Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1/2023 02.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvən Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Babayev Eltac Fərman oğlunun katibliyi ilə, İddiaçı1, onun vəkili X4 və Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Masallı Rayon Məhkəməsinin 2(050)154/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 02 mart 2023-cü il tarixdə baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı3, Cabbarova Nailǝ Fəyyaz qızı, İddiaçı5 qızı, İddiaçı6. İddiaçı7, X9, onların və Cabbarova Sudabə Mirzǝkişi qızının Cavabdeh qarşı qanunsuz tikili olan evin və hasarın sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı rayonu, Xanalion kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997ci il tarixli qərarı və Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 8 saylı Ərazi İdarəsi tərəfindən çıxarışlar ilə verilmiş 1.50 hektar torpaq sahəsinin iddiaçılara məxsus olan 1.31 ha torpaq sahəsində cavabdeh Masallı rayonu, Xanalion kənd sakini Cavabdeh qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpağı əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək göstərmişdir ki, ailəvi olaraq onlara rəsmi qaydada Masallı rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 12 mart tarixli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.50 hektar olan payı bəlli torpaq sahəsi verilmişdir. Lakin artıq uzun müddətdir ki, həmin torpaq sahəsindən istifadə edə bilmirlər. Belə ki, həmkəndliləri Cavabdeh özbaşınalıq edərək onlara məxsus olan həmin payı bəlli torpaq sahəsini hasara almaqla zəbt etmiş və hətta belə həmin torpaq sahəsində iki mərtəbəli ev və digər tikililər inşa etmiş, tikmişdir. Evi 2015-ci ildə, hasarı isə 2016-cı ildə tikib inşa etmişdir. Cavabdeh bu hərəkəti və əməli ilə onların hüquqlarımı tam pozmuş və Prezidentin məlum sərəncamına zidd hərəkət etmişdir. O, İddiaçı1 və aşağıdakı ailə üzvlərinə İddiaçı4. İddiaçı5 qızına. İddiaçı2, İddiaçı6 və X10 həmin torpaq sahəsindən 0.95 ha torpaq sahəsinə dair xx.xx.2015-ci il tarixdə çıxarış verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilmişdir. Oğlanları İddiaçı3, İddiaçı2 və İddiaçı6 və yuxarıda qeyd etdiyi ailə üzvləri tərəfindən dəfələrlə Cavabdeh həmin torpaq sahəsini boşaldaraq buraxmasını təklif və xahiş etmişdir. Lakin o, buna məhəl qoymamışdır. Həmin 1.50 ha torpaq sahəsinin 0.19 ha hissəsi rəhmətə getmiş anası X7 adınadır. O, rəhmətə getmiş anası X11 məxsus olan 0.19 ha pay bəlli torpaq sahəsini də tutmuşdur. Anası rəhmətə getdiyindən və onun vərəsəliyi təsdiq olunmadığından ona məxsus olan 1.50 ha torpaq sahəsindən 0.19 ha torpaq sahəsini hal hazırda mübahisələndirilməsi mümkün deyildir. Bu hal gələcəkdə mübahisələndiriləcəkdir. Onlar İddiaçı4, İddiaçı5 qızı, X10 və İddiaçı6 ailənin böyüyü yəni, ataları İddiaçı1 dediklərini təsdiqləyirlər və bildirirlər ki, doğrudan da Cavabdeh özbaşnalıq edərək payı bəlli torpaq sahələrini zəbt etməklə həmin torpaq sahəsində ev tikmiş və həmin torpaq sahəsini hasara almışdır. O. İddiaçı7 rəsmi olaraq xx.xx.2015-ci il tarixdə ******* nömrə ilə 0.19 ha torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 8 saylı Ərazi İdarəsi tərəfindən çıxarış verilmişdir. Şəxsən Cavabdeh ona məxsus olan həmin payı bəlli torpaq sahəsində iki mərtəbəli ev tikilmişdir və o tikintiyə mane olmaq istədikdə Cavabdeh və onun yaxınları ona qarşı çox kobudluq etmişdir. O, X5 xx.xx.2015-ci il tarixdə 0.19 ha payı bəlli torpaq sahəsinə dair çıxarış verilmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsini hasara almaqla zəbt etmiş və tikililər inşa etmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh onlara məxsus torpaq sahəsini özbaşına tutduğundan həmin torpaq sahəsində çəkdiyi xərclər ona ödənilmədən, torpaq əvvəlki vəziyyətinə gətirilməklə oradan çıxmalıdır. Lakin hazırda da cavabdeh qeyd olunan torpaq sahəsini zəbt etməkdə davam etdiyindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımızı pozur və bu pozuntu davam etməkdədir. Bu hərəkətlərini dayandırması, zəbt etdiyi torpaq sahəsini tərk etməsi barədə dəfələrlə ona etdikləri müraciətlər nəticəsiz qalmışdır. Hazırda da cavabdeh qanunsuz hərəkətlərini davam etdirməklə göstərilən torpaq sahəsini zəbt etdiyindən qanuni mülkiyyətindən istifadə etməkləri mümkün deyildir. Odur ki, iddianın təmin olunmaqla Masallı rayonu, Xanalion kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997ci il tarixli qərarı və Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 8 saylı Ərazi İdarəsi tərəfindən çıxarışlar ilə verilmiş 1.50 hektar torpaq sahəsinin iddiaçılara məxsus olan 1.31 ha torpaq sahəsində cavabdeh Masallı rayonu, Xanalion kənd sakini Cavabdeh qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin faktları məhkəmə iclasında iddiaçıların nümayəndəsi X23 izahatında eynilə təsdiq edərək iddianın təmin olunmasını, Masallı rayonu, Xanalion kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasının 12 mart 1997-ci il tarixli qərarı və Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 8 saylı Ərazi İdarəsi tərəfindən çıxarışlar ilə verilmiş 1.50 hektar torpaq sahəsinin iddiaçılara məxsus olan 1.31 ha torpaq sahəsində cavabdeh Masallı rayonu, Xanalion kənd sakini Cavabdeh qanunsuz inşa etdiyi tikilinin-evin və hasarın cavabdehin hesabına sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş həmim torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqındad lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 2(050)154/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsi ilə (Hakim: N.Musayev), iddianın təmin edilməsi, Masallı rayonu, Xanalion kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasını 12 mart 1997-ci il tarixli qərarı və Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlar ilə İddiaçı2 və İddiaçı3, İddiaçı4, İddiaçı5 qızı, İddiaçı6, İddiaçı7, X1, onların və X5 məxsus olan sahəsində Cavabdeh qanunsuz inşa etdiyi tikili-evin və hasarın onun hesabına sökülərək torpaq əvvəlki vəziyyətə gətirilməsi, Cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılması, əlavə olaraq torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci 60 (altmış) manat Cavabdeh alınaraq Kapital Bankın 1 saylı Xətai Fililaı üzrə Müxbir hesab AZ37NABZ******************** KOD: 200071 VÖEN (bank) ********** SWİFT AllBAZ2X Kadastr və yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-in VÖEN ********** hesab AZ23AİİB******************** hesabına köçürülməsi, əlavə olaraq aparılmış ekspertiza tədqiqatlarının dəyəri 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin ********** X14 KOD 210005 VÖEN **********1 Müxbir hesab AZ 41 NABZQ**********000003944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 164.1, 164.2, 170.2, 180.1, 180.2, 180.4 Torpaq Məcəlləsinin 110, 111.2, 111.3-cü maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh nümayəndəsi və vəkili İslamov X15 Rayon Məhkəməsinin 2(050)154/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçılar tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Masallı Rayon Məhkəməsinin 2(050)154/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə şifahi etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini Masallı Rayon Məhkəməsinin 2(050)154/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə digər iddiaçılara və Cavabdeh məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdirlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə onların iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə oğlunun apellyasiya şikayətinin dəlilləri həddində Masallı Rayon Məhkəməsinin 2(050)154/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının; 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 158.1 və 158.2-ci maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.3-cü maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 111-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin qətnaməsindən müəyyən edilir ki, məhkəmə iddia tələbinin təmin edilməsini, iddiaçı tərəfindən təqdim olunmuş sübutların tələbin təmin edilməsinə əsas verməsi və sübut olunması ilə əlaqələndirmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh Masallı Rayon Məhkəməsinin 2(050)154/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarında aşağıdakı sübutları müəyyən etmişdir. İş materiallarında olan DƏDRX-in RX ******* saylı çıxarışdan görünür ki, İddiaçı1 tam mülkiyyət hüququ üzrə məxsus, Azərbaycan Respublikası DƏDRX-in 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqları dövlət Qeydiyyatı haqqında RX seriyalı ******* saylı Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı1, İddiaçı2 İddiaçı4, X8, X12, X2 ümumi birgə mülkiyyətində olan 0,95 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində **********64 reyestr nömrəsi ilə xx.xx.2015-ci ildə hüquqi qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX-in RX ******* saylı çıxarışdan görünür ki, İddiaçı7 tam mülkiyyət hüququ üzrə məxsus, Azərbaycan Respublikası DƏDRX- in 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət Qeydiyyatı haqqında RX seriyalı ******* saylı Çıxarışa asasan ünvan 1i ünvanında yerləşən İddiaçı7 mülkiyyətində olan 0.19 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində **********65 reyestr nömrəsi ilə xx.xx.2015-ci ildə hüquqi qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX-in RX ******* saylı çıxarışdan görünür ki, X11 tam mülkiyyət hüququ üzrə məxsus, Azərbaycan Respublikası DƏDRX- in 8 saylı Ərazi İdarasi tərəfindən verilmiş Hüquqları dövlat Qeydiyyatı haqqında RX seriyali ******* saylı Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən X7 mülkiyyətində olan 0.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində **********57 reyestr nömrəsi ilə xx.xx.2015-ci ildə hüquqi qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX-in RX ******* saylı çıxarışdan görünür ki, X5 tam mülkiyyət hüququ üzrə məxsus, Azərbaycan Respublikası DƏDRX-in 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqları dövlət Qeydiyyatı haqqında RX seriyalı ******* saylı Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən X3 mülkiyyətində olan 0.19 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabının 8 nömrəli vərəqində **********63 reyestr nömrəsi ilə xx.xx.2015-ci ildə hüquqi qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX-in RX ******* saylı çıxarışdan görünür ki, İddiaçı3 tam mülkiyyət hüququ üzrə məxsus, Azərbaycan Respublikası DƏDRX-in 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların dövlət Qeydiyyatı haqqında RX seriyali ******* saylı Çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən İddiaçı3 mülkiyyətində olan 0.19 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində 65 nömrəli reyestr kitabımın 29 nömrəli vərəqində **********62 reyestr nömrəsi ilə xx.xx.2015-ci ildə hüquqi qeydiyyata alınmışdır. İş materiallarında olan etibarnamədən görünür ki, ünvan 1ində doğulmuş 02 mart 1976ci il təvəllüdlü İddiaçı3 Rusiya Federasiyası Komi Respublikası Uldorsk rayonu Mozındor qəsəbəsi, Yubileynaya küçəsi ev 6, mənzil 12-də qeydiyyatdadır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə İddiaçılar İddiaçı1 İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 qızı, İddiaçı6, İddiaçı7, X10, X13 və İddiaçı3 Cavabdeh qarşı qanunsuz tikili olan evin və hasarın sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılmasını tələb edir. İddia tələbinin hüquqi əsasını Mülki məcəllənin 152.1,157.2,158.1 və 158.2-ci,180-cı maddələri və Torpaq məcəlləsinin 84, 110,111-ci maddələri təşkil edir. Məhkəmə kollegiyası işdə olan sübutlardan müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi mübahisə üzrə düzgün nəticəyə gəlinməsi üçün iş üzrə məhkəmə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin təqdim etdiyi mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi əlavə məhkəmə-tikinti-texniki ekspertizasının 27 mart 2017-ci il tarixli 4964 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Masallı rayon Xanalion kəndinin kompleks yerquruluşu layihəsinə və elektron baza məlumatlarına əsasən İddiaçı1 iddia tələbinə görə plana alınmış faktiki 2,39 ha torpaq sahəsinin hüdudları daxilində yerləşən iddiaçılar İddiaçı1 JN-0053 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 0,95 ha torpaq sahəsinin 0,43 hektarı, İddiaçı3 torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 0.19 ha torpaq sahəsinin 0,038 hektarı, İddiaçı7 JN-0058 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə verilmiş 0.19 ha torpaq sahəsinin 0,12 hektarı, X6 JN-0056 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə mülkiyyətinə verilmiş 0,19 ha torpaq sahəsinin 0.16 hektarı Cavabdeh tərəfindən birtərəfli dəmir çəpərlə bərkidilərək istifadə etdiyi müəyyən edilir və həmin ərazidə kənar ölçüləri 11,5 mX 11,6 m, 9.0mX12.2 m olan iki ədəd fərdi yaşayış evi vǝ 8.7 mX11.2 m olan yarımçıq tikili inşa edildiyi müəyyən edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “Beləliklə iddia təmin edilməli, Masallı rayonu, Xanalion kəndində yerləşən Masallı rayon Aqrar İslahat Komissiyasını 12 mart 1997-ci il tarixli qərarı və Hüquqların Dövlət Qeydiyyat Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 8 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışlar ilə İddiaçı2 və İddiaçı3, İddiaçı4, İddiaçı5 qızı, İddiaçı6, İddiaçı7, X1, onların və X5 məxsus olan torpaq sahəsində Cavabdeh qanunsuz inşa etdiyi tikili-evin və hasarın onun hesabına sökülərək torpaq əvvəlki vəziyyətə gətirilməsi, Cavabdeh zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmalıdır” qənaətinə gəlməsini qanuni və əsaslı hesab edir. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvəfiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)154/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 2(050)154/2017 saylı, 11 may 2017-ci il tarixli qətnaməsi, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1/2023
02.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver