Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-982/2023 19.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 qızına və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X15 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh2, Cavabdeh1 və onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı fərdi həyət evinə çəkilmiş xərclərin tələb edilməsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-106/2023 nömrəli qətnaməsindən iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə X7 29 dekabr 2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1766 saylı sahədə yerləşən fərdi yaşayış evində yaşamışdırlar.
2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6336/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X7 arasında olan Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 29 dekabr 2017-ci il tarixdə bağlanmış və 3656 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmamış 19 mart 2021-ci il təvəllüdlü X3 anası - X2 himayəsində qalması və İddiaçı 19 mart 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin və 3 (üç) yaşı tamam olana qədər 40 (qırx) manat maddi yardımın xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub X4 verilməsi qət edilmişdir.
3. Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən sahəsi 82.5 m2 olan və sahəsi 0.12 m2 olan B-1766 saylı ev üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********* nömrəsi ilə xx.xx.2022-ci il tarixdə və xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmışdır.
4. Tərəflər arasında mübahisə Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1766 saylı sahədə yerləşən fərdi yaşayış evinin tikintisinə çəkilən xərclə bağlı yaranmışdır.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1766 saylı sahədə yerləşən fərdi həyət evinin tikintisinə çəkilmiş 30.000 manat xərcin cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 2015-ci ilin yanvar ayında nişanlandıqdan 7-8 ay sonra Sevdanın anası Cavabdeh1 mülkiyyətindəki torpaq sahəsində özləri üçün ev tikmək qərarına gəlmiş və tikinti xərclərini tamamilə özü və atası Cəbrayıl Kərimov çəkmişdir. Tikinti işləri 2 ilə yaxın davam etmiş, ev hazır olduqdan sonra isə onlar nikaha girərək orada yaşamışlar. Lakin, 2021-ci ilin dekabrında nikahları pozulmuş, cavabdehlər isə nə evin pulunu qaytarırlar, nə də ki, onu yaşamaq üçün oraya buraxırlar. Görünür ki, cavabdehlərin məqsədi fərdi həyət evini tikdirərək, mənimsəmək, əsassız varlanmaq olmuşdur.
7. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən iddiaya qarşı etiraz daxil olmuşdur. Etirazda bildirilmişdir ki, mübahisə predmeti olan ev Cavabdeh1 məxsus torpaq sahəsində onun Rusiya Federasiyasında işləyən həyat yoldaşı Ramazan İsmayılovun oradan göndərdiyi maddi vəsait hesabına tikilmişdir. Sadəcə, cavabdehlər qadın olduğundan tikinti işlərinə nəzarət və rəhbərliyi İddiaçı həvalə etmişlər. Əgər iddiaçının həmin vəsaiti vardırsa, o, başqa yerdə mənzil ala və ya ev tikə bilərdi.
8. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərmişdir ki, Cəbrayıl tikinti başlayandan bitənədək orada olmuş, işlərə nəzarət və rəhbərlik etmişdir.
9. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərmişdir ki, tərəflərlə qohum deyildir. O, mübahisəli evin tikintisində usta olmuş, zəhmət haqqını və inşaat materiallarının pulunu Cəbrayıldan almışdır.
10. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərmişdir ki, o, iddiaçının atasıdır. Mübahisəli ev əsasən onun vəsaiti hesabına 45000-50000 manata başa gəlmişdir. Bu xərcin təxminən 5000 manatı oğlu, iddiaçı Yalçının, qalanı isə onun vəsaitidir. Ev hazır olduqdan sonra oğlu Yalçın cavabdeh Sevda ilə evlənərək oraya köçmüş, 3-4 il yaşadıqdan sonra isə boşanmışlar. Evin inşasında isə nə keçmiş qudası, nə də başqa şəxslər yardımçı olmamışlar. O, 2009-cu ildən təqaüddədir, 400 manat pensiya alır, həyat yoldaşı da, Yalçın da işləyirdilər. Digər övladları Elçin yataqxanada, Cəlal isə 5-6 ildir ki, kirayədə qalır.
11. Məhkəmə iclasında şahid X9 ifadəsində göstərmişdir ki, o, Sevda ilə iş yoldaşı olmuşdur. Sevda nişanlı olanda onun atasının göndərdiyi pullar hesabına ev tikilirdi, amma tikintiyə nəzarəti qaynatası edirdi. O, pulun göndərilməsini, qayınataya verilməsini, habelə bankdan çıxarılmasını görməmiş, tikinti üçün vəsaitin atası tərəfindən Rusiya Federasiyasından göndərilməsini Sevda və onun anası Natəvandan eşitmişdir.
12. Məhkəmə iclasında şahid X10 ifadəsində göstərmişdir ki, cavabdeh Sevda onun qardaşı nəvəsidir. O, Rusiya Federasiyası vətəndaşıdır və Moskva şəhərində yaşayır. Ramazan ondan ev tikdiyi üçün borc istəmiş, o, da iki dəfə hərəsində 5000 manat olmaqla, cəmi 10000 manat pul vermişdir. Pulu ABŞ dolları ilə, 2016-cı ildə Moskvada Ramazana 3000, 2017-ci ilin axırında da Azərbaycanda 3000 Natəvana borc vermişdir.
13. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, o, cavabdeh Sevdanın rəfiqəsidir. Sevdanın dediyinə görə atasının göndərdiyi pulla anasının torpağında ev tikilmişdir. Cəbrayılı evə cehizlər gələndə orada görmüşdür. Evin tikintisində kimin işlədiyini və onlara pulu kim verdiyini bilmir.
14. İş materiallarına əlavə edilmiş üç nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 640 saylı, eskiz layihəyə əsasən (B-1766) torpaq sahəsində inşa olunmuş fərdi həyət evi X6 tərəfindən tikilərək oğlu (İddiaçı) və gəlininin (Cavabdeh2) birlikdə yaşamaları üçün istifadələrinə verilmişdir. Qeyd olunan fərdi həyət evinin tikilib başa çatmasına çəkilən bütün xərclər X6 tərəfindən ödənilmişdir. Cəbrayıl Kərimov tərəfindən tikinti işləri başlanmazdan qabaq qeyd olunan torpaq sahəsi tamamilə boş olmuş və orada heç bir tikinti işləri aparılmamışdır. İddiaçı və Cavabdeh2 nikahları pozulanadək həmin evdə yaşamışlar və həmin evdə bir qız uşaqları olmuşdur.
15. Abonentin saldosundan görünür ki, **********06400 №-li abunə kodu İddiaçı məxsusdur.
16. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-106/2023 nömrəli qətnaməsi ilə (hakim Əfqan Ələkbərov) iddia qismən təmin edilərək, Cavabdeh1 Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1766 saylı sahədə fərdi həyət evinin tikintisinə sərf olunmuş 5000 manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
17. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının atasının sözügedən evin tikintisinə rəhbərliyi və nəzarəti həyata keçirməsi, eləcə də inşaat materiallarının dəyərini və ustaların əmək haqlarını ödəməsi işin mübahisəsiz halı olaraq müəyyənləşdirilmişdir. Qeyd olunan hallar həm tərəflərin izahatları, habelə şahid ifadələri ilə təsdiqini tapır. Belə olduqda, cavabdeh tərəf iddiaçının atasının tikintiyə sərf etdiyi pulun onların deyil, xarici ölkədə işləyən Ramazan İsmayılovun (Cavabdeh1 həyat yoldaşı) göndərdiyi vəsait olması barədə dəlillərini sübut etmək vəzifəsi daşıyır. Lakin, bu halı təsdiqləyən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədi. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş şahidlər ifadələrində tikintiyə sərf olunmuş pulun cavabdehlərin və ya Ramazan İsmayılovun iddiaçıya, eləcə də onun atası - Cəbrayıl Kərimova verilməsini göstərməmiş, eləcə də məhkəmə araşdırmasında pul köçürmələri, vəsaitin qəbuluna dair sənədlərin mövcud olmaması aşkarlanmışdır. Odur ki, məhkəmə, evin inşasına çəkilmiş xərcin cavabdeh tərəfinə məxsusluğunun sübuta yetirilməməsi qənaətinə gəlir. Lakin, tərəflərin izahatından, şahid Cəbrayıl Kərimovun, həmçinin digər şahidlərin ifadələrindən, eləcə də işin faktiki hallarından aydın olur ki, mübahisəli əmlakın tikintisinə qoyulmuş xərcin yalnız beş min manatı İddiaçı vəsaitidir. Məhkəmə hesab edir ki, iddiaçı özünün əmlakını tələb etmək hüququna malikdir. Qalan məbləğə dair tələb irəli sürmək üçün onun subyektiv hüququ mövcud deyildir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının nümayəndəsinə əsl iddiaçı ilə əvəz etmək və ya əlavə iddiaçı cəlbinə dair təklif verilsə də, o, bununla razılaşmadığından işə irəli sürülmüş tələblər üzrə baxılmışdır. Bundan əlavə, məhkəmə hesab edir ki, mübahisəli ev hazırda Cavabdeh1 mülkiyyətində olduğundan, iddiaçının hesabına o, əmlak əldə etdiyindən iddiaya cavab vermək öhdəliyini də məhz Cavabdeh1 daşıyır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia beş min manatın Cavabdeh1 tutulması həcmində əsaslıdır.
18. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 1091.1, 1091.2-ci maddəsinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
19. Qətnamədən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cəbrayıl Kərimovun ifadəsini “xərcin təxminən 5000 manatı oğlu, iddiaçı Yalçının, qalanı isə onun vəsaitidir” kimi qeyd etsə də əslində onun ifadələri təhrif olunmuşdur. Belə ki, o, ifadəsində bildirmişdir ki, o və arvadı da özlərində olan vəsaitləri oğluna kömək etmək məqsədilə ona bağışlamışdırlar. 2 ilə yaxın bir müddətdə mərhələli şəkildə evin tikintisini həyata keçirmişdirlər. Ata, oğul və ana hər hansı bir iş qurmaq məqsədilə, gəlir əldə etmək məqsədilə iş görməmişlər, hər hansı bir şirkət yaratmamışlar, MMC təsis etməmişlər ki, onların hər birinin nizamnamə kapitalı olsun və gələcəkdə hər kəs öz qoyduğu vəsaitə uyğun olaraq gəlir əldə etsin. Cəbrayıl Kərimov və onun həyat yoldaşı yəni iddiaçının valideyinləri iddiaçıya ev tikməkdə maddi baxımdan yardımçı olmuşlar. Həmin evin tikilməsində hərənin ayrıca öz payı və gəliri nəzərdə tutulmamışdır. Hətta məhkəmə iclası zamanı şahid Cəbrayıl Kərimov məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, o özündə olan vəsaiti də evin tikintisini başa çatdırmaq üçün oğluna hədiyyə etmişdir. Göründüyü kimi valideyinləri qeyd olunan pul vəsaitlərini öz övladlarına əvəzsiz olaraq, heç bir qeyd şərt olmadan (şərtləşdirilməmiş) bağışlamışlar. Mülki qanunvericiliyin tələblərinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
21. Qətnamədən Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gedişatında cavabdehlər tərəfindən verilmiş iddia tələbinə dair etirazda da bildirilmişdir ki, İddiaçı ilə Cavabdeh2 2015-ci il tarixdə nişanlanmışlar. İddiaçının şəxsi evi olmdağından və yeni ev alıb ailə həyatı qurmaq üçün maddi imkanı olmdağından Cavabdeh1 (həyat yoldaşı Ramazan İsmayılov) iddiaçıya və onun ailə üzvlərinə təklif edərək bildirmişdir ki, (həyat yoldaşı Cavabdeh1) mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0.12 ha sahəsi olan boş torpaq sahəsinin üzərində yeni nişanlanmış gənclər üçün ev inşa etsin və orada yaşasınlar. Bu fikirə belə gəlinmişdir ki, Sevda evin kiçik qızı və sonuncu övladı olduğundan iddiaçının maddi imkanı olmadığından onların kirayədə qalmamaları üçün Sevdanın anasına məxsus torpaq sahəsinin üzərində Sevdanın atasının maddi köməyi ilə ev tikilsin. Uzun illərdi ki, Sevdanın atası (Ramazan İsmayılov), Rusiya Federasiyasının Moskva şəhərində işləyir. Bundan sonra Sevdanın atası (Ramazan İsmayılov) (2015-2017) 2 (iki) il ərzində hissə-hissə müxtəlif vasitələrlə (həyat yoldaşı Cavabdeh1) evin tikilməsi üçün pul göndərmiş və həmçinin özü də bir neçə dəfə Moskva şəhərindən Sumqayıt şəhərinə ailəsinin yanına gələndə evin tikilməsi üçün pul vermişdir. Sevda və onun anası (Cavabdeh1) qadın olduqları üçün tikinti işləri ilə məşğul olmamışlar və bu işi gələcək qudaları iddiaçının atası X1 həvalə etmişlər. Tikinti başa çatdıqdan sonra 2017-ci ildə İddiaçı ilə Cavabdeh2 rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Ailə həyatı qurduqdan sonra həmin mübahisəli evdə yaşamağa başlayıblar. Bundan sonra İddiaçı ilə Cavabdeh2 bir gənc ailə kimi yaxşı yaşamışlar və birgə təsərüffat aparmışlar. Lakin, sonradan iddiaçının ailəsinə laqeyd yanaşması, mütəmadi olaraq ailədaxili münaqişələrin baş verməsi və sonunda bu xoşa gəlməz hallar dözülməz hala çatdığından Cavabdeh2 nikahın pozulması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Nəticədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6336/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə X7 arasında olan Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 29 dekabr 2017-ci il tarixdə bağlanmış və 3656 nömrə ilə qeyd edilmiş nikah qeydinin pozulması, nikahın pozulmasından sonra tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmamış 19 mart 2021-ci il təvəllüdlü X3 anası - X2 himayəsində qalması və İddiaçı 19 mart 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək hər ay 175 manat sabit pul məbləğində alimentin və 3 yaşı tamam olana qədər 40 manat maddi yardımın xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub X4 verilməsi qət edilmişdir. Bundan sonra, iddiaçı yaşananlarla bağlı cavabdehlərdən maddi və mənəvi qisas almaq qərarına gəlmişdir. Bununla bağlı, İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1766 saylı sahədə fərdi həyət evinin tikintisinə çəkilmiş 30.000 manat xərclərin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində həqiqəti olmayan və əsassız olaraq onunla əsaslanmışdır ki, evin tikilməsində öz vəsaiti və onun valideynlərinin vəsaiti ilə tikilmişdir. Bununla bağlı sual yaranır, əgər iddiaçının və onun valideynlərinin maddi imkanı var idisə onda niyə Sumqayıt şəhərində hazır evlər almırdılar? Həmin evin tikilməsinə çəkilən xərcə Sumqayıt şəhərində hazır fərdi ev və ya mənzil almaq mümkündür. Bundan əlavə əgər maddi imkanları var idisə onda niyə evin tikilməsi 2 il müddətində olub?! Elə maddi imkanları olsaydı 2-3 ay ərzində evi tikib başa çatdıra bilərdi və buna görə də cavabdehlə tez bir zamanda ailə həyatı qurardı. Həmçinin iddia tələbində tələb olunan 30.000 manatı evin tikilməsi ilə bağlı nələrə xərclənməsi barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə iddiaçı, iddia ərizəsində qeyd edir ki, bir halda ki, cavabdehlə ailə-nikah münasibətlərinə xitam verilib, o zaman evin tikintisinə çəkilmiş xərclər aralarında bölünməlidir. Əgər iddiaçı çəkilmiş xərci birgə nikah dövrünə şamil edirsə onda 30.000 manatın ½ hissəsini tələb etməlidir, yəni 15.000 manatı. Lakin, çəkilmiş xərc rəsmi nikaha daxil olmadan cavabdehlər tərəfindən çəkilmiş xərcdir. Bundan əlavə iddiaçı, iddia ərizəsində qeyd edir ki, məhkəmə prosesi zamanı tikintiyə çəkilən xərclərin dəqiq müəyyən olunması üçün müvafiq ekspertiza təyin olunmalı və tikintinin dəyəri dəqiq müəyyən olunmalıdır. Əgər evin tikilməsinə çəkilən xərc iddiaçı və onun valideynləri tərəfindən çəkilibsə onda onlar daha yaxşı bilməlidirlər ki, evin tikilməsinə nə qədər vəsait xərclənib, niyə məhkəmə ekspertizası təyin olunmasını istəyirlər?! Məhkəmə gedişatında bir daha sübut olundu ki, iddiaçının iddia tələbi əsassızdır. Belə ki, iddia tələbində evin tikilməsinə çəkilmiş 30.000 manat xərcin cavabdehlərdən tutulması xahiş olunmuşdur. Lakin, məhkəmə iclasında iddiaçının atası X5 şahid qismində ifadəsində bildirmişdir ki, mübahisəli ev əsasən onun vəsaiti hesabına 45000-50000 manata başa gəlmişdir. Bu xərcin təxminən 5000 manatı oğlu, iddiaçı Yalçının, qalanı isə onun vəsaitidir. Ev hazır olduqdan sonra oğlu Yalçın cavabdeh Sevda ilə evlənərək oraya köçmüş, 3-4 il yaşadıqdan sonra isə boşanmışlar. Evin inşasında isə nə keçmiş qudası, nə də başqa şəxslər yardımçı olmamışlar. O, 2009-cu ildən təqaüddədir, 400 manat pensiya alır, həyat yoldaşı da, Yalçın da işləyirdilər. Digər övladları Elçin yataqxanada, Cəlal isə 5-6 ildir ki, kirayədə qalır. Göründüyü kimi, iddia tələbi ilə şahid qismində dindirilmiş iddiaçının atasının ifadəsində ziddiyyət yaranır. Bundan əlavə, iddiaçının atası bildirir ki, o və onun həyat yoldaşı pensiya alırlar. Digər övladları yataqxanada və kirayədə yaşayırlar. İddiaçının atası və anasının pensiyası ilə yığılmış vəsait ilə hazırki evi tikilməsinə xərc qoymaqdansa ilkin olaraq digər övladlarını niyə evlə təmin etməyiblər?! Bundan əlavə iddiaçı, iddia ərizəsində qeyd edir ki, evin bütün kommunal xərcləri, onun tərəfindən ödənilmişdir, abonent saldoları onun adınadır. Əgər bir evdə ailə kimi yaşanılırsa birgə təsərüffat aparılırsa evin kommunal xərcləri ailənin başçısı kimi, evin kişisinin adına olmalıdır. İddia ərizəsində qeyd etdikləri kimi, cavabdeh tərəfin əsassız varlanmaq fikri olsaydı onda evin kommunal xərcləri torpağın mülkiyyətçisi Cavabdeh1 adına rəsmiləşərdi. Həmçinin, fərdi yaşayış evində yaşayan şəxs mülkiyyətçi olmadan da istehlakçı kimi abonent müqaviləsi bağlayaraq istifadə edə bilər. Bundan əlavə, məhkəmə prosesləri zamanı iddiaçı və cavabdeh tərəfindən şahidlər dindirilmişdir. Lakin nədənsə məhkəmənin hər iki tərəfin şahidlərinə yox məhz iddiaçının şahidlərinə daxili inamı yaranmışdır. Buradan da görünür ki, məhkəmə işə ədalətsiz, iddiaçının verdiyi izahata və iddiaçı tərəfindən dindirilmiş şahidlərin ifadəsinə inanaraq birtərəfli baxaraq qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətlərinə yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini, iddia tələbinin tam təmin edilməsini və qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, Cavabdeh1 və onun vəkili və nümayəndəsi Nümayəndə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini və qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 157. Mülkiyyətin müdafiəsi
157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. (...) 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. (...) Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)
Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin həm təmin edilən, həm də təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı bütövlükdə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-106/2023 nömrəli qətnaməsi qismən – iddia tələbinin Cavabdeh1 25000 manatın alınaraq İddiaçı verilməsinin rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ümumilikdə 30000 manat alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməlidir.
30. İşin mübahisəsiz halları ilə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ilə X7 xx.xx.2017-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və Sumqayıt şəhəri, Novxanı bağ massivi B-1766 saylı sahədə yerləşən fərdi yaşayış evində yaşamışdırlar. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6336/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onların arasında olan nikah pozulmuşdur. Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən B-1766 saylı ev üzərində Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin ev İddiaçı ilə X7 hələ nikah bağlamazdan əvvəl tikilmişdir. Evin tikintisinə 30.000 manat pul vəsaiti xərclənmişdir. İddiaçının atası evin tikintisinə rəhbərliyi və nəzarəti həyata keçirmiş, eləcə də inşaat materiallarının dəyərini və ustaların əmək haqlarını ödəmişdir.
31. Tərəflər arasında mübahisə həmin fərdi yaşayış evinin tikintisinə çəkilən xərclə bağlı yaranmışdır. Belə ki, iddiaçı 30.000 manat xərcin onun tərəfindən çəkildiyini göstərir, cavabdeh tərəf isə həmin halı inkar edir, tikintiyə sərf edilən pulun iddiaçı tərəfin deyil, xarici ölkədə işləyən Ramazan İsmayılovun (Cavabdeh1 həyat yoldaşı) göndərdiyi vəsait olduğunu iddia edir.
32. Lakin cavabdeh tərəf məhkəməyə bu halı təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə iddiaçının atasının sözügedən evin tikintisinə rəhbərliyi və nəzarəti həyata keçirməsi, eləcə də inşaat materiallarının dəyərini və ustaların əmək haqlarını ödəməsi işin mübahisəsiz halı olaraq müəyyənləşdirilmişdir.
33. Birinci instansiya məhkəməsində qeyd olunan hallar həm tərəflərin izahatları, həm də şahid ifadələri ilə təsdiqini tapmışdır.
34. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddianın tamamilə rədd olunması ilə bağlı dəlillərini əsassız sayır.
35. İş materiallarından həmçinin göründüyü kimi İddiaçı ilə X7 arasındakı nikah pozulduqdan sonra Cavabdeh1 həmin ev üzərində əmlak hüquqlarını qeydiyyata aldırmışdır.
36. Mülki Məcəllənin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir.
37. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin evin tikintisinə qoyulmuş xərcin iddiaçı və atası tərəfindən çəkilməsi, iddiaya cavab vermək öhdəliyinin evin mülkiyyətçisi Cavabdeh1 daşıması qənaətinə gəlməsini əsaslı hesab etsə də, iddiaçının 25.000 manat məbləğə dair tələb irəli sürmək üçün onun subyektiv hüququnun mövcud olmaması barədə gəldiyi qənaəti əsaslı hesab etmir.
38. Belə ki, işin müəyyən edilmiş halları həm də onu göstərir ki, iddiaçının atası mübahisəli evin tikinti və təmir xərclərini Cavabdeh1 üçün deyil, oğlunun yəni iddiaçının və ailəsinin evlə təmin edilməsi üçün çəkmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, mübahisəli evin təmir və tikintisinə sərf olunmuş 25.000 manatı da tələb etmək üçün iddiaçı subyektiv hüquqa malikdir və bununla bağlı iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Odur ki, iddiaçının Cavabdeh1 qarşı 25.000 manatla bağlı tələbi də təmin olunmalıdır.
39. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
40. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)- 106/2023 nömrəli qətnaməsi qismən - iddia tələbinin Cavabdeh1 25000 manatın alınaraq İddiaçı verilməsinin rədd edilən hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 ümumilikdə 30.000 manat alınaraq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-106/2023 nömrəli qətnaməsi qismən – iddia tələbinin Cavabdeh1 25.000 manatın alınaraq İddiaçı verilməsinin rədd edilən hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin olunsun. Cavabdeh1 ümumilikdə 30.000 (otuz min) manat alınaraq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.