Məhkəmə qərarları › İş №2(105)-979/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-979/2022

17.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-979/2022 17.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsindən və üzərində tikilmiş fərdi yaşayış evindən çıxarılma tələbinə dair ilk, Cavabdeh1 İddiaçı qarşı yaşayş evindən istifadə hüququnun müəyyən edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(027)-1827/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(027)-1827/2021 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilmiş, Cavabdeh2 ilkin iddianı qəbul etməsinin təsdiq edilməsi, İddiaçı məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir (hakim Samir Məmmədov). Qətnamədən ilk iddia üzrə Cavabdeh1 apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(027)-1827/2021 nömrəli qətnaməsinin, ilk iddianın ona münasibətdə təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, ilk iddianın ona münasibətdə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İ Ş İ N H A L LA R İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əri X3 məxsus Torpağın Mülkiyyətə verilməsinə dair JN-031F Kod 30304018 nömrəli Şəhadətnaməyə əsasən 0,10 ha torpaq sahəsinə və üzərində tikdiyi fərdi yaşayış evinə gəlini Cavabdeh1 və oğlu Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, Cavabdeh1 və Cavabdeh2 ona məxsus Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, Quba rayonu, Alekseyevka kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-031F KOD ******* nömrəli şəhadətnaməyə əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan 0,10 ha torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ İlk iddia üzrə Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. İlkin iddianın ona münasibətdə təmin edilməsi və qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməlidir. Bildirir ki, 02.12.2015-ci il tarixdə İddiaçı oğlu Cavabdeh2 ilə ailə quraraq həmin şəxsin və digər üç ailə üzvünün mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Halhazırda Cavabdeh2 ilə birgə nikahdan olan üç övladı ilə orada yaşayır. Həmin evə köçərkən evin mülkiyyət sənədi olmamışdır. Mülkiyyət hüququna dair sənəd 2021-ci ildə alınmışdır. Qeyd edilən evə cavabdehin razılığı ilə köçmüşdür, həmin evə daimi yaşayış yeri olaraq köçüb, mübahisəli evdən cavabdehlə bərabər surətdə istifadə etmək hüququ vardır. Ona görə də hesab edir ki, ilk iddia ona qarşı əsassız olduğundan təmin edilməməli, qarşılıqlı iddia tələbi isə təmin edilməli idi. Həmçinin qeyd edir ki, Cavabdeh2 iddiaçı ilə eyni mövqeydədir, onun iddianı qəbul etməsi formaldır. Cavabdeh2 də evi anası ilə birgə tərk edərək onunla nikahın pozulması barədə məhkəməyə müraciət edib. Odur ki, Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(027)-1827/2021 nömrəli qətnaməsinin, ilk iddianın ona münasibətdə təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, ilk iddianın ona münasibətdə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, fərdi yaşayış evi ona məxsusdur. Cavabdehin orada yaşamasına etiraz edir. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiaysının iclasında üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi X14 izahatında göstərdi ki, hazırki işdə üçüncü şəxs qismində cəlb edilsələr qətnamə onların hüquqlarına toxunmur. Qərar qəbul edilməsini məhkəmənin mülahizəsin buraxır. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmunundan görünür ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ilk iddianın ona münasibətdə təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi, ilk iddianın ona münasibətdə rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə müzakirə edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, X6 ilə X12 arasında 04.10.1986-cı il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan AZ-İİ 113193 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 03.10.2020-ci il tarixdə vəfat etmişdir; İş materiallarında olan Quba rayonu Alekseyevka bələdiyyəsinin 360 nömrəli 02.08.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı Quba rayonu, Alekseyevka kəndində mərhum əri X2 adına olan 0,10 ha həyətyanı torpaq sahəsində 2005-ci il tarixdə tikilmiş iki mərtəbəli altı otaqlı yaşayış evi vardır. Hal-hazırda İddiaçı həmin evdə ailəsi ilə birlikdə yaşayır; İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 13.07.2021-ci il tarixli 2105 nömrəli məktubundan görünür ki, İddiaçı və Cavabdeh2 03.10.2020-ci il tarixdə vəfat etmiş X2 qanun üzrə vərəsələri sırasına daxildir. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-031F 30304018 nömrəli şəhadətnaməyə əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının 24.02.2000-ci il tarixli 02 saylı qərarı ilə X6, İddiaçı, X7, Cavabdeh2 və X4 0,10 ha torpaq sahəsi verilmişdir; İş materiallarında olan 06.09.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, X8, X9 və Cavabdeh2 ümumi sahəsi 0.1 ha olan torpaq sahəsini və 205.2 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə özlərinə məxsus hissələrini anaları İddiaçı bağışlamışlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət reyestri Xidmətinin çıxarışın surətindən (qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi 07.09.2021) görünür ki, Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Quba RİHB-nın Alekseyevka İƏD üzrə nümayəndəliyinin 08.09.2021-ci il tarixli 903 saylı arayışından görünür ki, Cavabdeh1 Quba rayonu, Alekseyevka kəndində qeydiyyatsız yaşayır; İş materiallarından müəyyən edilir ki, Salmanov X1 Südabə Rövşən qızı ilə 02.12.2015-ci il tarixdə nikah bağlamış, tərəflərin birgə nikahından Ayla, Aylin və Mövlan adında uşaqları doğulmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət reyestri Xidmətinin çıxarışına əsasən Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisinin hazırda ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı olması, Cavabdeh1 Cavabdeh2 ilə 02.12.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli ünvana gəlin köçməsini, həmin tarixdə fərdi yaşayış evinin Dövlət reyestrində qeydə alınmasa da, üzərində inşa edildiyi torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-031F 30304018 nömrəli şəhadətnaməyə əsasən, Quba rayon Aqrar İslahat Komissiyasının 24.02.2000-ci il tarixli 02 saylı qərarı ilə X6, İddiaçı, Cavabdeh2 və digər ailə üzvlərinə 0,10 ha torpaq sahəsinin verilməsini, bununla da X2 həmin tikiliyə gözlənilən mülkiyyət hüququ yaranmasını, 03.10.2020-ci il tarixdə isə X2 vəfat etməsini, Cavabdeh1 2015-ci ildə həmin ünvana gəlin köçərkən keçmiş mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmasa da, 07.09.2021-ci il tarixdən əmlak reyestrdə qeydə alındığndan, istifadə hüququnun yaranması üçün o, yeni mülkiyyətçi və onun ailə üzvü hesab edilməyən İddiaçı ilə notarial qaydada təsdiq edilmiş və reyestrdə qeydə alınmış razılaşma bağlamalı olmasını, bu cür razılaşmanın mövcud olmamasını, ilkin iddia üzrə Cavabdeh2 ilkin iddiaçının ailə üzvlərindən biri, yəni doğma oğlu olsa da, məhkəməyə verdiyi izahatında ilkin iddianı qəbul edərək, faktiki olaraq anasına məxsus evdə yaşamadığını qeyd etmiş və onun və ailə üzvlərinin evdən çıxarılmasına etiraz etmədiyini bildirməsini, həmçinin, 06.09.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən göründüyü kimi, Cavabdeh2 ümumi sahəsi 0.1 ha olan torpaq sahəsinin və 205.2 kv.m olan fərdi yaşayış evinin paylı mülkiyyət üzrə özünə məxsus hissəsini anası İddiaçı bağışlamasını müəyyən edərək ilk iddianı Cavabdeh1 münasibətdə təmin etmiş, həmçinin qarşılıqlı iddia tələbini təmn etməməmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 152, 157, 228-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin R.Ağalarovun işi üzrə 26 sentyabr 2007-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiyanın 29-cu maddəsinin İV hissəsi mülkiyyət hüququnun iki mühüm hüquqi təminatını ehtiva edir. Birinci təminata görə heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum oluna bilməz. Bu hal digər mənaların mövcudluğu ilə yanaşı, məhkəmə qərarı olmadan hər hansı dövlət orqanı və ya vəzifəli şəxslərin hansısa məqsədəmüvafiqliyə və ya hətta qanuna istinadən mülkiyyətçinin iradəsinin ziddinə olaraq mülkiyyət hüququndan məhrum olunmasına qadağa qoyur. İkinci təminat isə ondan ibarətdir ki, mülkiyyətin dövlət və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu cür müddəa mülkiyyət hüququna hörmətlə yanaşılması ruhunda yazılmış yuxarıda göstərilən beynəlxalq hüquq normalarından irəli gəlir. Həmin normaları tətbiq edən beynəlxalq hüquq qurumları öz qərarlarında mülkiyyət hüququnun tərkib hissələrinin əsas elementlərinin əhəmiyyətinə xüsusi diqqət yetirirlər». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhinə dair” 27 may 2008-ci il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Ayrıca olaraq vurğulanmalıdır ki, mülkiyyət barəsində sərəncam verilməsi əqdlərin bağlanması yolu ilə və ya digər hüquqi aktların qüvvəsinə görə mümkündür» (R.Ağalarovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında “ailə üzvlərinin” və “digər qohumların” anlayışına şərh verilmişdir: “Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. Həmin Qərara əsasən “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Südabə Salmanovaya münasibətdə ilk iddia və qarşılıqlı iddia tələbinə dair gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərhinə dair” 27 may 2008-ci il tarixli qərarına əsasən, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında “ailə üzvlərinin” və “digər qohumların” anlayışına şərh verilmişdir: “Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. Həmin Qərara əsasən, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir”. Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət reyestri Xidmətinin çıxarışına əsasən Quba rayonu, Alekseyevka kəndində yerləşən 0,10 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyətçisinin hazırda İddiaçı məxsusdur. Cavabdeh1 Cavabdeh2 ilə 02.12.2015-ci il tarixdə rəsmi nikaha daxil olaraq mübahisəli ünvana gəlin köçmüşdür. Baxmayaraq ki, həmin tarixdə fərdi yaşayış evi Dövlət reyestrində qeydə alınmasa da, üzərində inşa edildiyi torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN-031F 30304018 nömrəli şəhadətnaməyə əsasən, 0,10 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 24.02.2000-ci il tarixli 02 saylı qərarı ilə X6, İddiaçı, Cavabdeh2 və digər ailə üzvlərinə verilmişdir ki, bununla da, X2 həmin tikiliyə gözlənilən mülkiyyət hüququ yaranmışdır. 03.10.2020-ci il tarixdə X6 vəfat etmiş, 07.09.2021-ci il tarixdə əmlak reyestrdə İddiaçı adına qeydə alınmışdır. İş materiallarından müəyyən edilir ki, Cavabdeh1 əri, eyni zamanda digər cavabdeh olan Cavabdeh2 izahatında bildirmişdir ki, həmin evdə yaşamır, onun və ailə üzvlərinin evdən çıxarılmasına da etiraz etmir. Bununla da müəyyən edilir ki, Cavabdeh1 2015-ci ildə həmin ünvana gəlin köçərkən fərdi yaşayış evinin sahibi olmuş X6 ilə, daha sonra isə əmlak İddiaçı adına reyestrdə qeydiyyata alındıqdan sonra onunla istifadə hüququnun yaranması üçün yazılı razılaşma bağlamamışdır. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Hazırki işdən görünür ki, ilk iddia üzrə Cavabdeh1 ilə mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi İddiaçı arasında fərdi yaşayış evindən istifadə hüququnun yaranması, həyata keçirilməsi barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma mövcud deyildir. Hazırki iş materiallarından görünür ki, mübahisəli fərdi yaşayış evi iddiaçıya məxsusdur. Göründüyü kimi iddiaçı mübahisəli fərdi yaşayış evinin mülkiyətçisidir. Cavabdehin mübahisəli evdən istifadə etməsi, evə istifadə hüquqularının tanınması, müəyyən edilməsi hər hansı qanuni əsasa söykənmir. Yəni, onun mübahisəli evə hər hansı hüququ mövcud deyildir. Bu səbəbdən də məhkəmə kollegiyası qeyd edir ki, ilk iddia tələbi əsaslı olduğundan, qarşılıqlı iddia tələbi də təmin edilə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilk iddia tələbini Cavabdeh1 Rəvşən qızına münasibətdə təmin edərkən, həmçinin qarşılıqlı iddia tələbini rədd edərkən işin hallarına və qanunvericilik normalarına düzgün istinad edərək gəldiyi nəticədə haqlı olmuşdur. Bu baxımdan məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirərək qeyd edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, hərtərəfli, qərəzsiz və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372.1, 372.6, 372.7, 384.0.1 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 04 noyabr 2021-ci il tarixli, 2(027)-1827/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar