Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1/2025 22.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Qasım Vəli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi, iddiaçı və cavabdeh İddiaçı, iddiaçı və Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələblər irəli süyrməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş “Davud-2” kiçik müəssisəsinin direktoru X4 iştirakları ilə, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılmaqla, torpaq sahəsinin ona təhvil verilməsi və üzərində istifadə hüquqlarının bərpa edilməsi", qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli süyrməyən üçüncü şəxs qismində cəlb edilməklə "çıxarışın etibarsız hesab edilməsi" tələblərinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli 2(073)-164/2019 saylı qətnaməsindən (hakim E.Əmrəliyev) iddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılmaqla, torpaq sahəsinin ona təhvil verilməsi və üzərində istifadə hüquqlarının bərpa edilməsi" tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 27 oktyabr 2017-ci il tarixli RX ******* seriyalı çıxarışı ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış icarə hüququna əsasən icarəsində olan 4 ha torpaq sahəsindən cavabdeh çıxarılmaqla, torpaq sahəsinin ona təhvil verilməsi və üzərində istifadə hüquqlarının bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə tələb onunla əsaslandırılmışdır ki, Cəlilabad Rayon İcra Hakimiyyəti Başçısının 8 sentyabr 2017-ci il tarixli 113 saylı sərəncamı və 11 sentyabr 2017-ci il tarixli 17 saylı torpaq icarə müqaviləsi əsasında, Cəlilabad rayon dövlət ehtiyyat fondu torpaq sahəsindən 10.1 ha torpaq sahəsi 11 senttyabr 2017-ci il tarixdən 11 sentyabr 2047-ci il tarixə qədər, yəni 30 il müddətinə ona icarəyə verilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyetr Xidmətinin 27 oktyabr 2017-ci il tarixli RX ******* seriyalı çıxarışına əsasən 10.1 ha torpaq sahəsinə icarə hüquqları qeydiyyata alınmışdır. Lakin həmin torpaq sahəsinin təxminən 4 hektarını Cəlilabad rayonu Babalı kənd sakini Cavabdeh qanunsuz zəbt edərək istifadə edir. Cavabdehə torpağın qaytarılması barədə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh ona heç bir əhəmiyyət verməyərək, qanunsuz əməllərini davam etdirir. Cavabdeh zəbt olunmuş həmin torpaq sahəsinin atası Əlimusanın adına olan «Davud-2» kiçik müəssisəsinə aid olmasını bildirir. Lakin cavabdehin atası Əlimusa Feyziyev torpaq sahəsi əkilərkən Rusiya Federasiyasında olmuşdur və həmin torpaq sahəsi müəssisəsinin qanuni istifadəsində deyildir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli süyrməyən üçüncü şəxs qismində cəlb edilməklə "çıxarışın etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə Cəlilabad Rayon Məhkəməsinə müraciət edərək, ilk iddianın rədd edilməsi və cavabdehin adına verilmiş 27 oktyabr 2017-ci il tarixli RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, Cəlilabad rayon X8 26 aprel 1995-ci il tarixli 05 nömrəli qərarı və Cəlilabad rayon İcra Hakimiyyəti ilə 30 dekabr 2005-ci il tarixdə bağlanmış 374 nömrəli müqavilə əsasında onun atasının direktoru olduğu «Davud-2» kiçik müəssisəsinin istifadəsinə 20 ha torpaq sahəsi verilmişdir. Bu barədə İcra Hakimiyyətinin sərəncamı ilə yanaşı, təhkim aktı, torpağın sxematik xəritəsi mövcuddur. İddiaçı isə həmin torpaq sahəsinin 4 hektarına iddia edir. O, iddiaçının torpaq sahəsini zəbt etməmişdir. İlk iddianı əsassız hesab edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Cəlilabad Rayon Məhkəməsinin 2(073)164/2019 saylı 11 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin olunaraq, Cavabdeh 27 oktyabr 2017-ci il tarixli, **********88 reyestr nömrəli çıxarışa əsasən İddiaçı icarəsində olan və Cəlilabad rayonu X9 yerləşən 10.1 ha həyətyanı torpaq sahəsinin zəbt etdiyi 3.4 ha hissəsindən çıxarılması, həmin torpaq sahəsinin İddiaçı qaytarılması və torpaq sahəsi üzərində İddiaçı istifadə hüquqlarının bərpa olunması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 140, 152.1, 157.2, Torpaq Məcəlləsinin 11-ci maddələrinə istinadla gəldiyi hüquqi nəticəni belə əsaslandırmışdır ki, iş üzrə təyin olunmuş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********888 reyestr nömrəli çıxarışa əsasən ilk İddiaçı icarəyə verilmiş 10.1 ha torpaq sahəsinin 3.4 ha hissəsinin (kənar ölçüləri 2493.7 metr x 122ö7 metr x 285.1 metr x 139.4 metr olan) Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən olunduğundan, ilk iddia qismən əsaslıdır. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən İddiaçı adına verilmiş 27 oktyabr 2017-ci il tarixli, RX ******* seriyalı çıxarışın etibarsız hesab edilməsi onun qanunla qorunan hüquq və maraqlarına toxunduğunu iddia etməsi əsassızdır. Çünki qarşılıqlı iddiaçı Cavabdeh mülkiyyətində hər hansı bir torpaq sahəsi olmamış, o, yalnız atası Əlimusa Fyeziyevin direktoru olduğu “Davud-2” kiçik müəssisəsinin istifadəsində olmasını iddia etdiyi torpaq sahəsinə yönəlmiş tələbə qarşı qarşılıqlı iddia vermişdir ki, bu da əsaslı hesab edilə bilməz. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı və Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 11 sentyabr 2019-cu il tarixli 2 (073)-164/2019 saylı qətnaməsində düzgün nəticəyə gəlməmişdir. Belə ki, məhkəmə qətnamə çıxaran zaman Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 29 iyul 2019-cu il tarixli 16406 saylı ekspert rəyinə istinad etmişdir. Həmin rəydə göstərilmişdir ki, guya Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********888 reyestr nömrəli çıxarışa əsasən İddiaçı icarəyə verilmiş 10.1 ha torpaq sahəsinin 3.4 ha hissəsi (kənar ölçüləri 2493.7 metr x 122.7 metr x 285.1 metr x 139.4 metr olan) Cavabdeh tərəfindən istifadə edilir. Halbuki ekspertiza tərəfindən verilmiş rəydə düzgün ölçü aparılmamış, onların həmin torpağa mülkiyyət hüquqlarının olmasına dair hüquqmüəyyənedici sənədlər tədqiq edilməmişdir. Əlavə olaraq bildirir ki, Cəlilabad rayon X8 26 aprel 1995-ci il tarixli 05 nömrəli qərarı və Cəlilabad rayon İcra Hakimiyyəti ilə 30 dekabr 2005-ci il tarixdə bağlanan 374 nömrəli müqavilə əsasında atasının direktoru olduğu “Davud-2” kiçik müəssisəsinin istifadəsinə 20 ha torpaq sahəsi verilmişdir. Bu barədə İcra Hakimiyyətinin sərəncamı ilə yanaşı, təhkim aktı, torpağın sxematik xəritəsi mövcuddur. İddiaçı isə həmin torpaq sahəsinin 4 hektarına iddia edir. Mübahisəli torpaq sahəsi tam mülkiyyət hüququ ilə onlara aid olduğu halda, həmin torpaq sahəsinin cavabdehin mülkiyyəti kimi göstərilməsi, mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarmışdır ki, bu da ədalətlə olmamışdır. Ona görə də iş üzrə yenidən ekspertiza aparılmalı və ekspertin tədqiqat obyektinə baxışı zamanı işttirakları təmin edilməlidir. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d) Apellyasiya instansiyası məhkəməsində icraat, məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 yanvar 2020 tarixli 2(106)- 556/2020 saylı qərardadı əsasında hazırki iş üzrə icraat, iddiaçı “Davud-2” kiçik müəssisəsinin cavabdeh Cəlilabad rayon İcra Hakimiyyətinə və üçüncü şəxs İddiaçı oğuna qarşı “Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 8 sentyabr 2017-ci il tarixli 113 saylı sərəncamının etibarsız hesab edilməsi” tələbində dair Şirvan İnzibati Məhkəməsinin icraatında olan 2-1(086)-1474/2019 saylı inzibati iş mahiyyəti üzrə baxılıb həll edilənədək dayandırılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2 oktyabr 2024-cü il tarixli 2- 1(106)-496/2024 saylı qərarı ilə iddiaçı “Davud-2” kiçik müəssisəsinin cavabdeh Cəlilabad rayon İcra Hakimiyyətinə və üçüncü şəxs İddiaçı oğuna qarşı “Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının 8 sentyabr 2017-ci il tarixli 113 saylı sərəncamının etibarsız hesab edilməsi” tələbində dair inzibati iş mahiyyəti üzrə baxılıb həllini tapdığından və həmin qərar qanuni qüvvəyə mindiyindən 20 dekabr 2024-cü il tarixli qərardadla hazırki işin icraatı təzələnmişdir. Apellyasiya baxışı zamanı “Davud-2” kiçik müəssisəsi hazırki mübahisə üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Məhkəmədə iddiaçı və Cavabdeh apellyasiya şikayətini müdafiə edib təmin olunmasını xahiş etdi və izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi atasına məxsus “Davud-2” kiçik müəssisəsinə məxsus torpaqdır. İddiaçıya Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncam mübahisəli torpağa aid hissədə Şirvan İnzibati Məhkəməsinin qərarı ilə ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının qərarı ilə həmin qərar dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Məhkəmədə iddiaçı və cavabdeh İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanmasını xahiş etdi. İzahatında göstərdi ki, “Davud-2” kiçik müəssisəsinin iddiası üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının sonuncu qərarından kassasiya şikayəti verməmişdir. Buna baxmayaraq hesab edir ki, İcra Hakimiyyəti tərəfindən torpaq ona ayrılmışdır və həmin torpaqdan o istifadə etməlidir. Məhkəmədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş “Davud-2” kiçik müəssisəsinin rəhbəri X6 apellyasiya şikayətinin əsaslı olduğunu bildirib, təmin olunmasını xahiş edərək, izahatında göstərdi ki, mübahisəli torpaq sahəsi müəssisəyə məxsusdur və 1995-ci ildən müəssisənin istifadəsindədir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının qanuni qüvvəyə minən son qərarı ilə mübahisəli torpaq sahəsinə aid hissədə Cəlilabad rayon İcra Hakimiyyətinin sərəncamı ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 yanvar 2025-ci il tarixli 2(106)-1/2025 saylı qərardadı ilə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-164/2019 saylı 11 sentyabr 2019-cu il tarixli qətnaməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli süyrməyən üçüncü şəxs qismində cəlb edilməklə "çıxarışın etibarsız hesab edilməsi" tələbinin təmin olunmaması hissədə ləğv olunaraq, işin icraatına həmin hissədə mülki qaydada baxılmalı olmaması əsası ilşə xitam verilmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Lakin 22 yanvar 2025-ci il tarixli qərardadla birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunmaması hissədə ləğv olunaraq, işin icraatına həmin xissədə xitam verildiyindən, apellyasiya baxışının predmetini qətnamənin ilk iddiaya dair qismən təmin olunan hissəsi təşkil edir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən ilk iddiaya dair qismən təmin olunan hissədə yoxlanılmasını düzgün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarına əlavə olunan sənədlərlə aşağıdakılar müəyyən olunur: - Cəlilabad rayon X10 Rəyasət Heyətinin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli protokolundan çıxarışdan, 26 aprel 1995-ci il tarixli təhkim aktından, torpaq sahəsinin planından və vəsatətdən müəyyən olunur ki, X2 İttifaqının 10 aprel 1995-ci il tarixli, 16 nömrəli məktubu nəzərə alınaraq, rayon X10 Rəyasət Heyətinin 31 oktyabr 1994-cü il tarixli, 12 nömrəli iclasının qərarı ilə Şərəfxanlı ərazisində dövlət ehtiyat fond torpağından X1 verilmiş 50.0 ha torpaq sahəsini becərə bilmədiyindən imtina etməsinə görə həmin torpaq sahəsi geri alınaraq rayon XDS-nin fonduna daxil edilmiş, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 14 aprel 1995-ci il tarixli, 803 nömrəli vəsatəti nəzərə alınaraq Şərəfxanlı ərazisində dövlət ehtiyat fond torpağından şimaldan “Adnalı” kolxozu icarə sahəsi ilə, cənubdan Şərəfxanlı qəbristanlığı ilə, qərbdən və şərqdən DEFT ilə sərhədlənən 50.0 ha torpaq sahəsinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün “Davud-2” kiçik müəssisəsinə verilməsi qərara alınmış, həmin torpaq sahəsinin planı tərtib edilərək 26 aprel 1995-ci il tarixli təhkim aktı ilə “Davud-2” kiçik müəssisəsinin istifadəsinə verilmişdir; - “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli müqavilədən və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, qeyd olunan “Torpaq icarəsi müqaviləsi” Cəlilabad rayon X10 Rəyasət Heyətinin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı əsasında “Davud-2” kiçik müəssisəsinə verilmiş 50.0 ha torpaq sahəsinin 20 hektarı üzrə 25 il müddətinə Cəlilabad rayon İcra Hakimiyyəti ilə “Davud-2” kiçik müəssisəsi arasında bağlanmışdır; - Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2017-ci il tarixli, 113 nömrəli sərəncamı ilə dövlət ehtiyat fond torpağından İddiaçı 15.0 hektar torpaq sahəsinin verilməsi və onunla icarə müqaviləsinin bağlanması qərara alınmış, həmin torpaq sahəsinin 10.1 hektarı daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmış, 27 oktyabr 2017-ci il tarixli, Seriya RX, №1174455 saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”la İddiaçı adına rəsmiləşdirilmişdir. İddiaçı “Davud-2” kiçik müəssisəsinin cavabdeh Cəlilabad rayon İcra Hakimiyyətinə qarşı, İddiaçı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə “Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2017-ci il tarixli, 113 saylı sərancamının ləğv edilməsi” tələbinə dair iş üzrə qanuni qüvvəyə minmiş Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(120)-98/2024 saylı qərarından aşağıdakılar müəyyən olunur: İddiaçı “Davud-2” kiçik müəssisəsi cavabdeh Cəlilabad Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının 08 sentyabr 2017-ci il tarixli, 113 saylı sərancamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir; Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2019-cu il tarixli qərardadı ilə İddiaçı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir; Tələb onunla əsaslandırılmışdır ki, Babayev X7 Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək göstərmişdir ki, ona Cəlilabad rayon Şərəfxanlı kəndində 10.1 ha torpaq sahəsi Cəlilabad rayon İcra Hakimiyyəti tərəfindən 8 sentyabr 2017-ci il tarixli sərəncamla icarəyə verilmiş və o, həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən 27 oktyabr 2017-ci il tarixdə çıxarış alaraq dövlət qeydiyyatından keçirmişdır. İddiaçı hazırda iddia edir ki, guya onun mülkiyyətində olan həmin torpaq sahəsinin 4 hektarını zəbt etmiş və həmin torpaqdan çıxarılmalıdır. Lakin İddiaçı iddia etdiyi torpaq sahəsi ona məxsus deyildir. Belə ki, Cəlilabad rayon XDSnin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı və Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli müqaviləsi əsasında “Davud-2” kiçik müəssisəsinin istifadəsinə 20 ha torpaq sahəsi verilmişdir. Göründüyü kimi İddiaçı öncə, yəni Cəlilabad rayon XDS-nin 26 aprel 1995-ci il tarixli, 05 nömrəli qərarı və Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 30 dekabr 2005-ci il tarixli, 374 nömrəli müqaviləsi əsasında “Davud-2” kiçik müəssisəsinin istifadəsinə həmin 20 ha torpaq sahəsi verilmişdir. İddiaçı isə həmin torpaq sahəsi 2017-ci il tarixdə İcra Hakimiyyəti Başçısının sərancamı ilə verilmişdir. Buradan da göründüyü kimi torpaq ilkin olaraq “Davud-2” kiçik müəssisəsinə verilmişdir. İddiaçı iddia etdiyi torpağın “Davud-2” kiçik müəssisəsinin mülkiyyətində olması barədə icra hakimiyyətinin sərancamı ilə yanaşı, təhkim aktı, torpağın sxematik xəritəsi də mövcuddur. Aydın olduğu kimi cavabdeh Cəlilabad rayon İcra Hakimiyyəti mübahisəli torpağı «Davud-2» kiçik müəssisəsinə 25 illik müddətə icarəyə verməsinə baxmayaraq, 2017-ci il tarixdə isə həmin torpağı İddiaçı icarəyə vermiş və İddiaçı də öz növbəsində həmin torpağa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsindən çıxarış almışdır. Hesab edir ki, Cəlilabad rayon İHB-nın 8 sentyabr 2017-ci il tarixli, 113 saylı sərəncamı qanunsuz olduğu üçün ləğv edilməlidir; Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 14 iyun 2024-cü il tarixli 2-1(120)- 98/2024 saylı qərarı ilə iddia qismən təmin olunaraq, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2017-ci il tarixli, 113 saylı sərəncamı, İddiaçı icarəyə verilmiş 15.0 ha torpaq sahəsinin **********88 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş 10.1 ha hissəsinin 3.88 hektar torpaq sahəsi hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir; Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(120)-98/2024 saylı qərarı üçüncü şəxs İddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2 oktyabr 2024-cü il tarixli 2-1(106)- 496/2024 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnsan hüquqlarının və əsas azdlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Maddə 65.5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə : Məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin, Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir, Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçının cavabdeh tərəfindən zəbt olunduğunu bildirdiyi mübahisəli torpaq sahəsinin, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş “Davud-2” kiçik müəssisəsinə Cəlilabad rayon İcra Hakimiyyəti ilə arasında 30 dekabr 2005-ci il tarixdə bağlanmış 374 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əsasında 25 il müddətinə verilən 20 ha torpaq sahəsinin tərkib hissəsinin olması qanuni qüvvəyə minmiş Şirvan İnzibati Məhkəməsinin 14 iyun 2024-cü il tarixli 2-1(120)-98/2024 saylı qərarı ilə müəyyən olunan haldır. Həmin qərarla iddiaçıya torpaq sahəsinin ayrılmasına dair Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2017-ci il tarixli, 113 saylı sərəncamı, İddiaçı icarəyə verilmiş 15.0 ha torpaq sahəsinin **********88 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş 10.1 ha hissəsinin 3.88 hektar torpaq sahəsi hissəsində (hazırki iddiada mübahisələndirilən hissədə) ləğv edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında” Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Cəlilabad rayon İcra Hakimiyyəti başçısının 8 sentyabr 2017-ci il tarixli, 113 saylı sərəncamı, İddiaçı icarəyə verilmiş 15.0 ha torpaq sahəsinin **********88 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmiş 10.1 ha hissəsinin mübahisəli 3.88 hektar torpaq sahəsi hissəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə ləğv edildiyindən, iddiaçının mübahisəli torpaq sahəsinə münasibətdə öz hərəkətlərinə hüquqi ixtiyarı yoxdur. Belə olan halda isə, iddiaçının tələb etmək və müdafiə hüququndan söhbət gedə bilməz. Bundan başqa iddianın təmin olunması üçün əsasların olmaması ilə yanaşı, iddia həm də ona cavab verməli olan şəxsə (“Davud-2” kiçik müəssisəsi) qarşı yönəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində gətirdiyi dəlillərlə razılaşaraq hesab edir ki, iddiaçının hazırki tələblə çıxış etməyə müvafiq subyektiv hüququ olmadığından, iddia ona cavab verməli olan şəxsə qarşı yönəlmədiyindən, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın qismən təmin olunması hissədə ləğv olunaraq, iddianın həmin hissədə də, rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, mülki işin birinci instansiya məhkəməsindəki icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 11 sentyabr 2019-cu il tarixli 2(073)-164/2019 saylı qətnaməsi ilk iddianın qismən təmin olunan hissədə ləğv olunsun. İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı "torpaq sahəsindən çıxarılmaqla, torpaq sahəsinin ona təhvil verilməsi və üzərində istifadə hüquqlarının bərpa edilməsi" təbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat ekspertiza xərci birgə İddiaçı alınaraq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, X3, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-1/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1/2025
22.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver