Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-989/2022 07.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Ramilə Camaləddin qızının katibliyi Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2(012)-3562/2019 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ Abşeron Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2(012)-3562/2019 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək, hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) cəmi 1408113,94 (bir milyon dörd yüz səkkiz min yüz on üç manat 94 qəpik) manat məbləğində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********)cəmi 5648,31 (beş min altı yüz qırx səkkiz manat 31 qəpik) manat məbləğində, "xxxx"Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) cəmi 327005,81 (üç yüz iyirmi yeddi min beş manat 81 qəpik) manat məbləğində və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) cəmi 16750,04 (on altı min yeddi yüz əlli manat 04 qəpik) manat məbləğində Dövlət Büdcəsinə olan 16 iyul 2019-cu il tarixə hesablanmış vergi borcları ödənilənədək, həmin hüquqi şəxslərin icra orqanının rəhbəri xx xxxxxxxx 1989-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. (hakim Z.Sadıqov) Qətnamədən Maraqlı şəxs apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2(012)-3562/2019 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ Ərizəçi Azərbaycan Respublikası VergilərNazirliyinin 11 saylı Ərazi Vergilər Departamenti Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan ümumilikdə 1757518,10 (bir milyon yeddi yüz əlli yeddi min beş yüz on səkkiz manat 10 qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə 16 iyul 2019-cu il tarixə hesablanmış vergilər üzrə cəmi 1408113,94 manat manat məbləğində, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə 16 iyul 2019-cu il tarixə hesablanmış vergilər üzrə cəmi 5648,31 manat məbləğində, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə 16 iyul 2019-cu il tarixə hesablanmış vergilər üzrə cəmi 327005,81 manat məbləğində və hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə 16 iyul 2019-cu il tarixə hesablanmış vergilər üzrə cəmi 16750,04 manat məbləğində olmaqla, ümumilikdə cəmi 1757518,10 (bir milyon yeddi yüz əlli yeddi min beş yüz on səkkiz manat 10 qəpik) manat məbləğində vergi borcu vardır. Yaranmış həmin borc məbləğlərinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə həmin vergi ödəyicilərinə bildiriş göndərilməsinə baxmayaraq, onlar dövlət büdcəsinə ödənilməli olan vergi üzrə yaranmış həmin borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən borclular "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanlarının rəhbəri ünvan 1 ünvanında rəsmi qeydiyyatda olan xx xxxxxxxx 1989-cu il təvəllüdlü Maraqlı şəxsdur. Bu səbəbdən də ərizə təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ İş üzrə Maraqlı şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisəni həll edərkən maddi hüquq normalarına düzgün riayət etməmiş, işin hallarını ətraflı araşdırmamışdır. Qətnamə tamamilə əsassızdır, çünki onu təmsil edən X3 onun şəxsiyyət vəsiqəsindən istifadə edib 5 saylı Asan xidmətdə adından etibarnamə almışdır və həmin etibarnamə əsasında Vegilər Nazirliyinin 11 saylı ərazi Vegilər Departamentində onun adına VÖEN və digər hüquqverici sənədləri almışdır. Bundan sonra ona məlum olmayan müəssisələrlə iş fəaliyyəti olmuşdur, nəticədə külli məbləğdə borc yaranmışdır. Bu borca görə ərazi Vergilər Departamenti aiddiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə pul tələbi ilə bağlı iddia vermiş, iddia təmin olunmuşdur. O, 6 ay dövlət orqanlarına müəssisənin ona aidiyyatı olmadığına görə rəsmi müraciətlər edib, lakin Abşeron Rayon Məhkəməsi bu hallarla bağlı heç bir araşdırma aparmamışdır. Ərizədə adları çəkilən hüquqi şəxslərinin heç birini tanımır, onların rəhbəri o, deyildir. Göstərilənlər əsasında şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı (iştirak etdiyi məhkəmə iclasında) ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin nümayəndəsi X1 şikayətin dəlillərini qəbul etmədiyini bildirərək, onun rədd edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Lakin o, sonuncu məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan xx.xx.2022-ci il tarixli çıxarışlardan görünür ki, hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi Maraqlı şəxsdur. Mülki iş materiallarına əlavə edilmiş vergi bəyannamələrindən, vergi ödəyicisinin şəxsi hesab vərəqələrindən çıxarışlardan və digər sənədlərdən görünür ki, “ixtisaslaşdırılmamış topdansatış” fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) cəmi 1408113,94 (bir milyon dörd yüz səkkiz min yüz on üç manat 94 qəpik) manat məbləğində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) cəmi 5648,31 (beş min altı yüz qırx səkkiz manat 31 qəpik) manat məbləğində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) cəmi 327005,81 (üç yüz iyirmi yeddi min beş manat 81 qəpik) manat məbləğində və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) cəmi 16750,04 (on altı min yeddi yüz əlli manat 04 qəpik) manat məbləğində 16 iyul 2019cu il tarixə hesablanmış vergi borcları olmaqla, həmin hüquqi şəxslərin ümumilikdə cəmi 1757518,10 (bir milyon yeddi yüz əlli yeddi min beş yüz on səkkiz manat 10 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə ödənilməmişdir və həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri ünvan 2 ünvanında qeydiyyatda olan xx xxxxxxxx 1989-cu il təvəllüdlü Maraqlı şəxsdur. Yenə işə əlavə edilmiş xəbərdarlıqlardan görünür ki, Maraqlı şəxs vergi öhdəliklərini yerinə yetirmədiyinə görə barəsində tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. AR ƏN 5 saylı Bakı “Asan Xidmət” Mərkəzində notariat ofisinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 761 nömrəli məktubundan bəlli olur ki, “e-Notariat” İnformasiya Sistemində araşdırma aparılan zaman xx.xx.1989-cu ildə Abşeron rayonu Saray qəsəbəsində doğulmuş Maraqlı şəxs adından X2 verilmiş heç bir etibarnamə aşkar edilməmişdir. MƏHKƏMƏNİNHÜQUQİMÖVQEYİ Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlillərini, iştirak edən şəxslərin izahatlarını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2(012)- 3562/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə görə Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1 və 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Yenə həmin Məcəllənin 77.3-cü maddəsinə görə vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Eyni Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındadır. İşdən görünür ki, vergi ödəyicisi olan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə 16 iyul 2019-cu il tarixə hesablanmış vergilər üzrə cəmi 1408113,94 manat manat məbləğində, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə 16 iyul 2019-cu il tarixə hesablanmış vergilər üzrə cəmi 5648,31 manat məbləğində, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə 16 iyul 2019-cu il tarixə hesablanmış vergilər üzrə cəmi 327005,81 manat məbləğində və hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) dövlət büdcəsinə 16 iyul 2019-cu il tarixə hesablanmış vergilər üzrə cəmi 16750,04 manat məbləğində olmaqla, ümumilikdə cəmi 1757518,10 (bir milyon yeddi yüz əlli yeddi min beş yüz on səkkiz manat 10 qəpik) manat məbləğində vergi borcu vardır. Yaranmış borcun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə həmin vergi ödəyicilərinə bildiriş göndərilməsinə baxmayaraq, onlar dövlət büdcəsinə ödənilməli olan vergi üzrə yaranmış həmin borc məbləğlərini ödəməmişlər. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxslərin icra orqanlarının rəhbəri ünvan 3 ünvanında rəsmi qeydiyyatda olan xx xxxxxxxx 1989-cu il təvəllüdlü Maraqlı şəxs olduğundan ərizəçi hazırkı tələblə məhkəməyə müraciət etmiş, mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən formada həll edilmişdir. Qətnamədən narazı qalan maraqlı şəxs ondan apellyasiya şikayəti verilmişdir. Apellyatorun öz apellyasiya şikayətində yeganə dəlili, ondan ibarətdir ki, onu təmsil edən X3 onun şəxsiyyət vəsiqəsindən istifadə edib 5 saylı asan xidmətdə Seymurun adından etibarnamə almışdır, həmin etibarnamə əsasında Vegilər Nazirliyinin 11 saylı ərazi Vegilər Departamentində onun adına VÖEN və digər hüquqverici sənədləri almışdır. Bundan sonra ona məlum olmayan müəssisələrlə iş fəaliyyəti olmuşdur, nəticədə külli məbləğdə borc yaranmışdır. Yəni onun bütün bu əməliyyatlardan xəbəri olmamış, bu səbəbdən də yaranmış vergi borcuna görə vergi orqanı qarşısında məsuliyyəti o, daşımır və onun hüquqları bu borca görə məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikası MPM-nin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Yuxarıda qeyd olunduğu kimi, Maraqlı şəxs icra orqanlarının rəhbəri olduğu hüquqi şəxslərin dövlət büdcəsinə 1.757.518.10 manat məbləğində vergi borcunun olması işdə olan mötəbər sübutlarla təsdiq olunduğundan onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə vergi orqanının ərizəsi əsaslıdır. Buna görə də, birinci instansiya məhkəməsi düzgün nəticəyə gələrək tərəflərin hüquq münasibətlərinə maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək ərizəni təmin etməkdə haqlı olmuşdur. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Maraqlı şəxs isə apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası Maraqlı şəxs apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər iş materialları ilə təkzib olunur və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Azərbaycan Respublikası MPM-nin 355-7.3-cü maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə görə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə çıxarılmış qətnamə qanunidir. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs MPMnin 355-7.6-cı maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, onun müvafiq icra hakimiyyəti orqanına, həmin orqanın isə məhdudlaşdırmanın götürülməsi barədə ərizə ilə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası MPM-nin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Maraqlı şəxs özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 08 avqust 2019-cu il tarixli, 2(012)- 3562/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 10 manat 40 qəpik məbləğində dövlət rüsumu Maraqlı şəxs özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-989/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-989/2022
07.06.2022 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver