Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-987/2024 03.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsinə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X9 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı evə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(012)-706/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. Abşeron RİHB-nın Novxanı kənd İƏD üzrə İcra Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı 2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək Abşeron rayonu Novxanı kəndi Ə.Vahid küçəsində yerləşən və Novxanı bələdiyyəsinin balansında olan yataqxanada ailəsi ilə birlikdə yaşamışdır.
2. Novxanı Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixindən etibarən Novxanı bələdiyyəsində işləyir və 2013-cü il tarixindən xx.xx.2021-ci il tarixədək Abşeron rayonu, Novxanı kəndi, Ə.Vahid küçəsində yerləşən və Novxanı bələdiyyəsinin balansında olan yataqxanada ailəsi ilə birlikdə yaşamışdır.
3. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X1 İ dərəcəli əlildir (diaqnoz: Beta Talassemiya (böyük forma). Sümük iliyi transplantasiyadan sonrakı vəziyyət. Nevrasteniya. Başqa rubrikalarda təsnif olunmayan hepatosplenomeqaliya, USM müayinədə: Qaraciiyər 3 sm böyüyüb, dalaq 6 sm böyüyüb. Xoşxassəli və narahatlıq törətməyən ürək küyləri. Funksional ürək küyü. Digər transplantasiya olunmuş orqan və toxumaların olması. Sümük iliyi transplantaziyasından sonrakı vəziyyət).
4. AZ-İİ 991694 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh1, anası İddiaçıdır.
5. AZ-İ 456980 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında nikahın pozulması aktı xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır.
6. xx.xx.2000-ci il tarixli aktın surətindən görünür ki, Novxanı sovxozunun əmlakından bələdiyyə mülkiyyətinə saxlanılmış əmlak bələdiyyəyə təhvil verilmişdir (o cümlədən yataqxana binası).
7. İşdən görünür ki, mübahisəli yaşayış sahəsi yataqxanada yerləşir və həmin əmlak xx.xx.2000-ci il tarixli akta əsasən Novxanı Bələdiyyəsinin balansına verilmişdir.
8. Apellyasiya icraatı zamanı təqdim edilmiş, Abşeron rayon X6 30 mart 2024-cü il tarixli, 03 saylı iclasın protokolundan çıxarışdan müəyyən edilir ki, Novxanı bələdiyyəsinin mülkiyyətində olan yataqxana İddiaçı övladı ilə birlikdə müvəqqəti yaşayış üçün verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq, “Novxanı kəndi, Ə.Vahid küçəsində yerləşən yataqxanaya yaşayış və istifadə hüququnun tanınması və övladı ilə birlikdə mənzilə köçürülməsi, həmçinin məhkəməyə müraciət edilməsi üçün ödədiyi 100 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2011-ci il tarixdə Cavabdeh1 ilə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2012- ci il təvəllüdlü X1 dünyaya gəlmişdir. 2013-cü ildə övladının irsi qan xəstəliyi olan talassemiya xəstəliyindən əziyyət çəkdiyi məlum olmuş, 2015-ci ildən etibarən “Böyük Beta talassemiya'* diaqnozu ilə Respublika Talassemiya Mərkəzində dövlət qeydiyyatına alınmışdır. xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasında Respublikamızın xeyriyyəçilərindən biri tərəfindən maliyyələşdirilməklə, kənar donor vasitəsilə dəyəri 170000 ABŞ dolları olan və eyni zamanda çox ağır əməliyyat olan ilik nəqli əməliyyatı olmuşdur. O, 2013-cü ildən etibarən xx.xx.2021-ci il tarixədək, yəni oğlunun əməliyyatı üçün Türkiyə Respublikasına gedənədək keçmiş həyat yoldaşı Cavabdeh1 X1 ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi, Ə.Vahid küçəsində yerləşən və Novxanı bələdiyyəsinin balansında olan yataqxanada yaşamışdır. Türkiyəyə hazırlıq ərəfəsində keçmiş yoldaşı Cavabdeh1 ailəsinə dəstək olmaq əvəzinə ailə-məişət problemləri yaratmış, nikahın ləğvi üçün məhkəməyə müraciət etmiş, lakin bir müddət sonra ərizəsini geri götürmüşdür. xx.xx.2021-ci il tarixdə keçmiş həyat yoldaşı Cavabdeh1 o və oğlu ilə birgə Türkiyəyə getmiş, xx.xx.2021-ci il tarixində geri qayıtmış, bir neçə gün sonra həyat yoldaşının yaxın qohumları zəng vuraraq Ziyadxanın ailəsinin dəstəyi ilə rəsmi nikahdan kənar Ləman adlı bir qadınla ailə qurduğunu bildirmişdir. Keçmiş həyat yoldaşı baş verən hadisələri əvvəlcədən düşünülmüş şəkildə etmiş, xx.xx.2021-ci il tarixində hava limanına gedərkən yolda yaşadığı evin açarını evdə unutduğunu qeyd etmiş və ondan digər açarı təhvil almışdır. xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək oğlu ilə birlikdə Türkiyə Respublikasında yaşamış, həmin müddətin üç ayını İstanbulda yerləşən Acıbadem Xəstəxanasında izolyasiya olunmuş xəstəxana palatasında keçirmişdir. Oğlu Muradxan iki dəfə ağır reanimasiya keçirmiş, həyati təhlükəsi yaranmış, doqquz dəfə narkoz almışdır. Həyatının ən ağır günlərində keçmiş həyat yoldaşı yaşadığı evin dəmir darvazasının qıfılını dəyişmiş, keçmiş qaynatası isə evin sənədləşdirilməsi ilə bağlı Novxanı bələdiyyəsinə şifahi formada müraciət etmişdir. Cavabdeh1lə telefon və video görüntü zamanı dəfələrlə aralarında münaqişə yaranmış, hətta oğlunun əməliyyatı üçün ona icazə sənədini verməyəcəyini və evə buraxmayacağını söyləmişdir. xx.xx.2021ci il tarixində ağır əməliyyat keçirmiş oğlu ilə xəstəxanadan birbaşa hava limanına yollanmışdır. Vətənə qayıdanda qardaşı X3 onları hava limanında qarşılayaraq keçmiş həyat yoldaşı ilə yaranmış münaqişəni və oğlunun ağır vəziyyətini nəzərə alaraq onları Masazır qəsəbəsində kirayə tutduğu mənzilə aparmışdır. Səhəri gün yoldaşı ilə əlaqə saxlamış, evdən geyim və digər zəruri əşyaları götürəcəyini söyləyərək evin açarlarını təhvil verməsini tələb etmişdir. Lakin Ziyadxan onu evə bııraxmayacağını bildirmiş və əşyalarını çölə tökəcəyi ilə təhdid etmişdir. Keçmiş həyat yoldaşı Cavabdeh1 xx.xx.2021-ci il tarixindən etibarən, yəni Türkiyədən qayıdandan hal-hazıradək valideynləri ilə birgə Novxanı kəndi, M.Tərlanov küçəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evində yaşayır. xx.xx.2022-ci il tarixində Xətai Rayon Məhkəməsində Cavabdeh1 müraciəti əsasında nikahları ləğv edilmişdir. Alimentin övladı Muradxanın müalicə xərci də nəzərdə alınmaqla 300 manat məbləğində müəyyən olunması keçmiş həyat yoldaşı Ziyadxanı hiddətləndirmiş, Cavabdeh1 2022-ci ilin may ayında ona zəng edərək gəlib evdən əşyalarını götürməyi və atası Cavabdeh2 evi kirayə verdiyini bildirmişdir. Bununla əlaqədar olaraq 102 xidmətinə müraciət etmişdir. xx.xx.2022-ci il tarixindən etibarən o, Novxanı kəndi, C.Useynov küçəsində kirayə yaşayır. X7 İ qrup əlildir. Ağır əməliyyat olmuş övladının qayğıları maddi xərc tələb edir. Hal-hazırda Respublika Talassemiya Mərkəzində transplantoloq və psixiatr nəzarətindədir. Övladı iki ildir məktəbə gedə bilmir. Bu il məktəbə getməyinə həkimlər icazə vermişdir. Oğlu Xırdalan qəsəbəsində yerləşən 1 saylı orta məktəbdə təhsil alır. Hazırda kirayə yaşadığı ev məktəbə gedən marşrut dayanacağından 1 km məsafədə yerləşir. Lakin Ə.Vahid küçəsində yerləşən və illərlə yaşadığı ev isə dayanacaqdan 200 metr məsafədə yerləşir. Kirayə yaşamağa maddi imkanı çatmır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır
11. Abşeron Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(012)-706/2024 nömrəli qətnaməsi ilə (hakim M.Abbasova) iddia tələbi təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd edib ki, tərəflər arasında mübahisəli yaşayış sahəsi ilə bağlı münasibətlər 2013-cü ildə yaranmışdır ona görə də hazırki mübahisə Mənzil Məcəlləsinin müvafiq müddəalarına əsasən həll edilməlidir. Həmçinin işin mübahisəsiz hallarından biri də mübahisəli yaşayış sahəsinin bələdiyyə mənzil fonduna aid olmasıdır. İşdən görünür ki, mübahisəli daşınmaz əmlak Novxanı Bələdiyyəsinin balansındadır və iddiaçı hələ nikaha daxil olmamışdan öncə cavabdehlərdən Cavabdeh2 istifadəsində olmuşdur. İddiaçı Cavabdeh1lə nikaha girmiş və 2013-cü ildə bu yaşayış sahəsinə köçmüşdür. Lakin sonradan onların nikahları pozulmuş, nikahın pozulması aktı xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. İddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması və ya müvafiq qurumla sosial kirayə müqaviləsi bağlaması barədə işdə hər hansı mötəbər sübut yoxdur. Bundan başqa, işin faktiki hallarından görünür ki, iddiaçının mübahisəli yataqxana otağına köçürülməsinə evin faktiki istifadəçisi olan Cavabdeh2 icazə vermir İşin faktiki hallarından da göründüyü kimi, iddiaçının mübahisəli yaşayış sahəsindən istifadə hüququnun yaranmasına heç bir əsas yoxdur. Eyni zamanda, bu yaşayış sahəsi ilə bağlı İddiaçı hər hansı iqtisadi marağının olması iş materialları ilə öz təsdiqini tapmır, mübahisəli otağın əldə edilməsində iddiaçının vəsaitinin xərclənməsi barədə işdə hər hansı sübut mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə iddianı rədd etmişdir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarxli Qərarına, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1, 48.2, 51.3, 51.4, 51.5. 51.6, 51.7, 56.3, 57.1, 57.2-ci maddələrinə, Mülki Məcəllənin 27, 152.1, 157.8, 158.1.2, 158.2-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2. 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(012)-706/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbini rədd edən məhkəmənin mövqeyi qanunsuz və əsassızdır. Cavabdehlər iddiaçının keçmiş qaynatası Cavabdeh2 və əri Cavabdeh1dur. Mübahisəli mənzil isə Novxanı Bələdiyyəsinin balansında olan yataqxanadır. Həmin yataqxanada 2013-2021 ci illərdə yaşamışdır. Sözügedən mənzili oğlunun müalicəsi üçün 2021-ci ilin iyul ayında Türkiyə Respublikasına getməklə müvəqqəti tərk etmişdir. Təxminən 5 ay Türkiyədə yaşamışlar. Bu müddət ərzində keçmiş həyat yoldaşı evin qapısını, açarları dəyişdirmiş və artıq xx.xx.2021-ci il tarixdə iddiaçı uşağı ilə birlikdə Azərbaycana qayıtdıqda onları evə buraxmamışdır. Həmin vaxtdan iddiaçı uşağı ilə birlikdə kirayə yaşayır. Keçmiş həyat yoldaşı Cavabdeh1 xx.xx.2021-ci il tarixindən etibarən, valideynləri ilə birgə Novxanı kəndi, M.Tərlanov küçəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evində yaşayır. X7 İ qrup əlildir. Halhazırda Respublika Talassemiya Mərkəzində transplantoloq və psixiatr nəzarətindədir. Muradxan iki dəfə ağır reanimasiya keçirtmiş, həyati təhlükəsi yaranmış, doqquz dəfə narkoz almışdır. Yaşadığı yerdən məhrum olunması isə daha çox ona təsir edir, çünki doğulduğu vaxtdan orada yaşamışdır. Onun iddia etdiyi mənzilə ehtiyacı vardır. Abşeron Rayon Məhkəməsi isə əsassız qətnamə çıxararaq onun hüquqlarını məhdudlaşdırmışdır. Məhkəmənin mülkiyyətçi kimi qəbul etdiyi Cavabdeh2 tərəfindən məhkəməyə mülkiyyət hüququnu təstiq edən heç bir sənəd təqdim edilməmişdir. Cavabdehlərin həmin yaşayış sahəsinə ehtiyacı da yoxdur. Mübahisə olunan yataqxana isə mülkiyyət hüququ ilə Novxanı Bələdiyyəsinin mülkiyyətindədir. Onunla bağlı qərar qəbul etmək səlahiyyəti də məhz bələdiyəyəyə mənsubdur. Bu hallar məhkəmə tərəfindən təhlil edilməmiş və iş üzrə iddia tələbinin rədd edilməsi barədə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddia tələbi əsaslıdır. İşə baxan məhkəmə əsaslı və qanuni iddia tələbini təmin etməmişdir. o, 2013-cü ildən 2021-ci ilin iyul ayınadək, yəni övladının əməliyyatı ilə əlaqədar Türkiyəyə gedənə kimi sözügedən yataqxanada yaşamışdır. Həmin yataqxana Novxanı bələdiyyəsinin mülkiyyətindədir, Novxanı bələdiyyəsinin mülkiyyətinə isə sovxoz tərəfindən əmlak payı kimi, vətəndaşların müvəqqəti yaşayışı üçün verilmişdir. Cavabdehlər mübahisəli ünvanda ondan qabaq yaşamışlar. İddiaçı özü 2010-cu ildən, yəni hələ ailə qurmamışdan Novxanı bələdiyyəsində kadr və kargüzarlıq üzrə mütəxəssis işləyir. Qeyd olunan yataqxana ayrıca darvazası olan həyət evlərindən ibarətdir. Həmin əmlak ayrı-ayrı şəxslərin xüsusi mülkiyyətinə verilə bilməz. Onun hazırda başqa yaşayış yeri yoxdur. Ona görə də öhdəsində olan İ qrup əlil xx.xx.2012-ci il təvəllüdlü X1 ilə Novxanı kəndi, Əliağa Vahid küçəsində yerləşən Novxanı bələdiyyəsinin mülkiyyətində olan yataqxanaya köçmək istəyir. Göstərilənlərə əsasən iddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon Novxanı Bələdiyyəsinə məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon Novxanı Bələdiyyəsi məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər.
19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”.
21. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (yeni 2009-cu il redaksiyalı)
Maddə 2.1. Fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Maddə 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Maddə 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir Maddə 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Maddə 56.3. Yaşayış sahələrinə ehtiyacı olan qismində uçotda duran vətəndaşlara sosial kirayə müqaviləsi ilə yaşayış sahələri müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq bələdiyyə orqanının qərarına əsasən verilir. Sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin verilməsinə dair qərar onun qəbul edildiyi gündən üç iş günündən gec olmayaraq barələrində belə qərar qəbul edilmiş vətəndaşlara verilir və ya göndərilir. Maddə 57.1. Sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri verilərkən ər və arvad istisna olmaqla, ayrı cinslərdən olan şəxslərin bir otağa köçürülməsinə yalnız onların razılığı ilə yol verilir. Maddə 57.2 Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi adambaşına düşən ayrılma normasından iki dəfədən çox olmamaq şərti ilə artıq olan ümumi sahə kimi verilə bilər o şərtlə ki, belə yaşayış sahəsi bir otaqdan və bir otaqlı mənzildən ibarət olsun və ya həmin yaşayış sahəsinə bu Məcəllənin 50.1.4-cü maddəsində nəzərdə tutulmuş siyahıda göstərilən ağır xroniki xəstəliklərə düçar olmuş vətəndaşın köçürülməsi nəzərdə tutulsun. 68.1 və 68.2-ci maddəsinə görə, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqailəsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə, kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin razılığı ilə digər vətəndaşları onun birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun. Maddə 69.2. Kirayəçinin yetkinlik yaşına çatmış öz ailə üzvlərinin, o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin və kirayəyə verənin yazılı razılığı ilə digər vətəndaşları onunla birlikdə yaşayan ailə üzvləri kimi sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Kirayəyə verən vətəndaşların kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri kimi köçürülməsini o halda qadağan edə bilər ki, onların köçürülməsi nəticəsində müvafiq yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi uçot normasından az olsun.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin və ya qəyyumlarının yaşayış yeri sayılır.
23. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0 və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
24. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(012)-706/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də, kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
26. İddia tələbi yaşayış sahəsinə istifadə hüququnun tanınması və köçürülmə barədədir.
27. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı və azyaşlı övladı cavabdehlərin ailə üzvləri sayılmaqla, yaşayış sahəsinə könüllü buraxılmış və uzun müddət, bir yerdə yaşamaqla təsərrüfat idarə etmişlər. O, 2013-2021-ci illər ərzində cavabdehlərlə birgə mübahisəli ünvanda yaşamışdır. Hazırda Cavabdeh1lə nikahı pozulduğundan və sonuncular onların mübahisəli yaşayış sahəsində yaşamasına mane olduğundan, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. İddiaçı tələbini həm də onunla əsaslandırır ki, mübahisəsi gedən yaşayış sahəsi cavabdehlərin xüsusi mülkiyyətində olmamaqla, Novxanı Bələdiyyəsinin balansındadır və Bələdiyyə onun həmin yataqxanaya köçərək yaşamasına etiraz etmir. Hətta bununla bağlı müvafiq qərar da qəbul olunmuşdur.
28. Araşdırılan işin faktiki hallarından müəyyən olunur ki, iş üzrə tərəflər iddiaçı və Cavabdeh1 xx.xx.2011-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuş 2023-cü ildə nikahları pozulmuşdur. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X1 dünyaya gəlmişdir. İddiaçı 2013-cü ildən etibarən xx.xx.2021-ci il tarixədək, oğlunun əməliyyatı üçün Türkiyə Respublikasına gedənədək keçmiş həyat yoldaşı Cavabdeh1 ilə birlikdə Abşeron rayonu, Novxanı kəndi, Ə.Vahid küçəsində yerləşən və Novxanı bələdiyyəsinin balansında olan yataqxanada yaşamışdır. 2021-ci ilin yay ayında övladının müalicəsi üçün Türkiyəyə getmiş və 5 aydan sonra qayıtdıqda artıq cavabdeh tərəfindən mübahisəli mənzilə buraxılmamışdır.
29. İşdən görünür ki, mübahisələndirilən yaşayış sahəsi Novxanı Bələdiyyəsinin balansında olmaqla, vaxtilə cavabdehlərə verilmiş, sonra isə iddiaçı Cavabdeh1lə ailə həyatı qurduqdan sonra, ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamış, oğlu Muradxan Allahverdiyev də həmin yaşayış sahəsində dünyaya gələrək valideynləri ilə birlikdə yaşamışdır.
30. Göründüyü kimi iddiaçı və cavabdehlər uzun müddət bir ailə üzvü kimi mübahisəli yaşayış sahəsində yaşamışlar.
31. Araşdırılan işə əlavə edilmiş xx.xx.2000-ci il tarixli aktın surətindən görünür ki, Novxanı sovxozunun əmlakından bələdiyyə mülkiyyətinə saxlanılmış əmlak bələdiyyəyə təhvil verilmişdir (o cümlədən mübahisəli otağın yerləşdiyi yataqxana binası). Həmin mənzil Novxanı Bələdiyyəsinin balansında olmaqla, tərəflərin istifadəsində olmuş, birinci instansiya məhkəməsinin icraatı zamanı da balansaxlayan (mülkiyyətçi) Bələdiyyə iddiaçının həmin evdə yaşamasına etirazının olmadığını bildirmişdir.
32. Apellyasiya icraatı zamanı isə təqdim edilmiş Abşeron rayon X6 30 mart 2024-cü il tarixli, 03 saylı iclasın protokolundan çıxarışdan müəyyən edilir ki, Novxanı bələdiyyəsinin mülkiyyətində olan yataqxanada İddiaçı övladı ilə birlikdə müvəqqəti yaşayış üçün verilmişdir.
33. Kollegiya qeyd edir ki, hazırki mübahisə ilə bağlı ilk növbədə aşağıda göstərilən xüsusatlara diqqət yetirmək lazımdır.
34. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”.
35. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
36. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, 1-ci və 2-ci hal mövcuddur, yəni iddiaçı tərəf köçmək istədiyi yaşayış sahəsində uzun müddət yaşayıb, sonra isə həmin yaşayəş sahəsində yaşamaqdan məhrum olub. Ona görə də yalnzı 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır.
37. Qeyd edilir ki, 2-ci halın mövcudluğu iddiaçının ixtiyarından asılı olmamışdır. Yəni, iddiaçı Cavabdeh1lə boşandıqdan sonra uşağı ilə birlikdə həmin evə buraxılmamışdır.
38. Nəzərə alınmalıdır ki, məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
39. Kollegiya apellyasiya şikayətinin dəlili ilə bağlı bir məsələni də qeyd edir ki, konkret mübahisəyə mülkiyyət hüquqi ilə bağlı müddəaların tətbiq edilməsi istisnadır. Belə ki, işin mübahisə olunmayan hallarından müəyyən edilir ki, sözügedən yaşayış sahəsi özəlləşməmiş və Bələdiyyənin mülkiyyətində olmaqla, balansaxlayan iddiaçının həmin evdə yaşamasına etiraz etmir, əksinə bununla bağlı iclas keçirərək, iddiaçının övladı ilə ilə orada yaşamasına razılığını bir daha bəyan etmişdir.
40. Göründüyü kimi birinci instansiya məhkəməsinin iddiaçının “sübut təqdim etməməsi” əsası ilə iddianı təmin edilməməsi Mənzil Məcəlləsinin 68-ci maddəsinin tələbləri baxımından düzgün olmamışdır.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı və onun azyaşlı uşağının mübahisəli yaşayış sahəsinə köçüb yaşaması barədə iddia tələbi əsaslıdır.
42. Beləliklə yuxarıda qeyd olunanları ümumiləşdirən kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir. Yeni qətnamə ilə, İddiaçı 2012-ci il təvəllüdlü Muradxan Allahverdiyevlə birlikdə Novxanı kəndi, Ə.Vahid küçəsində yerləşən yataqxanaya köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir.
43. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci cavabdehlərə aid edilməklə, onlardan alınaraq iddiaçıya verilməlidir.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraqiddiu
Qət etdi:
İddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(012)-706/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilsin. İddiaçı xx.xx.2012-ci il təvəllüdlü övladı X1 ilə birlikdə Novxanı kəndi, Ə.Vahid küçəsində yerləşən yataqxanaya (Novxanı Bələdiyyəsinin balansında olan) köçürülsün. İddia qalan (istifadə hüququnun tanınması hissəsində) hissədə təmin edilməsin. Ödənilmiş 100 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.