Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-980/2022 23.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X15 Tağızadənin sədrliyi və məruzəsi, X5 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının nümayəndəsi və vəkili: X12, Cavabdeh: Cavabdeh, Cavabdehin vəkili: X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilk, Cavabdehlər İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı kooperativ binada mənzil tikinti haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil4 və ilk iddia üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şamaxı Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim E.Z.Hümbətov) ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı Şamaxı Mənzil Tikinti kooperativi tərəfindən 8 saylı orderə əsasən ona verilmiş Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən 80,8 kv.metr sahəsi olan mənzildən çıxarılması, onun sahiblik və istifadəsinə qaytarılması, onun mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilıməsinə maneçilik törədilməsinin Cavabdeh qadağan edilməsi barədə iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər İddiaçı və Şamaxı Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə Şamaxı MTK-nın 04 yanvar 2007-ci il tarixli, Şamaxı şəhəri Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişməsində Şamaxı MTK-nın tikilməkdə olan binasının 4 otaqlı 80,8 kv.metr sahəsi olan mənzilinin alınması ilə əlaqədar kooperativ binada mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasının rədd edilməsi, İddiaçı 156 manat və Cavabdeh 156 manat ekspertiza xərci alınıb X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarmaya dair iddia qaldıraraq, Cavabdeh Şamaxı Mənzil Tikinti kooperativi tərəfindən 8 saylı orderə əsasən ona verilmiş Şamaxı şəhəri S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən 80,8 kv.metr sahəsi olan mənzildən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh Şamaxı MTK-vi tərəfindən 8 saylı orderə əsasən ona verilmiş Şamaxı şəhəri S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən 80,8 kv.metr sahəsi olan mənzildən çıxarılması, onun sahiblik və istifadəsinə qaytarılması, onun mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilıməsinə maneçilik törədilməsinin Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edllməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, 04 yanvar 2007-ci il tarixdə o, Şamaxı şəhəri, S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən "xxxx" Mənzil Tikinti Kooperativi arasında "xxxx" müqavilə bağlanmışdır. Müqaviləyə əsasən MTK-nın inşa etdiyi 5 mərtəbəli binanın, 8 saylı, 80,8 kv.m. sahəsi olan mənzilin pulunu, ödəmə cədvəlinə müvafiq ödəyərək, almışdır. Mənzilin ümumi dəyəri 16000 ABŞ dolları təşkil edirdi. Bu məbləğ onun tərəfindən tam şəkildə ödənilmişdir. 28 yanvar 2011-ci il tarixdə "xxxx" MTK-vi tərəfindən bu mənzilə dair ona 08 saylı order təqdim edilmişdir. Mənzil təmirsiz təqdim edilmişdir. Maddi imkanı ilə əlaqədar olaraq mənzildə təmir işlərinin aparılması mümkün olmamışdır. Lakin mütəmadi olaraq o, mənzilə baş çəkərək, təmir işlərinin aparılmasını planlaşdıraraq, təmir üçün smeta hazırlamışdır. Təmir işlərini bu il başlamaq istəmişdir. Bu ilin yanvar ayının 11-də o, evin yanından keçəndə, evin eyvanına plastik pəncərə qoyulduğunu görmüşdür. Mənzilə qalxmış, görmüşdür ki, giriş qapısı da yenisi ilə dəyişdirilib. Giriş qapısı bağlı olduğundan mənzilə girə bilməmişdir. MTK-nın rəsmi rəhbərliyi olmadığından həmin binada mənzil alan, ona tanış olan Cavabdeh mənzili zəbt edib və mənzildən çıxmağa da fikri yoxdur, mənzil ona məxsusdur. Bununla bağlı olaraq o Şamaxı rayon polis idarəsinə ərizə ilə müraciət etmiş, orada bildirmişlər ki, məhkəməyə müraciət etsin. "xxxx" MTK-vi tərəfindən verilmiş 8 saylı orderə əsasən Şamaxı şəhəri, S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən 80,8 kv.m. sahəsi olan mənzil ona məxsusdur. Cavabdeh mənzili zəbt etmişdir. Şamaxı şəhəri, S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsi 5 mərtəbəli binanın, 8 saylı, 80,8 kv.m. sahəsi olan mənzili ilkin onun iradəsinə zidd olaraq zəbt etməklə, qanunvericiliklə qorunan hüququnu pozmuş və pozmaqda davam edir, mənzilindən sərbəst istifadə etməyə, ona sərəncam verməyə mane olur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər İddiaçı və Şamaxı Mənzil Tikinti Kooperativinə qarşı qarşılıqlı iddianın təmin edilməsi, iddiaçı X10 ilə Şamaxı MTK-nın 04 yanvar 2007-ci il tarixli, Şamaxı şəhəri Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişməsində Şamaxı MTK-nın tikilməkdə olan binasının 4 otaqlı 80,8 kv.metr sahəsi olan mənzilinin alınması ilə əlaqədar kooperativ binada mənzil tikinti haqqında müqavilənin etibarsız hesab edilməsi və ilk iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 20 dekabr 2006-cı il tarixdə Şamaxı MTK ilə bağlamış müqaviləyə əsasən Şamaxı şəhəri Şirvani küçəsində MTK-nın tikilməkdə olan binasında 8 nömrəli 2 otaqlı mənzili 16000 (on altı min) ABŞ dolları ödəməklə almışdır. Hazırda İddiaçı Şamaxı Rayon Məhkəməsində iddia qaldırmışdır ki, guya həmin mənzili, 04 yanvar 2007-ci il tarixdə o almışdır və 14 ildən sonra, nəzərə alınsa ki, ona saxta müqaviləni verən Tələt adlı şəxs vəfat etdikdən sonra bu saxtakarlığı heç kim üzə çıxara bilməyəcək. Eləcə də bu saxtakarlığı sübut edə bilən cavabdeh Şamaxı MTK-nın sədri Elmira xanım Şirinovanın da vəfat etməsindən sui-istifadə edən iddiaçı iddia qaldırmışdır ki, onu tam təmir etdirib yaşadığı mənzildən qanunsuz olaraq çıxarsın. İddiaya baxılarkən iddiaçı sənədlərin əslini məhkəməyə təqdim etmədiyi üçün və təqdim olunan sənədlərin surətlərindən cavabdeh Şamaxı MTK-nın sədri Elmira xanım Şirinovanın imzasının onun özü tərəfindən imza edilib-edilməməsini görmək mümkün olmadığı üçün o, qarşılıqlı iddianı təqdim edə bilməmişdir. Lakin hal-hazırda iddiaçı sənədlərin əslini təqdim edərkən məlum oldu ki, iddiaçının müqaviləsində E.Şirinovanın imzası onun tərəfindən imza edilməmişdir. Onunla bağlanan müqavilələrdən və başqa sənədlərdən də görünür ki, E.Şirinovanın imzası həmin sənədlərdəki imza ilə tam fərqlidir. İlk iddiaçıda olan müqavilə, qohumu Tələt adlı şəxsin E.Şirinovanın adından qanunsuz olaraq sənədləşdirdiyi müqavilədir və ya E.Şirinovanın Şamaxı MTK-nın boş sənədlərinə imza edib, Tələtə etibar etdiyi sənədlərdən ibarətdir. Bu göstərilənlərdən də görünür ki, Şamaxı MTK-nın sədri E.Şirinovanın imzaları onun tərəfindən imza olunmaması, məhkəmə araşdırmasının gedişi zamanı, ona məlum olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən bir çox maddi və prosessual normaların tələbləri pozulmuşdur. Məhkəmə nəzərə almamışdır ki, iddiaçı mübahisəli mənzilin dəyərini "xxxx" MTK-ya tam ödəməklə, ümumi sahəsi 80,8 kv.m olan mənzilə mülkiyyət hüququ əldə etmiş, cavabdeh isə hər hansı müəyyənedici sənəd olmadan iddiaçının mülkiyyət hüququna qanunsuz müdaxilə edib mənzil sahəsini zəbt etmişdir. İş üzrə keçirilmiş ekspertiza rəyini məhkəmə nəzərə almamışdır. Birinci instansiya məhkəməsi ilk iddia üzrə cavabdehin təqdim etdiyi sənədlərin kserosurət və sonradan saxtalaşdırma olmasını müəyyən etdiyi halda, bununla bağlı xüsusi qərardad qəbul etməmiş, cavabdehin uzun müddət iddiaçıya məxsus olan mənzili zəbt etməsinə şərait yaratmışdır. Qaz sayğacının qoyulması, istifadəsi üçün müqavilə İddiaçı adına olmasına dair sənədlər məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə bu sənədləri tədqiq etməmiş və hüquqi qiymət verməmişdir. Şamaxı Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2(074)-286/2021 nömrəli qətnaməsinin ilk iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onunla cavabdeh Şamaxı MTK-i arasında müqavilə münasibətlərinin yarandığı dövrdə qüvvədə olan «Azərbaycan Respublikasında Mülkiyyət haqqında» qanununun 21-ci və 22ci maddələrinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmə mülki qanunvericiliyin göstərilən normalarının tətbiq etməli olduğu halda, heç bir hüquqi əsas olmayan subyektiv mülahizələrlə əqdin etibarsız hesab edilməsindən yayınmışdır. Halbuki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə Kooperativ arasında bağlanmış 04 yanvar 2007-ci il tarixli müqavilə əhəmiyyətsiz olmaqla etibarsız əqddir. Onun etibarsızlığı məhkəmə tərəfindən keçirilmiş Ekspertiza rəyi ilə sübuta yetirilir. Yəni cavabdeh Şamaxı MTK səlahiyyəti olmadığı halda başqasının sahibliyində və istifadəsində olan əmlak barəsində sənərcam vermişdir. Bu baxımdan həmin müqavilə heç bir halda etibarlı hesab edilə bilməz. Şamaxı Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2(074)-286/2021 nömrəli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddianın təmin edilməsi, ilk iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İlk iddia üzrə İddiaçı, nümayəndəsi və vəkili Vəkil4 apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, ona oxşar izahat verdilər, təmin olunmasını, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər və təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və vəkili A.N.Şahverdi apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, təmin olunmasını, ilk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər və təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə cavabdeh "xxxx" MTK-nın nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin, ilk iddia üzrə cavabdehin apellyasiya şikayəti təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə ilk və qarşılıqlı iddia ərizəsini rədd edərkən, tərəflərin öz tələbinin sübuta yetirilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, tərəflərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında olan ünvan 1 ünvanda yaşayan İddiaçı tərəfindən imzalandığı qeyd edilən kooperativ binada mənzil tikintisi haqqında 04 yanvar 2007-ci il tarixli müqavilədən görünür ki, kooperativ Şamaxı şəhəri S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən Şamaxı MTK tikilməkdə olan binasında 8 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabacadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 4 otaqdan ibarət olmaqla, ümumi sahəsi 80,0 kv.metr təşkil edir, mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə payçını özünə verilir, göstərilən mənzilin ümumi dəyəri 16000 ABŞ dolları təşkil edir. İşdə olan Şamaxı rayon MTK-nin 28 yanvar 2011-ci il tarixli 08 saylı orderindən görünür ki, İddiaçı 4 nəfərdən ibarət ailəsi ilə birlikdə S.Ə.Şirvani küçəsində məhəllədə 85 saylı evdə 08 saylı mənzildə 1-ci blokda 3-cü mərtəbədə 2 iki otaqdan ibarət 80,8 kvadrat metr mənzil sahəsi tutmağa ixtiyarı vardır. İşə əlavə olan 03 fevral 2007-ci il tarixli AİT № 743352 saylı kassa mədaxil orderinin qəbzinə əsasən 874 manat, 17 fevral 2007-ci il tarixli AİT № 743356 saylı kassa mədaxil orderiə əsasən 2622 manat pay, 15 yanvar 2007-ci il tarixli AİT № 743340 saylı kassa mədaxil orderinə əsasən 1311 manat, 04 yanvar 2007-ci il tarixli AİT № 743338 saylı kassa mədaxil orderinin qəbzinə əsasən 6118 manat, 14 fevral 2007-ci il tarixli AİT № 743353 saylı kassa mədaxil orderinin qəbzin əsasən İddiaçı 874 manat pay ödəmişdir. İşdə olan 03 may 2007-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şamaxı MTK-ya məxsus S.Ə.Şirvani küçəsində tikilən binanın payçısıdır. Payçı olduğu sahəyə ödədiyi məbləğ 1500 ABŞ dollarıdır. İş materiallarında olan 16 may 2007-ci il tarixli arayışdan görünür ki, İddiaçı Şamaxı MTK-ya məxsus S.Ə.Şirvani küçəsində tikilən binanın payçısıdır. Payçı olduğu sahəyə ödədiyi məbləğ 1000 ABŞ dollarıdır. İşə əlavə olan Şamaxı MTK-nin sədri E.Şirinova ilə Şamaxı şəhəri Şirvan küçəsi ev 19, mənzil 29-da yaşayan Cavabdeh tərəfindən imzalandığı qeyd edilən kooperativ binada mənzil tikintisi haqqında 20 dekabr 2006-cı il tarixli müqavilənin kserosurətindən görünür ki, kooperativ Şamaxı şəhəri S.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən Şamaxı MTK tikilməkdə olan binasında 8 nömrəli mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Göstərilən mənzil 2 otaqdan ibarət olmaqla, mənzilin ümumi sahəsi 80,8 kv.metr təşkil edir, mənzil son variantda daxili sanitariya avadanlığı və daxili tamamlama işləri görülmədən bilavasitə payçını özünə verilir, göstərilən mənzilin ümumi dəyəri 16000 ABŞ dolları təşkil edir. İş materiallarında olan 20 dekabr 2006-cı il tarixli arayışın kserosurətindən görünür ki, Cavabdeh Şamaxı MTK-ya məxsus S.Ə.Şirvani küçəsində tikilən binanın payçısıdır. Payçı olduğu sahəyə ödədiyi məbləğ 16000 ABŞ dollarıdır. İşdə olan Şamaxı Mənzil-Tikinti Kooperativində mənzil alan payçılarla bağlanmış 20 dekabr 2006-cı il tarixli müqavilənin kserosurətindən görünür ki, Şamaxı MTK-nın sədri X11 bir tərəfdən, digər tərəfdən payçı adlandırılan Cavabdeh kooperativ Şamaxı şəhəri Şamaxı rayonu S.Ə.Şirvani küçəsində MTK-nın tikilməkdə olan binasında 8 nömrəli mənzil payçıya verməyi, payçı isə həmin mənzilin dəyərini, qabaqcadan müəyyənləşdirilmiş məbləğ əsasında ödəməyi öhdəsinə götürür. Göstərilən mənzil 2 otaqdan ibarətdir, ümumi sahəsi 80,8 m2-dir, mənzilin ümumi dəyəri 16000 ABŞ dollarıdır. İşə əlavə olan 27 dekabr 2006-cı il tarixli arayışın kserosurətindən görünür ki, Cavabdeh Şamaxı MTK-ya məxsus S.Şirvani küçəsində tikilən binanın payçısıdır, payçı olduğu sahəyə ödədiyi məbləğ 8000 ABŞ dollarıdır. İş materiallarında olan 20 dekabr 2006-cı il tarixli arayışın kserosurətindən görünür ki, Cavabdeh Şamaxı şəhəri Ş.Ə.Şirvani küçəsində yerləşən Şamaxı MTK-ya məxsus yaşayış binasının payçısıdır. Payçı olduğu 2 otaqlı 8 saylı mənzilin dəyərini tam ödəyib borc qalığı yoxdur. İşdə olan Şamaxı rayon Şamaxı Mənzil tikinti kooperativinin 30 iyul 2009-cu il tarixli 8 saylı orderdən görünür ki, Cavabdeh Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində 85 saylı evdə 8 saylı mənzildə 1-ci blokda 3-cü mərtəbədə 2 otaqdan ibarət 80,8 kvadratmetr mənzil sahəsi tutmağa ixtiyarı vardır. İşə əlavə olan 25 yanvar 2021-ci il tarixli aktda göstərilir ki, Cavabdeh və qızı Hacıbalayeva Könül S.Ə.Şirvani küçəsi 85 saylı 5 mərtəbəli binanın 8 saylı mənzilində yaşayır. 2008-2009-cu illərdə həmin evi təmir etmiş və göstərilən ildən 8 saylı mənzildə birgə yaşayırlar. Bu vaxta qədər Elman adlı şəxs bu evə və həyətə gəlməmiş və ümumiyyətlə heç kim bu evlə maraqlanmamışdır. Onlar Elman adlı şəxsi tanımırlar. İş materiallarında olan Şamaxı Təmiz Şəhər MMC-nin 15 fevral 2021-ci il tarixli 5 saylı arayışından görünür ki, Cavabdeh Şamaxı şəhər S.Ə.Şirvani küçəsi 85 saylı binanın 2-ci mərtəbəsi, 8 saylı mənzilində yaşayır. 22 dekabr 2010-cu ildə Şamaxı Təmiz şəhər MMC ilə məişət tullantılarının daşınması ilə bağlı müqavilə bağlamış, qeydiyyata alınmış və hal-hazırda ödəyicidir. İş materiallarında olan qonşuların tərtib etdikləri 04 fevral 2021-ci il tarixli aktda göstərilir ki, Cavabdeh Əsgər qızı və qızı Könül ilə 2008-2009-cu ildən bu günə kimi binanın sakinləri olaraq qonşuluq edirlər, onlar 8 saylı mənzildə yaşayırlar. Bu vaxta kimi 8 saylı mənzillə heç kim maraqlanmamışdır. Bu mənzildə Laləxanım və Könüldən başqa heç kim yaşamamışdır. 8 saylı mənzili Laləxanım özü təmir etdirib. İşdə olan su təhcizatı və tullantı sularının axıdılması xidmətələrinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, X21 Cəmiyyətinin 2 nömrəli Regional Sukanal idarəsinin Şamaxı sukanal sahəsi ilə Cavabdeh arasında Şamaxı şəhəri S.Ə.Şirvani küçəsi 8 saylı evə göstərilən su-kanal xidməti üçün müqavilə bağlanmışdır. İş materiallarında olan Şamaxı şəhəri S.Ə.Şirvani küçəsində yerləşən 5 mərtəbəli binanın sakinlərinin 02 noyabr 2021-ci ildə tərtib etdiyi aktdan görünür ki, 2008-2009-cu illərdən bəri bu binanın sakinləri olaraq 8 saylı mənzilin sahibi Lalə müəllimə və Könül müəllimə ilə qonşuluq edirlər. Onlar həmin mənzili təmir etdirərək həmin mənzildə yaşayırlar. 8 saylı mənzildə onlardan başqa heç kim heç vaxt yaşamamışdır. Həmin mənzillə heç kim bu günə qədər onlardan başqa maraqlanmamış və o mənzildə onlardan başqa heç kimi görməmişlər. İşə əlavə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 4 saylı Ərazi Vergilər idarəsinin 19 aprel 2021-ci il tarixli **********655100 saylı məktubundan göstərilir ki, 21 oktyabr 2004-cü il tarixdən idarədə hüquqi şəxs kimi qeydiyyatda olan Şamaxı Mənzil-Tikinti kooperativi (VÖEN **********) 18 sentyabr 2018-ci il tarixdə fəaliyyətini dayandırmış və 01 yanvar 2016-31.12.2020-ci illər ərzində vergi orqanında mənfəət vergisi, əlavə dəyər vergisi, torpaq vergisi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyənnamələrini vergi orqanına təqdim etmişdir. Şəxsi hesab vərəqəsi məlumatlarına əsasən 19 aprel 2021-ci il tarixə cəmiyyətin vergilər üzrə 374,68 manat əsas, 37,62 manat faiz borcu olmaqla ümumilikdə 412,30 manat borcu olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, sənədlərin texniki ekspertizası üzrə; tədqiqata təqdim edilmiş İddiaçı adına 04 yanvar 2007-ci il tarixli müqavilədə olan möhür əksi relyef klişe vasitəsitə sənədə birbaşa vurulmuşdur; İddiaçı adına 04 yanvar 2007-ci il tarixli müqavilədə və mülki işin 28-32 vərəqələrdə olan Cavabdeh adına 20 dekabr 2006-cı il, 27 dekabr 2006-cı il tarixli müqavilələrin surətlərində, 20 dekabr 2006-cı il tarixli və 27 dekabr 2006-cı il tarixli arayışların surətlərində olan möhür əksləri öz aralarında eynilik təşkil edir; İddiaçı adına 04 yanvar 2007-ci il tarixli müqavilənin tarix göstəricisindəki “2007” rəqəmlərindən “7” rəqəminin yerində əvvəlcə “4” çap rəqəmi olub, sonra üzərinə qələmlə indiki rəqəm icra edilmişdir; Cavabdeh adına 20 dekabr 2006-cı il, 27 dekabr 2006-cı il tarixli müqavilələrin surətlərindəki möhür əksinin və “E.Şirinova” sözünün qarşısındakı imzalar olan hissələr, 20 dekabr 2006-cı il tarixli və 27 dekabr 2006-cı il tarixli arayışların surətlərindəki möhür əksi, imzalar və soyadları olan hissələr yerləşməsinə və formasına görə eynidirlər; Məhkəmə-xəttşünaslıq ekspertizası üzrə: ekspertizaya təqdim edilmiş, mülki işin 33cü vərəqində olan 20 dekabr 2006-cı il arayışın kserosurətində “"xxxx" MTK-nın sədri:”” qrafasında əks olunmuş imza, 125-ci vərəqində olan 20 dekabr 2006-cı il tarixli arayışda “"xxxx" MTK-nın sədri:”” qrafasında əks olunmuş imza, 126-cı vərəqində olan Şamaxı Mənzil-tikinti kooperativində mənzil alan payçı bağlanmış müqavilədə "xxxx" MTK-nın sədri qrafasındakı imza - X11 tərəfindən icra olunmuşdur; mülki işin 28-ci vərəqində olan 20 dekabr 2006-cı il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində Şamaxı MTK-nın sədri qrafasında əks olunmuş imza mülki işin 30-cu vərəqində olan 20 dekabr 2006-cı il tarixli Şamaxı Mənzil-tikinti kooperativində mənzil alan payçılarla bağlanmış müqavilənin kserosurətində “"xxxx" MTK-nın sədri:”” qrafasında əks olunmuş imza, 31-ci vərəqəsində olan 27 dekabr 2006-cı il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqavilənin kserosurətində “"xxxx" MTK-nın sədri:”” qrafasında əks olunmuş imza; 29-cu vərəqində 20 dekabr 2006-cı il tarixli arayışın kserosurətində “E.Şirinova” yazılarından əvvəl yerləşən imza və 32-ci vərəqində olan 27 dekabr 2006-cı il tarixli arayışın kserosurətində E.Şirinova” yazılarından əvvəl əks olunmuş imza - X11 tərəfindən icra olunmuş imzaların əksləridir (təsvirləridir); 04.01.2007-ci il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqavilədə (Şamaxı MTK-nın sədri E.H.Şirinova ilə İddiaçı arasında 8 nömrəli mənzilin payçıya verilməsinə dair bağlanmış müqavilədə) “Tərəflərin imzaları:” qrafasından aşağıda yerləşən "xxxx" qrafasındakı imza; Azərbaycan Respublikası Şamaxı rayon Şamaxı MTK-nın İddiaçı adına olan 8 saylı 28 yanvar 2011-ci il tarixli Orderdə Şamaxı rayon Şamaxı MTK-nın sədri:” qrafasındakı imza; 03 fevral 2007ci il tarixli AİT № 743352 saylı, AİT №743356 saylı, AİT №743340 saylı, AİT№ 743338 saylı, AİT №743353 saylı kassa mədaxil orderlərinin qəbzlərində “Rəhbər” qrafalarındakı imzalar (kserosurətləri mülki işin 8-ci, 11-16-cı vərəqlərindədir) - X11 tərəfindən yox, başqa şəxslər tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 250 manatdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2021-ci il tarixli 5/1143-4/1462 saylı ekspert rəyindən görünür ki, Sənədlərin texniki ekspertizası üzrə tədqiqata təqdim edilmiş İddiaçı adına 16 may 2007-ci il tarixli arayışda olan möhür əksi relyef klişe vasitəsitə sənədə birbaşa vurulmuşdur; Cavabdeh adına 20 dekabr 2006-cı il tarixli arayışın çap mətni elektrofotoqrafik çap qurğusunda (lazer printer və s.) icra edilmişdir; Cavabdeh adına 20 dekabr 2006-cı il tarixli arayışda olan əlyazmalar və imza hər hansı qurğu vasitəsilə deyil, birbaşa qələmlə icra edilmişdir. Cavabdeh adına 20 dekabr 2006-cı il tarixli arayışda olan tarix göstəricisindəki “2006” rəqəmlərindən ikinci 0 rəqəminin yerində əvvəlcə 1 çap rəqəmi olub, sonra üzərinə qələmlə indiki rəqəm icra icra edilmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizası üzrə: ekspertizaya təqdim edilmiş, 16 may 2007ci il tarixli İddiaçı adına olan arayışda “MTK-nın sədri” qrafasındakı imza - X11 tərəfindən icra olunmuşdur; 3 may 2007-ci il tarixli İddiaçı adına olan arayışda “Baş mühasib” qrafasındakı imza - X6 tərəfindən icra olunmuşdur; mülki işin 29-cu vərəqəsində Cavabdeh adına olan 20 dekabr 2006-cı il tarixli arayışın kserosurətində “Baş mühasib” qrafasında əks olunmuş imza X6 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; mülki işin 125-ci vərəqəsində X3 adına olan 20 dekabr 2006-cı il tarixli arayışın əlyazma mətni- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 62 manatdır. İlk iddiaçı tələbini Şamaxı şəhəri S.Şirvani küçəsində yerləşən 85 saylı binanın 8 saylı mənzilinin tikilib ona təhvil verilməsi barədə Şamaxı Mənzil Tikinti Kooperativi ilə kooperativ binada mənzil tikintisi haqqında 04 yanvar 2007-ci il tarixli müqavilə bağlaması, mənzilin dəyərinin onun tərəfindən ödənilməsi ilə əsaslandırmışdır. İlk iddia üzrə cavabdeh mübahisəli mənzilə dair 20 dekabr 2006-cı il tarixli müqavilə bağlaması və bu müqavilələyə əsasən mənzildən istifadə etməsi əsası ilə ilk iddiaya etiraz etmişdir. İlk iddiaçı həmin müqaviləni mübahisələndirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Azərbaycan Respublikasında Mülkiyyət haqqında» Qanunun 21-ci maddəsinin 2-ci bəndinə əsasən, mənzil, mənzil-tikinti, bağ, qaraj kooperativinin üzvü onun istifadəsinə verilmiş mənzil, bağ, bağ evi, qaraj və ya başqa bina və ya tikili üçün özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət hüququ qazanır. Qanunun 22-ci maddəsinin 2-ci bəndinə əsasən, pozulmuş hüquqlar sahiblikdən mərhum edilmə ilə əlaqədar olmadıqda da mülkiyyətçi özünün bütün pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Qarşılıqlı iddiaçı, tələbini ilk iddiaçıda olan müqavilənin, qohumu Tələt adlı şəxsin Elmira xanım Şirinovanın adından qanunsuz olaraq sənədləşdirdiyi müqavilə olduğunu və ya Elmira xanım Şirinovanın Şamaxı MTK-nın boş sənədlərinə imza edib, Tələtə etibar etdiyi sənədlərdən ibarət olduğunu iddia etsə də, özünün mübahisəli mənzilə dair 27 dekabr 2006-cı il tarixdə həmin tikintidə çalışan Tələt adlı şəxslə (Elmanın bacısının əri) yenidən müqavilə bağladığını sonuncunun ondan 8 min dollar pulu istədiyinini, özünün də, həmin pulu verdiyini bildirmişdir. Yanaşı yoxlanılmış 19 avqust 2021-ci il tarixli ekspert rəyi ilə 04.01.2007-ci il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqavilənin, İddiaçı adına olan 8 saylı 28 yanvar 2011-ci il tarixli Orderin, 03 fevral 2007-ci il tarixli AİT № 743352 saylı, AİT №743356 saylı, AİT №743340 saylı, AİT№ 743338 saylı, AİT №743353 saylı kassa mədaxil orderlərinin qəbzlərinin Şamaxı MTK-nin qanuni təmsilçisi olmuş X11 tərəfindən imzalanmadığı təsdiq edilsə də, 01 dekabr 2021-ci il tarixli ekspert rəyi ilə İddiaçı Şamaxı MTK-ya məxsus S.Ə.Şirvani küçəsində tikilən binanın payçısı olması barədə 16 may 2007-ci il tarixli arayışı MTK-nın sədri X7 imzalaması müəyyən edilmişdir. Məhkəmə, rəyi vermiş ekspertin xəttşünaslıq sahəsində xüsusi biliyinin olmasını, eləcə də həmin hissədə tədqiqatın əsli təqdim edilmiş sənədlər üzərində aparıldığını nəzərə alaraq, İddiaçı Şamaxı MTK-ya məxsus S.Ə.Şirvani küçəsində tikilən binanın payçısı olması barədə 16 may 2007-ci il tarixli arayışı MTK-nın sədri X7 imzalamasını işin hallarına uyğun sayır və sonuncunun qarşılıqlı iddia üzrə cavabdehlə bağlanmış 04.01.2007-ci il tarixli Kooperativ binada mənzil tikintisi haqqında müqaviləni bəyəndiyi nəticəsinə gəlir. İş üzrə "xxxx" sübutlarla mübahisəli mənzilə dair qarşılıqlı iddiaçı ilə Şamaxı MTK arasında müqavilənin mövcud olması, bununla da, qarşılıqlı iddia üzrə cavabdehlər arasında bağlanmış mübahisəli müqavilənin qarşılıqlı iddiaçının maraqlarına toxunması halları təsdiq edilmişdir. İş materialları ilə və məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh "xxxx" MTK-i kooperativi ilə 20 dekabr 2006-cı il tarixdə 2 otaqlı mənzilə müqavilə bağlamış, həmin ildən orada təmir işləri aparmış, ailə üzvləri ilə orada yaşayır və onun orada həmin vaxtdan yaşaması inkar edilmir. Odur ki, məhkəmə kollegiyası Cavabdeh dəlillərini inandırıcı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 452.1-ci maddəsinə əsasən fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, bhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Cavabdeh adına olan 20 dekabr 2006-ci il tarixli mübahisəli mənzilə dair Şamaxı Mənzil Tikinti Kooperativi ilə arasında bağlandığı qeyd olunan 20 dekabr 2006-cı il tarixli müqavilə qüvvədədir, ilk iddia üzrə cavabdeh həmin müqaviləyə əsasən sahiblik etdiyi mənzildən çıxarıla və bununla da ilk iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk iddia üzrə Cavabdeh birinci instansiya məhkəməsi tərəfindən qanunsuz olaraq onun qarşılıqlı iddianın təmin edilməməsi barədə dəlili qəbul edir və yuxarıda göstərilənlərə əsasən hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının Kooperativ binada mənzil tikintisi haqqında 04.01.2007-ci il tarixli müqaviləni mübahisələndirmək üçün subyektiv hüquqa malikdir. «X.Məmmədovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 07 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uygunlugunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 dekabr 2017-ci il tarixli qərarında ifadə olunmuş hüquqi m.vqeyə görə, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər iki qrupa ayrılır-mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər. Mülki Məcəllənin 339-cu maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılıga gəlməsi, aldatma və s.üsullarla bağlanmış əqdlər mübahisə edilən əqdlərdir. Mülki Məcəlləsinin 340-cı maddəsinə əsasən, uygurma və yalan əqdlər əhəmiyyətsiz əqdlərdir. Əqd barəsində mübahisə edildikdə əqd bağlandıgı andan etibarsızdır (Mülki Məcəllənin 337.2-ci maddəsi). Əhəmiyyətsiz əqd isə məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandıgı andan etibarsızdır (Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələri). İşə əlavə olunan Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyətinin Aparatının 29 aprel 2022-ci il tarixli Ş-06-828 saylı məktubundan müəyyən olunur ki, Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişdiyi yerdə yerləşən çoxmənzilli binanın hazırda kimin və hansı müddətdən balansında olması barədə rayon Şamaxı rayon İcra Hakimiyyətinin və ya tabeçiliyində olan təşkilatların balansında olmaması qeyd edilmişdir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə kollegiyası ilk iddia üzrə iddiaçının və qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İlk iddia üzrə İddiaçı nümayəndəsi və vəkili X8 apellyasiya şikayəti qismən təmin, ilk iddia üzrə cavabdeh X1 apellyasiya şikayəti təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin iş üzrə 29 dekabr 2021-ci il tarixli 2(074)-286/2021 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma, onun sahiblik və istifadəsinə qaytarılması, onun mənzil üzərində sahiblik və istifadə hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsi tələbinə dair ilk iddia tələbi təmin edilməsin. Cavabdehlər İddiaçı və "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı kooperativ binada mənzil tikinti haqqında müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbi təmin edilsin. "xxxx" Mənzil Tikinti Kooperativi ilə İddiaçı ilə 04 yanvar 2007-ci il tarixli Şamaxı şəhəri, Şirvani küçəsi ilə H.Məmmədov küçəsinin kəsişməsində yerləşən mənzilin alınması ilə əlaqədar kooperativ binada mənzil tikintisi haqqında müqavilə etibarsız hesab edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 10 (on) manat ödənilmiş dövlət rüsumu tutulub iddiaçı Cavabdeh verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul İddiaçı alınaraq SAP (XİİS) hesabı X4 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: JTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34JTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-980/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-980/2022
23.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver