Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-999/2023 25.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(012)- 5617/2022 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(012)-5617/2022 saylı qətnaməsinə əsasən, iddia ərizəsi təmin edilmiş, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, reyestrdə 3M-290 nömrə ilə qeydiyyata alınmış kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədilə tutmanın Cavabdeh2 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.012 ha torpaq sahəsinə yönəldilməsi qət edilmişdir (hakim Habil Əhmədov) Cavabdeh Musayev X3 Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(012)- 5617/2022 saylı qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli, 2(012)-5617/2022 saylı qərardadına əsasən, Cavabdeh2 tərəfindən Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(012)-5617/2022 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda, cavabdeh Musayev X3 Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(012)-5617/2022 saylı qətnaməsindən apellyasiya şikayəti və apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(012)-5617/2022 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə, yəni 1 ay ərzində, 27 yanvar 2023-cü il tarixdə apelyasiya şikayəti verilmişdir. Qətnamənin icrası ilə bağlı Abşeron rayon İcra şöbəsinə çağırıldığı zaman məlum olmuşdur ki, apelyasiya şikayəti geri qaytarılmışdır. Səbəb olaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 361.1.2. maddəsinə istinad etmişdir. Apelyasiya şikayəti tamamilə qanunvericiliyin tələbinə uyğun olaraq hazırlanmışdır. Belə ki, Musayev X1 Muxtar Respublikası, ünvan 2 kəndində qeydiyyatda olduğu üçün apelyasiya şikayətində cavabdehin ünvan qrafasında həmin ünvan qeyd edilmişdir. Həmin apelyasiya şikayəti həm PDF formatında, həm də mətn formasında elektron sistemə yüklənmişdir. Lakin məhkəmə heç bir əsas olmadan elektron qaydada qrafalar tərtib edilən zaman ünvan hissəsində cavabdehin ünvanı yazılmadığından bu halın şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməməsi qənaətinə gəlmişdir. Apelyasiya şikayəti elektron qaydada göndərildiyi zaman yalnız işarələnmiş hissələrin mütləq doldurulması tələb olunur. Qalan hissələrin isə doldurulması mütləq deyildir. Məhz bu səbəbdən, elektron sistem ərizəni qəbul etmişdir. Əgər orada hər hansı texniki səhf olsa elektron sistem bunu qəbul etməzdi. Buna görə də hesab edir ki, qətnamədən apelyasiya şikayət verilmə müddəti ötürülməmişdir. Ötürülmüşsə də bu səbəb üzrlü sayılmalıdır. Ona görə də göstərilənlərə əsasən ərizənin təmin olunması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(012)-5617/2022 saylı qərardadı ilə müddətin bərpasından imtina edilmiş, Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(012)-5617/2022 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Qərardaddan Cavabdeh2 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(012)-5617/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(012)-5617/2022 saylı qətnaməsi ona xx.xx.2022-ci il tarixdə təqdim edilmiş, qətnamədən qanunla nəzərdə tutulmuş müddətdə, yəni 1 ay ərzində, 27 yanvar 2023-cü il tarixdə tərəfindən apellyasiya şikayəti verilmişdir. Lakin apellyasiya şikayəti məhkəmə tərəfindən geri qaytarılmışdır. Səbəb olaraq məhkəmə qeyd etmişdir “Azərbaycan Respublikası MPM-nin 361.1.2. maddəsinə əsasən, apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti göstərilməlidir. Hazırki mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(012)-5617/2022 saylı qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər yetirdikdə şikayətdə şikayət verən şəxsin ünvanı, elektron poçt ünvanı və əlaqə nömrəsi göstərilməmiş, bununla da apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməmişdir.” Bildirir ki, apellyasiya şikayəti tamamilə qanunvericiliyin tələbinə uyğun olaraq hazırlanmışdır. Belə ki, Naxçıvan MR, ünvan 2 kəndi ünvanında qeydiyyatda olduğu üçün, apellyasiya şikayətində cavabdehin ünvan qrafasında bu ünvan qeyd edilmişdir. Həmin apellyasiya şikayəti həm PDF formatında, həm də mətn formasında elektron sistemə yüklənmişdir. Lakin məhkəmə heç bir əsası olmadan elektron qaydada qrafalar tərtib edilən zaman ünvan hissəsində cavabdehin ünvanının yazılmadığı üçün bu halı, apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş forma və məzmununa riayət edilməməsi qənaətinə gəlmişdir. Bundan sonra qətnamədən yenidən apellyasiya şikayəti verilmiş və eyni zamanda müddətin bərpası barədə vəsatət verilmişdir. Həqiqətdə isə müddəti ötürməmişdir. Belə ki, qətnamədən şikayət rəsmi surətdə qəbul edildiyi gündən bir ay ərzində verilmişdir. Məhkəmə isə müddətin bərpasından imtina etmiş, Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(012)-5617/2022 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətini geri qaytarmışdır. Hazırki işdə isə birinci dəfə apellyasiya şikayəti vaxtında verilmiş, lakin məhkəmə apellyasiya şikayətinin forma və məzmununa riayət edilmədiyi qənaətinə gələrək, apellyasiya şikayətini geri qaytarmış, bundan sonra isə növbəti dəfə tərəfindən apellyasiya şikayəti, müddətin bərpası ilə bağlı vəsatətlə birlikdə verlmişdir. Bu dəfə isə məhkəmə müddətin bərpasından imtina etmişdir. Məhkəmənin qərarını qanunsuz və ədalətsiz sayır. Ona görə ki, məhəkəməyə müraciət vaxtında edildiyindən müddətin axımı dayandırılmalıdır. Buna görə də hesab edir ki, Abşeron Rayon məhkəməsianin xx.xx.2023-cü il tarixli, 2(012)- 5617/2022 saylı qərardadı ləğv edilməlidir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materiallarına əsasən araşdırıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-5617/2022 saylı qərardadı ləğv edilməli, Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(012)-5617/2022 saylı qətnaməsindən şikayət vermə müddəti ötürülməmiş hesab edilməlidir. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin nümayəndəsi və vəkili qətnamədən apellyasiya şikayətinin tərtibatı zamanı qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilərək mövcud qüsurların aradan qaldırıldığını və bu halın məhkəmə tərəfindən üzrlü hesab edilərək müddətin bərpa edilməsini xahiş etsə də məhkəmə mülki prosessual qanunvericiliyə edilmiş dəyişikliklərin hər kəsə bəlli olduğunu və eyni zamanda, cavabdehin nümayəndəsinin hüquqşünas olduğunu, qanunu bilməməyin məsuliyyətdən azad edən hal olmadığını nəzərə alaraq ərizədə göstərilən xüsusatların müddətin bərpa edilməsinə əsas olmadığı qənaətinə gələrək ərizəni təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına və qanunvericiliyə uyğun olmamışdır. Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları rəsmi qaydada verilməlidir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.3-cü maddəsinə görə məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 128.3-cü maddəsinə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. İş materiallarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(012)-5617/2022 saylı qətnaməsi elektron məhkəmə informasiya sistemində tərəfindən cavabdehin vəkili Vəkil elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirildiyindən qətnamədən şikayət vermə müddətinin sonu xx.xx.2023-cü il tarixi müəyyən edilir. Cavabdeh tərəfindən apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə məhkəməyə göndərilmiş, apellyasiya şikayəti məhkəmənin xx.xx.2023cü il tarixli qərardadı ilə geri qaytarılmışdır. Bundan sonra cavabdeh tərəf xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayəti və prosesual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsindən verilmiş apellyasiya şikayətinin məhkəmənin qərardadı ilə geri qaytarılması və həmin qərardadlardan qanunvericilikdə nəzərdə tutulmuş 10 gün müddət ərzində şikayət verilməsi həmin qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin ötürülməsi üçün əsas ola bilməz. Eyni zamanda apellyasiya şikayətlərinin geri qaytarılması barədə qərardaddan verilmiş şikayətlərə baxılmasından sonra, yəni xx.xx.2023-cü il tarixdə daxil olmuş apellyasiya şikayətinin müddət ötürülməklə verilməsi və bu əsasla müddətin bərpasından imtina edilməsi qənaətinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkəmə qətnaməsindən cavabdeh tərəfindən qanunvericiliyə uyğun müddət ərzində apellyasiya şikayəti verilməsi nəzərə alınarsa, eləcə də apellyasiya şikayətinin geri qaytarılması barədə qərardaddan şikayət verilməsi qətnamədən apellyasiya şikayəti verilmə müddətinin keçməsinə əsas olmadığından qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-5617/2022 saylı qərardadı ləğv edilməli, Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(012)-5617/2022 saylı qətnaməsindən şikayət vermə müddəti ötürülməmiş hesab edilməlidir. Şərh edilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 263-264, 357, 395-396, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. Abşeron Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-5617/2022 saylı qərardadı ləğv edilsin. Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli, 2(012)- 5617/2022 saylı qətnaməsindən şikayət vermə müddəti ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-999/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-999/2023
25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver