz edən tərəf etirazın əsaslarını sübut etməlidir. Etirazın əsaslarına dair sübut təqdim edilmədikdə, etiraz işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı tərəfindən Şamaxı Rayon Məhkəməsinin sədrinə və bütün məhkəmə tərkibinə edilmiş etiraz təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 22.6-cı maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 22.5 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdehlər N.Tusi adına X3 və N.Tusi adına X2 baş direktoru X4 qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin sədrinə və bütün məhkəmə tərkibinə edilmiş etiraz təmin edilməsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar