Məhkəmə qərarları › İş №2(105)-98/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-98/2021

02.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-98/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaşmaz Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1784/2019 saylı, 23 avqust 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1784/2019 saylı, 23 avqust 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. (hakim İ.Xəlilov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1784/2019 saylı, 23 avqust 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Xudat şəhərinin “Yeni planlar” adlanan ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən Cavabdeh və digər şəxslərin çıxarılması, ərazinin boşaldılması, cavabdeh tərəfindən tikilmiş tikililərin onun öz hesabına sökülməsi, ərazinin təmizlənməsi, cavabdeh tərəfindən torpağından istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi üçün yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24.06.1998-ci il tarixli, 08 saylı protokolu ilə ona Xudat şəhərində yeni planlar adlanan ərazidə fərdi yaşayış evi tikmək üçün 0,08 ha torpaq sahəsi verilmişdir. Bununla bağlı ona torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Onun səhhəti torpağı əkib-becərməyə imkan vermədiyindən torpaq sahəsini tanışı olan Nurullah adlı şəxsə icarəyə vermişdir ki, əkdiyi ağaclara baxsın. Hazırda o, torpaq sahəsinin ona verilməsinə dair aktı tapa bilmir, ola bilsin ki, həmin aktı evi yananda və ya başqa qaydada itirmişdir və ya vergi və s. məsələlərə görə Nurullah Bəkərova vermişdir. Bir müddət öncə, cavabdehgil onu aldadaraq notariusa aparmış, hansısa sənədlərə imza atmalı olduğunu demişlər. O və oğlu həmin sənədlərin nədən ibarət olması ilə maraqlananda onlara məlum olmuşdur ki, cavabdeh onları aldadaraq torpaq sahəsini adına keçirmək istəyir. Bundan sonra, onlar bununla maraqlananda cavabdehin onun torpağında ev tikmək üçün bünövrə tökdüyünü və 3 mişar daşı hündürlüyündə hörgü işləri görüb, həyəti hasara aldığını bilmişlər. Bundan başqa, oğlu Nümayəndə cavabdeh və qardaşı ilə görüşüb, onlardan torpağı geri qaytarmalarını, tikinti işlərinin dayandırılmasını tələb etmiş və bu barədə Xudat PB-nə şikayət etmişdir. Lakin, cavabdeh torpağı geri qaytarmaqdan imtina etmiş və bildirmişdir ki, guya o, torpağı onun rəhmətlik atası Nurullaha 20 il öncə satmışdır. Bunu da onunla əsaslandırır ki, torpağa dair aktın əsli onlardadır. Qeyd edilən torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün ƏMDK yanında DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də, İdarə 16.11.2018-ci il tarixli, **********85 saylı məktubla texniki pasport və dövlət reyestrindən çıxarışın verilməsindın imtina etmişdir. İmtinaya görə təqdim olunmuş sənədlərin ekspertizası və daşınmaz əmlakın yerində yoxlanılması zamanı həmin torpaq sahəsi üzərində mübahisəli hal yarandığı və nəticədə daşınmaz əmlakın müayinəsinin baş tutmadığı aşkar olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 11.1 və 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam araşdırmadan qanunsuz qərar qəbul etmişdir. Belə ki, məhkəmə bu nəticəyə gələrkən torpaq mübahisəsi üzrə ekspertiza təyin etməmiş, qaldırılmış iddianın bu tədqiqat nəticəsində təsdiqlənəcəyini, eyni zamanda onun məsələ ilə əlaqədar təqdim etdiyi sənədlərin mötəbərliyini nəzərə almamışdır. Məhkəmə iclasında cavabdeh mübahisəli torpaq sahəsini pulla aldığını, beləliklə də faktiki istifadə etməsini etiraf etmiş, lakin bu xüsusda məhkəmə heç bir araşdırma aparmamışdır. Məhkəmə araşdırmanı yalnız cavabdeh tərəfin mənafeyinə uyğun aparmış, bunun nəticəsində qanunsuz nəticəyə gəlmiş, onu mülkiyyətindən məhrum etmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iddia təmin edilməlidir. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs DƏDRX-nin 5 saylı Xaşmaz Ərazi İdarəsinin nümayəndəsi X5 mübahisənin həll olunmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları qeyd olunan çəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. İş materiallarında olan Xaçmaz Rayon XDS Rəyasət Heyətinin 26.02.1993- cü il tarixli, 23 saylı protokolundan arxiv çıxarışından görünür ki, həmin rayonun Nəsimi sovxozu tərəfindən verilmiş fəhlə və qulluqçuların fərdi yaşayış evi tikmək üçün alacaq torpaq sahəsi növbəsində olan vətəndaşların adlı siyahısında 57-ci sırada olan İddiaçı adına 0,08 ha torpaq sahəsi qeyd olunmuşdur. Yenə iş materiallarında olan 03.10.2018-ci il tarixli, 650 saylı arxiv arayışından görünür ki, Xaçmaz Rayon Dövlət Arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 24.06.1998-ci il tarixli, 08 saylı protokolu ilə Xaçmaz rayonunun Nəsimi adına sovxozunun AİK-in 1-ci şöbə üzrə torpaq payı almaq hüququ olan vətəndaşların siyahısında 142-ci sıradakı İddiaçı adına qaytanlanmış kitab üzrə 0,08 ha həyətyanı torpaq sahəsi qeyd olunmuşdur. Yenə də iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 01.10.2018-ci il tarixli məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarına əsasən Xaçmaz rayonu, Xudat şəhəri ərazisində İddiaçı adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsi aşkar olunmamışdır. Təqdim olunmuş sənədlərin ekspertizası və daşınmaz əmlakın yerində yoxlanılması zamanı həmin torpaq sahəsi üzərində mübahisəli hal yarandığından daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 11.1 və 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina olunmuşdur. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 02.07.2019-cu il tarixli məktubundan və məktuba əlavə edilmiş RX ******* saylı çıxarışdan müəyyən olunur ki, İddiaçı və 5 nəfər ailə üzvünün adına Xudat şəhərində 0,04114 ha həyətyanı torpaq sahəsi qeydə alınmışdır. Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Yenə işdə olan 20 dekabr 1993-cü il tarixli aktdan görünür ki, Nəsimi sovxozunun direktorunun 30 sentyabr 1993-cü il tarixli, 123 saylı əmrinə əsasən 0,08 ha həyətyanı torpaq sahəsi İddiaçı təhkim edilmişdir. Yenə də işdə olan AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 mart 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayon XDS Rəyasət Heyətinin 26.02.1993-cü il tarixli, 23 saylı qərarına və Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24.06.1998-ci ii tarixli, 08 saylı protokoluna, 20.12.1993-cü il tarixli torpaq sahəsinin ayrılması aktına və DƏDRX tərəfindən X2 verilmiş 3Ö********** reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən İddiaçı ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi naturada öz yerindədir. Mübahisə predmetı olan və cavabdeh tərəfindən tikili aparılmış torpaq sahəsi Xaçmaz rayon XDS Rəyasət Heyətinin 26.02.1993-cü il tarixli, 23 saylı qərarına və Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24.06.1998-ci il tarixli, 08 saylı protokoluna, 20.12.1993-cü İl tarixli torpaq sahəsinin ayrılması aktına və DƏDRX tərəfindən İddiaçı verilmiş 30********** reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən İddiaçı ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür və bütövlükdə cavabdeh tərfindən istifadə edilir. İşə əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2021-ci il tarixli, 10/1579 saylı rəyindən görünür ki, AR ƏMDX yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 18 mart 2021-ci il tarixli mütəxəssis rəyinə əsasən Xaçmaz rayon XDS Rəyasət Heyətinin 26.02.1993-cü il tarixli, 23 saylı qərarına və Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24.06.1998-ci ii tarixli, 08 saylı protokoluna, 20.12.1993-cü il tarixli torpaq sahəsinin ayrılması aktına və DƏDRX tərəfindən X2 verilmiş 3Ö********** reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən İddiaçı ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi naturada öz yerindədir. Mübahisə predmetı olan və cavabdeh tərəfindən tikili aparılmış torpaq sahəsi Xaçmaz rayon XDS Rəyasət Heyətinin 26.02.1993-cü il tarixli, 23 saylı qərarına və Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24.06.1998ci il tarixli, 08 saylı protokoluna, 20.12.1993-cü İl tarixli torpaq sahəsinin ayrılması aktına və DƏDRX tərəfindən İddiaçı verilmiş 30********** reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən İddiaçı ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür və bütövlükdə cavabdeh tərfindən istifadə edilir. MƏHKƏMƏNİN HÜQUQİ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları işin faktiki hallarına uyğun qiymətləndirərək hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1784/2019 saylı, 23 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xaçmaz rayon XDS Rəyasət Heyətinin 26.02.1993-cü il tarixli, 23 saylı qərarına və Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24.06.1998-ci ii tarixli, 08 saylı protokoluna əsasən İddiaçı 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsi 20.12.1993-cü il tarixli torpaq sahəsinin ayrılması aktına əsasən iddiaçıya təhkim edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Xudat şəhərinin “Yeni planlar” adlanan ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən Cavabdeh və digər şəxslərin çıxarılması, ərazinin boşaldılması, cavabdeh tərəfindən tikilmiş tikililərin onun öz hesabına sökülməsi, ərazinin təmizlənməsi, cavabdeh tərəfindən torpağından istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi üçün yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə iddia edir ki, cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmiş, orada tikinti işləri aparmış, bununla da onun mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh isə iddia tələbi ilə razılaşmayaraq bu torpaq sahəsini iddiaçldan pulla aldığını bildirir. Birinci instansiya məhkəməsi isə mübahisəli torpaq sahəsinin zəbt edilib-edilməməsi faktını öz səlahiyyətləri çərçivəsində araşdırmamış, ekspertiza tədqiqatı aparmağa təşəbbüs göstərməmiş, buna görə də iddiaçı iş üzrə çıxarılmış qətnamədən şikayət vermişdir. Apelyasiya baxışı zamanı keçirilmiş ekspertiza nəticəsində müəyyən edilmişdir ki, Xaçmaz rayon XDS Rəyasət Heyətinin 26.02.1993-cü il tarixli, 23 saylı qərarına və Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24.06.1998-ci ii tarixli, 08 saylı protokoluna, 20.12.1993-cü il tarixli torpaq sahəsinin ayrılması aktına və DƏDRX tərəfindən X2 verilmiş 3Ö********** reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən İddiaçı ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi naturada öz yerindədir. Mübahisə predmetı olan və cavabdeh tərəfindən tikili aparılmış torpaq sahəsi Xaçmaz rayon XDS Rəyasət Heyətinin 26.02.1993-cü il tarixli, 23 saylı qərarına və Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının 24.06.1998-ci il tarixli, 08 saylı protokoluna, 20.12.1993cü İl tarixli torpaq sahəsinin ayrılması aktına və DƏDRX tərəfindən İddiaçı verilmiş 30********** reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədindəki koordinatlara əsasən İddiaçı ayrılmış 0.08 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür və bütövlükdə cavabdeh tərfindən istifadə edilir. Göründüyü kimi mübahisəli 0,08 ha torpaq sahəsinin iddiaçıya məxsus olması və hazırda həmin torpaq sahəsinin cavabdehin istifadəsində olması işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsini pulla aldığını bildirsə də məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır və hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən daşınmaz əmlaklar bu qaydada özgəninkiləşdirilmir. Tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısı barədə mötəbər sübut-hər hansı müqavilə mövcud deyildir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçıya məxsus 0,08 ha torpaq sahəsindən çıxarılmalı, eləcə də iddiaçıya məxsus həmin torpaq sahəsində inşa etdiyi tikililər onun hesabına sökülməli, ərazi təmizlənməli, cavabdeh tərəfindən torpaq sahəsindən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi üçün yaradılan maneələr aradan qaldırılmalıdır. İşin tədqiq olunan faktiki hallarından göründüyü kimi Xaçmaz rayon XDS Rəyasət Heyətinin 26.02.1993-cü il tarixli, 23 saylı qərarı İddiaçı fərdi yaşayış evi tikmək üçün Xaçmaz rayonu, Xudat şəhərinin “Yeni planlar” adlanan ərazisində 0,08 ha torpaq sahəsi ayrılmış, 20.12.1993-cü il tarixdə həmin torpaq sahəsinin ayrılması aktı tərtib edilmiş, sahə Nümayəndə təhvil verilmişdir. Başqa sözlə, Nümayəndə qeyd olunan torpaq sahəsinin qanuni istifadəçisi olmuşdur. “Torpaq islahatı haqqında” AR Qanununun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilməsi müəyyənləşdirilmişdir. “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İşdən göründüyü kimi Xaçmaz rayonunda torpaq islahatı aparılarkən Rayon Aqrar İslahat Komissiyasının 24.06.1998-ci ii tarixli, 08 saylı protokoluna əsasən həmin torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Doğrudur, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə iddiaçı məhkəməyə sübut təqdim edə bilməsə də, bu hal onun həmin torpaq sahəsinin qanuni sahibi və istifadəçisi olması faktını inkar etmir. İddiaçı bütün hallarda mübahisəli torpaq sahəsinə qanuni gözlənti hüququ olan şəxsdir. Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyаsının 02 iyun 2009-cu il tаrixli qərаrının Azərbаycаn Respublikаsının Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir” 15 yаnvаr 2010-cu il tаrixli Qərаrındа məsələyə аşаğıdаkı kimi hüquqi mövqe nümаyiş etdirilmişdir: «Sаhiblik və istifаdə hüquqlаrını həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnının mövcud olmаsı əmlаk sаhibinin hüquqlаrının dа mülkiyyətçinin hüquqlаrı ilə bərаbər həddə müdаfiə olunmаsı zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci mаddəsinə əsаsən mülkiyyətçi hüquqlаrı mülkiyyətçi olmаsа dа, bu Məcəllədə və yа müqаvilədə nəzərdə tutulаn əsаslа əmlаkа sаhiblik edən şəxsə də mənsubdur. Əks yаnаşmа mülkiyyət hüquqlаrının müdаfiəsi ilə bаğlı konstitusiyа prinsiplərinin, mülki qаnunvericiliyin bir sırа prinsip və müddəаlаrının, eləcə də Azərbаycаn Respublikаsının beynəlxаlq müqаvilələrə əsаsən üzərinə götürdüyü öhdəliklərin pozulmаsınа gətirib çıxаrа bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur və onların fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.2-ci maddələrinin ümumi məzmununa görə, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirmək hüququ mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik hüququnun əsasını təşkil edir. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Başqa sözlə, iddiaçının səlahiyyətli orqanlar tərəfindən sahibliyinə və istifadəsinə, daha öncə istinad olunan Qanunla isə mülkiyyətinə verilmiş, hazırda mübahisə predmetinə çevrilmiş torpaq sahəsinə dair hüquqları qanunla qorunur. Daha öncə istinad olunan maddənin dispozisiyasından göründüyü kimi özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. İddianın mübahisəli torpaq sahəsindən digər şəxslərin çıxarılması hissəsi qeyri-dəqiq olduğundan təmin oluna bilməz. Belə ki, iddianın bu hissəsi üzrə cavabdeh şəxslər məlum olmadığından məhkəmə kollegiyası MPM-nin 50.3 və 149.2.3-cü maddələrinə əsasən hesab edir ki, həmin tələb rədd edilməlidir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla qismən sübut edə bilmiş, cavabdeh isə öz dəlillərini sübut edə bilməmişdir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edilməli, qətnamə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən çıxarılmalı, eləcə də iddiaçıya məxsus 0,08 ha torpaq sahəsində inşa etdiyi tikili onun hesabına sökülməli, həmin ərazi təmizlənməli, cavabdeh tərəfindən torpaq sahəsindən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi üçün yaradılan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən iddiaçının iddia ərizəsi və apelyasiya şikayəti vermək üçün ödədiyi cəmi 20.80 manat dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən alınıb iddiaçıya ödənilməli, keçirilmiş ekspertizaların dəyəri olan 50 manat pul cavabdehdən tutulub Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** nömrəli hesabına və 95 manat tutulub Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMCnin Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2Z, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN **********, hesab N: AZ 23AİİB******************** hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1784/2019 saylı, 23 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı məxsus Xaçmaz rayonu, Xudat şəhərinin “Yeni planlar” adlanan ərazisində yerləşən 0,08 ha torpaq sahəsindən çıxarılsın, torpaq sahəsi boşaldılsın, cavabdeh tərəfindən orada tikilmiş tikililər onun öz hesabına sökülsün. Torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılsın və cavabdeh tərəfindən torpaq sahəsindən istifadə və sahiblik hüquqlarının həyata keçirilməsi üçün yaradılan maneələr aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. İddiaçı iddia ərizəsi və apelyasiya şikayəti vermək üçün ödədiyi cəmi 20.80 manat dövlət rüsumunun 15 manat hissəsi Cavabdeh alınıb iddiaçıya ödənilsin. Keçirilmiş ekspertizanın dəyəri olan 50 manat Cavabdeh tutulub Məhkəmə Ekspertiza Mərkəzinin Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** nömrəli hesabına keçirilsin. Mütəxəssis tədqiqatının xərci olan 95 manat pul Cavabdeh tutulub Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Kapitalbankın 1 saylı Xətai filialına, kod 200071VÖEN (bank) **********, müxbir hesab AZ37NABZ013501**********1944 SWİFT AİİBAZ2Z, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC VÖEN **********, hesab N: AZ 23AİİB******************** hesabına keçirilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar