Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-991/2022 24.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı istifadə hüququnun itirilməsi, cavabdehin və ailə üzvlərinin,əmlaklarının, cavabdeh tərəfindən evə köçürülmüş digər şəxslərin evdən çıxarılması, evin boşaldılaraq təhvil verilməsi və pul tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(012)-5420/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(012)-5420/2021 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim E.Məmmədov) Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(012)-5420/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu ünvan 1-də cavabdehlər Cavabdeh2 və Cavabdeh1 istifadə hüquqlarının itirilməsi, cavabdehlərin ailə üzvlərinin, əmlaklarının, eləcə də cavabdehlər tərəfindən mülkiyyətində olan evə köçürülmüş digər şəxslərin evdən çıxarılması, evin boşaldılaraq ona qaytarılması, mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsində yerləşən 24 nömrəli evin boşaldılması üçün məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq evi boşaldacaqları günədək hər ay məhrum olduğu 350 manat məbləğində pulun, vəkilin xidməti üçün ödədiyi 190 manat pulun və dövlət rüsumu kimi ödədiyi 10 manat pulun Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək mülkiyyətçisi olduğu ünvan 2-ə cavabdeh X1 istifadə hüquqlarının itirilməsi, cavabdehin və cavabdehin ailə üzvlərinin, əmlaklarının, eləcə də cavabdeh tərəfindən mülkiyyətində olan evə köçürülmüş digər şəxslərin evdən çıxarılması, evin boşaldılaraq ona qaytarılması, mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsində yerləşən 24 nömrəli evin boşaldılması üçün məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq evi boşaldacaqları günədək hər ay məhrum olduğu 350 manat məbləğində pulun, vəkilin xidməti üçün ödədiyi 190 manat pulun və dövlət rüsumu kimi ödədiyi 10 manat pulun Cavabdeh2 onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh2 mülkiyyətində olan faktiki olaraq 0.02737 ha torpaq sahəsində yerləşən Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsi, 24 nömrəli evin 70000 manata İddiaçı satılması barədə razılığa gəlmiş, 10.09.2016-cı ildə Abşeron rayonu 1 saylı notariat kontorunda alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə satıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 13-cü bəndinə görə satıcılar 09.10.2016-cı il tarixədək evdən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Alqı-satqı müqaviləsi bağlanarkən cavabdehin təkidli xahişi ilə alqı-satqı müqaviləsində məbləğ 70000 manat deyil, 18000 manat göstərilmişdir. ünvan 2-ün cavabdeh tərəfindən iddiaçıya 70000 manata satılması və iddiaçı tərəfindən Cavabdeh2 70000 manat pulun ödənilməsi, pulun alınması barədə akt tərtib edilmişdir. Həmin akt Cavabdeh2 və şahidlər tərəfindən imzalanmışdır. ünvan 2-barəsində iddiaçıya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12.09.2016-cı il tarixdə, ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İddiaçının niyyəti həmin evi sökərək evin texniki pasportunda göstərilən 0.02737 ha torpaq sahəsində müasir tipli ev tikmək olduğundan, iddiaçı cavabdehə müəyyən müddətdə (həmin həyətdə tikinti işlərinə başlayana qədər) həmin evdə qalaraq yaşamalarına icazə vermişdir. İddiaçı müəyyən maliyyə çətinlikləriylə bağlı bir müddət mülkiyyətində olan ünvan 1 ünvanında hər hansı iş görə bilməmişdir. İddiaçı sonuncu dəfə evinə gedərkən görmüşdür ki, Cavabdeh2 mülkiyyətində olan, texniki pasportunda göstərilən 0.02737 ha torpaq sahəsinin bir hissəsini başqa şəxslərə satmış və həmin şəxslər də aldıqları torpaq sahəsində ev tikdirmişlər. Həmin torpaq sahəsindəki tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması barədə iddiaçı məhkəmədə iddia qaldırmışdır. Hazırda iddiaçının mülkiyyətində olan ünvan 2-də cavabdeh tərəfindən verilmiş digər şəxslər yaşayır və cavabdehin özü də hərdən bir gəlib gedir. İddiaçı dəfələrlə cavabdehdən mülkiyyətində olan evin boşaldılmasını tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək evi boşaltmamışdır. Cavabdeh torpaq sahəsində 2 ev tikmiş və orada ailə üzvləri ilə birlikdə məskunlaşmışdır. Cavabdeh evin alqı-satqı müqaviləsinin ləğvi ilə bağlı məhkəməyə müraciət etsə də, iddiası rədd edilmişdir. Göstərilənlər əsasında iddia tələbi təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı iddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətində göstərmişdir ki, məhkəmə onun mülkiyyət hüququnu kobud surətdə pozaraq iddia tələbini rədd etmişdir. Belə ki, iddia tələbini rədd edən məhkəmə öz qətnaməsini əsaslandırmamış, heç bir maddi hüquq normasına istinad etməmiş, sadəcə MPM-in 77 və 78-ci maddələrini sadalamaqla kifayətlənmişdir. Artıq uzun müddətdir ki, cavabdeh tərəf fasiləsiz olaraq onun mülkiyyətindəki fərdi yaşayış sahəsindən qanunsuz olaraq istifadə edir. Alqı-satqı müqaviləsinin 11 və 13-cü bəndində cavabdehin 09 oktyabr 2016-cı il tarixədək mənzili sahibliyinə və istifadəsinə verməklə yanaşı qeydiyyatdan çıxma öhdəliyi götürməsinə baxmayaraq bu günədək onlar mülkiyyətindəki fərdi yaşayış sahəsindən qanunsuz olaraq, qərəzli şəkildə çıxmırlar və bu hal da öz növbəsində mülkiyyət hüququnu pozmaqla yanaşı hər ay iddiaçını real gəlirdən də məhrum edir. Cavabdeh və onun ailə üzvləri iddiaçının mülkiyyətindən qanunsuz istifadə etməklə özlərinin də mənzilə olan ehtiyaclarını heç bir haqq ödəmədən qarşılayırlar ki, bu fakt da öz növbəsində ona hər ay təxminən 350 manat zərər vurulmasına gətirib çıxardır. Sadalanan hallar yenidən nəzərdən keçirilməli, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya baxışı zamanı Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış AN-İ ******* nömrəli, 10 sentyabr 2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 mülkiyyəti hüququ ilə ona məxsus, ümumi sahəsi 63.1 kvadratmetr olan Abşeron rayonu, Xırdalan şəhəri, M. Əsədov küçəsində yerləşən 24 nömrəli fərdi yaşayış evini 18000 manata İddiaçı satmışdır. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışdan görünür ki, ümumi sahəsi 63.1 kvadratmetr olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə, 17.09.2016-cı il tarixdə İddiaçı adına qeydiyyata alınmış, evin yerləşdiyi 0,00756 ha torpaq sahəsi Bələdiyyə mülkiyyətində olmaqla, İddiaçı həmin torpaq sahəsi üzərində istifadə hüququ vardır. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsində yerləşən 24 nömrəli evə cavabdeh X1 istifadə hüququnun itirilməsi, onun və əmlaklarının evdən çıxarılması, onun tərəfindən evin boşaldılaraq İddiaçı qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ömərov X3 rayonu, Xırdalan şəhəri, M. Əsədov küçəsində yerləşən 63.1 kvadratmetr sahəsi olan 24 nömrəli fərdi yaşayış evini Cavabdeh2 2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etmiş və həmin fərdi yaşayış evinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirərək Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17.09.2016-cı il qeydiyyat tarixli, RX Seriyalı, ******* №-li çıxarış almışdır. İddiaçı cavabdehin maneçiliyi səbəbindən mülkiyyətində olan yaşayış evinə köçə bilmir. Tərəflər arasında yaranmış mübahisə öz həllini tapmadığı üçün iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, mübahisə məhkəmə tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Qətnamədən narazı qalan iddiaçı ondan apellyasiya şikayəti vermişdir. Yaranmış mübahisə ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yenə həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. AR Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1.-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Yenə həmin Məcəllənin 560.2.-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə ona sərbəst surətdə sahiblik və maneəsiz istifadə etməyə əsas verir. Qeyd edildiyi kimi iddiaçı mübahisəli əmlakı dəyərini tam ödəməklə almış və hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldıraraq müvafiq çıxarış əldə etmişdir. Beləliklə, onun həmin əmlaka tam mülkiyyət hüququ yaranmışdır. Belə olan halda məhkəmə kollegiyası iddiaçının cavabdehin və ona məxsus əmlakın mübahisəli yaşayış sahəsindən çıxarılması, evin onun tərəfindən boşaldılması barədə iddiasını əsaslı hesab edir. Lakin işə baxan məhkəmə heç bir ciddi sübuta əsaslanmadan Cavabdeh2 həmin evdə yaşamaması nəticəsinə gəlmiş və ona aid hissədə də iddianı təmin etməmişdir. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə görə satıcı olaraq Cavabdeh2 üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlakı verməyi öhdəsinə götürmüşdür. İşin tədqiq olunan faktiki halları onu deməyə əsas verir ki, cavadeh həmin evdən istifadəni davam etdirir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən digər əsaslarla yanaşı, işdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16.09.2020-ci il tarixli, 2(105)- 2123/2020 saylı və Abşeron Rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli, 2 (012)-2987/2018 saylı qətnamələri ilə müəyyən edilmiş hallara da əsaslanır. Bununla yanaşı, işdən görünür ki, iddiaçı tərəf məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman Cavabdeh2 ilə yanaşı, onun ailə üzvlərinin və digər şəxslərin də mübahisəli fərdi yaşayış evindən çıxarılmasını tələb etmiş, işə baxan məhkəmə həmin cavabdehlərin dairəsinin kimlərdən ibarət olmasının göstərilməməsini, dolayısı ilə ehtimallara istinad edilməsini, təmin olunacağı təqdirdə gələcəkdə qətnamənin icrasının mümkünsüz olacağını əsas götürərək həmin hissədə də iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 223.1-ci maddəsinin tələblərinə görə məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Həmin Məcəllənin 226.2-ci madəsinə əsasən isə məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerənə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Hazırki halda isə iddia tələbində ehtimal olunan cavabdehlər barədə heç bir məlumat olmadığından istinad olunan normalara görə belə bir iddia təmin oluna bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası izah edir ki, hazırki qətnamə qeyd edilən şəxslərin dairəsini və kimliyini müəyyən edib onlara qarşı yenidən iddia qaldırmaq hüququnu istisna etmir. İddia ərizəsindən həmçinin görünür ki, iddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsində yerləşən 24 nömrəli evin boşaldılması üçün məhkəməyə müraciət etdiyi tarixdən başlayaraq evi boşaldacaqları günədək hər ay məhrum olduğu 350 manat məbləğində pulun, vəkilin xidməti üçün ödədiyi 190 manat pulun tutulub ona ödənilməsini də tələb edir. Qeyd olunan tələb də məhkəmə tərəfindən təmin edilməmişdir. Həmin hissədə də birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, hər bir halda nə qədər ki, idiaçıya məxsus evdə yaşayan cavabdehlərin dairəsi və kimliyi tam müəyyən edilməyib, həmin tələbin təmin edilməsi də əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X5rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında qismən ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsində yerləşən 24 nömrəli evə cavabdeh X1 istifadə hüququnun itirilməsi, onun və əmlaklarının evdən çıxarılması, onun tərəfindən evin boşaldılaraq İddiaçı qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və iddia həmin hissədə təmin edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumu Cavabdeh2 tutularaq ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(012)-5420/2021 nömrəli qətnaməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsində yerləşən 24 nömrəli evə cavabdeh X1 istifadə hüququnun itirilməsi, onun və əmlaklarının evdən çıxarılması, onun tərəfindən evin boşaldılaraq İddiaçı qaytarılmasının təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, M.Əsədov küçəsində yerləşən 24 nömrəli evə cavabdeh X1 istifadə hüququ itirilsin. X2 və ona məxsus əmlaklar həmin evdən çıxarılsın, ev onun tərəfindən boşaldılaraq İddiaçı qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ödədiyi cəmi 20 manat dövlət rüsumu Cavabdeh2 tutularaq ona qaytarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-991/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-991/2022
24.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver