Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-996/2024 22.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Hacıməmməd qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı (sonuncu iclasda iştirak etmir), cavabdehlər Cavabdeh1 Hacıməmməd qızı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Hacıməmməd qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evdən çıxarılma, evin boşaldılaraq iddiaçıya təhvil verilməsi və əmlak tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(074)-48/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. 2B-01 reyestr nömrəli xx.xx.1999-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1984-cü ildə ölmüş Cavabdeh2 Bulut oğlunun əmlakının vərəsəsi ünvan 1 evdə yaşayan İddiaçıdur. Vərəsəlik əmlakı aşağıdakılardan ibarətdir: 04/2043 nömrəli qeydə alma vəsiqəsinə və Şamaxı rayonlararası texniki inventarlaşdırma bürosunun xx.xx.1999-cu il tarixli, 254 nömrəli arayışına əsasən, Cavabdeh2 Bulut oğluna məxsus olan ünvan 1 ünvanda 600 kv.m. torpaq sahəsində yerləşən, 1952-ci ildə tikilmiş, ümumi sahəsi 67,8 kv.m. ibarət olan yaşayış evi.
2. 04/2043 reyestr nömrəli, xx.xx.1999-cu il tarixdə, 778 nömrəli inventar işi ilə qeydə alınmış Qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Şamaxı şəhəri, İmamlı küçəsində yerləşən bir mərtəbəli, zirzəmili, ümumi sahəsi 67,8 kv.m., yaşayış sahəsi 23,4 kv.m., bir yaşayış otağından ibarət 54 nömrəli yaşayış evi Qobustan rayon Dövlət notariat kontorunda təsdiq olunmuş Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı məxsusdur.
3. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Şamaxı Rayon Polis X10 tərəfindən qəbul edilmiş qərarlardan görünür ki, hazırki iş üzrə İddiaçı müxtəlif tarixlərdə polis şöbəsinə müraciət edərək, Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən evindən ona məxsus əmlakların hazırki iş üzrə cavabdehlər tərəfindən icazə alınmadan, götürülüb satıldığını göstərmiş və aparılmış araşdırmalar zamanı, İddiaçı müraciətlərində göstərdikləri xüsusatların öz təsdiqini tapmadığı nəticəsinə gəlmişdir
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 Hacıməmməd qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evdən çıxarılma, evin boşaldılaraq, iddiaçıya təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Daha sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ona məxsus Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən evdən, həyətyanı sahədən və yardımçı tikililərdən cavabdehlər Cavabdeh1 Hacıməmməd qızı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 tərəfindən satılmış ümumi dəyəri 60.000 manatdan artıq olan əmlakların cavabdehlərdən alınaraq, ona verilməsi, bu mümkün olmadıqda isə, həmin əmlakların dəyəri olan 60.000 manat məbləğində pulun cavabdehlərdən tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı şəhəri, İmamlı küçəsində yerləşən ümumi sahəsi 67,8 kv.m. olan 54 saylı ev atası vəfat etdikdən sonra, həmin dövrdə həyatda olan bütün vərəsələr - anası X11, qardaşı X12 və həyat yoldaşı X7, qardaşı X9 və həyat yoldaşı X4, qardaşı X16 və həyat yoldaşı Cavabdeh1 Hacıməmməd qızı, bacısı Piriyeva (Babayeva) Mələk Osman qızı və bacısı X1 notarial qaydada təsdiq edilmiş razılığına əsasən, 1999-cu ildə Qanun üzrə vərəsəlik qaydasında onun xüsusi mülkiyyətinə keçmişdir. Qeyd olunan bütün vərəsələr həmin razılıqla miras əmlakdakı paylarından imtina etmişdirlər. Həmin ev xx.xx.1999-cu il tarixdə onun adına xüsusi mülkiyyət kimi dövlət qeydiyyatına alınmışdır. Həmin dövrdə qardaşları Rəhim və Mehman Babayevlər və onların ailə üzvləri, bacısı Piriyeva (Babayeva) Mələk Osman qızı artıq həmin evdə yaşamırdılar. Evdə daimi olaraq anası X11, bacısı X5 yaşayıblar. Sonradan anası və bacısı ilə məsləhətləşdikdən sonra, dolanışıqlarının ağır olması səbəbindən, qardaşı X16 həyat yoldaşı və üç uşağı ilə evdə yaşamağa davam etmişdirlər. Qardaşı Azər anası Mədinə və bacısı Zülfiyyə ilə keçimsizlik şəraiti yaradır, tez-tez mübahisə və münaqişələri olurdu. Anası vəfat etdikdən sonra, eyni davranış özü və ailə üzvləri tərəfindən bacısına qarşı nümayiş etdirilmişdir. Bütün bu hallara son qoyulması üçün o, Azərdən ailəsi ilə birlikdə evi tərk etməsini bildirmişdir. Azər isə könüllü olaraq evi tərk etməsi üçün, yalnız evdən ona düşən payı aldıqdan sonra, evi tərk edəcəyini bildirmişdir. Həmin vaxt onun ödəməyə nağd vəsaiti olmadığı üçün, bu məsələ açıq qalmaqda davam etmişdir. Razılaşmalarına əsasən, Azər özünə iş qurduqdan sonra, özünə torpaq sahəsi və ya ev almaqla, ailəsi ilə birlikdə evdən çıxmalı idi. Həmin dövrdə o, Azərə hissə-hissə olmaqla, ümumilikdə 18.500 manat pul vermişdir ki, daşınmaz əmlak alqı-satqısı ilə məşğul olub ailəsini dolandırsın, maddi vəziyyəti düzələndən sonra, onun pulunu qaytarar. Azər Babayev və ailəsi tərəfindən tez-tez münaqişələr yaşanmağa başlamışdır. Belə olan təqdirdə, Azər Babayevdən ona verdiyi borc pulu tələb etmişdir. Azər isə cavabında həmin vəsaitin miras əmlakdakı payı hesab etdiyini və bu səbəbdən pulu qaytarmayacağını, evi yalnız 2015-ci ilin iyun ayının sonunda boşaldacaqdır. Lakin 2015-ci ildə Azər ağır xəstəliyə tutuldu və o, həmin ərəfədə qardaşının evdən çıxmasını sağalandan sonraya saxlamışdır. 2016-cı ilin fevral ayında Azər Babayev vəfat etdi, ailəsi isə həmin evdə yaşamaqda davam etdi. Azər Babayevin ailə üzvlərinin həmin evdə yaşaması onun həmin evlə bağlı sərəncam vermək imkanını məhdudlaşdırır və bir mülkiyyətçi kimi əmlakından öz istəyinə uyğun istifadə və sahiblik hüququnu da məhdudlaşdırır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
7. Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(074)-48/2024 nömrəli qətnaməsi ilə (hakim F.Yaqubov) iddia tələbi təmin edilməmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlərdən Cavabdeh1 Hacıməmməd qızı iddiaçının qardaşı arvadı, digər cavabdehlər isə iddiaçının qardaşı oğullarıdır. Hazırki iş üzrə mübahisə predmeti olan Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında 600 kv.m. torpaq sahəsində yerləşən, ümumi sahəsi 67,8 kv.m. olan fərdi yaşayış evi iddiaçının atası Cavabdeh2 Bulut oğluna məxsus olmuş və həmin şəxs vəfat etdikdən sonra, daşınmaz əmlak Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında, İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Cavabdehlərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mərhum X8 övladları olaraq, ailə üzvü kimi mübahisəli evdə anadan olmuş və hal-hazıradək orada yaşayır, digər Cavabdeh1 Hacıməmməd qızı isə mərhum X8 arvadı olaraq, orada yaşayıb, birgə təsərrüfat aparmış və hal-hazıradək orada yaşayır, cavabdehlərin başqa yaşayış yerləri yoxdur və onların mübahisəli əmlakdan istifadə hüququ yaranmışdır. Məhkəmə tərəflər arasında münasibətlərin 2000-ci ildən əvvəl yarandığını nəzərə alaraq mübahisəni tərəflər arasında münasibətlər yaranan zaman qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normalarına uyğun həll etmişdir. Məhkəmə iş üzrə müəyyən edilmiş hallara yuxarıda göstərilən qanun normalarına uyğun qiymət verərək hesab edib ki, cavabdehlərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisəli evdə anadan olaraq, heç bir qeyd şərt göstərilmədən orada yaşayanlarla birgə təsərrüfat aparmaqla, ailə üzvü kimi yaşadığından, həmin evdən istifadə etmək hüququ əldə etmişdirlər. Eyni zamanda, Cavabdeh1 Hacıməmməd qızı da ailə üzvü olaraq heç bir qeyd şərt göstərilmədən orada yaşayanlarla birgə təsərrüfat aparmaqla, ailə üzvü kimi yaşadığından, həmin evdən istifadə etmək hüququ əldə etmişdir. Bununla da, cavabdehlərin iradəsinin ziddinə yaşadıqları evdən istifadə etməsinə məhdudiyyətlər yaradılması mənzil hüququnu təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələblərinə ziddir. Həmçinin iddiaçı Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən evdən, həyətyanı sahədən və yardımçı tikililərdən ona məxsus ümumi dəyəri 60.000 manatdan artıq olan əmlakların cavabdehlər tərəfindən satıldığını göstərsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə iddianı bu hissədə də təmin etməmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 43, İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 8, Azərbaycan Respublikası Mülki Məcəllənin 152.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
10. Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(074)-48/2024 nömrəli qətnamsindən İddiaçı apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin rədd edilməsi barədə qətnaməni işə baxan məhkəmə hər hansı maddi hüquq norması ilə əsaslandırmamışdır. Kifayət qədər əsaslı iddia tələbini məhkəmə rədd etməklə yanlış nəticəyə gəlmişdir. İşin faktiki hallarından da sübuta yetirilir ki, Şamaxı şəhəri, İmamlı küçəsi 54 ünvanında yerləşən mübahisəli ev iddiaçının xüsusi mülkiyyətindədir. Məhkəmə qətnaməsində xüsusi mülkiyyətin qorunması ilə bağlı hər hansı maddi hüquq normasına istinad olunmamış, yalnız evin vərəsəlik qaydasında iddiaçıya keçməsi qeyd edilmişdir. Digər tərəfdən, məhkəmə xüsusi mülkiyyət obyekti olan yaşayış evinə icarə münasibətlərinə dair müddəaları tətbiq etməklə normanın tətbiqində səhvə yol vermişdir. Daşınmaz əmlaka mülkiyyət hüququnun hər bir tərkib hissəsinin qanunvericiliklə qeydiyyata alınmalı olduğu halda məhkəmə cavabdehlərin belə hüquqlarının qeydiyyatının olmamasına münasibət bildirməyib. Bundan əlavə, məhkəmə cavabdehlərdən Cavabdeh1 iddiaçının ailə üzvü kimi həmin evə köçməsini və digər cavabdehlərin də həmin evdə dünyaya gəldiklərini qeyd etməklə, onların həmin evdə yaşamaq hüququ əldə etdiklərini vurğulayır. Lakin cavabdehlərin iddiaçının ailə üzvü olmamasına diqqət yetirilmir. İşin düzgün həlli üçün məhkəmənin araşdırmalı olduğu əsas hallar aşağıdakıdır: Yaşayış evinin və evin yardımçı tikililərinin, eləcə də daşınar əmlakların mənsubiyyəti, cavabdehlər tərəfindən iddiaçıya məxsus əmlakların satılıb-satılmaması, cavabdehlərin iddiaçının bacısı ilə bir evdə yaşamasının qeyri-mümkünlüyü. İddia tələbinin əmlaka dair hissəsində məhkəmə yalnız sübutetmə yükünə istinad edərək əmlakın iddiaçıya məxsus olmasını sübuta yetirmək vəzifəsinin iddiaçının üzərinə düşməsini və onun bu halları sübuta yetirə bilmədiyi üçün iddianın bu hissədə də təmin edilməməsi qənaətinə gəlmişdir. Bundan əlavə məhkəmə cavabdehlərin iddiaçının göstərdiyi əmlakları satmadıqlarını göstərir. Halbuki, məhkəmə iclasında ifadə verən cavabdehlər həmin əmlakları satdıqlarını etiraf etməklə yanaşı heç bir sübut və dəlilə istinad etmədən əmlakın iddiaçıya məxsus olmadığını iddia etmişlər ki, məhkəmə nədənsə bu hala sübutetmə vəzifəsinə dair qanunvericiliyin müddəalarını tətbiq etməmişdir. Digər tərəfdən, həmin əmlakın iddiaçıya məxsus olmasını təsdiq edən kifayət qədər hallar mövcuddur. Birincisi, iddiaçının vəsatəti əsasında tələb edilmiş vərəsəlik işinin materialları. Bundan başqa məhkəməyə həmin əmlaklarla bağlı iddiaçının şikayəti əsasında əldə edilmiş materialın Şamaxı Rayon Polis Şöbəsindən tələb edilməsi barədə vəsatət verilmiş, məhkəmə vəsatəti təmin etməmişdir. Şahidlərin dindirilməsi təşkil edilməmişdir. Bütün bunlar isə göstərir ki, işə baxan məhkəmə qərəzli yanaşma sərgiləyərək, mübahisəni birtərəfli qaydada araşdırmışdır. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, mübahisəli ünvan 2 ünvanında yerləşən ev əvvəl atasına məxsus olub, sonradan isə qanun üzrə vərəsəlik qaydasında onun xüsusi mülkiyyətinə keçmişdir. Qardaşları və bacıları miras əmlakdakı paylarından imtina etmişdilər. Hazırda həmin evdə qardaşının uşaqları Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, qardaşı arvadı Cavabdeh1 və bacısı yaşayırlar. Əmlak onun xüsusi mülkiyyəti olduğundan öz əmlakı üzərində sərəncam vermək istəyir, ona görə də cavabdehlərin həmin evdən çıxarılmasını tələb edir. Qardaşı Azər miras əmlakdakı payından imtina etsə də, orada yaşamağa davam etmişdir. Anası sağ olan zaman qardaşım Azər və onun ailə üzvləri anası və bacısı ilə şiddətli keçimsizlik şəraiti yaradırdılar, anası öldükdən sonra isə eyni davranış bacıma qarşı nümayiş etdirilirdi. O, həmin vaxt onlara evdən çıxmalarını bildirsə də, qardaşım Azər də, haqqı olmadığı halda, ona evdən pay verməyimi və bundan sonra evdən çıxacağını bildirdi. O da qardaşı Azərə 18000 məbləğdə pul vermişdir. Sonra 2014-cü ildə yenə də münaqişəli vəziyyət olduğundan qardaşı Azərə evdən çıxmalı olmasını bildirdikdə Azər evi 2015-ci ilin iyun ayının axırında boşaldacağını demişdi. 2015-ci ilin iyul ayında da Azər xəstələnmiş, o da vəziyyətinin düzəlməsini gözləyib onun evdən çıxmasını sağalandan sonraya saxlamışdır. Qardaşı Azər isə 2016-cı ildə ölmüş, onun uşaqları və arvadı sözügedən evdə yaşamağa davam etdi. O da fikirləşmiş ki, yetim uşaqlardır, onlar öz başlarına çarə qılana qədər hələ ki evdə qalsınlar, bu barədə özlərinə də demişdir. Lakin cavabdehlər evi talan eləməyə başlamışlar.
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh1 Hacıməmməd qızı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, mübahisə predmeti olan evə gəlin gəlmiş və 32 ildir, həmin evdə yaşayır, həmin evdə 5 uşağımı böyütmüşdür. Mübahisəli evin İddiaçı adına keçirildiyini məhkəmədə bilmişdir. Onlar həmin mübahisəli evdə qeydiyyatdadırlar. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, uzun illərdir, mülk üstündə mübahisə gedir, iddiaçı dəfələrlə onlara şər, böhtan ataraq əmlakını oğurlayıb satdıqlarını bildirmişdir. Cinayət işinin rədd edilməsi barədə qərarlar var, Şamaxı Rayon Məhkəməsinin qərarı ilə cinayət işinin rədd edilməsi barədə qərar qüvvədə saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında baxılan iş üzrə Şamaxı Rayon Məhkəməsinin qərarı da dəyişdirilmədən qüvvədə saxlanılmışdır. O, xx.xx.1994-cü ildə mübahisə predmeti olan evdə doğulmuş və həmin vaxtdan o evdə yaşamışdır. Digər qardaşlarım da müvafiq olaraq 1996-cı il, 2001-ci il və 2003-cü ilin fevral ayının 23-dən mübahisəli evdə yaşayırlar. Odur ki, qeyd olunanlar əsasında apellyasiya şikayətinin təmin edilməməsini xahiş edir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının sonuncu iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməməsini bildirsə də, bununla bağlı hər hansı rəsmi sənəd təqdim etməmişdir. Kollegiya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
18. 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
-123-cü maddəsinin 1-ci hissəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibuluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. -53-cü maddəyə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
-54-cü maddəyə əsasən, icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir, həddi-buluğa catmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpelyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətindən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(074)-48/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin həmin hissələrdə ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
21. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İddia tələbinin mahiyyətindən görünür ki, tələb iki hissədən: cavabdehlərin mübahisəli mənzildən çıxarılması və cavabdehlər tərəfindən satılmış əmlakın dəyərinin alınması barədədir.
24. Araşdırılan işin faktiki halları ilə müəyyən edilir ki, mübahisəli fərdi yaşayış evi əvvəllər iddiaçının atası (cavabdehlərin babası, birinə münasibətdə qayınatası) Cavabdeh2 Bulut oğluna məxsus olmuşdur.
25. Cavabdeh2 xx.xx.1984-cü ildə ölmüş, sözügedən fərdi yaşayış evi xx.xx.1999-cu il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında miras qoyanın oğlu, hazırki iş üzrə iddiaçı olan İddiaçı adına sənədləşdirilmişdir.
26. Mübahisələndirilən fərdi yaşayış evi hazırda xx.xx.1999-cu il tarixli, 778 nömrəli inventar işi ilə qeydə alınmış Qeydiyyat vəsiqəsinə əsasən İddiaçı məxsusdur.
27. İşdən müəyyən edilir ki, Azər Babayev miras əmlak sənədləşdirilən zaman digər vərəsələr kimi mirasdan imtina etmişlər.
28. Araşdırılan işdən həmçinin müəyyən edilir ki, evdən çıxarılmaları tələb edilən cavabdehlər iddiaçının mərhum qardaşı Azər Babayevin arvadı və övladlarıdır. İddianın əsası isə ondan ibarətdir ki, mübahisəli evdə iddiaçının bacısı Zülfiyyə ilə sonuncular arasında doğmalıq münasibətləri kəskin şəkildə pozulmuşdur. İddiaçının dediyinə görə onların bir evdə yaşamaq imkanları qeyri-mümkündür.
29. İddia tələbinin ikinci hissəsi isə iddia ərizəsində qeyd edilən mübahisəli fərdi yaşayış evinin həyətində yerləşən əşya-əmlakın keçən müddət ərzində cavabdehlər tərəfindən satılması ilə bağlıdır ki, hazırda onların dəyəri cavabdehlərdən tələb edilir.
30. İşə baxan məhkəmə hər iki iddia tələbini rədd etmiş, narazı qalan iddiaçı oxşar dəlillərlə qətnamədən apellyasiya şikayəti vermişdir.
31. Kollegiya işə baxan məhkəmənin mövqeyi ilə razılaşaraq birinci hissəsinə (evdən çıxarılma) yaranmış mübahisənin obyektiv və qanuni həlli baxımından tərəflər arasında mübahisəli evə münasibətin yaranma tarixinin 2000-ci ildən əvvələ təsadüf etdiyini nəzərə alaraq qeyd edir ki:
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
33. Yuxarıda sadalanan normaları hazırkı işə tətbiq edən kollegiya qeyd edir ki, cavabdehlərdən Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mübahisəli evdə anadan olaraq, heç bir qeyd şərt göstərilmədən orada yaşayanlarla birgə təsərrüfat aparmaqla, ailə üzvü kimi yaşadığından, həmin evdən istifadə etmək hüququ əldə etmişdirlər. Digər Cavabdeh1 Hacıməmməd qızı da qeyd olunan tarixlərdə (2000-ci ildən əvvəl) heç bir qeyd şərt göstərilmədən mübahisəli ünvanda mərhum Azər Babayevin ailə üzvü kimi yaşadığından, həmin evdən istifadə etmək hüququ əldə etmişdir.
34. Araşdırılan işdən görünür ki, cavabdehlərdən Cavabdeh1 1990-cı ilin əvvəllərindən, Cavabdeh2 1994-cü ildə, Cavabdeh3 isə 1997-ci ildə anadan olmaqla həmin ünvanda yaşayırlar.
35. Digər iki cavabdeh, Cavabdeh4 doğum tarixi 2001-ci il, Cavabdeh5 isə doğum tarixi 2003-cü ilə təsadüf etsə də, həmin cavabdehlər də qeyd olunan evdə valideynləri ilə birlikdə yaşayıb, orada boya-başa çatmışlar.
36. Göründüyü kimi, Nuhbaba və Cavabdeh5lər 2000-ci ildən sonra doğulmaqla, mübahisəli evdə yaşayan valideynləri ilə birlikdə yaşamaq məcburiyyətində olmuş, hətta istəsələr belə mülkiyyətçi ilə müqavilə bağlamaq iqtidarına olmamışlar. Konkret halda mülki hüquq fəaliyyət qabiliyyətləri olmayan şəxslər dairəsinə aid olmuşlar.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.
38. Mülki Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir.
39. Nəzərə alınmalıdr ki, mənzil qanunvericiliyi mahiyyətcə mülki qanunvericiliyin bir hissəsidir. Mənzil Məcəlləsi yaşayış sahələrinin verilməsi, onlardan istifadə olunması, belə istifadəyə xitam verilməsi, mənzil fondunun idarə olunması, onun saxlanılmasının təmin olunması, habelə mənzil sahəsində qanunçuluğun möhkəmləndirilməsi ilə bağlı olan hüquqi münasibətləri xüsusi normalarla tənzimləyir. Lakin Mənzil Məcəlləsi yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsinə dair tərəflərin münasibətlərini tənzimləmədən saxlamışdır.
40. Bununla bağlı isə bir daha qeyd etmək lazımdır ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi, mənzildən çıxarılması Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyrimüəyyənlik yaranmışdır.
41. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir.
42. Bundan əlavə, işin digər bir halı ondan ibarətdir ki, cavabdehlərin başqa yaşayış yerləri yoxdur. Belə olan halda cavabdehlərin iradəsinin ziddinə yaşadıqları evdən istifadə etməsinə məhdudiyyətlər yaradılması mənzil hüququnu təsbit edən Azərbaycan Respublikasının Konstitusiyasının 43 və İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələblərinə zidd hesab edilməlidir.
43. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”.
44. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə və ya çıxarılma barədə iddialar həll edilərkən ilk növbədə üç hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.
45. Hazırkı işin faktiki hallarından müəyyən edilir ki, 1-ci hal mövcuddur, yəni cavabdeh tərəf çıxarılması tələb olunan yaşayış sahəsində mülkiiyətçinin razılığı və iradəsinə uyğun uzun müddət yaşayıb, sonra isə münasibətlər pisləşdiyindən həmin yaşayış sahəsində yaşamaqdan məhrum edilmə ilə qarşılaşıb.
46. Qeyd olunmalıdır ki, məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə qarşılaşan şəxsin mənzil və digər kimi yerlər üzərində hər hansı hüququ olmasın. Əgər həmin şəxsin belə bir hüququ vardırsa məhrumetmə qanunsuz sayılır.
47. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya iddia tələbinin vurulmuş ziyanla bağlı hissəsində də iddianın rədd edilməsi barədə məhkəmənin mövqeyini qanuni və əsaslı hesab edərək bildirir ki, iddia tələbinin bu hissəsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da, sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinin sübuta yetirilməsi iddiaçının üzərinə düşsə də, iddiaçı öz tələbini sübuta yetirə bilmədiyi üçün, iddia təmin edilə bilməz.
48. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı rədd etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Bu baxımdan həmin dəlillər əsassız olduğundan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslı sayıla bilməz.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2(074)-48/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.