Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1003/2025 18.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), X8 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, tərəflərin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi X7 iştirakı ilə, Sabirabad Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı “su yolunun açılaraq əvvəlki vəziyyətinə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində inşa edilmiş daş hasarın sökülməsi, su kanalında suyun axınının bərpa edilməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılmasını xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Cavabdeh ilə Sabirabad rayonunun Dadaşbəyli kəndində qonşudur. Onun və qonşularının həyətyanı sahələrinin və ağaclarının suvarılması üçün olan su kanalı cavabdehin evinin yanından keçir. Cavabdeh həmin su kanalının üzərini torpaqla örtməklə su kanalını doldurmuş, nəticədə suyun digər qonşulara və onun həyətinə gəlməsinin qarşısını almışdır. Bundan əlavə, cavabdeh su kanalının yerləşdiyi ərazini zəbt edərək daş hasar hörmüşdür. Həmin hasarın sökülməsi ilə bağlı dəfələrlə cavabdehə xəbərdarlıq edilsə də nəticəsi olmamışdır. Əraziyə giriş-çıxış faktiki olaraq mümkün deyil, yay aylarında suyu başqa su kanalı vasitəsi ilə gətirməli olur ki, bu da çox uzaqdır. Birinci instansiya məhkəməsində Cavabdeh, iddianı qəbul etməmiş, etirazında bildirmişdir ki, İddiaçıla 30 ildir qonşudur. Qohum olduqları üçün öz həyətindən Ağaverdiyə su aparmaq üçün icazə vermiş, Ağaverdi də başqa köhnə kanal olduğu halda həmişə onun həyətindən keçən kanal vasitəsi ilə sudan istifadə etmişdir. Hətta köhnə su kanalının üzərindən keçmək üçün körpü də düzəltdiyini və həmin kanaldan hal-hazırda suyun gəldiyini bildirərək sadəcə köhnə su kanalından istifadə etmək istəmədiyini bildirmişdir. O (cavabdeh), su kanalına heç bir müdaxilə etmir və iddiaçının hər hansı hüququnu pozmur. Bundan əlavə, cavabdehin bildirdiyinə görə, iddiaçı aralarında olan digər məsələ ilə bağlı məhkəmədə iddia qaldırmış, hətta onun evini sökdürəcəyi ilə hədələmişdir. Cavabdeh mübahisələndirilən torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamənin, onun əsasında tərtib olunmuş texniki pasportun və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş çıxarışın olduğunu və həmin torpaq sahəsinin zəbt edilmədiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin (hakim A.İsmayılov) 21 yanvar 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı su yolunun açılaraq əvvəlki vəziyyətinə qaytarılması barədə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək Cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində inşa edilmiş daş hasarın sökülməsi, su kanalında suyun axınının bərpa edilməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, o, cavabdehlə dayı oğlu- bibi oğludur. Yəni yaxın qohumudur. Məsələ belədir ki, həmin su kanalı böyük ana kanaldan gəlir. İki çəpərin arasında yol var. Su isə həmin yer üzrə axıb gəlir onun həyətinə tökülür. Su axımı iki qonşunun həyətinə gəlir. Kanalı cavabdeh həyətinə salmışdır. Kanal Əzizağanın həyətində qalmışdır. Su birinci qonşuda dayanıb gəlib ikinci qonşu olan dayısı oğlu Əzizağanın həyətinə tökülür. Su kanalı fırlanıb bənd üstü Toqay tərəfə gedir. Heç kim oradan gedib su götürmür. O məcburiyyətdən gedib ordan kanalı açır. Gecə vaxtı isə çöl heyvanlarının qorxusundan oraya getmək həyatı üçün təhlükəlidir. Hərə öz sərhəddini qoymuşdur. Biri kanalın bir tərəfindən biri kanalın o biri tərəfindən yerlərin müəyyən etmişlər. Cavabdeh hal-hazırda onun su kanalın zəbt edib. O, İcra nümayəndəsini çağırıb bu barədə məlumat vermişdir. Həmin yerə baxış keçirib bildiriblər ki, su kanalı Ağaverdiyə yəni ona aiddir. Kanalın açılması zəruridir. Həmin anları videogörüntüyə də almışdır. Əzizağa isə buna etiraz edərək su kanalının açmayacağını bildirmişdir. Onun ora girişi qadağandır. Həm də oradan yolu yoxdur. Həmin yeri Əvəzağa bağlamışdır. Onun ərazisinə Əvəzağa 7-8 il olar ki girib zəbt etmişdir. Orada çəpər olmamış və boşluq ərazi kimi qalmışdır. Sonradan Əvəzağa ora çəpər çəkmişdir. Bunu təsdiq edəcək şahidləri vardır ki, dörd bacı bir qardaş olaraq– X6 və X1r. Onun qabaq və arxa qonşusu hamısı qohumlarıdır. Ona isə orada problem yaradan Əvəzağadır. Əvəzağa çəpəri su kanalının üzərinə inşa etmişdir. Əvəzağa çəpəri tikmiş və çəpərin altından truba gəlirdi. Su borusu çoxdan orda var idi. Həmin su kanalının gəldiyi truba onun ərazisindən deyil, yoldan keçir. Əvəzağa çəpəri trubanın üstünə hörmüşdür. O, bunları əhkəmədə bildirsə də, məhkəmə buna heç bir əhəmiyyət vermədən bir tək çıxarışı əsas götürərək ona qarşı qərəzli qətnamə qəbul etmişdir. İzahatlar Apellyasiya baxışında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, iddianın təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdi ki, maneə- daş hasar vardır. Qeyd olunan su kanalından iki qonşu istifadə edir. Arada yol var, su kanalını açmaq üçün yol yoxdur. Su kanalının üstündə cavabdeh hasar çəkmişdir, bu səbəbdən də həyətə su gətirmək mümkün deyil. Su kanalının üstündə olan hasarın sökülərək yolun açılmasını tələb edir. Cavabdeh onunla razılığa gəlmir. Həyətyanı torpaq sahəsini sənədləşdirən zaman cavabdeh həmin torpaq sahəsini mənimsəmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, qohum kimi iddiaçıya suyu həyətindən o vermişdir. Suyun ordan verilməsinə etiraz etmir. Su kanalı bəhanədir. İddiaçı hasarı sökdürərək həmin yerdən yol kimi istifadə etmək istəyir. Hazırda su kanalı açıqdır və su axınına heç-bir maneə yoxdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis X10 verdiyi rəy üzrə izahatında bildirmişdir ki, cavabdehin çəkdiyi mübahisəli hasar düzxətlə gedir. Hasarln çəkilməsində heç bir kənara çıxma yoxdur. Qeyd olunan hasar cavabdehin mülkiyyətində olan ərazidədir. Suyun axınına maneə yoxdur. Su hasarın altından boru vasitəsilə keçərək, cavabdehin ərazisindən başqa qonşunun torpaq sahəsində yerləşən quyuya axır və qonşu torpaq sahəsindən keçməklə iddiaçının sahəsinə tərəf axır. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh qonşudurlar. İddiaçının təqdim etdiyi sənədlərdən görünür ki, İddiaçı adına 0,34 ha torpaq sahəsi və həmin sahədə yerləşən 117,8 kv.m yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2025-ci il tarixli, ********** nömrə ilə qeydə alınmış, bu barədə mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Cavabdehin təqdim etdiyi sənədlərdən görünür ki, Cavabdeh onun anası X3 adına 0,36 ha torpaq sahəsi və həmin sahədə 151,5 kv.m-dən ibarət yaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx.xx.2021-ci il tarixli, ********** nömrə ilə qeydə alınmış, bu barədə mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. X3 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********50-10301 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. İddiaçı cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində inşa edilmiş daş hasarın sökülməsi, su kanalında suyun axınının bərpa edilməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılmasını tələb etmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir: Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İddiaçının tələbinin təmin edilməsi üçün iddiaçı əmlakın mülkiyyətçisi olmalı, cavabdeh iddiaçını sahiblik hüququndan məhrum etmədən, qəsd və başqa hərəkətlərlə ona əmlakından istifadə etməyə real və davam edən maneələr törətməli, cavabdehin hərəkətləri iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə əngəl yaratmalı, maneələr qanunsuz olmalıdır. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.38-ci bəndinə əsasən məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsi qurumun vəzifəsi olaraq müəyyən olunmuşdur. MPM-in 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. İddiaçının və cavabdehin mülkiyyətində olan həyətyanı torpaq sahələrinin sərhədləri müəyyən edilməsi, Sabirabad rayonu, Dadaşbəyli kəndində yerləşən, iddiaçının qanuni istifadəsində (anası X3 mülkiyyətində) olan və Cavabdeh mülkiyyətində olan həyətyanı sahələrin sərhədlərinin müəyyən edilməsi, İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsinə gedən suyun axınına cavabdeh tərəfindən su yolunu bağlamaqla, hasar inşa etməklə, yaxud digər maneə yaratmaqla hər-hansı əngəlliklərin törədilib-törədilməməsinin müəyyən edilməsi, su yolunun keçdiyi mübahisəli ərazinin kimin mülkiyyətinə aid olduğu, sökülməsi iddia edilən hasarın inşasının müvafiq texniki normalara uyğun olub-olmadığı müəyyən edilməsi üçün apellyasiya baxışında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri xidmətinin rəyi alınmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-38/2-3356/2025 saylı mütəxəssis rəyi ilə aşağıdakılar müəyyən edilmişdir:
1. Sabirabad rayonu, Dadaşbəyli kəndində yerləşən, İddiaçı və digər ailə üzvlərinin mülkiyyətində olan və onlara məxsus 0.34 ha həyətyanı torpaq sahəsinin, həmçinin Cavabdeh mərhum anası X2 miras qalmış, cavabdehin və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş və onlara məxsus 0.36 ha həyətyanı torpaq sahəsinin sərhədləri və döngə nöqtə koordinatları müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.
2. İddiaçı istifadəsində olan həyətyanı torpaq sahəsinə gedən suyun axınına cavabdeh tərəfindən heç bir maneə yaradılmamışdır. Belə ki, mübahisəli su arxı cavabdehin qanuni istifadəsində olan həyətyanı torpaq sahəsindən maneəsiz keçməklə onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş daş hasarın və gediş-gəliş yolunun altından yeraltı boru vasitəsi ilə digər qonşu torpaq istifadəçisinin həyətyanı torpaq sahəsinə, oradan da iddiaçının həyətyanı torpaq sahəsinə maneəsiz keçir. Yəni mübahisəli su arxı cavabdeh tərəfindən bağlanmamışdır. Yuxarıda qeyd edilənlər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.
3. Mübahisəli su arxının keçdiyi torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə aiddir. Həmçinin, iddia edilən mübahisəli daş hasar cavabdehin mülkiyyətində və qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmiş və bu, mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir.
Kollegiya mütəxəssis rəyini sübut olaraq qəbul edir. Beləliklə, izahatlardan, təqdim edilmiş sübutlardan, o cümlədən mütəxəssis rəyindən müəyyən edilir ki, iddiaçının həyətyanı torpaq sahəsinə gedən suyun axınına cavabdeh tərəfindən hər-hansı maneə yaradılmır. Mübahisəli su arxı cavabdehin qanuni istifadəsində olan həyətyanı torpaq sahəsindən maneəsiz keçməklə onun və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş daş hasarın və gediş-gəliş yolunun altından yeraltı boru vasitəsi ilə digər qonşu torpaq istifadəçisinin həyətyanı torpaq sahəsinə, oradan da iddiaçının həyətyanı torpaq sahəsinə maneəsiz keçir. Su arxı cavabdeh tərəfindən bağlanmamışdır. Su arxının keçdiyi torpaq sahəsi Cavabdeh və ailə üzvlərinin mülkiyyətinə aiddir. Həmçinin, sökülməsi iddia edilən daş hasar cavabdehin mülkiyyətində və qanuni istifadəsində olan torpaq sahəsində inşa edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı tələbində cavabdeh tərəfindən zəbt edilmiş torpaq sahəsində inşa edilmiş daş hasarın qanunsuz tikilməsini, su kanalından istifadəyə süni maneə yaratdığını bildirsə də, bu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının öz mülkiyyətində və ya sahibliyində olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən hər-hansı maneə yaradıldığı müəyyən edilmir. Ona görə iddianın təmin edilməsi üçün əsas yoxdur. Bununla yanaşı, iddiaçının, cavabdehin mülkiyyətində olan ərazidən öz mülkiyyətində olan torpaq sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququnun olduğu da istisna deyil. Hazırda isə iddiaçının belə tələbi yoxdur. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə doğru qənaətə gəlmişdir. Apellyasiya şikayətini təmin etmək və qətnaməni ləğv etmək üçün əsas yoxdur. Odur ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qətetdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli, 2(056)-161/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar.